HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə42/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   38   39   40   41   42   43   44   45   ...   145

130 

 

etmiş oldu.  



Azərbaycanda  demokratik  transformasiyanın  səmərəliliyini  və 

tamlığını təmin edən digər təməl faktor bu prosesin radikal surətdə 

yox, təkamül yolu ilə baş tutması oldu. Bununla bağlı Azərbaycan 

xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyev deyirdi: “De-



mokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələ-

dən o birinə qədər təkmilləşmə  yolu ilə getməlidir. Bu təkmil-

ləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər 

bir şeyə tezliklə nail olmaq çətindir”. 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratik tranzit 

prosesi  təkmil  struktur  elementləri  ilə  özündə  bir  neçə  xüsusi  və 

fundamental  səciyyəvi  xüsusiyyətləri  cəmləşdirdi.  Belə  ki,  tranzit 

prosesinin  başlanğıcında  və  onun  müxtəlif  mərhələlərində  vətən-

daşlara geniş hüquq və azadlıqlar verildi, mövcud məhdudiyyətlər 

aradan  qaldırıldı  və  formalaşmış  siyasi  plüralizm  rəqabətə  əsasla-

nan münasibətlər və proseslərin konstruktivliyini təmin etdi. Köh-

nə təsisatların yeniləri ilə əvəz olunması, idarəetmədə kardinal re-

formativ  dəyişikliklərin  baş  verməsi,  loyallığın  və  legitimliyin  tə-

min  edilməsi  istər-istəməz  cəmiyyətdə  bəhs  edilən  innovasiyalara 

münasibətdə  təfəkkür  dəyişikliklərinin  baş  tutmasını  zəruri  etdi. 

Məhz  belə  bir  strateji  missiyanın  fonunda  mərhələli  surətdə  de-

mokratiyanın konsolidasiyası,  yəni,  yeni dəyərlərə uyğunlaşmanın 

baş tutması üçün sistematik tədbirlər görüldü. Milli birlik, barış və 

uzlaşmanın  əldə  edilməsi  və  konsensusa  əsaslanan  münasibətlər 

sisteminin  bərqərar  olunması,  dövlət  idarəetməsinin  səciyyəvi  xü-

susiyyətlərinin  və  başlıca  oriyentasiyalarının  dəyişilməsi,  idarəet-

mə metodlarının təkmilləşməsi və inteqrasiyanın sürətlənməsi, icti-

mai-siyasi  təsisatlanmanın  sürətlənməsi,  effektiv  qərar  qəbuletmə 

sisteminin formalaşdırılması və rasional liderin rəhbərliyi ilə siyasi 

sistemin struktur elementlərinin təkmilləşdirilməsi, tranzitdən son-

ra  bərqərar  olunmuş  dəyərlərin  mənimsənilməsi  və  milli  münasi-

bətlərin yeni keyfiyyət çalarları ilə zənginləşməsi prosesin səmərə-

liliyini və davamlılığını təmin etmiş oldu. 

Beləliklə,  Ulu  öndər  Heydər  Əliyevin  sistematik  surətdə  baş-




131 

 

latdığı  demokratik  transformasiya  prosesi  Prezident  İlham  Əliyev 



tərəfindən  dövrün  və  şəraitin  çağırışlarına,  qanunauyğunluqlarına 

adekvat surətdə davam  etdirildi. Prezident İlham Əliyev bəhs edi-

lən  strateji  vəzifələri  məhz  bu  cür  dəyərləndirirdi:  “Vətəndaş  cə-

miyyəti  quruculuğu,  demokratik  proseslərin  möhkəmlənməsi,  hü-

quqi dövlətin formalaşması heç də şüar və  arzu deyil, Azərbayca-

nın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir 

ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur”. 

Modernləşmə  strategiyasının  yeni  keyfiyyətdə  davam  etdiril-

məsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdi-

rilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviy-

yəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülmə-

si,  qanunvericilik  bazasının  zənginləşdirilməsi,  subyektlərarası 

simmetrik münasibətlərə real əlverişli zəmin yaradan plüralist mü-

hitin  möhkəmləndirilməsi  kimi  strateji  səciyyə  daşıyan  faktorlar 

təkmil  və  mükəmməl  struktur elementlərinə malik olan siyasi  sis-

temin  tamlığını  təmin  etdi.  Məhz  bunun  da  qanunauyğun  nəticəsi 

kimi,  demokratik  transformasiya  yeni  keyfiyyətdə  davam  etdirildi 

və onun mütləq komponentləri bərqərar oldu.  

Sadalananları  sübut  edən  başlıca  faktlardan  biri  də  ölkədə 

hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin 

təşəkkül  tapması  oldu.  Belə  ki,  hüququn  aliliyi,  ictimai  həyatın 

bütün  sahələrində  qanunun  hökmranlığı  prinsiplərinin  mühafizə 

olunması  dövlətin  və  vətəndaşların  qarşılıqlı  mənəvi  məsuliyyəti-

nin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməlləri-

ni də möhkəmlətmiş oldu. 

Bunlarla  yanaşı,  milli  iqtisadi  strategiyanın  rasional  və  praq-

matik  surətdə  reallaşdırılması,  sosial  rifahın  yüksək  səviyyədə  tə-

min edilməsi, bunun müqabilində siyasi və iqtisadi islahatların pa-

ralel  şəkildə  həyata  keçirilməsi  kimi  faktorlar  demokratikləşmə 

strategiyasının  effektivliyinin  təmin  olunmasına  fundamental  töh-

fələr bəxş etdi. Məhz bu amilə xüsusi önəm verən Prezident İlham 

Əliyev bildirmişdi: “Əsl açıq demokratik cəmiyyəti ancaq mad-



di rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geri-


132 

 

də  qalmış  ölkələrdə  demokratik  proseslər  də  geridə  qalır.  O 



ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkar-

lıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıb-

dır, – o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvə-

dədir.  Ona  görə  iqtisadi  islahatların  davam  etdirilməsi  xalqın 

maddi rifahının yaxşılaşması demokratik cəmiyyətin qurulma-

sı və formalaşdırılması üçün başlıca şərtdir”. 

Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsə-



lələrə  diqqətimizi  yönəltsək  və  siyasi  islahatlarda  hansısa  bir 

yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifə-

lərin həlli üçün bizə  imkan yaratmayacaqdır. Siyasi islahatlar 

mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir”. 

Beləliklə, 1993-cü ildən başlayaraq milli inkişaf strategiyasının 

təməl  prinsip  və  müddəaları  əsasında  həyata  keçirilən  sistematik 

strateji  kurs  sayəsində  demokratik  tranzitin  effektivliyi  və  tamlığı 

bərqərar olundu. Məhz bunun qanunauyğun nəticəsi kimi, demok-

ratik  transformasiyanın  milli  modelinin  –  Azərbaycan  modelinin 

əsası qoyulmuş oldu. 

Bəzi  araşdırmaçılar  bildirirlər  ki,  demokratiya  özündə  ümum-

bəşəri  dəyərləri  ehtiva  etdiyindən  universal  mahiyyətə  malikdir. 

Amma  müxtəlif  ölkələrin  nümunəsində  aşkar  görünür  ki,  özündə 

ümumbəşəri  dəyərləri  ehtiva  edən  demokratiyanın  milli  modelini 

yaratmaq  və  onun  davamlılığını  təmin  etmək  mümkündür.  Milli 

demokratiya modeli dedikdə isə ümumbəşəri dəyərlərin milli men-

tal xüsusiyyətlərlə uzlaşdırılması fonunda ortaya çıxmış ümumi və 

xüsusi dəyərlər sistemi nəzərdə tutulur. Odur ki, milli demokratiya 

modeli özündə milli mental xüsusiyyətləri və xalqın özünəməxsus 

keyfiyyətlərini  ehtiva  etdiyindən  ümummilli  inkişafın  təmin  edil-

məsinin ən ideal vasitəsi kimi çıxış edir. Dünya təcrübəsindən mə-

lumdur ki,  müxtəlif geosiyasi  məqsədlər və  planlar əsasında ixrac 

edilən  demokratiya  modelləri,  ilk  növbədə,  həmin  xalqın  milli 

mental  xüsusiyyətlərinə  və  müvafiq  dəyərlər  sisteminə  zidd  oldu-

ğundan ziddiyyətlər mənbəyi kimi çıxış edir və milli zəmində assi-

milyasiyaya  real  zəmin  yaratmış  olur.  Odur  ki,  ümummilli 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə