HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə52/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   48   49   50   51   52   53   54   55   ...   145

162 

 

– Daneva qeyd edir ki, ombudsman təsisatının fəaliyyətinin vacib və 



əhəmiyyətli  psixoloji  tərəfi  ondan  ibarətdir  ki,  şikayətçi  onun 

müvafiq müraciətinə heç baxılmasa da, özünü incidilmiş hiss etmir, 

çünki  anlayır  ki,  o  dinlənildi,  ona  diqqət  yetirildi,  kimsə  də  onun 

problemləri ilə məşğul oldu və bu zaman yüksək xərclər olmadı. 

İdarəetmə orqanına münasibətdə ombudsman preventiv funksi-

yanın müəyyən  növünü yerinə yetirir ki,  bu da idarəetmə orqanla-

rı  və  onların  işçiləri  tərəfindən  qanunların  pozulmasının  ədalət 

prinsipi  və  inzibati  standartlar  vasitəsilə  qarşısının  alınmasından 

ibarətdir. 

Ombudsman müəyyən mənada dövlət orqanları və vətəndaşlar 

arasında təmas vasitəsi kimi çıxış edir. Ombudsman heç cür vətən-

daşların hüquq və azadlıqlarının müdafiəsi üçün mövcud olan hü-

quqi vasitələri əvəz etməməlidir;  əksinə, bu hüquqi vasitələr zəru-

ridir, ancaq onlar ombudsman işi ilə möhkəmləndirilir. 

Elmi  ədəbiyyatda  ombudsmana  çoxsaylı  təriflər  verilir.  D.Ro-

veyt  bildirir  ki,  ombudsman  qanunverici  orqanın  konstitusiya  ilə 

nəzərdə tutulan müstəqil və bitərəf xidmətçisidir. O, dövlət orqan-

larının fəaliyyəti üzərində nəzarəti həyata keçirir, vətəndaşların in-

zibati özbaşınalıqlar və qeyri-qənaətbəxş rəhbərlikə əlaqədar şika-

yətlərinə  baxır,  göstərilən  orqanların  aktlarını  tədqiq,  tənqid  və 

elan etmək (lakin onları  ləğv etməmək) səlahiyyətindədir. Müəlli-

fin  verdiyi  digər  tərifə  görə,  ombudsman-qanunverici  orqan  tərə-

findən  vətəndaşların  müdiriyyətinin  və  məhkəmənin  işinə  dair 

şikayətlərinə  baxmaq  məqsədilə  seçilmiş  və  özünü  onların 

fəaliyyəti üzərində nəzarətçi  aparan qulluqçudur. 

Alvaro  Laborinqo  Lukionun  yanaşması  isə  bu  cürdür:  “Om-



budsmanlar haqqında demək olmaz ki, onlar rəsmi, yaxud ya-

rımrəsmi şəxslərdirlər, çünki onların ikili təbiəti var: bir tərəf-

dən  onlar  öz  orqanının  nümayəndələridir,  digər  tərəfdən  isə 

onlar adi vətəndaşdırlar. Və bu institutun təsis edilməsi hazır-

da  əsl  demokratiyanın  bərqərar  olunmasının  mühüm  faktoru 

və ya vasitəsi ola bilər”. 

P.İmbert isə bildirir ki, ombudsman institutunun təsis edilməsi 




163 

 

mühüm  nailiyyətdir,  ona  görə  ki,  o,  vətəndaşların  hüquqlarının 



məhkəmədənkənar  müdafiəsi  mexanizminə  olan  tələbatı  ödəyir. 

Ombudsman təsisatı insan hüquqlarının daha səmərəli müdafiəsinə 

nail olmaq məqsədilə hüquq müəssisələrini təmsil edənlərlə müqa-

yisədə daha tez və daha az formal tədbirlər görmək iqtidarındadır. 

“İnsan  haqlarına  dair  Britaniya  ensiklopediyası”nda  isə  qeyd 

edilir  ki,  ombudsman  qanunverici  orqanın  müvəkkili  olmaqla  və-

təndaşların bürokratik aparatının sui-istifadə hərəkətlərindən verdi-

yi şikayətləri araşdırmaq məqsədilə yaradılmışdır. 

Beynəlxalq  Hüquqşünaslar  Assosiasiyası  isə  ombudsman  təsi-

satına məhz bu cür tərif verir: “Ombudsman yüksək ranqlı vəzi-



fəli və müstəqil ictimai şəxs tərəfindən rəhbərlik edilən, aktın-

da nəzərdə tutulmuş və bu orqanları, məmurlar və işəgötürən-

lər  tərəfindən  zərər  çəkmiş  şəxslərin  təqdim  etdikləri  şikayət-

lər  və  ya  öz  mülahizələri  ilə  təhqiqatlar  aparan,  tənzimləyici 

fəaliyyət tövsiyə edən və hesabat təqdim edən xidmətdir”. 

Beləliklə, yuxarıdakı tərifləri ümumiləşdirərək  bu təsisata belə 

bir tərif vermək olar: ombudsman əsas vəzifəsi vətəndaşların şika-

yətlərinin həll edilməsindən ibarət olan və şəxsi təşəbbüsü ilə insan 

hüquqları  və  azadlıqlarının  pozulması  ilə  nəticələnən  və  onların 

müdafiəsinə dair bütün hüquqi vasitələrin tükəndiyi halda idarəet-

mə orqanları tərəfindən qanunlara riayət edilməməsinə həmişə mü-

vafiq reaksiya verən institusional parlament nümayəndəsidir. 

Bizim fikrimizcə, təklif olunan bu tərif ombudsman təsisatının 

həm  vətəndaşların  hüquq  və  azadlıqlarının  təmin  olunmasına  xid-

mət edən dövlət orqanlarının fəaliyyətinə nəzarət üsulu kimi, həm 

də onun fəaliyyət göstərdiyi dövlətlərdə vətəndaşların hüquqlarının, 

qanunçuluğun müdafiəsi vasitəsi kimi çıxış etdiyini əks etdirir. 

Beləliklə,  ombudsman  institutunun  ikili  rolunu  qeyd  etmək 

olar:  bir  tərəfdən  vətəndaşların  şikayətlərinə  reaksiya  vermək,  di-

gər  tərəfdən  isə  dövlət  idarəçiliyi  orqanlarının  fəaliyyətinə  onu 

yaxşılaşdırmaq məqsədilə nəzarəti həyata keçirmək. 

Ombudsman  təsisatının  tədqiqində  onu  səciyyələndirən  xü-

susiyyətlərin  müəyyən  edilməsinə  də  diqqət  yetirdikdə  təxmin  et-



164 

 

mək olur ki, verilən təriflərin fərqli formalarda olmasına baxmaya-



raq,  bu  təsisatın  fəaliyyət  mexanizminə  xas  olan  vacib  və  ümumi 

razılıqla  qəbul  edilən  xüsusiyyət  ondan  ibarətdir  ki,  ombudsman 

məcburetmə tədbirlərinə istinad etmədən, özünün nüfuzundan isti-

fadə edərək dövlət orqanlarının işində düzəliş etmək imkanına ma-

likdir.  Bu  nüfuz  və  imkanın  əsasında  isə  bəhs  edilən  təsisatın  qa-

nunverici  və  icraedici  hakimiyyətlərdən  asılı  olmaması,  ikincisi 

isə, onun siyasi cəhətdən neytral olmasıdır. 

Təcrübə  göstərir  ki,  ombudsman  təsisatının  daha  səmərəli  fə-

aliyyət göstərməsi üçün ilk növbədə, dövlət idarəetmə orqanlarının 

özlərinin təşkili və dəqiq işləməsi, onların fəaliyyəti üçün optimal 

şəraitin  yaradılması  problemlərinin  həlli  zəruridir.  Yalnız  bundan 

sonra ombudsman təsisatının fəaliyyət mexanizminin səmərəliliyi-

ni təmin etmək olar. 

Skandinaviya ombudsmanları  Şərqi Avropa ölkələrindəki  om-

budsmanlardan  fərqli  olaraq  elə  bir  sistem  çərçivəsində  fəaliyyət 

göstərir ki, burada onların partnyoru və opponenti kimi yüksək də-

rəcəli  təşkilatlanma,  peşə  səmərəliliyi  və  yüksək  məsuliyyət  hissi 

ilə səciyyələnən dövlət idarəetmə orqanları çıxış edir. Belə bir şə-

raitdə  ombudsman  təsisatı  rəhbərliyin  işi  üzərindəki  ümumi  nəza-

rət  mexanizminin  bir  hissəsi  kimi  qəbul  olunur  və  qanunçuluğun, 

vətəndaşların hüquqları və azadlıqlarının müdafiəsinin təmin edil-

məsində müəyyən rol oynayır. Onun müvəffəqiyyəti bir sıra amil-

lərdən  asılıdır  ki,  onlara  da  tədqiqatçılar  demokratik  ənənələri, 

dövlət  orqanları  qulluqçularının  inkişaf  etmiş  peşə  etikasını  və 

yüksək  mənəvi  keyfiyyətlərini  aid  edirlər.  Bütün  bu  amillər  om-

budsman institutunun fəaliyyət mexanizminin səmərəlilik səviyyə-

sinin artırılması istiqamətində zəruri strateji önəm kəsb edir. 

 

6.4. İnsan hüquqları probleminin beynəlxalq hüquqi 



       tənzimlənməsinin siyasi aspektləri 

 

XX əsrdə insan və vətəndaş hüquq və azadlıqları əsas dəyər ki-



mi tanınaraq beynəlxalq səviyyəyə çıxarılmış və müxtəlif normativ 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə