HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə57/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   53   54   55   56   57   58   59   60   ...   145

177 

 

rı  və  azadlıqları  ali  dəyərə  malikdir  və  bu  hüquqlar  hər  hansı  bir 



normativ hüquqi aktla və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, ya-

xud  məhdudlaşdırıla  bilməz.  Bu  baxımdan  ilk  növbədə,  Azərbay-

canda qanunvericilik hakimiyyətini həyata keçirən orqan kimi Mil-

li Məclis ölkə konstitusiyasının insan və vətəndaş hüquq və azad-

lıqlarına  dair  müddəalarını  qəbul  etdiyi  qanunlarda  əks  etdirir  və 

onların həyata keçirilməsini təmin etmək üçün mexanizmlər müəy-

yənləşdirir. 

24  avqust  2002-ci  il  tarixində  qəbul  olunmuş  “Azərbaycan 

Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsi-

nin  tənzimlənməsi  haqqında”  Konstitusiya  Qanunu  tənzim  etdiyi 

məsələlərin  əhatə  dairəsinə  görə  olduqca  mühüm  əhəmiyyət  kəsb 

edir. Bu Qanun Azərbaycanda insan hüquq və azadlıqlarının həya-

ta keçirilməsini “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqın-

da” Konstitusiyaya uyğunlaşdırmaq məqsədi daşıyır. 

Konstitusiya Qanunu hər kəsin onun hüquqlarını və azadlıqla-

rını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları-

nın qərarlarından, bələdiyyə aktlarından şikayət vermək hüququnu 

və  məhkəmlərin  insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsi 

məsələləri  ilə  bağlı  Konstitusiyanın  və  qanunların  şərh  edilməsi 

haqqında  Konstitusiya  Məhkəməsinə  müraciət  edə  bilmək 

hüquqlarını təsbit etmiş və bununla da qeyd olunan Konvensiyanın 

tələblərinə  uyğun  surətdə  tərtib  olunmaqla  insanların  hüquq  və 

azadlıqlarının  qorunması,  məhkəmənin  nüfuzunun  və  ədalət 

mühakiməsinin  qərəzsizliyinin  təmin  edilməsi  üçün  real  hüquqi 

baza yaratmışdır.  

Bütövlükdə, hakimiyyətin üç qolu Azərbaycanda insan və və-

təndaş  hüquq  və  azadlıqlarının  dövlətdaxili  müdafiəsi  və  təmin 

edilməsi mexanizmlərinin əsasını təşkil edir və insan hüquqlarının 

reallaşmasının  təmin  edilməsi  metodları,  prosedur  və  vasitələrini 

müəyyən edir. Dövlətdaxili milli mexanizmlər sırasına xüsusi ola-

raq ölkə Prezidenti tərəfindən insan və vətəndaş hüquq və azadlıq-

larının  konstitusion  təminatçısı  kimi  müdafiəsini  aid  etmək  olar. 

Məhz  bununla  əlaqədar  olaraq  Azərbaycan  xalqının  Ümummilli 



178 

 

lideri qeyd etmişdir: “Prezident kimi mənim üçün hər bir Azər-



baycan  vətəndaşının  hüququnun  qorunması  vacibdir...  Azər-

baycan Respublikası öz həyatını demokratik prinsiplər əsasın-

da  quraraq  daim  çalışacaqdır  ki,  insan  hüquqlarının  qorun-

masına əməl edilsin... İnsan hüquqlarının qorunması Azərbay-

can dövlətinin əsas prinsiplərindən biridir...”. 

Ümumiyyətlə, bütün mərhələlərdə Ulu öndər Heydər Əliyevin 

rəhbərliyinin  mahiyyətini  əks  etdirən  dəyərlər  sırasında  insan  və 

vətəndaş  hüquq  və  azadlıqlarının  qorunması,  humanizm,  ədalət 

prinsipləri həmişə üstün yer tutur. Ölkəmizdə həyata keçirilən  ge-

nişmiqyaslı  hüquqi  islahatlar,  məhkəmə  sisteminin  təkmilləşdiril-

məsi məhz bu prinsiplərə xidmət edir. 

Bütün bu hüquqi islahatların mahiyyəti və dövlətin bu sahədə 

yerinə  yetirməli olduğu funksiyalardan bəhs edən Ulu öndər Hey-

dər Əliyev qeyd etmişdir: “...Biz demokratiya yolu seçmişik, de-



mokratiyanı  da  inkişaf  etdiririk.  İnsan  haqlarını  təmin  etmi-

şik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azad-

lığı  tamamilə  təmin  olunubdur.  Siyasi plüralizm  hökm  sürür. 

Hər şey demokratik prinsiplər əsasındadır”. 

Bunlarla yanaşı, “İnsan və vətəndaş hüquqlarının və azadlıqla-



rının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında”  22  fevral 

1998-ci il tarixli Fərman bəhs edilən məsələlər baxımından xüsusi 

əhəmiyyət kəsb edir. Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan 

Respublikası  müstəqillik qazandıqdan sonra  Beynəlxalq  Dövlətlər 

Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümum-

bəşəri  dəyərlərin  üstünlüyünü  qəbul  edərək  demokratik,  hüquqi  və 

dünyəvi dövlət quruculuğu özünün inkişaf yolunu seçmişdir. 

Ulu  öndərin  həmin  Fərmanında  80-ci  illərin  axırlarında  90-cı 

illərin əvvəllərində Azərbaycanda insan hüquqlarının kütləvi surət-

də  pozulmasına  gətirib  çıxarmış  hallara  və  faktlara  siyasi  qiymət 

verilib.  Burada insan hüquqlarının, qadınların, uşaqların,  milli  az-

lıqların  müdafiəsinə  dair  dövlət  proqramlarının  layihələrinin  işlə-

nib  hazırlanması,  qaçqınların  və  məcburi  köçkünlərin,  əlillərin, 

müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hü-




179 

 

quqlarının  daha  səmərəli  təmin  edilməsi,  insan  hüquqları  üzrə 



Azərbaycan Respublikasının səlahiyyətli Müvəkkili təsisatının, ha-

belə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini həyata 

keçirən  digər  qurumların  yaradılması,  hüquqi  islahatların  həyata 

keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına 

dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, in-

san hüquqlarının qorunması sahəsində hüquqi mexanizmlərin tək-

milləşdirilməsi, insan hüquqları üzrə elmi-tədqiqat institutunun ya-

radılması və digər məsələlərə dair təkliflərin hazırlanması və lazımi 

tədbirlərin görülməsi müvafiq dövlət strukturlarına tapşırılmışdır. 

Demokratiya  yolunda  qəti  və  ardıcıl  addımlarla  irəliləyən 

Azərbaycanda  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin 

edilməsi sahəsində müəyyən olunmuş tədbirlərin əsaslı və məqsəd-

yönlü şəkildə həyata keçirilməsi məqsədilə Ulu öndər Heydər Əli-

yevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə “İnsan hüquqlarının 

müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir.  

Ölkəmzidə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və 

müdafiə olunması istiqamətində görülən fundamental tədbirlərdən 

biri  də  ölüm  cəzasının  ləğvi  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki, 

ölüm  hökmü  Azərbaycanın  Cinayət  Məcəlləsində  hər  zaman  ol-

muşdur  və  statistikaya  görə,  1988-1993-cü  illər  ərzində  32  şəxs 

haqqında icra olunmuşdur. Onlardan 8 nəfər haqqında hökm 1993-

cü ildə Prezident fərmanları əsasında icra edilmişdir. Amma 1993-

cü  ilin  iyun  ayından  isə  ölkə  rəhbərliyinə  qayıtmış  Ümummilli 

lider  Heydər  Əliyevin  humanist  siyasətinin  təzahürü  kimi  Azər-

baycanda  ölüm  hökmünün  icrasına  faktiki  moratorium  qoyulmuş, 

bu müstəsna cəza növü 10 fevral 1998-ci il tarixli Qanunla tama-

milə ləğv edilmişdir. Bu addım Azərbaycan dövlətinin humanist və 

demokratik  mahiyyətini,  ölkədə  insan  hüquqlarının  təmin  və  mü-

hafizə edilməsinə verilən önəmi bir daha sübut etmişdir. 

Azərbaycanda vətəndaşların dövlət orqanlarına müraciət etmək 

hüququnun  həyata  keçirilməsi  sahəsində  aparılan  siyasət  sistemli 

və  ardıcıl  xarakter  daşıyır.  Bu  da  icra  hakimiyyəti  orqanlarının 

bəhs  edilən  istiqamətdəki  fəaliyyətinin  getdikcə  daha  da  yaxşılaş-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə