HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə35/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   31   32   33   34   35   36   37   38   ...   145

108 

 

yə  arasında  olan  bu  inteqrasiya  isə  özlüyündə  digər  türkdilli  döv-



lətlər arasındakı inteqrasiyanı da şərtləndirməyə rəvac verdi. 

Əlbəttə,  bütün  bunlar  üçün  biz  digər  başqa  sahələrdə  olduğu 

kimi,  dil  sahəsində  də  Ulu  öndərimizin  fəaliyyətini  qiymətləndir-

məklə, Ona şükran borcumuzun olduğunu ifadə etməliyik. 

Eyni  zamanda, Prezident  İlham Əliyevin  dilimizin mühafizəsi 

və inkişafına göstərdiyi yüksək səviyyəli diqqət və qayğı bu sahə-

də əldə edilən nailiyyətlərin davamlılığını təmin edən fundamental 

faktor  və  mexanizm  oldu.  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə 

həyata  keçirilən  milli  siyasətin  mühüm  strateji  istiqaməti  kimi 

Azərbaycan  dilinin  mühafizəsi  və  təbliği  yönündə  reallaşdırılan 

fundamental tədbirlər milli ideologiyanın – azərbaycançılığın daha 

da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını 

şərtləndirdi. 

Bunlarla  yanaşı,  Prezident  İlham  Əliyevin  imzaladığı  fərman 

və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mü-

hüm hüquqi substrat olmaqla yanaşı, eyni zamanda, milli identikli-

yi də gücləndirən əhəmiyyətli mexanizm oldu. “Azərbaycan dilin-

də latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  12  yanvar 

2004-cü il tarixli Sərəncamı  və “Azərbaycan əlifbası və Azərbay-

can dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublika-

sının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli fərma-

nı bu sahədə xüsusi önəm kəsb edən substrat səciyyəsi daşıdı. 

Beləliklə,  Ulu  öndər  Heydər  Əliyevin  təməlini  qoyduğu  milli 

siyasətin fonunda milli  dilimizin  –  Azərbaycan dilinin  mühafizəsi 

və  inkişafı  yönündə  həyata  keçirilən  operativ  və  effektiv  işlərin 

Prezident  İlham  Əliyev  tərəfindən  dövrün  aktual  çağırışlarına  və 

qanunauyğunluqlarına  müvafiq  surətdə  uğurla  davam  etdirilməsi 

Azərbaycan  dilinin  milli  həmrəylik,  bütövlük  və  identikliyi  təmin 

edən substrat kimi çıxış etməsini şərtləndirmiş oldu. 

Beləliklə, sadaladıqlarımız deməyə əsas verir ki, milli inkişafın 

mənəvi-ideoloji  əsaslarının    təmin  olunması,  milli  həmrəylik  və 

bütövlüyə nail olunması baxımından neokonservativ səciyyə daşı-



109 

 

yan  azərbaycançılıq  ideologiyasının  seçimi  ən  məqbul  variant  idi 



və ötən zamanda ideoloji müstəvidə əldə edilən nəticələr bunu bir 

daha sübut etdi. 

 



110 

 

 



 

Demokratiya  insanların  şüurunda  dəyişiklik  deməkdir. 

Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən 

gedir. 

Ulu öndər Heydər Əliyev 

***

 

Müstəqil  Azərbaycanda  demokratiya  cəmiyyət  və  dövlət 

həyatının  bütün  sahələrini  əhatə  etməlidir.  Siyasi  plüra-

lizmə geniş yer verilməli, qanunların pozulmasının qarşı-

sı  alınmalı,  ölkə  demokratik  prinsiplər  əsasında  idarə 

olunmalıdır. Əmin olmalısınız ki, mən bu yola həmişə sa-

diq qalacağam 

Ulu öndər Heydər Əliyev 

***

 

Biz  ölkəmizdə  demokratiyanın,  insan  hüquqlarının  inki-

şafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Biz, 

əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm si-

yasi, həm iqtisadi, həm də sosial islahatları davam etdi-

rəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi 

tədbirləri görəcəyik 

Prezident İlham Əliyev 

***

 

Biz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi demokra-

tik  prinsiplərə  daim  sadiqlik  nümayiş  etdirməklə  Azər-

baycanın daha böyük nailiyyətlər qazanmasına nail ola-

cağıq 

Prezident İlham Əliyev 


111 

 

IV FƏSİL 



 

DEMOKRATİK TRANZİT PROBLEMİ: NƏZƏRİ-

KONSEPTUAL MƏSƏLƏLƏR, TƏCRÜBİ 

GERÇƏKLİKLƏR VƏ AZƏRBAYCAN TƏCRÜBƏSİ 

 

4.1. Demokratiya institutu: mahiyyəti, nəzəri və təcrübi əsasları 

Müasir  elmi-nəzəri  mənbələrdə  və  empirik  araşdırmalarda  ən 

çox  rast  gəldiyimiz  anlayışlardan  biri  də  demokratiya  məfhumu-

dur.  İdeoloji  oriyentasiyasından  və  strateji  substratlarından  asılı 

olaraq  bir  çox  nəzəri  mənbələrdə  və  empirik  araşdırmalarda  de-

mokratiya  anlayışı  müxtəlif  mənalarda  işlədilir  və  bu  məfhuma 

münasibətdə  fərqli  yanaşmalar  müşahidə  edilir.  Bir  çoxları 

demokratiyanı mütləq mənada “xalq hakimiyyəti” kimi təsvir edir, 

bəziləri  onu  “xalqın  iradəsinin  təzahürü”  adlandırır,  digərləri  isə 

utopik  idarəetmə  sistemi  kimi  səciyyələndirirlər.  Bir  çox 

araşdırmaçılar  demokratiyanı  siyasi  rejim  növlərindən  biri  kimi 

diqqətlərə  təqdim  edir,  bəziləri  onu  siyasi  fəaliyyət  tərzi  kimi 

xarakterizə  edir,  digərləri  isə  fəaliyyətin  ideoloji  prinsipləri  və 

meyarları  kimi  təsvir  edirlər.  Bəzilərinə  görə  demokratiya  siyasi 

sistemin xarakteristikasıdır, digərlərinə görə, bu, ictimai quruluşun 

idealıdır,  bir  qisim  araşdırmaçılara  görə  isə,  dünyagörüşü 

formasıdır. 

Araşdırmaçı alim Cozef Şumpeter yazır ki, demokratiya dedik-

də, ilk növbədə, xalqın ali və ümumi iradəsinin bilavasitə gerçək-

ləşdirilməsi  (xalqın  özü  tərəfindən)  nəzərdə  tutulmamalıdır: 

“Bəziləri  demokratiyanı  xalqın  idarəetməsi  kimi  təsvir  edir  və 

buradan  da  yanlış  nəticələrə  gəlinir.  Əslində,  təcrübi  gerçəkliklər 

sübut  edir  ki,  demokratiya  xalqın  idarəçiliyi  ola  bilməz.  Xalqın 

idarəetməsi praktik mənada real və məntiqli deyil. Xalq yalnız ona 

verilmiş  hüquqlar  çərçivəsində  seçim  edə  bilər  və  hakimiyyətin 

hüquqi mənbəyi qismində çıxış edə bilər. Məhz belə bir durumun 

fonunda  bir  neçə  meyara  və  tələbə  cavab  verilməlidir  ki,  həqiqi 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə