HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ


gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslə-



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə46/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   42   43   44   45   46   47   48   49   ...   145

143 

 

gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslə-



rimiz xalq tərəfindən dəstəklənir, əks təqdirdə biz bu inkişafa 

nail ola bilməzdik”. 


144 

 

 



 

 

 

Prezident kimi mənim üçün hər bir Azərbaycan vətənda-

şının hüququnun qorunması vacibdir... Azərbaycan Res-

publikası öz həyatını demokratik prinsiplər əsasında qu-

raraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunma-

sına  əməl  edilsin...  İnsan  hüquqlarının  qorunması  Azər-

baycan dövlətinin əsas prinsiplərindən biridir 

Ulu öndər Heydər Əliyev 

 

*** 

 

Biz  ölkəmizdə  demokratiyanın,  insan  hüquqlarının  inki-

şafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əl-

bəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilat-

lar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məş-

ğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olun-

sun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycan-

da həm siyasi, həm iqtisadi, həm də sosial islahatları da-

vam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bü-

tün lazımi tədbirləri görəcəyik 

Prezident İlham Əliyev 


145 

 

VI FƏSİL 



 

İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARI: 

TARİXİ TƏKAMÜLÜ, SİYASİ-HÜQUQİ, BEYNƏLXALQ 

ASPEKTLƏRİ VƏ AZƏRBAYCAN TƏCRÜBƏSİ 

 

6.1. İnsan və vətəndaş hüquq və azadlıqlarının təşəkkülü, 

       inkişafı və siyasi mahiyyəti: nəzəri əsaslar və 

       təcrübi gerçəkliklər 

 

Hər  bir  insanın  hakimiyyətin  mənbəyi,  siyasətin  əsas  və  ilkin 

statusuna, hər bir vətəndaşın siyasətin və bütövlükdə ictimai həya-

tın real və potensial iştirakçısına çevrilməsinə təminat verən nəzəri 

institusional  mexanizm  insan  hüquqlarıdır.  İstənilən  modern  cə-

miyyətin demokratikliyi və vətəndaşların konstitusiya hüquqlarının 

qorunması, ilk növbədə, insan hüquqlarının müdafiəsi səviyyəsi ilə 

ölçülür. Demokratiya və insan hüquqlarının birbaşa və əks əlaqəsi 

olduqca sadədir: insan hüquqlarına əməl və hörmət edilmədən de-

mokratiyanın  mövcudluğu  və  təsir  mexanizmi  təmin  edilə  bilməz 

və  əksinə,  əsl  demokratiyanın  bərqərar  olunması  insan  hüquqları-

nın təmin edilməsi üçün fundamental  zəmindir. 

İnsan  hüquqlarının  dövlətin  konstitusiyasına  daxil  edilməsi 

konsensusun  və  siyasi  stabilliyin  təmin  olunması  prosesinin  baş-

lanğıc nöqtəsidir. Onların konstitusiya səviyyəsində təsbit edilməsi 

ayrı-ayrı hakimiyyət strukturları və bütövlükdə dövlət hakimiyyəti 

tərəfindən  hakimiyyətdən  və  inzibati  resurslardan  sui-istifadə  im-

kanlarını məhdudlaşdırır. İnsan hüquqlarının nəzəri cəhətdən kons-

titusion əsasda təsbit edilməsi sosial-siyasi münasibətlər sisteminin 

hüquqi substratlar əsasında tənzimlənməsini təmin etməklə yanaşı, 

idarəetmənin institusional səviyyəsinin səmərəliliyini də şərtləndir-

miş olur. 

Müasir  demokratik  cəmiyyətlərdə  milli  hüquq  müdafiə  mexa-

nizmlərinin səmərəliliyi, ilk növbədə, dövlətin bu sahədəki fəaliy-




146 

 

yətindən və onun müvafiq istiqamətdə həyata keçirdiyi siyasətdən 



asılıdır. Hakimiyyət strukturlarının konstitusion əsasda təsbit edil-

miş insan və vətəndaş hüquq və azadlıqlarına institusional münasi-

bəti,  onların  təmin  və  mühafizə  edilməsi  istiqamətində  gördüyü 

sistematik tədbirlər bəhs edilən  hüquq və azadlıqların təcrübi müs-

təvidə tətbiqinin səmərəlilik səviyyəsini müəyyən edir. Məhz buna 

görə də, bir çox nəzəri mənbələrdə bildirilir ki, milli dövlət insan 

və vətəndaş hüquq və azadlıqlarının başlıca təminatçısı və mühafi-

zəçisidir. 

İnsan hüquqları müxtəlif  iqtisadi və siyasi sistemlərin, ideolo-

giya  və  mədəniyyətlərin  mövcud  olduğu  müasir  dünyamızda  in-

sanları və cəmiyyətləri birləşdirən, onların qarşılıqlı inteqrasiyasını 

təmin  edən  təməl  substratdır.  “İnsan  hüquqları  haqqında  Ümumi 

Bəyannamə”də qeyd edildiyi kimi, insanın ləyaqəti ümumi sülhün, 

ədalətin və azadlığın əsasıdır. 

İnsan  hüquqları  ideyası  məhdud  inkişafetmə  təsəvvürlərindən 

müasir  dövrədək  təkamül  yolu  keçərək  nəticədə  sosial  və  hüquqi 

statusundan asılı olmayaraq, bütün insanlara aid olan vahid prinsip 

və  normalar  konsepsiyasına  çevrilmişdir.  Bu  konsepsiyalarda  bir 

çox  xalqların  dosktrinalarından,  fəlsəfi,  siyasi,  hüquqi  təlimlərin-

dən irəli gələn, müxtəlif əsrlərdə və dövrlərdə formalaşan fikirlə öz 

ifadəsini tapmışdır.  

Bütövlükdə  insan  hüquqlarının  formalaşması  və  inkişafı  uzun 

müddət bu və ya digər ölkəyə məxsus olan dokstrinalar və ənənə-

lərin mübarizəsi ilə müşayiət olunmuşdur. Müasir dövrdə insan və 

vətəndaş  hüquq  və  azadlıqları  konsepsiyalarının  əsas  ideyaları  ki-

mi  dövlət  və  şəxsiyyətin  ümumi  maraqlar  əsasında  tənzimlənmiş 

qarşılıqlı münasibəti, şəxsiyyətin sosial müdafiəsi, hüquq və vəzi-

fələrin vəhdəti və s. göstərmək olar. Müasir mərhələdə əsas istiqa-

mət  kimi  bütün  siyasətin  və  təcrübənin  insana  yönəlməsi  ideyası 

əsas tutulmalı, nəzəriyyə və təcrübədə fərdi və kollektiv hüquqla-

rın izah və təfsir edilməsində insan tələbatı və maraqları, sosial-si-

yasi,  mənəvi  inkişafda  şəxsiyyət  başlanğıcının  formalaşdırılması 

aparıcı prinsiplər olmalıdır. 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə