HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə56/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   52   53   54   55   56   57   58   59   ...   145

174 

 

olunmasını  Azərbaycan  dövlətinin  ali  məqsədi  olduğunu  bəyan 



etməklə  Konstitusiya müəyyən edir ki,  məhz dövlət  hər kəsin  hü-

quq və  azadlıqlarının müdafiəsinə  təminat  verir  və  bu müdafiənin 

məhkəmə orqanlarında həyata keçirilməsinə imkanlar yaradır. 

Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyasında in-

san  və  vətəndaş  hüquq  və  azadlıqları  tam  həcmdə  təsbit  olunur. 

Konstitusiyanın  maddələrini  insan  hüquqları  sahəsində  əsas  bey-

nəlxalq hüquqi sənədlərin müddəaları ilə müqayisə edərək belə bir 

nəticəyə  gəlmək  olar  ki,  onların  ümumi  yanaşmaları  və  konkret 

normalarında oxşarlıq mövcuddur.  Bu isə təsadüfi deyil. Azərbay-

canda insanın konstitusion statusunu müəyyən edən prinsiplər mü-

hüm beynəlxalq sənədlərdə təsbit olunmuş normaların ümumdün-

ya səviyyəsini əks etdirir. Bu isə, ilk növbədə, onunla izah olunur 

ki, Azərbaycan dünya birliyinin bir hissəsi olmaqla bəşər siviliza-

siyasının dəyərlərini tanıyır və qəbul edir. Demokratik inkişaf yo-

lunu seçmiş Azərbaycan Respublikası Ümumdünya insan hüquqla-

rı  Bəyannaməsində,  BMT  Nizamnaməsində,  Mülki  və  siyasi  hü-

quqlar haqqında, iqtisadi, sosial və mədəni hüquqlar haqqında bey-

nəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş insan hüquqlarına riayət 

olunması  prinsiplərini  tanıyır  və  Azərbaycan  Respublikasının 

Konstitusiyasında,  müvafiq  dövlətdaxili  hüquqi  sənədlərdə  insan 

və  vətəndaş  hüquq və  azadlıqlarının təsbit edilməsi  bu prinsiplərə 

təminat veriləcəyinin ifadəsidir.  

Beləliklə, Azərbaycan Konstitusiyası  insan və vətəndaş  hüquq 

və azadlıqlarını dünya təcrübəsinin nəzərə alınması fonunda geniş 

şəkildə təsbit edir, onların və insanın ən ali dəyər olmasından çıxış 

edir. Bütün bunlar isə demokratik, hüquqi dövlətin ən əsas və ay-

rılmaz  əlamətlərindən  biri  olmaqla  bütün  dövlət  hakimiyyəti  or-

qanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının prioritet yer 

tutmasından xəbər verir. 

Konstitusiyada insan hüquq və azadlıqlarının həyata keçirilmə-

si  üçün  zəruri  təminatlar  da  göstərilmişdir.  Konstitusiyanın  müd-

dəalarına müvafiq olaraq bu sahədə ümumdövlət  təminatına insan 

hüquq və azadlıqlarının prioritetliyini, Konstitusiyanın və qanunla-



175 

 

rın  aliliyini,  hakimiyyətin  bölgüsü  prinsipinə  əsaslanan  demokra-



tik,  hüquqi  dövlətçilik  təsisatları  sisteminin  formalaşdırılmasını, 

insan  hüquqlarının  müdafiəsinin  hüquqi  əsaslarının  yaradılmasını, 

bu sahədə milli təsisat və mexanizmlərin yaradılmasını və s. aid et-

mək olar.  



 

6.6. Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının 

       təmin edilməsi siyasətinin əsas istiqamətləri 

 

İnsan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  və  müdafiə 

edilməsi  daim  dövlətin  diqqət  mərkəzində  olan  başlıca  məsələlər-

dəndir.  Çünki  vətəndaş  cəmiyyətinin  formalaşdırılması,  demokra-

tik, hüquqi  dövlət  quruculuğu bilavasitə insan və vətəndaş hüquq 

və  azadlıqlarının  möhkəm  təminatının  yaradılması  problemi  ilə 

bağlıdır. 

Ümumi  rəydir  ki,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının 

reallaşdırılması  mexanizmi  insanın  bütün  hüquq  və  azadlıqlarına 

hörmət üçün zəruri şəraiti təmin edən, insan şəxsiyyətinə xas olan 

ləyaqətdən irəli gələn, onun tam və azad inkişafı üçün əhəmiyyətli 

olan vasitə və amillərin müəyyən sistemidir. Bu mexanizmin struk-

turuna  daxil  olan  elementlərə  ictimai  normalar,  insan  və  vətəndaş 

hüquq və azadlıqlarının subyektlərinin fəaliyyəti, ictimai rəy, ümu-

mi,  xüsusi  və  təşkilati  prosedurlar,  məsuliyyət  və  s.  aid  edilir. 

Ümumiyyətlə,  insan  hüquqlarının  reallaşdırılması  mexanizminin 

vəzifələrinə pozulmuş hüquqların qorunması, müdafiəsi və bərpası 

daxildir. Beləliklə, həmin mexanizmin yarımsistemləri kimi pozul-

muş  subyektiv  hüquqların  “qorunması  mexanizmi”,  “müdafiəsi 

mexanizmi”, həmçinin, “tərbiyəsi mexanizmi” çıxış edirlər.  

İnsan hüquqlarının müdafiə və təmin edilməsi sahəsində xarici 

təcrübəni tədqiq edən araşdırmaçıların ümumi rəyinə görə, heç də 

bütün  ölkələrdə  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarını  təmin 

edən  dövlətdaxili  mexanizmlər  (təminatlar)  yaradılmır.  O.E.Kuta-

fin  qeyd  edir  ki,  təminatlar  fiziki  şəxs  tərəfindən  ona  məxsus 



176 

 

hüquq  və  azadlıqların  həyata  keçirilməsi  imkanlarını  təmin  edən 



tədbirlərdir. 

M.V.Baqlay  hüquq  və  azadlıqların  konstitusion  təminatlarını 

nəzərdən keçirir və onların təsnifatının aşağıdakı kimi verilməsini 

təklif edir: 



– insan və vətəndaş hüquq və azadlıqlarının ümumi təminatları; 

– hüquq və azadlıqların müdafiəsi

– məhkəmə müdafiəsi; 

– beynəlxalq müdafiə; 

– təzminat məsələsi üzrə müdafiə

– ədalət mühakiməsinin konstitusion təminatları; 

– hüquqi yardım almaq hüququ

– qanunsuz yolla əldə edilmiş sübut və dəlillərin qeyri-qanuniliyi; 

– hökmə yenidən baxılması hüququ; 

– cinayətdən zərər çəkənlərin hüquqları; 

– qanunun əks qüvvəsinin qadağan edilməsi. 

İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, on-

ların  tam  həcmdə  həyata  keçirilməsi  dövlət  qarşısında  müəyyən 

vəzifələr  qoyur.  Azərbaycan  Respublikasının  Konstitusiyası  insan 

və vətəndaş hüquq və azadlıqlarını təsbit və bəyan edərək həm də 

müəyyən  edir  ki,  onlara  riayət  olunması  dövlətin  nəzarətində  və 

məsuliyyətindədir.  Bu  hüquq  və  azadlıqların  müdafiəsi  və  təmin 

olunması  üçün  zəruri  olan  əsas  mexanizmlər  də  müəyyən  olun-

muşdur. Ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının müda-

fiəsi və təmin olunmasına görə üzərinə məsuliyyət qoyulan təsisat-

lar  sırasına  dövlət  hakimiyyətinin  hər  üç  qolu  aid  edilir.  Belə  ki, 

Azərbaycan  Respublikası  Konstitusiyasının  71-ci  maddəsinə  əsa-

sən,  insan  hüquqlarını  qorumaq  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyəti orqanlarının borcudur. 

Göründüyü kimi, Konstitusiyada mütərəqqi amillərdən biri ki-

mi  təsbit  olunmuş  hakimiyyətin  bölgüsü  prinsipinə  əsasən,  haki-

miyyətin hər üç qolu öz fəaliyyətində insan və vətəndaş hüquq və 

azadlıqlarını hər bir halda qorumalı, bu, onların ümdə vəzifələrin-

dən biri və əsas olmalıdır. Ona görə ki, insan və vətəndaş hüquqla-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə