HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə36/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   32   33   34   35   36   37   38   39   ...   145

112 

 

mənada  xalqın  iradəsinə  əsaslanan  demokratik  idarəetmə  sistemi 



formalaşdırılsın.  İlk  növbədə,  xalqın  dövlət  vəzifələrinə  və 

idarəetmə  sisteminə  seçilmək  üçün  layiqli  nümayəndələri 

olmalıdır.  Məhz  bu  amil  xalqın  iradəsinin  ən  yüksək  səviyyədə 

təsbit  və  təmin  edilməsi  və  səmərəli  idarəetmə  sisteminin 

formalaşdırılması üçün təməl meyar və prinsip qismində çıxış edir. 

İkincisi,  idarəetməni  həyata  keçirən  subyektlər  açıq  dəyərlərə 

əsaslanan  qərarlar  qəbul  etməli  və  bu  qərarlar  ümumi  maraqlara 

adekvat  olmalıdır.  Şübhəsiz,  demokratiyanı  mühafizə  edən  və 

təkmilləşdirən  amillərdən  biri  də  qərar  qəbulu  mexanizmi  və 

prosedurlarıdır. Məhz buna görə də, bu amil demokratik idarəetmə 

sistemini  formalaşdıran  və  onun  davamlılığını  təmin  edən  təməl 

kimi  qəbul  edilməlidir.  Üçüncüsü,  institusional  və  qeyri-

institusional  formada  səmərəli  özünənəzarət  formalaşdırılmalıdır 

ki, demokratik idarəetmə sistemi mümkün olsun”. 

Plüralist demokratiya tərəfdarı və nəzəriyyəçisi olan Çarlz Me-

dison isə hesab edir ki, demokratiya praktik mənada təmin edilmə-

si mümkün olan siyasi rejim kimi dəyərləndirilə bilər: “Demokra-

tiyanı siyasi rejim kimi təsvir etsək, ilk növbədə, belə bir qəna-

ətə gəlməliyik ki, onun səviyyəsi siyasi proseslərdə iştirak edən 

qrupların  miqdarından  və  təmsilçilik  xüsusiyyətlərindən,  for-

malarından asılıdır. Siyasi plüralizmin təmin edilməsi vəzifəsi-

nin fonunda siyasi arenada təmsil olunan qruplar nə qədər çox 

olarsa, rəqabət də bir o qədər güclü olar”. 

Ç.Medison yazır ki, siyasi rejimin xarakteristikası və formasın-

dan  asılı  olmayaraq  xalq  iradəsi  anlayışı  nisbi  səciyyə  daşıyır  və 

ona dəqiq müəyyənləşdirmələr əsasında yanaşmaq lazımdır: “Xalq 



iradəsi  anlayışı  bəzən xalqın idarəetməsi  kimi  təsvir edilir, bu 

isə praktik proseslər və reallıqları əks etdirmədiyindən ideal və 

ya qeyri-real bir yanaşma təsiri bağışlayır. Əslində, siyasi səh-

nənin  aktoru  xalqın  iradəsi  əsasında  müəyyən  resurslar  və 

imtiyazlar  əldə  edir  və  idarəetməni  həyata  keçirir  ki,  məhz 

bunu xalqın iradəsi adlandırmaq olar”. 

Adam Pşerovski isə qeyd edir ki, demokratiya siyasi hakimiy-




113 

 

yətin elə təşkilidir ki, o müxtəlif qrupların öz səciyyəvi maraqlarını 



gerçəkləşdirmək qabiliyyətini müəyyən edir.  

Xuan Lints isə bildirir ki, demokratiya bütün səmərəli siyasi tə-

sisatların  iştirakçılığına  geniş  şəraitin  yaradılmasıdır.  Digər  tərəf-

dən  qeyd  edə  bilərik  ki,  demokratiya  siyasi  fəallığın  artırılması 

üçün yaradılmış geniş şəraitin fonunda ictimai-siyasi təsisatlanma-

nın  operativ  və  effektiv  surətdə  həyata  keçirilməsinə  real  zəmin 

yaradır. Ən əsası, demokratik idarəetmə sisteminin fonunda inkişaf 

radikal dəyişikliklər vasitəsilə deyil, siyasi-hüquqi islahatlarla mü-

şayiət edilən tədrici təkamül yolu ilə baş tutur. 

Maks Veber isə qeyd edir ki, demokratiya liderlərin legitim su-

rətdə seçilməsi və leqal şəkildə fəaliyyət göstərməsi, hakimiyyətin 

formalaşdırılması  və  əhalinin  sosial-siyasi  təmsilçiliyinin  təmin 

olunması üçün ən ideal vasitədir. 

Fəlsəfi anlayışlar ensiklopediyasında demokratiyaya bu cür tə-

rif verilir: “Demokratiya elə bir idarəetmə formasıdır ki, bura-

da xalq azlığın legitim və leqal hakimiyyətinə razılıq verir, baş-

qa  sözlə,  idarəetmənin  həmin  azlıq  tərəfindən  həyata  keçiril-

məsinə  razılığını  ifadə edir. Amma nəzarət hüququ və  imkan-

ları xalqın özündə saxlanılır”. 

Bütün  bu  yanaşmalara və nəzəri-empirik təsbitlərə   baxmaya-

raq,  demokratiyanın  real  mahiyyətini  anlamaq  üçün  müxtəlif  mə-

sələlərə  münasibətdə  meydana  gəlmiş  demokratiya  nəzəriyyələri-

nin hər birinə nəzər yetirmək lazımdır. 

Araşdırmaçılar  K.Makferson  və  D.Held  demokratiya  nəzəriy-

yələrinin fonunda aşağıdakı demokratik modelləri fərqləndirirlər: 

– klassik-antik demokratiya

– mühafizəçi (protektiv) demokratiya; 

– rəqabətə əsaslanan elitizim (elitar demokratiya); 

– plüralist demokratiya; 

– leqal demokratiya; 

– partisipiator (iştirakçı) demokratiya; 

– plebisit demokratiyası; 

– nümayəndəli demokratiya. 



114 

 

Müasir  mənada  demokratiya  məfhumunun  mahiyyətini  anla-



maq və onu təcrübi məsələlərlə əlaqələndirə bilmək üçün plebisit, 

partisipiator,  leqal,  elitar,  plüralist  və  nümayəndəli  demokratiya 

modelləri və konsepsiyalarına nəzər yetirmək məqsədəmüvafiqdir. 

Beləliklə,  öncə  plüralist  demokratiya  modelinə  nəzər  yetirək. 

Plüralist demokratiya modelini səciyyələndirərkən, ilk növbədə, bu 

prinsip  önə  çəkilir:  “Xalq  hakimiyyəti  ideyasından  azlığın  məna-



feyinin leqal surətdə təmin və mühafizə edilməsinə keçid”. Plüralist 

demokratiya  modelində  başlıca  hərəkətverici  subyekt  qismində 

qruplar  götürülür.  Buradan  da  belə  bir  mövqe  ifadə  edilir  ki,  de-

mokratiya  insanlara  qruplarda  birləşmək  və  fəaliyyət  göstərmək 

imkanı yaratmalıdır. Beləliklə, formalaşan qruplar siyasi mübarizə 

meydanında  avanqard  aktor  qismində  çıxış  edirlər  və  rəqabət 

qruplararası mübarizənin fonunda meydana gəlir. Mübarizə prose-

sində  ayrı-ayrı  qruplar  bir-birini  neytrallaşdırır  və  hansısa  qrupun 

hakimiyyəti  inhisara  almasına  imkan  verilmir.  Belə  bir  şəraitdə 

dövlət özünəməxsus funksiya daşıyır və müxtəlif qrupların maraq-

larını uzlaşdıran təməl aktor qismində çıxış edir.  

Bundan başqa, plüralist demokratiya modelində əks olunur ki, 

maraqlar uğrunda mübarizə aparan qruplar (mənafe qrupları) siyasi 

sistemin  başlıca  ünsürləridir.  Siyasi  proseslərdə  hərəkətverici  fak-

tor qrup mənafeyidir. Belə bir situasiyada şəxsiyyətin fərdi maraq-

ları qrup mənafeyinin fonunda ikinci plana keçir. Amma nəzərə al-

maq lazımdır ki, qrupların yaranmasının əsasında duran təməl fak-

tor fərdlərin spesifik maraqlarıdır. Fərdlər öz maraqlarını təkbaşına 

gerçəkləşdirə bilmədiklərindən qruplarda birləşirlər və öz maraqla-

rının inteqrativ surətdə uzlaşdıraraq qrup mənafeyi halına salırlar. 

Digər  tərəfdən,  demokratik  şəraitdə  legitim  hakimiyyətin  sosial 

əsaslarını və real gücünü mənafe qrupları arasındakı strateji rəqa-

bət və qüvvələrarası münasibətlər balansı təşkil edir. Məhz bu amil 

siyasi səhnədə təmsilçilik və münasibətlər sistemini formalaşdıran 

mexanizm  qismində  çıxış  edir.  Bununla    yanaşı,  belə  bir  şəraitin 

fonunda  ictimai  nizamın  təmin  və  mühafizə  edilməsi  zərurəti  də 

ortaya çıxır ki, burada əsas məsuliyyət və öhdəlik dövlətin üzərinə 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə