HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə37/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   33   34   35   36   37   38   39   40   ...   145

115 

 

düşür. Dövlət  öz funksionallığı  çərçivəsində ictimai ahəngi  təmin 



edən  mexanizm  qismində  çıxış  edir  və  qruplararası  mübarizənin 

dağıdıcı  nəticələrinin  cəmiyyətə  mənfi  təsir  etməsinə  imkan  ver-

mir.  Konsepsiyada  bildirilir  ki,  mənafe  qruplarının  üzərinə  düşən 

əsas vəzifə və öhdəlik onu təşkil edən şəxslərin maraqlarının inteq-

rativ surətdə təmin edilməsi səviyyəsidir.  

Nümayəndəli  demokratiya  modelində  isə  belə  bir  konseptual 

maddə  əks  olunur  ki,  xalqın  iradəsinin  həyata  keçirilməsi  onun 

özünün bilavasitə aktiv təmsilçiliyi əsasında mümkün olmur. Real 

demokratiya xalq təmsilçiliyi hökumətinin formalaşdırılması ilə tə-

min edilə  bilər. Bu hökumət  isə  xalqın passiv iştirakı  (aktiv seçki 

hüququndan  istifadə  etməklə)  sayəsində  formalaşdırılır.  Daha  da 

dəqiqləşdirsək, hökumət  xalqın iradəsi  əsasında formalaşır, amma 

xalqın  özü  bilavasitə  idarəetmədə  iştirak  etmir.  Təmsilçilər  isə  öz 

fəaliyyətlərində  xalqın  ali  maraqlarını  rəhbər  tutmağa  söz  verir. 

Amma  bu  vədlərin  yerinə  yetirilməsi  səviyyəsi  sistemin  spesifik 

xüsusiyyətlərindən asılıdır. 

Politoloq Gilyermo Donnel yazır ki, nümayəndəli demokratiya 

modeli daha az liberaldır: “Bu modeldə ictimai-siyasi institutlaş-



ma  xüsusi  zəruri  strateji  missiya  kimi  səciyyələndirilir.  Təsi-

satların fəaliyyətinin legitimliyi sistemin effektivlik səviyyəsini 

artırır... Bu modeldə güclü prezident hakimiyyətinə xüsusi eh-

tiyac duyulur və prezident millətin siyasi təcəssümü, maraqla-

rın ifadəçisi qismində dəyərləndirilir... Nümayəndəli demokrati-

yada qərarların qəbulu ləng, icrası isə  operativ  surətdə baş tu-

tur”. 

Leqal demokratiya modelində legitimlik və leqallıq anlayışları 

mərkəzi  məfhumlar  qismində  nəzərdən  keçirilir.  Bildirilir  ki,  qa-

nunlar  və  xalqın  iradəsi  demokratik  idarəetmə  sisteminin  əsasını 

təşkil edir: “Hər  iki  məfhum  bir-birilə  bağlı  olsa  da,  qanunlar 

xalqın iradəsindən üstündür. Hər bir idarəetmə subyekti öz fə-

aliyyətində təməl dəyər kimi qanunlara əsaslanmalıdır”. 

Bu modeldə vətəndaş cəmiyyətinə xüsusi diqqət yetirilir və bil-

dirilir ki,  vətəndaş  cəmiyyəti ictimai-siyasi  institutlaşmada özünə-



116 

 

məxsus  funksionallığa  malikdir:  “Dövlət  vətəndaş  cəmiyyətinin 



formalaşmasında  maraqlı  olmalı  və  meydana  çıxan  maneələri 

aradan  qaldırmalıdır.  Bunun  fonunda  liberallaşmaya  xüsusi 

diqqət  göstərilməli  və  legitimləşdirmə  ilə  liberallaşma  paralel 

surətdə həyata keçirilməlidir”. 

Nikos  Pulantsas,  Kerol  Peytmen,  Benjamin  Barber,  Artur 

Şlezinger kimi nəzəriyyəçi alimlərin təmsil etdiyi partisipator (işti-

rakçı) demokratiya nəzəriyyəsində isə liberalist prinsiplər üstünlük 

təşkil edir. Bir çox nəzəriyyəçilər onu liberal demokratiya ilə eyni-

ləşdirirlər  və  bəhs  edilən  modelə  bu  xüsusiyyətləri  aid  edirlər: 

fərdlərin  azadlığı  və  bərabərliyi,  demokratik  təsisatların  formalaş-

masında  seçkilərin  əsas  olması  və  çoxpartiyalı  plüralist  sistemin 

formalaşdırılması, aktorlara siyasi fəaliyyət azadlığının yaradılma-

sı,  qanunların  aliliyi,  çoxluğun  iradəsi  və  sair.  Bundan  başqa,  bu 

modeldə fərdlərin qərar qəbulunda iştirakına geniş şəraitin yaradıl-

ması xüsusi vurğulanır. Bunula əlaqədar olaraq Artur Şlezinger ya-

zır:  “Siyasi  qərarların  qəbul  edilməsi  prosesində  cəmiyyətin 

əsas  maraqları  diqqətlə  nəzərə  alınmalıdır  ki,  buna  da  yalnız 

həmin  maraqların  təmsilçilərinin  və  ya  tərəfdarlarının  haki-

miyyət  sistemində  hakim  mövqe  tutduqları  halda  nail  olmaq 

mümkündür”. 

Bu modelə əsaslanan nəzəri-konseptual mənbələrdə “sosial in-

qilab” məfhumundan istifadə  edilir ki,  bu ifadənin mənası  klassik 

semantikadan uzaqdır. Belə ki, bəhs edilən anlayış müxtəlif vasitə-

lərlə hakimiyyətin devrilməsi və qəsb edilməsi mənasında yox, si-

vil vasitə və metodlarla demokratikləşməsi anlamında işlədilir. Nə-

zərdə  tutulur  ki,  demokratikləşmənin  fundamental  meyarı  qüvvə-

lərarası konsensusdur. 

Partisipator  demokratiya  modelində  təsbit  edilir  ki,  xalq  irra-

sional  toplum  deyil  və  səmərəli  idarəetmənin  əsasında  dayanmaq 

iqtidarındadır:  “Fərdlər  ictimai-siyasi  proseslərdə  təmsil  olun-

maqla idarəetmənin təkmilləşməsinə xüsusi töhfələr bəxş etmək 

gücündədirlər. Beləliklə, xalq bütün proseslər və münasibətlərin 

fonunda mərkəzi subyekt qismində dəyərləndirilməlidir”. 



117 

 

Elitar demokratiya modelində isə əks olunur ki, siyasi idarəet-



mə peşəkar azlıq tərəfindən həyata keçirilməlidir. Xalq idarəetmə-

də  iştirak  etməməlidir,  çünki  idarəetmə  nəcib  keyfiyyətlərə  malik 

olan  azlıq  tərəfindən  həyata  keçirilə  bilər.  Siyasi  qərarların  məh-

dud peşəkar qrup tərəfindən qəbul edilməsi obyektiv strateji zəru-

rətdir.  Məhz  belə  bir  təsbitin  fonunda  demokratik  idarəetmə  ilə 

bağlı  başlıca  məsələ  həmin  peşəkar  qrupların  necə  formalaşdırıl-

masıdır.  Beləliklə,  demokratiya  xalqın  razılığı  və  iradəsi  ilə  elita-

nın leqal və legitim idarəetməsidir. Bütün bunların fonunda hər bir 

cəmiyyətdə iyerarxik strukturların formalaşması  obyektiv zərurətə 

çevrilir. İqtisadi, siyasi, hərbi, maliyyə elitaları yaranır və ayrı-ayrı 

sahələrdə idarəetmə funksiyasını yerinə yetirirlər.  

Beləliklə, yuxarıda nəzərdən keçirdiyimiz demokratiya model-

lərinin hər biri təcrübi gerçəklik baxımından müəyyən üstünlüklərə 

və  çatışmazlıqlara malikdir. Ən  əsası,  hər bir model  və  onun  əsa-

sında  yaradılmış nəzəriyyə  və konsepsiyalar özündə bir və  ya bir 

neçə strateji istiqaməti ehtiva etdiyindən bütövlükdə kompleks mə-

sələləri  əhatə  etmir  və  demokratiyanın  total  mahiyyətini  aşkar  et-

məyə  yetərli  hesab  olunmur.  Məhz  buna  görə  də,  bir  çox  araşdır-

maçılar  belə  bir  mövqedən  çıxış  edirlər  ki,  mövcud  modellərin 

siyasi  reallığa adekvat  surətdə cavab verən  əsas prinsipləri və xü-

susiyyətlərini seçməklə yeni və daha təkmil model yaradılsın. Bu, 

elə  bir  model  olmalıdır  ki,    orada  təcrübi  gerçəkliklərə  müvafiq 

nəzəri  təsbitlər  və  məsələlər  yer  alsın  və  utopik  baxışlar  sistemi 

səciyyəsi  daşımasın.  Məhz  belə  bir  model  siyasi  praqmatizm 

nöqteyi-nəzərindən  rasional  prinsiplər,  qanunauyğunluqlar  və 

mental  xüsusiyyətlər  əsas  götürülməklə  hazırlana  və  təcrübi 

müstəviyə transfer edilə bilinər. 

Demokratiya  haqqında  mövcud  fikir  və  mülahizələrin  hamısı 

bir-birindən elmi, məntiqli, maraqlı və cəlbedici görünsə də, bütün 

hallarda  nəzəriyyəçilərin  ya  qeyri-səmimiliyi,  ya  da  sonunadək 

izah edə bilməmələri açıq görünür. Bizim qənaətimizcə, demokra-

tiya haqqında ən kütləvi və ən ümumiləşmiş fikir olan “demokrati-

ya  xalqın  hakimiyyətidir,  yaxud  insan  hüquqları  ilə  məhdudlaşdı-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə