HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə55/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   51   52   53   54   55   56   57   58   ...   145

171 

 

Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı şəxsi 



hüquq və azadlıqlar təsbit edilmişdir: 

– yaşamaq hüququ (maddə 27); 

– azadlıq hüququ (maddə 28); 

– şəxsi toxunulmazlıq hüququ (maddə 32); 

– şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ (maddə 32); 

– mənzil toxunulmazlığı hüququ (maddə 33); 

– təhlükəsiz yaşamaq hüququ (maddə31); 

– milli mənsubiyyət hüququ (maddə 44); 

– ana dilindən istifadə hüququ (maddə 45); 

– şərəf və ləyaqətin müdafiəsi hüququ (maddə 46); 

– nikah hüququ (maddə 34); 

– fikir və söz azadlığı (maddə 47); 

– vicdan azadlığı (maddə 48). 

 İnsanın şəxsi hüquq və azadlıqlarını Azərbaycan Respublikası-

nın Konstitusiyası hüquqi dövlətin tələblərinə müvafiq surətdə təs-

bit etməklə yanaşı, bütün dövlət orqanları qarşısında onların müda-

fiəsini  bir  vəzifə  kimi  qoyur.  İnsan  müxtəlif  keyfiyyətlərə  malik 

ola  bilər,  lakin  onlar  onun  statusuna  və  dövlət  orqanları  ilə  qarşı-

lıqlı münasibətlərinə təsir etməməlidir. Digər tərəfdən, insan əmin 

olmalıdır ki, öz taleyini onun özü müəyyən edir və bu zaman özü-

nün şəxsi qərarlarına görə məsuliyyət daşıdığını da unutmamalıdır. 

Eyni zamanda, şəxsi hüquq və azadlıqların inkişaf etdirilməsində və 

həyata keçirilməsində obyektiv olaraq bütün cəmiyyət maraqlıdır. 

İnsanın  ölkə  həyatında,  cəmiyyət  və  dövlətin  işlərinin  idarə 

olunmasında iştirak etməyə fəal surətdə qoşulmasına siyasi hüquq 

və  azadlıqlar  yönəlmişdir.  Bu  hüquqlar  insan  və  cəmiyyət,  vətən-

daş və cəmiyyət, eləcə də vətəndaşla dövlət arasında əlaqələrin ya-

radılması və möhkəmləndirilməsi üçün şərait yaradır və onların re-

al  surətdə  təmin  olunmasından  konstitusion  quruluşun  əsasları, 

onun  demokratikliyinin  möhkəmliyi,  əhalinin  geniş  təbəqələrinin 

siyasi  mədəniyyət  səviyyəsi,  onların  siyasi  proseslərdə  iştirak  et-



172 

 

məkdə maraqlı olması çox asılıdır. 



Azərbaycan  Respublikası  Konstitusiyasında  aşağıdakı  siyasi 

hüquq və azadlıqlar təsbit olunmuşdur: 



– sərbəst toplaşmaq azadlığı (maddə 49); 

– cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ (maddə 54); 

– dövlətin idarə olunmasında iştirak etmək hüququ (maddə 55); 

– seçki hüququ (maddə 56); 

– referendumda iştirak etmək hüququ (maddə 56); 

– müraciət etmək hüququ (maddə 57); 

– birləşmək hüququ (maddə 58); 

– siyasi sığınacaq hüququ (maddə 70) və s. 

Bununla  yanaşı,  Azərbaycan  Respublikasının  Konstitusiyasın-

da aşağıdakı iqtisadi, sosial və mədəni hüquqlar təsbit olunmuşdur: 

– mülkiyyət hüququ (maddə 29 ); 

– azad sahibkarlıq hüququ (maddə59); 

– əqli mülkiyyət hüququ (maddə 30); 

– əmək hüququ (maddə 35); 

– tətil hüququ (maddə 36); 

– istirahət hüququ (maddə 37); 

– mənzil hüququ (maddə 43); 

– mənzil toxunulmazlığı hüququ (maddə 33); 

– sosial təminat hüququ (maddə 37); 

– sağlam ətraf-mühitdə yaşamaq hüququ (maddə 41); 

– nikah hüququ (maddə  34); 

– mədəniyyət hüququ (maddə 40); 

– təhsil hüququ (maddə 42); 

– yaradıcılıq azadlığı (maddə 43) və s. 

Təhlillər əsasında onu qeyd etmək olar ki, əgər Konstitusiyada 

təsbit edilmiş siyasi hüquqların əksəriyyəti yalnız vətəndaşlara aid 

edilirsə,  şəxsi  və  sosial-iqtisadi  hüquqların  bir  çoxu  Azərbaycan 




173 

 

Respublikası ərazisində olan şəxslərin hüquqları kimi təsbit edilir. 



İkincisi, insan və vətəndaşların hüquqları ayrılıqda verilir ki, bu da 

insan  və  vətəndaş  kateqoriyalarının  bir-birindən  pozitiv  çalarlar 

əsasında  fərqləndirildiyini  göstərir.  Bu  isə  vətəndaş  cəmiyyəti  ilə 

dövlətin  bir-birindən  fərqləndirilməsi  məntiqinə  uyğun  gəlir.  Bu-

nunla da Azərbaycan Respublikasının Konstitusiyası insana yalnız 

onun  dövlətlə  əlaqəsi  ilə  birtərəfli  baxılmasını  aradan  qaldırır  və 

insanın  öz  müqəddəratını  təyinetmə  sahəsini  xeyli  genişləndirir. 

Əgər vətəndaş cəmiyyətində hamının tanıdığı insan hüquqları əsa-

sında şəxsiyyətin muxtariyyatı və hər hansı bir qanunsuz təsirdən 

müstəqilliyinin  təmin  olunması  üçün  şərait  yaradılırsa,  vətəndaş 

hüquqları  fərdin  dövlətlə  qarşılıqlı  münasibətləri  sahəsini  əhatə 

edir və onun hüquqlarına qanunsuz müdaxilədən müdafiə olunması 

ilə  yanaşı,  həm  də  bu  hüquqların  reallaşdırılmasına  dövlətin 

köməyini də nəzərdə tutur. 

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin doğuldu-

ğu andan malik olduğu ayrılmaz hüquqlarını tanıyır və hamının ta-

nıdığı hüquq və azadlıqların təbii təbiətini təsbit edir. Demokratik 

cəmiyyət  quruculuğunu  səciyyələndirən  əsas  göstəricilərə  vətən-

daşların  konkret  vəzifələri  və  məsuliyyətlərinin  olması  aid  edilir. 

Beləliklə, buradan belə bir nəticəyə gəlmək olur ki, insan və vətən-

daş hüquq və azadlıqlarının təmin və müdafiə olunması məsələsin-

də mütləq vəzifə yalnız dövlətin üzərinə düşmür. Azərbaycan Res-

publikasının Konstitusiyasında təsbit olunduğu kimi, hər bir vətən-

daş ona verilən hüquqlardan istifadə etməklə üzərinə qoyulan vəzi-

fələri  yerinə  yetirməklə  başqalarının  da  hüquq  və  azadlıqlarına 

hörmət etməlidir. 

Bununla yanaşı, Konstitusiyaya görə, insan və vətəndaş hüquq 

və azadlıqları Azərbaycan Respublikasının ərazisində birbaşa qüv-

vədədir  və  onların  pozulması  ilə  əlaqədar  mübahisələri  məhkə-

mələr  həll  edir.  Beləliklə,  bu  mütərəqqi  müddəa  cəmiyyətdə  bəhs 

edilən  hüquq  və  azadlıqların  real  müdafiəsi  üçün  geniş  imkanlar 

yaradır. İnsan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyünü və 

ölkə  ərazisində  birbaşa  qüvvəsini  elan  etməklə  onların  təmin 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə