HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə48/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   44   45   46   47   48   49   50   51   ...   145

150 

 

təkcə insan hüquqlarının əsas humanist məqsədlər kimi nəzəri cə-



hətdən əsaslandırılmasından deyil, həm də onların reallaşdırılması 

yollarının axtarılmasından ibarətdir. 

Fransız  filosof  Jan  Jak  Russo  (1712-1778)  “İnsanlar  arasında 

bərabərsizliyin mənşəyi və əsasları haqqında düşüncələr” adlı əsə-

rində yazır ki, o siyasi quruluş qanunidir ki, orada adamlar öz hü-

quq və azadlıqlarını qoruya bilirlər.  

Klassik  alman  fəlsəfəsinin  görkəmli  nümayəndələrindən  olan 

Fridrix  Hegel  isə  “Hüquq  fəlsəfəsi”  adlı  əsərində  dövləti  fərd  və 

cəmiyyət  üzərinə  qaldırır, şəxsiyyətin hüquq və  azadlıqlarının də-

yərini inkar edir, dövləti hüquq ideyası kimi, hüquqi subyekt kimi 

təsvir  edir  və  hesab  edir  ki,  dövlət  vətəndaş  cəmiyyətinin  ziddiy-

yətlərini aradan qaldırır, onun birliyini təmin edir və qayda-qanun-

ların mühafizəçisi qismində çıxış edir. 

İnsan və vətəndaş hüquq və azadlıqlarının təsbit edildiyi əksər 

bəyannamə və konsepsiyalarda bəyan edilir ki, bütün insanlar azad 

və bərabərhüquqlu doğulur, hər bir siyasi ittifaqın məqsədi insanın 

təbii və ayrılmaz hüquqlarının  təmin olunmasından ibarətdir.  

Bütün bunlara müvafiq surətdə alman filosofu Artur Şopenha-

uer  (1788-1860)  “İradə  azadlığı  və  əxlaqın  əsasları”  adlı  əsərində 

qeyd edir ki, azadlıq yalnız hər hansı bir maneənin olmaması kimi 

başa  düşülməlidir.  O  bildirir  ki,  bu  maneələrin  xüsusiyyətlərinə 

müvafiq  olaraq  azadlığın  3  növü  fərqləndirilir:  fiziki,  intellektual 

və  mənəvi  azadlıq.  Onun  fikrincə,  fiziki  azadlıq  dedikdə  müxtəlif 

maddi maneələrin olmaması nəzərdə tutulur: “Fiziki mənada azad-

lıq anlayışının mahiyyəti bundan ibarətdir ki, insanların hərəkətləri 

onların iradələrinə müvafiq surətdə baş tutur və bu hərəkətlərə heç 

bir fiziki, maddi maneələr mənfi təsir etmir”. 

A.Şopenhauer  bildirir  ki,  intellekt  və  ya  dərketmə  qabiliyyəti 

motivlər mühitidir ki, onun da vasitəsilə motivlər insanın iradəsinə 

təsir edir: “Bu mühit normal vəziyyətdə olduqda öz funksiyala-



rını düzgün yerinə yetirir və ona görə də, motivləri iradəyə se-

çim üçün olduğu kimi təqdim edir. Bu zaman insan intellektu-

al  cəhətdən  azad  subyekti  qismində  çıxış  edir.  İntellektual 


151 

 

azadlıq insanın hərəkətlərinin, onun iradəsinin reallıqdan irəli 



gələn motivlərə reaksiyasının təmiz nəticəsidir”. 

İngilis filosofu və dövlət xadimi Con Stüart Mill isə “Azadlıq 

haqqında”  adlı  əsərində  məsələyə  maraqlı  yanaşma  nümayiş  etdi-

rir:  “Heç  kəsin  fərdi  nəyisə  etməyə,  yaxud  etməməyə  məcbur 



etmək hüququ yoxdur. Fərdi hansısa hərəkəti edib-etməməklə 

inandırmaq, ona məsləhət vermək olar, lakin məcbur etmək və 

ya onu buna görə qəsd etmək olmaz. Bu cür müdaxiləyə yalnız 

o halda yol vermək olar ki, fərdin hərəkətləri artıq digər şəxs-

lərə zərər yetirir”. 

C.S.Mill yazır ki, hansı idarəetmə forması olursa olsun, cəmiy-

yət o vaxt azad ola bilər ki, burada fərd söz və fikir, istədiyi kimi 

yaşamaq azadlığına malik olsun: “Yalnız o cəmiyyət azaddır ki, 



burada  fərdi  azadlığın  bütün  növləri  onun  üzvlərinin  hamısı 

üçün eynidir”. 

Bunlarla yanaşı, insan və vətəndaş hüquq və azadlıqları məsə-

ləsində vətəndaş-dövlət münasibətlərinə  yanaşma nöqteyi-nəzərin-

dən bir sıra siyasi-hüquqi və ideoloji səciyyəli cərəyanlar fərqlənir. 

Bunlar sırasında pozitivistlər və liberalların baxışları və  yanaşma-

ları daha çox diqqəti çəkir. 

Pozitivistlər  insan  hüquqlarının  hər  hansı  qeyri-dövlət  mənşə-

yini  inkar  edirlər.  Bu  cərəyanın  tərəfdarlarının  qənaətincə,  hüquq 

(insan  hüququ)  qanundan  (dövlətin  qanunu)  fərqləndirmək  olmaz 

və fərdlərin hüquqları dövlətin hüquqlarından üstün deyil: “Dövlət 



insana  hüquqlar  verir,  onların  həcmi  və  məzmununu  isə  özü 

reqlamentləşdirir”. 

Liberallar  isə  pozitivistlərdən  fərqli  olaraq  bildirirlər  ki,  insan 

üçün müqəddəs olan hüquqlar dövlətdən asılı olmadan mövcuddur 

və  hakimiyyət  institutu  kimi  dövlət  fərdin  hüquqlarına  qarşı  olan 

təhlükənin başlıca daşıyıcısıdır. Onlar fərdin sosial-iqtisadi imkan-

larına xüsusi əhəmiyyət vermədən onun siyasi və vətəndaş hüquq-

larını  ön  plana  çəkirlər.  Beləliklə,  liberallar  hədsiz  dərəcədə  fərdi 

cəmiyyətdən və dövlətdən təcrid edirlər. 

İnsan  hüquqlarının  inkişafında  nəzərdən  keçirilən  hər  iki  ya-



152 

 

naşmada öz əksini tapmış müxtəlif məsələ və prinsiplər müasir təc-



rübədə də mövcuddur. Məsələn, ABŞ, Fransa, İtaliya və  İspaniya 

kimi ölkələrin konstitusiyalarının əsasını təbii hüquqlara əsaslanan 

konsepsiya təşkil edirsə, Avstriya və Almaniyanın konstitusiyaları-

nın əsasında pozitivist konsepsiya durur. Beləliklə, təcrübə belə bir 

nəticəyə gəlməyə imkan verir ki, əhalisi milli-psixoloji nöqteyi-nə-

zərdən daha intizamlı olan dövlətlərdə pozotovost yanaşma üstün-

lük təşkil edir. 

Beləliklə,  əgər təbii hüquq nəzəriyyəsinə  görə insan və vətən-

daş hüquq və azadlıqları ayrılmaz, şüurdan, ilahi iradədən və ya in-

sanın dəyişməz təbiətindən irəli gəlirsə, pozitivist istiqamət onlara 

dövlət tərəfindən müəyyən olunmuş kateqoriyalar kimi yanaşır. 

Müasir  insan  hüquqları  və  azadlıqları  konsepsiyaları  çərçivə-

sində  də onların  ayrılmaz və  universal  xarakteri  təsdiq  edilir. An-

caq  bu  konsepsiyalarda  fərd  və  dövlətin  münasibətlərinin  ziddiy-

yətliliyi  qəbul  olunsa da, hüquq və  azadlıqların  məzmununda qis-

mən  dəyişikliklərin  edilməsinə  yol  verilir.  Ümumiyyətlə,  əksər 

konsepsiyalarda  hüquqların  təminatı  və  istifadə  olunmasında  və-

təndaşla  dövlətin  qarşılıqlı  məsuliyyəti  məsələsi  mərkəzi  istinad 

nöqtəsi kimi qəbul olunur.  

Beləliklə,  sadalananları  ümumiləşdirərək  qeyd  edə  bilərik  ki, 

müasir dövrdə insan hüquqları və azadlıqları konsepsiyasının əsas 

prinsipləri kimi aşağıdakıları müəyyən etmək olar: 

 dövlət və vətəndaşın qarşılıqlı məsuliyyəti; 

  şəxsiyyətin  sosial  müdafiəsi  (sosial-iqtisadi  hüquqların  təsbit 



edilməsi  və  təminatı,  əmək,  istirahət,  mənzil,  pensiya  təminatı  hü-

quqları və s.); 

 hüquq və vəzifələrin vəhdəti

 insan və vətəndaş hüquq və azadlıqlarının bütün növlərinin bir-

birini tamamlaması, qarşılıqlı əlaqədə və paritet dəyərdə olması; 

  şəxsiyyətin  ayrılmaz  rifahları  və  dəyərlərinin,  onun  hüquq  və 



azadlıqlarının hərtərəfli hüquqi müdafiəsi. 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə