HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə39/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   35   36   37   38   39   40   41   42   ...   145

121 

 

şəraitində  baş  tutur.  Tranzit  ərəfəsində  və  tranzitdən  sonra  vətən-



daşlara geniş hüquq və azadlıqlar verilir, mövcud məhdudiyyətlər 

aradan qaldırılır və qanunverici orqanın səlahiyyətləri daha da artı-

rılır.  Hökumətin  fəaliyyət  mexanizminin  səmərəlilik  səviyyəsinin 

artırılması üçün parlamentin hökumətə nəzarət funksiyası bərqərar 

olunur; 

2.  Dövri  model  (Latın  Amerikası  və  bir  sıra  Asiya  ölkələri): 

yetişmiş  tarixi  şəraitin  fonunda  hakimiyyət  demokratik  tranzitə 

müsbət münasibət bəsləyir, amma fundamental siyasi-hüquqi isla-

hatların  aparılmaması,  demokratikləşməyə  mühüm  töhfələr  bəxş 

edən təsisatlanma səviyyəsinin aşağı olması, subyektlərarası müna-

sibətlərdə və siyasi proseslərdə rəqabətin istənilən səviyyədə olma-

ması kimi faktorlar tranzitin nisbi və təqlidi səciyyə daşımasına sə-

bəb  olur.  Bütün  bu  boşluqların  fonunda  hakimiyyətin  effektivliyi 

səviyyəsi  aşağı  düşür və  onun  əsasları  asanlıqla sarsılır. Məhz elə 

buna görə də, xalq tərəfindən seçilmiş hakimiyyət tez-tez hərbçilər 

tərəfindən devrilir və  ya siyasi səhnənin digər təmsilçiləri uzurpa-

siya  vasitəsilə  hakimiyyəti  qəsb  edirlər.  Bütün  bunların  fonunda 

mütəmadi  sabitlik  və  təkmilləşməyə  nail  oluna  bilinmir.  Belə  bir 

şəraitdə siyasi şüur və siyasi mədəniyyət səviyyəsi də olduqca aşa-

ğı  olur  və  onun  yeni  keyfiyyət  çalarları  ilə  zənginləşməsi  prosesi 

olduqca ləng gedir; 



3.  Dialektik  model  (İspaniya,  Portuqaliya  və  Yunanıstan): 

Bir  sıra  təbii  avantajlar  (üstünlüklər)  tranzitin  baş  tutmasını  və 

müsbət nəticələr gətirməsini təmin edir. Belə ki, siyasi şüur və si-

yasi  mədəniyyətin  yüksək  olması,  operativ  və  effektiv  təsisatlan-

manın  mövcudluğu  demokratik  tranzitin  tezliyi  və  səmərəliliyini 

şərtləndirir. 

Siyasət nəzəriyyəsində demokratik tranzitin bir neçə mərhələsi 



122 

 

göstərilir: 



1.  Avtoritar  rejimin  böhranı  və  tranzitə  ilkin  zəmin:  bu 

mərhələdə  ənənəvi  idarəetmə  metodları  ilə  mövcudluğu  mühafizə 

edilən  avtoritar  rejimin  əsasları  sarsılır  və  rejimin  funksionallığı 

dəyişən şərtlərin və qanunauyğunluqların fonunda zəifləməyə baş-

layır.  Bu  şəraitdə  ictimai-siyasi  institutların  fəaliyyət  mexanizmi-

nin səmərəlilik səviyyəsi mütləq surətdə aşağı düşür, sistem böhra-

nı  müşahidə  edilir.  Hakim  elita  daxilində  artan  ziddiyyətlərin 

fonunda parçalanmalar başlayır və bu, tendensiya halını alır. Məhz 

belə bir situasiyanın fonunda hakim elita və idarəetmə subyektləri 

mövqe və yanaşmaları baxımından iki fərqli qütbdə dayanırlar: 



A.  “Sərt  xətt”  tərəfdarları  (“dəmir  yumruqlular”):  onlar 

ənənəvi dəyərlərin qorunub saxlanması tərəfdarı kimi çıxış edirlər 

və sərt, zorakı metodlara istinad edirlər. Məhz bu xəttin tərəfdarları 

dəyişikliklərin uzurpasiya vasitəsilə həyata keçirilməsinə üstünlük 

verirlər.  Məhz  buna  görə  də,  konfrantasiya  və  antaqonist  ziddiy-

yətlərlə müşayiət edilən proseslər cəmiyyətdə qeyri-müəyyənlik və 

qeyri-sabitlik uzunmüddətli qaydada hökm sürür; 

B.  “Yumşaq  xətt”  tərəfdarları:  onlar liberallaşma və müasir 

çağırışlara cavab vermə xəttini seçirlər, eyni zamanda, insan və və-

təndaş hüquq və azadlıqlarının təmin olunmasını siyasi-hüquqi is-

lahatların əsası hesab edirlər. Liberallaşma vəzifəsinin fonunda və-

təndaş cəmiyyətinin formalaşması, onun mütləq komponentlərinin 

bərqərar  olunması,  ictimai-siyasi  təsisatlanma  prosesinin  əsasının 

qoyulması  və  onun  davamlılığının  təmin  edilməsi  başlıca  strateji 

istiqamətlər kimi dəyərləndirilir. Məhz bu cür situasiyanın fonunda 

siyasi müxalifətin formalaşmasına geniş şərait yaranır və subyekt-

lərarası münasibətlərdə rəqabət elementləri artır. Artıq avtoritar tə-

fəkkürlü elita irrasional elitaya doğru transfer olunur, subyektlərin 



123 

 

fəaliyyətinə münasibətdə plüralizm təmin olunur; 



2. Demokratiyanın mütləq surətdə bərqərar olunması mər-

hələsi:  bu  mərhələdə  rəqabətli  partiya  sistemi  formalaşır  və  haki-

miyyətin  fəaliyyət  mexanizminin  demokratiklik  səviyyəsi  mütləq 

surətdə artır. Hakimiyyət bölgüsü təcrübi surətdə baş tutur və icra-

edici  hakimiyyətin  səlahiyyətləri  və  funksiyaları  hakimiyyətin  di-

gər qollarına münasibətdə daha çox olur. Qanunvericilik bazasının 

zənginləşdirilməsi,  hüquqi  nihilizm  və  siyasi  maksimalizmin  ara-

dan  qaldırılması  ictimai-siyasi  münasibətlər  sistemində  yeni  key-

fiyyət  dəyişikliklərinə  intensivlik  qazandırır  və  milli  münasibətlər 

zəminində konsensusa nail olunur. Bütün bunlar isə nəticə etibarilə 

hakim  elitanın  və  siyasi  partiyada  təmsil  olunan  aktorların  fəaliy-

yət mexanizminin effektivlik səviyyəsini artırmağa maksimum im-

kan və şərait yaradır; 



3.  Demokratiyanın  konsolidasiyası  mərhələsi:  bu  mərhələ 

tranzit  baş  tutmuş  cəmiyyətlərdə  yeni  sosial-siyasi  şəraitə  və  me-

xanizmə  uyğunlaşmanı  əks  etdirir.  Köhnə  təsisatların  yeniləri  ilə 

əvəz olunması, idarəetmədə kardinal reformativ dəyişikliklərin baş 

verməsi, loyallığın və legitimliyin təmin edilməsi istər-istəməz cə-

miyyətdə  bəhs  edilən  innovasiyalara  münasibətdə  təfəkkür  dəyi-

şikliklərinin baş tutmasını zəruri edir. Məhz belə bir strateji missi-

yanın  fonunda  mərhələli  surətdə  demokratiyanın  konsolidasiyası, 

yəni,  yeni  dəyərlərə  uyğunlaşmanın  baş  tutması  üçün  sistematik 

tədbirlər həyata keçirilir. 

Nəzəriyyəçi alim U.Rostou isə demokratik tranzitin 4 mərhələ-

sini göstərir: 



1. Milli birlik, barış və uzlaşmanın əldə edilməsi və konsensusa 

əsaslanan münasibətlər sisteminin bərqərar olunması; 



2. Dövlət idarəetməsinin səciyyəvi xüsusiyyətlərinin və başlıca 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə