HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə58/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   54   55   56   57   58   59   60   61   ...   145

180 

 

dırılmasına xidmət edir. Təkcə 2002-ci il ərzində Azərbaycan Res-



publikası Prezidentinin İcra Aparatına vətəndaşlardan 54141 təklif, 

ərizə və şikayət daxil olmuşdur. Yerli icra hakimiyyəti başçılarının 

aparatına gəldikdə isə, 2002-ci ildə vətəndaşlardan təkcə Goranboy 

rayonunda 665, Masallıda 540, Yardımlıda 403 müraciət daxil ol-

muşdur. 

Bunlardan  başqa,  Azərbaycan  Respublikasında  son  illər  məh-

kəmə  sistemində  aparılan  islahatlar  hər  bir  insanın,  vətəndaşın  öz 

hüquqlarının bərpa olunması üçün bütün imkanlardan istifadə edil-

məsinə  təminatın  verilməsinə  yönəldilmişdir.  İnsan  və  vətəndaş 

hüquqlarının pozulması ilə əlaqədar mübahisələr yarandığı təqdir-

də  onları  məhkəmələr  həll  edir.  Azərbaycan  Respublikası  Konsti-

tusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqları-

nın məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanı-

nın,  siyasi  partiyaların,  ictimai  birliklərin  və  ya  vəzifəli  şəxslərin 

qərar  və  hərəkətlərindən,  yaxud  hərəkətsizliklərindən  məhkəməyə 

şikayət edə bilər. Bu isə məhkəmələrin “tarazlama” sisteminə daxil 

olmasından irəli gəlir. 

Bütün bunlarla yanaşı, demokratik, hüquqi dövlət quruculuğu-

nun fonunda Azərbaycan cəmiyyətində dövlət orqanları və vəzifəli 

şəxslər  qarşısına  vətəndaşlara  öz  konstitusion  hüquqlarını  həyata 

keçirməkdə köməklik etmək vəzifəsi qoyulur ki, bunun da konkret 

formaları xüsusi qanunlarla müəyyən olunur. Belə ki, Azərbaycan 

Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların seçki 

hüququnun  reallaşdırılması  və  seçki  kampaniyasının  həyata  keçi-

rilməsi  Azərbaycan  Respublikasının  seçki  qanunvericiliyinə  əsa-

sən,  dövlət  kütləvi  informasiya  vasitələrində  seçkilərdə  iştirak 

edən siyasi partiyalara və hər bir namizədə pulsuz çıxış etmək im-

kanı  verilir.  İkincisi,  seçkilərin  hazırlanmasına  və  keçirilməsinə, 

seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin 

təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir. 

Azərbaycanda  dövlət  orqanlarının  vətəndaşların  hüquq  və 

azadlıqlarının  həyata  keçirilməsinə  köməyi  icazə  verilmiş  siyasi 

nümayiş və mitinqlərin polis tərəfindən mühafizə olunmasında, öl-



181 

 

kədə  məşğulluq  problemi  üzrə  xüsusi  dövlət  strukturlarının  yara-



dılmasında (əmək hüququnun reallaşdırılması), dövlətin fəaliyyəti-

nin bir çox digər istiqamətlərində təzahür olunur və bütün bu mə-

sələlər qanunla tənzimlənir. 

Bundan  başqa,  Ulu  öndər  Heydər  Əliyevin  insan  və  vətəndaş 

hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi ilə bağlı həyata 

keçirdiyi humanist siyasət Prezident İlham Əliyevin dövründə xü-

susi  diqqət  və  qayğı  göstərilən  prioritet  istiqamət  olmuşdur.  “Biz 

ölkəmizdə  demokratiyanın,  insan  hüquqlarının  inkişafına  və 

qorunmasına çox böyük əhəmiyyət veririk”  deyən Prezident 

İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən 

sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının mü-

dafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb etmişdir. Prezident İl-

ham Əliyev bununla bağlı demişdir: “Biz ölkəmizdə demokra-

tiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox bö-

yük  əhəmiyyət  veririk...  Əlbəttə,  çox  vacibdir  ki,  bu  sahədə 

həm  beynəlxalq  təşkilatlar  tərəfindən,  eyni  zamanda,  bu  sahə 

ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar 

tətbiq  olunsun.  Biz,  əlbəttə,  gələcək  fəaliyyətimizdə  də  Azər-

baycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları da-

vam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün la-

zımi tədbirləri görəcəyik”. 

Məhz  bu  cür  ali  və  humanist  mövqeyin  qanunauyğun  nəticəsi 

kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərənca-

mına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edi-

lib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-

də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət 



Proqramı”nı  təsdiq  etdiyi  xatırladılır  və  bildirilir  ki,  Heydər  Əli-

yev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas is-

tiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 

iyun tarixi Azərbaycanda insan hüquqları günü elan olunub. Sərən-

cama görə, hər il iyunun 18-i Azərbaycanda İnsan hüquqları günü 

kimi qeyd olunmalıdır. 

Beləliklə, yuxarıda istinad edilən məsələ və məqamları ümumi-



182 

 

ləşdirərək belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda insan və 



vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində 1993-cü 

ildən  –  Ümummilli  lider  Heydər  Əliyevin  hakimiyyətə  gəlməsin-

dən  sonra  sistematik  və  ardıcıl  tədbirlər  görülməyə  başlanmışdır. 

Və  bu  gün  bütün  sahə  və  istiqamətlərdə  insan  və  vətəndaş  hüquq 

və  azadlıqları  ən  yüksək  səviyyədə  təmin  və  müdafiə  edilməkdə-

dir. 


 

6.7. Azərbaycan cəmiyyətinin demokratikləşməsi şəraitində 

       ombudsman təsisatının təşəkkülü xüsusiyyətləri 

 

Demokratik,  hüquqi  dövlət  quruculuğu  yolunu  tutmuş  Azər-

baycanda  vətəndaş  cəmiyyətinin  formalaşması  şəraitində  insan  və 

vətəndaş  hüquq  və  azadlıqlarının  konstitusiya  təminatlarının  for-

malaşdırılması mexanizmində insan hüquqları üzrə Müvəkkil (om-

budsman)  təsisatı  xüsusi  yer  tutur  və  səmərəli  dövlətdaxili  vasitə 

kimi çıxış edir. 

Ölkəmizdə məhz bu cür demokratik təsisatın yaradılması Azər-

baycan  xalqının  Ümummilli  lideri  Heydər  Əliyevin  22  fevral 

1998-ci  il  tarixli  Fərmanında  mühüm  vəzifə  kimi  müəyyən  edil-

mişdir. Bu istiqamətdə aparılan məqsədyönlü hazırlıq işi baxımın-

dan  2001-ci  il  mayın  14-də  Azərbaycan  Respublikasının  Milli 

Məclisi,  BMT-nin  İnkişaf  proqramı  və  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  İnsan  hüquqları  İnstitutunun  “Azərbaycanda 

ombudsman  təsisatının  yaradılması”  mövzusunda  birgə  keçirdik-

ləri beynəlxalq elmi-praktik seminar xüsusi önəm kəsb etmişdir. 

Modern cəmiyyətlərdə demokratiyanın təmin edilməsi müxtəlif 

formalarda təzahür edir. Qloballaşan dünyada baş verən inteqrasi-

ya  prosesləri  getdikcə  demokratiyanın  Qərb  və  Şərq  modellərinin 

daha ümumi və bənzər şəkildə gerçəkləşməsinə gətirib çıxaracaq-

dır.  Bunun  təzahürü  kimi  2001-ci  il  yanvar  ayının  25-də  Avropa 

Şurasının  üzvü  olan  Azərbaycan  Respublikasının  bir  sıra  Avropa 

Konvensiyalarına  qoşulması  və  ölkədə  onlardan  irəli  gələn  öhdə-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə