HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə54/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   50   51   52   53   54   55   56   57   ...   145

168 

 

nın  alınması  və  ona  görə  cəza  haqqında  Konvensiya,  Beynəlxalq 



cinayət Məhkəməsinin statusu daxil edilir. 

Bunlarla  yanaşı,  insan  hüquq  və  azadlıqları  probleminin  bey-

nəlxalq aspektlərinin tədqiqi göstərir ki, elmi ədəbiyyatda bu sahə-

də mövcud olan beynəlxalq sənədlərin xarakterinə görə onların iki 

qrupunu göstərmək olar: 

1) universal xarakterli beynəlxalq sənədlər

2) regional (məhəlli) xarakterli beynəlxalq sənədlər. 

Universal  xarakterli  beynəlxalq  sənədlər  insan  hüquqlarına 

ümumi hörmət və riayət olunması prinsipini ifadə edən, hüquq və 

azadlıqlara üstünlük verməklə onları dövlətlər və vəzifəli şəxslərin 

özbaşınalıqlarından müdafiə edən beynəlxalq sənədlərdir. Bu qru-

pa BMT Nizamnaməsi, İnsan hüquqları haqqında Beynəlxalq Bill, 

beynəlxalq  konfransların  müvafiq  qərarları,  xalqların  hüquqlarını 

təsbit  edən,  bütün  növ  diskriminasiyaların  qarşısının  alınmasına 

yönələn, qadın və uşaqların hüquqlarını müdafiə edən və s. sənəd-

lər aid edilir.  

BMT  sistemi  ilə  yanaşı,  insan  hüquqlarının  müdafiəsində  re-

gional mexanizmlər də əhəmiyyətli rol oynayır. Burada əsas məq-

səd regional səviyyədə insan hüquqları və azadlıqlarının müdafiə-

sindən ibarətdir. Bu məqsədlə yaradılmış və fəaliyyət göstərən təş-

kilatların  qəbul  etdiyi  sənədlərə  Avropa  Şurasının,  ATƏT-in, 

MDB-nin  müvafiq  sənədləri,  insan  hüquqları  haqqında  Amerika 

konvensiyası, Afrika insan hüquqlarının müdafiəsi Xartiyası daxil-

dir. 


 

6.5. Azərbaycan Respublikasında insan və vətəndaş 

       hüquq və azadlıqlarının konstitusiya əsasları 

 

Demokratik,  hüquqi  dövlətdə  və  vətəndaş  cəmiyyətində  ümu-



mən qəbul olunmuş insan və vətəndaş hüquq və azadlıqları haqqın-

da  normaların  səmərəliliyi  və  reallaşdırılması  səviyyəsi  bir  çox 

amillərdən asılıdır. Məhz bu amillərə dövlət hakimiyyəti orqanları 



169 

 

sistemində demokratik təsisatların qanunvericiliyinin inkişaf səviy-



yəsi, iqtisadi durum, cəmiyyətin mədəni-mənəvi potensialı, maddi 

və  qeyri-maddi  resurslar  və  s.  aid  edilir.  Bununla  yanaşı,  hüquqi 

dövlətin  mütləq  komponenti  qismində  səciyyələndirilən  biri  kimi 

səciyyələndirilən  təsisatlanma  səviyyəsi  də  insan  və  vətəndaş  hü-

quq  və  azadlıqlarının  təmin  və  müdafiə  olunmasına  təsir  edən  bi-

rinci dərəcəli amil qismində dəyərləndirilir. Digər tərəfdən, “yuxa-

rı”dan həyata keçirilən siyasi-hüquqi islahatlar da bəhs edilən vəzi-

fənin yerinə yetirilməsinə təsir edən xüsusi amildir. Bu cür islahat-

lara daha çox inzibati resurslardan istifadə etməklə siyasi sistemin 

struktur  elementlərinin  təkmilləşdirilməsi  istiqamətində  görülən 

tədbirlər aid edilir. Bu isə insan və vətəndaş hüquq və azadlıqları-

nın kompleks şəkildə təmin edilməsinə fundamental töhfələr bəxş 

edən amil qismində dəyərləndirilir. 

İnsan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  və  mühafizə 

edilməsi  demokratiya  yolunda  qəti  və  ardıcıl  surətdə  irəliləyən 

Azərbaycan  Respublikasının  milli  inkişaf  strategiyasının  prioritet 

istiqamətlərindəndir.  Bu,  Azərbaycan  Respublikasının  Konstitusi-

yasında  da  ən  yüksək  səviyyədə  təsbit  olunub.  Konstitusiyada  in-

san və vətəndaş hüquq və azadlıqlarının təminatı və müdafiəsi me-

xanizmləri də müəyyənləşdirilmişdir. Konstitusiyanın insan və və-

təndaş hüquq və azadlıqları,  vəzifələrinə  həsr olunmuş ikinci  böl-

məsinin 3-cü fəsli “Əsas  insan və vətəndaş hüquqları və azadlıqla-

rı” adlanır. Bu fəslin bütün mətni insana, onun ləyaqəti və hüquq-

larına hörmət  ruhunda  yazılmışdır. Bəşər sivilizasiyasının iki mü-

tərəqqi  ideyasının-konstitusionalizm  və  insan  hüquqlarının  müda-

fiəsi  ideyalarının  üzvi  surətdə  bağlılığı  Azərbaycan  Respublikası-

nın Konstitusiyasında özünün geniş ifadəsini tapmışdır. Konstitusi-

yaya görə, insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipi 

hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hü-

quqları və azadlıqlarının olması, hüquqlar və azadlıqların hər kəsin 

cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini 

də əhatə etməsidir.  

Göründüyü  kimi,  Konstitusiyada  insan  və  vətəndaş  hüquq  və 



170 

 

azadlıqları  insanın  mövcudluq  faktı  və  onun  təbiəti  ilə  şərtlənən 



azadlıq ölçüsü kimi götürülmüşdür. Bu da onu göstərir ki, insan və 

vətəndaş  hüquq  və  azadlıqlarının  təsbiti  və  müdafiəsi  təbii  hüquq 

üzərində qurulmuşdur.  Bu baxımdan, 24-cü maddənin  I bəndində 

“hər  kəsin  doğulduğu  andan  toxunulmaz,  pozulmaz  və  ayrılmaz 

hüquqları  vardır”  müddəasının  əsaslandığı  fəlsəfi  substrata  görə, 

insan hüquqlarının qanunvericilikdə, xüsusilə  Konstitusiya qayda-

sında pozitivləşdirilməsi onların dəqiq hüquqi prosedurlar vasitəsi-

lə lazımi müdafiəsi üçün prinsipial əhəmiyyət kəsb edir. 

Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının Kon-

stitusiya  təsbitinin  əsasında  duran  mühüm  prinsiplərdən  biri  də 

Konstitusiyanın  25-ci  maddəsində  əks  olunmuş  “hamının  qanun 

qarşısında  bərabərliyi”  prinsipidir.  Bu  müddəanın  prinsipial  əhə-

miyyəti ondan ibarətdir ki, fəaliyyətdə bərabərlik hüququnu təmin 

etmədən  insanın  bütün  digər  hüquq  və  azadlıqlarının  real  surətdə 

təmin  və  müdafiə  olunmasına  nail  olmaq  mümkün  deyil.  Həmin 

maddədə  xüsusi  əhəmiyyət  kəsb  edən  belə  bir  təsbit  də  əks  olun-

muşdur:  “Dövlət  irqindən,  milliyyətindən,  dinindən,  dilindən, 

cinsindən,  mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqe-

yindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına 

və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq, 

hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 

İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, 

dil,  cinsi,  mənşəyi,  əqidə,  siyasi  və  sosial  mənsubiyyətinə  görə 

məhdudlaşdırmaq qadağandır”. 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  təsbit  olunmuş 

insan və vətəndaş hüquq və azadlıqları sistemində əsas  qruplardan 

birini  şəxsi  (vətəndaş)  hüquq  və  azadlıqlar  təşkil  edir.  Konstitusi-

yada məhz bu cür hüquq və azadlıqlar ön plana çəkilib və şəxsi hü-

quq  və  azadlıqların  prioritetliyi  təsdiq  edilib.  Belə  yanaşma  isə 

şəxsiyyətin  muxtariyyatını  təmin  etmək  məqsədi  və  onun  inkişaf 

istiqamətləri ilə şərtlənir. Şəxsi hüquq və azadlıqlar formal surətdə 

insanı onun şəxsi azadlığı sferasına hər hansı müdaxilədən, o cüm-

lədən dövlətin müdaxiləsindən müdafiə etmək iqtidarındadır. 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə