HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə47/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   43   44   45   46   47   48   49   50   ...   145

147 

 

İnsan hüquqları dövlət və onun vətəndaşları arasında fərdə qa-



nunlar  çərçivəsində  sərbəst  hərəkət  etmək  (hüquqların  bu  forması 

azadlıq adlandırılır), yaxud müəyyən rifah və nemətlər əldə etmək 

imkanı  verən    qarşılıqlı  münasibətlərin  fundamental  norma  və 

prinsipləridir. Eyni zamanda, insan hüquqları fərdin azadlığının di-

gər  şəxslərin  azadlığı,  cəmiyyət  və  dövlətin  funksionallığının  tə-

min edilməsi ilə uzlaşdırılması əsasında insanların qarşılıqlı müna-

sibətlərinin  əlaqələndirilməsinin,  ziddiyyətlər,  konfrantasiyalar  və 

münaqişələrin qarşısının alınmasının normativ formasıdır.  

Bu və ya digər formada ifadə olunan insan hüquqları problemi 

tarixin bütün mərhələlərində mövcud olmuş və fərdin  hakimiyyət-

lə qarşılıqlı münasibətləri məsələsinin izahı və müzakirə predmeti 

kimi  çıxış  etmişdir.  Elmi  ədəbiyyatda  ümumi  şəkildə  fərdlə  haki-

miyyətin  qarşılıqlı  münasibətlərinin  əsasən  üç  modeli  göstərilir. 

Birincisi,  bu  münasibətlərin  totalitar  modeli  cəmiyyət  və  dövlətin 

eyniləşdirilməsindən,  bütöv  hissə  üzərində  üstünlüyü  və  fərdin 

dövlətə tam tabe olmasından çıxış edir. Bu model insan hüquqları 

probleminin  qoyuluşunu  istisna  edir,  çünki  fərdə  burada  bütövün 

üzvi və ayrılmaz hissəsi kimi baxılır. 

İkinci  model  kimi  fərdiyyətçi  yanaşma  dövlətlə  münasibətdə 

fərdin  üstünlüyünə  əsaslanır.  Daha  da  dəqiqləşdirsək,  bu  model 

“azad  şəxsiyyətin  hakimiyyətin,  o  cümlədən  dövlətin  özünün  son 

mənbəyidir”  tezisindən  çıxış  edən  liberalizmdə  təmsil  olunur. 

Qeyd  olunur  ki,  dövlət  isə  azad  fərdlərin  razılığı,  müqaviləsinin 

nəticəsidir. O, xalqa hesabat verməli və  yalnız ciddi surətdə məh-

dudlaşdırılan funksiyaları  –  vətəndaşların təhlükəsizliyi  və  azadlı-

ğının  təmin  edilməsi,  ictimai  qayda-qanunun  təmin  və  mühafizə 

olunmasını  yerinə  yetirməlidir.  Qeyri-siyasi  sahələrdə  isə  fərd  və 

hakimiyyətin  qarşılıqlı  münasibətləri  və  bu  sferalarda  şəxsiyyət 

azadlığı  və  ləyaqətinin  təsdiq  edilməsi  liberalizm  ideoloji  cərəya-

nında  nəzərdən  keçirilmir.  Bunun  nəticəsində  insan  hüquqları 

problemi əsasən hakimiyyətin qəsdlərindən mühafizə edən hüquq-

lar formasında təsbit edilir. 

Müasir siyasi elmdə üçüncü model – fərd və hakimiyyət müna-



148 

 

sibətlərinə partisipator (iştiraklı)  yanaşma üstünlük  təşkil edir.  Bu 



yanaşma  şəxsiyyətə  fərdlərlə  ittifaqda  dövlət  yaradıb  və  müəyyən 

məsələlərdə ona tabe olmaq məcburiyyətində cəmiyyətdən ayrı və 

müstəqil olan fərd kimi baxmır, şəxsiyyət, cəmiyyət və dövlət ara-

sında münasibətlərin ziddiyyətliliyi və ayrılmazlığından çıxış edir. 

Bu halda insan hüquqları probleminin təsbit edilməsinə sırf fərdin 

dövlət müdaxiləsindən qorunması kimi deyil, dövlətdən şəxsiyyə-

tin azad yaşaması və inkişafı üçün ən məqbul şəraitin istifadə olun-

ması kimi baxılır.  

Bundan başqa, insan və vətəndaş hüquq və azadlıqlarına əsas-

lanan demokratiya konsepsiyası çərçivəsində daha bir neçə model 

hazırlanmışdır.  Qənaətimizcə,  onlardan  araşdırmaçılar  tərəfindən 

insan  hüquqları,  azadlıq  və  demokratiyanın  inkişafı  səviyyəsinin 

analizi üçün geniş istifadə olunan “liberal demokratiya” və “inteq-

rativ demokratiya” modelləri daha çox diqqəti cəlb edir. Məsələn, 

“inteqrativ  demokratiya”  modelinin  tərkib  hissəsi  olan  hüquqlar 

konsepsiyasına görə, insan hüquqları siyasi təsisatların dəyərləndi-

rilməsinə  xidmət  edir,  sosial-siyasi  inanclar  sisteminin  vacib  ele-

mentləri, insanların  birliyi, ümumi  ləyaqət  və humanizmin ifadəsi 

kimi çıxış edir.   

Demokratik cəmiyyətlərdə insan hüquqlarının təmin və müha-

fizə olunması ali dəyər və məqsəd hesab edilir. Məhz buna görə in-

san və  vətəndaş  hüquq və azadlıqlarının konstitusiyada və  qanun-

larda təsbit edilməsi dövlət idarəçiliyinin təməl strateji prinsipi ki-

mi  çıxış  edir.  Konstitusiyada  təsbit  olunmuş  hüquq  və  azadlıqlar 

şəxsiyyətin  fərdi  fəallıq  potensialının  ölçüsü  qismində  çıxış  edir. 

Məhz  bu  cür  cəmiyyətlərdə  vətəndaşların  konstitusion  əsasda  təs-

bit edilmiş hüquq və azadlıqlarının müdafiəsi məqsədilə yaradılmış 

mexanizmlər səmərəli surətdə işləyir. 

Bir çox araşdırmaçılar qeyd edirlər ki, insan hüquqları ictimai 

inkişafın  ən dəyərli  oriyentasiyalarından biri olmaqla dövlətin xa-

rakterinə və fəaliyyət mexanizminə əhəmiyyətli təsir etmişdir, çün-

ki onlar dövlət hakimiyyətini məhdudlaşdıraraq onunla fərd arasın-

da  demokratik  səciyyəli  qarşılıqlı  münasibətlərin  qurulmasına  sə-



149 

 

bəb olmuşdur. 



F.M.Rudinski  bildirir  ki,  insan  hüquqları  onun  azadlığının  öl-

çüsü,  şəxsiyyətin  beynəlxalq  və  dövlətdaxili  hüquq  normalarında 

əks olunmuş ayrılmaz xüsusiyyətləridir: “Onlar insanın inkişafı, 

onun  mənafelərinin  müdafiəsi  üçün  daha  vacib  imkanları  tə-

min  edir,  bununla  yanaşı,  insan  hüquqları  bütün  bəşəriyyətə 

təhdid yaradan təhlükələrin qarşısının alınması vasitəsidir”. 

İnsan  və  vətəndaş  hüquqları  təkcə  fərdin  fəaliyyət  göstərdiyi 

ictimai münasibətlərin xarakteri ilə deyil, həm də bio-sosial varlıq 

kimi  insanın  təbiəti  ilə  müəyyən  olunur.  Məhz  insanın  bioloji  və 

ictimai tələbatı şəxsiyyətin hüquq və azadlıqlarının əsasında durur. 

Həm beynəlxalq, həm də dövlətdaxili ictimai münasibətlərin inki-

şafı bu tələbatın təzahürünə, onların hüquqi nöqteyi-nəzərdən təs-

bit  olunmuş  hüquq  və  azadlıqlarda  ifadə  edilməsinə  və  bu  hüquq 

və azadlıqlar sisteminin təkmilləşməsinə şərait yaradır. Cəmiyyətin 

hər bir üzvünə təbii hüquq və azadlıqlar xasdır ki, onları da təmin 

etmədən onun sosial və ya siyasi subyekt kimi fəaliyyətini normal 

surətdə  təmin  etmək  olmaz.  Bu  hüquqlardan  yaşamaq  hüququnu 

insan doğulduğu gündən əldə edir, digər təbii hüquq və azadlıqları 

isə o, sosial subyekt kimi qazanmış olur. 

İngilis  alimi  Con  Lokk  (1632-1704)  “Dövlət  idarəetməsi  haq-

qında iki traktat” (1690) əsərində yazır ki, azadlığın etibarlı təminat-

çısı hakimiyyət bölgüsüdür və azadlıq rejiminə dövlətdə hakimiyyət 

səlahiyyətlərinin bərabər bölüşdürülməsi yolu ilə nail olmaq olar. 

Fransız  filosof  Şarl  Moneskye  (1689-1755)  “Qanunların  ruhu 

haqqında”  əsərində  bununla  bağlı  yazır:  “Elə  ola  bilər  ki,  azad 



dövlət quruluşunda da vətəndaş azad olmasın, yaxud vətənda-

şın  azadlığı  olsa  da,  quruluşu  azad  adlandırmaq  olmaz...  Qa-

nunlar  olan  dövlətdə...  azadlıq  qanunlarla  icazə  verilmiş  hər 

şeyi etmək hüququdur. Əgər vətəndaş bu qanunlarla qadağan 

edilənləri edə bilsə idi, onda onun azadlığı olmazdı, çünki onla-

rı digər vətəndaşlar da edərdi”. 

Bizim fikrimizcə, liberalizmin nümayəndələrinin insan hüquq-

ları  sahəsindəki  nəzəri  fikirləri  və  baxışlarının  tarixi  əhəmiyyəti 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə