HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə51/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   47   48   49   50   51   52   53   54   ...   145

159 

 

hüquqlar dövlətin hər bir vətəndaşa yaşamaq üçün minimum vasi-



təni təmin etmək vəzifəsini müəyyən edir. Sosial hüquqlar insanın 

layiqli  həyat  səviyyəsinin  və  sosial  müdafiəsinin  təmin  olunması 

ilə bağlıdır. 

Mədəni hüquqlar insanın mənəvi inkişafını təmin etməyə yönə-

lir.  Onlara  təhsil,  mədəni  dəyərlərə  yol  tapmaq  hüququ,  bədii  və 

texniki yaradıcılıq azadlığı və başqaları aiddir. 

V.Y.Çirkin fərdin və vətəndaşın konstitusion hüquq və azadlıq-

larının dörd qrupa bölündüyünü göstərir: 



1) bərabərlik prinsipini ifadə və ehtiva edən hüquq və azadlıq-

lar (məsələn, vətəndaşların qanun qarşısında bərabərliyi); 

2)  fərdin  azadlığına,  toxunulmazlığına,  ləyaqətinə  təminat  ve-

rən şəxsi hüquq və azadlıqlar; 

3) vətəndaşların cəmiyyətin siyasi həyatında iştirakı ilə əlaqə-

dar  olan  siyasi  hüquqlar  və  azadlıqlar.  Bu  hüquq  və  azadlıqlar 

vətəndaşlara  cəmiyyətin  və  dövlətin  idarə  olunmasında  iştirak 

etməyə  imkan  verir  (məsələn,  birləşmək  azadlığı,  bu  isə  həm  də 

dövlət hakimiyyətinə təzyiq etmək üçün də istifadə olunur); 

4)  sosial-iqtisadi  və  mədəni  hüquqlar:  bu  hüquqlar  fərdin  cə-

miyyətin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı üçün hü-

quqi şərait yaradır (məsələn, əmək hüququ və əməyin azadlığı, mə-

dəni nailiyyətlərdən istifadə etmək hüququ və s.). 

Beləliklə, göründüyü kimi, insan hüquqları, onların söykəndiyi 

prinsiplər (azadlıq, suverenlik, qanunçuluq, bərabərlik, təhlükəsiz-

lik, dözümlülük və s.), bu hüquqları bəyan edən sənədlər, müvafiq 

konseptual müddəa və yanaşmalar tarixi inkişafın fonunda daha da 

zənginləşmiş və yeni keyfiyyət çalarları əldə etmişdir. “Birinci nə-

sil  hüquqlar”  kimi  səciyyələndirilən  vətəndaş  hüquqları  və  siyasi 

hüquqlar sonralar “ikinci nəsil hüquqlar”la – iqtisadi və sosial hü-

quqlarla tamamlanmış, daha sonra isə “üçüncü nəsil hüquqlar” ad-

landırılan hüquqlar haqqında ideyalar irəli sürülmüş və bu hüquq-

lara dinc, sağlam ətraf mühitdə və təhlükəsiz yaşamaq və s. hüquq-

lar aid edilir.  

Fərdin siyasi hüquqları və azadlıqları vəhdət təşkil etməklə cə-



160 

 

miyyətin  siyasi  azadlığının  səviyyəsini  səciyyələndirir.  Onların 



reallıq dərəcəsi və məzmunu cəmiyyətin iqtisadi rifah halından, si-

yasi  rejimdən,  siyasi  mədəniyyətindən,  mənəvi  həyatından,  digər 

amillər və şəraitdən asılıdır.  

Hər  bir  azadlığın,  həmçinin,  siyasi  azadlığın  obyektiv  surətdə 

mövcud  olan  sərhədləri  vardır.  Siyasi  sahədə  şəxsiyyətin  hüquqi 

azadlığı sosial (faktiki) və siyasi azadlıqdan geniş ola bilməz. Eyni 

zamanda,  dövlət  siyasi  sferada  hüquqi  azadlığı  məhdudlaşdıra  bi-

lər. Digər tərəfdən, vətəndaşlar qarşısında dövlət onların siyasi tə-

ləbatlar  və  mənafelərinin  ödənilməsi,  siyasi  fəallığın  inkişaf  etdi-

rilməsi üçün məsuliyyət daşıyır. Dövlət siyasətinin bu prinsiplərin-

dən  geri  çəkilmək  hüququn  və  dövlətin  demokratik  xarakterinin 

deformasiyaya uğramasına gətirib çıxarar.  

Siyasi hüquq və azadlıqlar şəxsiyyətin siyasi vəzifələri ilə bir-

likdə vətəndaşın ümumi konstitusiya statusunun yarımsistemi olan 

siyasi-hüquqi statusunu təşkil edir. Onu da qeyd etmək lazımdır ki, 

fərdin siyasi azadlığı, ilk növbədə, bütövlükdə cəmiyyətin azadlığı, 

həmçinin, şəxsiyyətin təmsil etdiyi sosial birliyin (qrupun, kollek-

tivin, təşkilatın) siyasi azadlığı ilə müəyyən edilir.   

Şəxsiyyətin siyasi və hüquqi statusunun müəyyən olunmasında 

vətəndaşlıq  anlayışı da mühüm əhəmiyyət kəsb edir. Elmi  ədəbiy-

yatda vətəndaşlıq  şəxs və vətəndaş arasında hər iki tərəfdən müəy-

yən  hüquq və vəzifələr  törədən qarşılıqlı əlaqələr kimi təsbit edilir. 

Bu  baxımdan,  həmin  dövlətin  vətəndaşları  həm  geniş  hüquqlardan 

istifadə edir, həm də onların  üzərinə  daha çox  vəzifələr  düşür. 

Demokratik  cəmiyyətlərdə  azadlıq  insan  hüquqları  vasitəsilə 

təsbit  edilir  və  reallaşdırılır.  İnsan  hüquqları  demokratiyanın  mü-

hüm elementi kimi tam, bütöv sistem yaradır və vəhdət təşkil edir. 

A.Tokvil “Amerikada demokratiya” əsərində qeyd edir ki, demok-

ratiya siyasi hüquqlar anlayışını hər bir vətəndaşın şüuruna çatdırır 

və bu da onun əsas üstünlüklərindən biridir: “Əlbəttə, hamıya siya-

si hüquqlardan istifadə etməyi öyrətmək asan deyil, amma bu məq-

sədə nail olmaq müsbət nəticələr verir”. 

Beləliklə, insan hüquqları ideyası qədim köklərə malik olsa da, 



161 

 

yalnız demokratiya, azadlıq, ədalət və formal bərabərlik prinsipləri 



əsasında əsl məna kəsb etmişdir. Müasir dünyada insan hüquqları-

na dair mühüm universal beynəlxalq normaların artıq formalaşdığı 

bir  vaxtda  bu  prinsiplərin  reallaşmasına,  hamının  hüquq  və  azad-

lıqlarının təmin edilməsi üçün əlverişli şəraitin yaradılması yalnız 

demokratik  cəmiyyətdə  mümkündür.  Belə  ki,  demokratik  cəmiy-

yətdə insana qayğı yüksək və ali məqsəd sayılır və müvafiq olaraq 

insan hüquqları və azadlıqlarının konstitusiya və qanunlarda təsbit 

edilməsi dövlət idarəçiliyinin əsas məqsədi kimi çıxış edir. Konsti-

tusiyada təsbit olunmuş hüquq və azadlıqlar şəxsiyyətin fərdi fəal-

lıq potensialının ölçüsü kimi çıxış edir. Məhz bu cür cəmiyyətlərdə 

vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi məq-

sədilə yaradılmış mexanizmlər səmərəli şəkildə işləyir. 

 

6.3. Ombudsman təsisatı  insan və vətəndaş hüquq və 

       azadlıqlarının müdafiəsinin xüsusi mexanizmi 

 

Demokratik cəmiyyətdə insan və vətəndaş hüquq və azadlıqla-



rının  müdafiəsi  mexanizmində ombudsman təsisatının  xüsusi  yeri 

və  rolu  araşdırmaçılar  tərəfindən  önə  çəkilir.  Modern  cəmiyyətlə-

rin inkişaf səviyyəsi insanların həyatının bütün sahələrinə idarəet-

mə fəaliyyətinin ekspansiyasının getdikcə artdığını göstərir. Bu da 

insanları idarəetmə orqanlarında, demək olar ki, tamamilə asılı və-

ziyyətə  salır. Bunun nəticəsində isə  ombudsman  kimi  bir təsisatın 

fəaliyyət  mexanizminə  zərurət  yaranır  ki,  onun  da  vəzifələrinə 

idarəetmə orqanlarının işindən qənaətlənməyən vətəndaşların şika-

yətlərinə baxmaq və onların hüquq və azadlıqlarını müdafiə etmək 

daxildir. Bu cür təsisata tələbat, həqiqətən də, çox yüksəkdir, xüsu-

silə də əgər nəzərə alınsa ki, ombudsmana müraciət proseduru cid-

di qaydaları və yüksək xərcləri nəzərdə tutmur. Bundan fərqli ola-

raq məhkəməyə müraciət prosedurları uzunmüddətli olur və əvvəl-

cədən müəyyən olunmuş sərt çərçivələrdə baş verir. 

Bundan başqa, bəzi müəlliflər ombudsman təsisatının fəaliyyəti-

nin psixoloji tərəfini də ön plana çəkirlər. Araşdırmaçı A.Pavslovska 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə