HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə53/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   49   50   51   52   53   54   55   56   ...   145

165 

 

sənədlərdə  təsbit  edilmişdir.  Beləliklə,  beynəlxalq  siyasətdə  bu 



ideyanın bütün dünyanın sosial təcrübəsi sferasına keçirilməsi ten-

densiyaları açıq müəyyən olunmuşdur. İnsan ləyaqəti hər kəs üçün 

və hər bir cəmiyyətdə onun sosial-iqtisadi və siyasi təşkilinin xüsu-

siyyətlərindən asılı olmayaraq, azad inkişafı və mövcudluğuna mi-

nimal  tələbatların  təmin  edilməsi  zərurəti  ilə  əlaqələndirilmiş, 

həmçinin,  dövlətlər  və  xalqlara  istiqamətlənən  müvafiq  tələblərin 

formalaşmasında ifadə olunmuşdur. 

Məhz bu cür siyasətin vacib nəticəsi 26 iyun 1945-ci il tarixin-

də milli dövlətlər tərəfindən əsas insan və vətəndaş hüquq və azad-

lıqlarına hörmət prinsipini ifadə edən  sənəd – Birləşmiş Millətlər 

Təşkilatının  (BMT)  Nizamnaməsi  qəbul  olunmuşdur.  24  oktyabr 

1945-ci  ildə  qüvvəyə  minmiş  bu  sənəd    mahiyyətinə  görə  insan 

şəxsiyyətinin hüquqları  və azadlıqları sahəsində suveren dövlətlər 

və xalqların bundan sonrakı əməkdaşlığı üçün əsas siyasi, ideoloji 

və hüquqi bünövrə olmuşdur. Beləliklə, “insan hüquqları” anlayışı 

1945-ci  ildən,  BMT  Nizamnaməsinin  qəbul  olunduğu  vaxtdan 

beynəlxalq siyasi leksikonda işlənməyə başlanmışdır. 

Nizamnamənin  birinci  maddəsində  BMT-nin  məqsədlərindən 

biri  kimi  iqtisadi,  sosial,  mədəni  və  humanitar  xarakterli  beynəl-

xalq problemlərin həllində, irqindən, cinsindən, dilindən və dinin-

dən asılı olmayaraq, hamı üçün insan hüquqları və əsas azadlıqlara 

rəğbətin  həvəsləndirilməsi  və  inkişafında  beynəlxalq  əməkdaşlığı 

həyata keçirmək müəyyən olunmuşdur. 

BMT  Nizamnaməsi  təkcə  insan  hüquqları  və  əsas  azadlıqlara 

hörmətin (rəğbətin) həvəsləndirilməsi və inkişafına istinadla məh-

dudlaşmır. Onun 55-ci maddəsinin “s” bəndində irqinə, cinsinə, di-

li  və  dininə  fərq  qoymayaraq  hamı  üçün  insan  hüquqları  və  əsas 

azadlıqlara  ümumi  hörmət  göstərilməsinə  təsir  etmək  məqsədilə 

beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilməsi  dövlətlər  qarşısında 

vəzifə kimi qoyulur. 

Göründüyü kimi, BMT Nizamnaməsi fundamental beynəlxalq 

müqavilə  olaraq  müasir  beynəlxalq  hüquqda  insan  hüquqlarına 

hörmət və onlara riayət olunması prinsipini təsbit etmiş və dövlət-



166 

 

lər üzərinə müvafiq hüquqi vəzifələr qoymuşdur. 



Beləliklə, BMT Nizamnaməsinin qəbul olunması insan hüquq-

ları  sahəsində  beynəlxalq  münasibətlərin  keyfiyyətcə  yeni  mərhə-

ləsinin başlanğıcı olmuş və beynəlxalq münasibətlər tarixində döv-

lətlərin insan hüquqları üzrə əməkdaşlığının inkişafının əsasını qo-

yan çoxtərəfli müqavilə olmuşdur. 

BMT Nizamnaməsi hazırlanarkən onda ümumi rəğbət və riayət 

olunacaq əsas hüquqlar və azadlıqların siyahısının verilməsi təklif-

ləri  irəli  sürülmüşdür.  Lakin  Nizamnamənin  qəbul  olunması  üçün 

əsas  olan  1945-ci  il  San-Fransisko  Konfransı  bu  məsələni  insan 

hüquqları haqqında Beynəlxalq Billi  işləmək məqsədilə BMT-nin 

səlahiyyətli orqanlarının müzakirəsinə vermişdir. 

1946-cı ildə BMT-nin İqtisadi və Sosial Şurası özünün kömək-

çi  orqanı  kimi  İnsan  hüquqları  üzrə  Komissiyanı  təsis  etmiş,  ona 

16 fevral 1946-cı il tarixli 5 (1) saylı  qətnaməsi ilə insan hüquqları 

üzrə Beynəlxalq Billi barədə öz mülahizələrini təqdim etməyi tap-

şırmışdır.  Hazırda  İnsan  hüquqları  haqqında  Bill  aşağıdakı 

beynəlxalq müqavilələri özündə birləşdirir: 

– İnsan hüquqları haqqında Ümumi Bəyannamə

– İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakt

– Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakt; 

– Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta aid qey-

ri-məcburi protokol. 

Araşdırmaçıların  fikrincə,  Ümumi  Bəyannamə  BMT  Baş  As-

sambleyasının  qətnaməsi  kimi  qəbul  olunmuşdur  və  ona  görə  də, 

yalnız tövsiyə xarakteri daşıyır. Dünyanın bir çox ölkələrinin kon-

stitusiyaları  bilavasitə  bu  sənədə  istinad  edir  və  onlara  Bəyanna-

mənin bir sıra müddəaları daxil edilir. 

1948-ci  ildə  “standart”  kimi  qəbul  olunmuş  Ümumi  Bəyanna-

mə  bu  gün  bir  çox  ölkələr  tərəfindən  konstitusiyaların,  insan  hü-

quqlarına aid  olan müxtəlif qanunlar və  sənədlərin  ayrı-ayrı müd-

dəalarının  işlənilməsində  geniş  istifadə  olunan  modeldir.  1948-ci 

ildən  sonra  qəbul  olunmuş  90-dan  artıq  milli  konstitusiyaya  Bə-



167 

 

yannamənin müddəalarının təsiri altında fundamental hüquqlar si-



yahısı daxil edilmişdir. 

İnsan hüquqları və azadlıqları probleminin beynəlxalq aspekt-

ləri tədqiq edilərkən məlum edilmişdir ki, bu sahədə mövcud olan 

beynəlxalq  sənədlər  elmi  ədəbiyyatda onların xarakterinə  görə  bir 

neçə istiqamət üzrə qruplaşdırılır. Belə ki, bu baxımdan əsas qrupu 

universal xarakterli beynəlxalq sənədlər təşkil edir. Onlar insan hü-

quqlarına ümumi hörmət və onlara riayət edilməsi prinsipini ifadə 

edən,  hüquq  və  azadlıqlara  üstünlük  verməklə  onları  dövlətlər  və 

vəzifəli  şəxslərin  qanunsuzluqlarından  müdafiə  edən  beynəlxalq 

sənədlərdir. Bundan başqa, bu qrup sənədlərə tədqiqatçılar beynəl-

xalq konfransların müvafiq qərarlarını, xalqların hüquqlarını təsbit 

edən, bütün növ diskriminasiyaların qarşısının alınmasına yönələn, 

qadın və uşaqların hüquqlarını müdafiə edən sənədləri aid edirlər. 

V.A.Kartaşkin insan hüquqlarına aid olan beynəlxalq sənədləri 

üç qrupa bölür. Birinci qrupa əsasən sülh şəraitində insan hüquqla-

rı sahəsində təməl prinsip və normaları özündə əks etdirən beynəl-

xalq sənədlər daxil edilir ki, onlara da insan hüquqlarına dair Ümu-

mi Bəyannamə, insan hüquqları haqqında Beynəlxalq Paktlar və s. 

aid edilir. 

İkinci  qrupa  hərbi  münaqişələr  dövründə  insan  hüquqlarının 

müdafiəsi haqqında beynəlxalq konvensiyalar daxil olunur. Buraya 

müharibənin  qanunları  və adətləri haqqında 1899 və 1907-ci  illər 

Haaqa konvensiyalarının ayrı-ayrı müddəaları, həmçinin, müharibə 

qurbanları  haqqında  1949-cu  il  dörd  Cenevrə  konvensiyası  və 

1977-ci ildə qəbul olunmuş onlara Əlavə protokollar aid olunur. 

Nəhayət,  üçüncü qrupu həm dinc vaxtda, həm də hərbi müna-

qişələr dövründə insan hüquqlarının cinayətkarcasına pozulmasına 

görə  məsuliyyəti  tənzimləyən  beynəlxalq  sənədlər  təşkil  edir.  Bu 

qrupa əsasən Nyunberq nizamnaməsi, Nyunberq və Tokioda Bey-

nəlxalq hərbi tribunalların hökmləri, genosid cinayətinin qarşısının 

alınması və ona görə cəza haqqında Konvensiya, hərbi cinayətlərə 

və  bəşəriyyətə  qarşı  cinayətlərə  görə  köhnəlik  müddətinin  tətbiq 

edilməməsi  haqqında  Konvensiya  və  aparteid  cinayətinin  qarşısı-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə