HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə50/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   46   47   48   49   50   51   52   53   ...   145

156 

 

hansı bir xüsusi quruculuq, yaradıcılıq hərəkətlərini tələb etmir. 



Pozitiv  hüquqlar dövlətin, cəmiyyətin insana müəyyən  rifahın 

(əmək, təhsil, istirahət, sosial yardım və s. hüquqlar) təqdim olun-

ması vəzifəsi kimi izah olunur. Bu halda bu hüquqların təminatı bi-

lavasitə  dövlətin sosial-iqtisadi  inkişaf səviyyəsindən, siyasi  siste-

min demokratikliyindən, hakim dairələrin müvafiq dövlət siyasəti-

nin  real  surətdə  həyata  keçirilməsində  maraqlı  olmasından  və  cə-

miyyətin idarəetməsinin bu xarakterini təmin edə bilən dövlət qul-

luqçularının peşəkarlığından asılıdır. 

Araşdırmaçılar tərəfindən fərdin hüquq və  azadlıqlarının daha 

konkret təsnifatı verilir: onlar vətəndaş (şəxsi), siyasi, iqtisadi, so-

sial və mədəni hüquqlar formasında təsnif edilir. 

Vətəndaş  (şəxsi)  hüquqları,  əsasən,  neqativ  hüquq  səciyyəsi 

daşıyan  təbii,  əsas  və  ayrılmaz  insan  hüquqlarıdır.  Onlar  insanın 

dünyaya gəldiyi andan etibarən əldə etdiyi yaşamaq və təbii azad-

lıq kimi təməl hüquqlardan törəyir və şəxsiyyətin fərdi azadlığı və 

muxtariyyatını, onun dövlətin və başqa adamların təzyiqindən mü-

dafiə edilməsinə yönəlir. 

Fərdin  birinci  dərəcəli  hüquqlarına  azadlıq  və  şəxsi  toxunul-

mazlıq  (fiziki  və  psixi  mənada)  aid  edilir.  Bununla  yanaşı,  fərd 

ciddi  qanun  pozuntusuna  yol  verdikdə  məhkəmənin  hökmü  ilə 

azadlıqdan  məhrumetmə  cəzasına  məruz  qalır.  Şəxsiyyət  azadlığı 

insanın  onun  haqqında  dövlət  müəssisələrindəki  informasiyanı  əl-

də etmək və ona düzəliş etmək hüququ ilə bağlıdır. Şəxsi hüquqla-

ra şəxsiyyət ləyaqəti, vicdan azadlığı, mənzil toxunulmazlığı, gizli 

yazışma, şərəf və ləyaqətin müdafiəsi, ölkə ərazisində yerdəyişmə 

və  yaşayış  yerinin seçimi azadlığı, emiqrasiya etmək və s. hüquq-

lar aiddir. 

Siyasi  hüquqlar  vətəndaşların  dövlətin  idarə  olunmasında  və 

ictimai həyatda fəal iştirak etmək imkanlarını müəyyən edir. Onla-

ra  seçib-seçilmək  hüququ,  ittifaq  və  assosiasiyaların,  nümayiş  və 

iclasların azadlığı, söz, fikir, özünüifadə və mətbuat azadlıqları və 

digərləri aiddir. 

Vətəndaşların  siyasi  hüquq  və  azadlıqlarının  sosial  məzmunu-



157 

 

nu  dövlət  hakimiyyəti  tərəfindən  tanınan  və  hüquqi  normalarda 



təsbit olunan siyasi azadlıqlar təşkil edir. Siyasi azadlıq cəmiyyət-

də  mövcud  olan  şəxsiyyətin  sosial  azadlığının  bir  növü  (forması) 

olmaqla, ilk növbədə, bütövlükdə cəmiyyətin, həmçinin, təmsil et-

diyi sosial birliyin azadlığı ilə müəyyən olunur.  

Siyasi azadlıq xalq hakimiyyətinin həyata keçirilməsində, döv-

lətin  və  cəmiyyətin  idarə  olunmasında  faktiki  sosial  imkanların 

(azadlıqların) məcmusundan ibarətdir. Şəxsiyyətin siyasi hüquq və 

azadlıqları  vəhdət  təşkil  etməklə  cəmiyyətin siyasi  azadlığının sə-

viyyəsini səciyyələndirir və onların  reallaşması  dərəcəsi  cəmiyyə-

tin iqtisadi rifah halından, siyasi rejimin xarakteristikasından, siya-

si  mədəniyyət  və  mədəni  həyat  tərzindən  asılıdır.  Bununla  belə, 

fransız politoloqu R.Aron özünün “Azadlıq haqqında esse” əsərin-

də  A.Tokvilin  “müasir  cəmiyyətin  şəraitlərinin  bərabərliyi  və  de-

mokratiya vasitəsilə qiymətləndirilməsi”nə dair yanaşması ilə razı-

laşaraq  texniki  sivilizasiyanın  tələbatları  və  sözün  əsl  mənasında 

siyasi  azadlığın  bir-biri  ilə  nə dərəcədə  uzlaşması  probleminin ol-

duğunu əsaslandırmağa çalışır. 

Araşdırmaçıların fikrincə, siyasi azadlığın hər bir azadlıq kimi 

obyektiv  mövcud  olan  sərhədləri  var.  Eyni  zamanda,  dövlət  də 

şəxsiyyətin  siyasi  sahədə  azadlıqlarını  məhdudlaşdıra  bilir.  Lakin 

dövlətin vətəndaşlarının siyasi tələbatı və maraqlarının ödənilməsi-

nə şərait yaratmaq sahəsində vacib vəzifələri vardır. Dövlət siyasə-

ti və təcrübəsinin qanunauyğunluğundan hər hansı bir formada kə-

nara çıxılması dövlətin və hüququn demokratik xarakterinin defor-

masiya olunmasına gətirib çıxarır. 

Araşdırmaçı N.Vitruk siyasi hüquq və azadlıqların onların əsa-

sında duran faydanın növünə görə aşağıdakı təsnifatını verir: 

1)  vətəndaşlıq  vasitəsilə  şəxsin  dövlətə  mənsubiyyəti  ifadə  olunan 

hüquqlar    vətəndaşlıq  və  onu  dəyişmək  hüququ,  sığınacaq 

hüququ; 

2)  vətəndaşların  qanun  qarşısında  bərabərliyi  prinsipindən  irəli 

gələn hüquqlar



158 

 

3) seçki vasitəsilə xalq hakimiyyətinin formalaşdırılması, cəmiyyət 



və  dövlətin idarə  edilməsi  ifadə  edilən hüquqlar: seçki  hüquqları, 

referendumda iştirak etmək hüququ, dövlət aparatında seçkili vəzi-

fə  tutmaq  hüququ,  dövlət  orqanlarına  müraciət  etmək,  əmək  kol-

lektivlərinin yığıncaqlarında iştirak etmək hüquqları və s.; 

4) ictimai həyatın hər hansı sahəsində fikir, əqidə azadlığı; 

5) birləşmək azadlığı; 

6)  vətəndaşların  hüquqları  və  qanuni  maraqlarının  müdafiəsinə 

yönələn hüquqlar. 

Əksər dövlətlərin konstitusiyalarında vətəndaş hüquqları siyasi 

hüquqlarla bir qrupda birləşdirilir. Buna səbəb onların hər ikisinin, 

əsasən neqativ xarakter daşıması, həmçinin, bəhs edilən hər iki növ 

hüquqların fərdi və ictimai təzahürlərdə şəxsiyyətin azadlığının tə-

min olunmasına yönəlməsidir. Totalitar idarəetmə sisteminin hökm 

sürdüyü  dövlətlərdə  siyasi  hüquqların  təmin  olunması  formal  xa-

rakter daşıyır. Beləliklə, konstitusion əsasda bəhs edilən hüquq və 

azadlıqlar  təsbit  edilsə  də,  təcrübi  müstəvidə  onların  reallaşdırıl-

ması mümkün olmur. Avtoritar rejimlərdə siyasi hüquq və azadlıq-

lar konstitusion əsasda təsbit olunur, amma hakim qüvvələrin müt-

ləq  zorakı  iradəsi  vətəndaşları  bu  hüquq  və  azadlıqlardan  istifadə 

etməkdən məhrum edir. 

İqtisadi hüquqlar fərdlər tərəfindən təsərrüfat fəaliyyətinin əsas 

faktorlarından,  yəni  mülkiyyət  və  əməkdən  azad  istifadə, 

həmçinin,  bu  sahədə  təşəbbüskarlıq  azadlığın  təmin  olunması  ilə 

bağlıdır. Bu hüquqlar arasında xüsusi yeri şəxsi mülkiyyət hüququ 

tutur.  Bir  çox  konsepsiyalarda  insan  və  vətəndaş  hüquqlarından 

bəhs  edərkən,  ilk  növbədə,  şəxsi  mülkiyyət  hüququ  ön  plana 

çəkilir. Bu hüququn qanuni  yolla tanınması  və həyata keçirilməsi 

müasir  bazar  iqtisadiyyatının  hüquqi  əsaslarını  təşkil  edir.  Şəxsi 

mülkiyyət hüququ tarixən sahibkarlıq fəaliyyəti azadlığını və azad 

əmək hüququnu nəzərdə tutur. 

Sosial,  mədəni  və  pozitiv  mənada  başa  düşülən  bəzi  iqtisadi 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə