HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə45/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   41   42   43   44   45   46   47   48   ...   145

140 

 

bərlik  edən  səriştəsiz  qüvvələrin  antimilli  mövqe  əsasında  yarat-



dıqları  xaos və kataklizmlər nəinki bəhs edilən  vəzifələrin həyata 

keçirilməsini mümkün etmədi, hətta Azərbaycanı mürəkkəb siyasi-

iqtisadi  problemlərin  fonunda  öz  müstəqilliyini  itirmək  təhlükəsi 

qarşısında qoydu. 

Ancaq Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiy-

yətə  gəlişindən  sonra  bəhs  edilən  vəzifələrin  yerinə  yetirilməsi 

mümkün  oldu.  Belə  ki,  ilk  növbədə,  ictimai-siyasi  sabitlik  təmin 

edildi, təsisatlar və strukturların fəaliyyətinə normal şərait yaradıl-

dı, bunun ardınca bütün sahələrdə təməl struktur islahatlarının hə-

yata keçirilməsi tendensiyasının əsası qoyuldu. Bununla da  hüquqi 

dövlət  və  vətəndaş  cəmiyyəti  quruculuğu  prosesinin  əsasını  qoy-

maq üçün real əlverişli şərait yarandı. 

Beləliklə,  1995-ci  ilin  12  noyabr  tarixində  Konstitusiyanın 

qəbul  edilməsi  ilə  ölkəmizdə  hüquqi  dövlət  və  vətəndaş  cəmiy-

yətinin mütləq komponentlərinin bərqərar olunması istiqamətində 

təməl  strateji  tədbirlər  görülməyə  başlandı.  Bəhs  edilən  strateji 

səciyyəli  vəzifənin  yerinə  yetirilməsi  üçün  konstitusion-hüquqi 

substratların  yaradılması  bu  sahədə  ardıcıl  və  mütəmadi  islahat-

ların  həyata  keçirilməsini  mümkün  etməklə  yanaşı,  qanunların 

aliliyinin, hüquqi norma və qaydaların üstünlüyünün təsbit olun-

duğu,  mütəmadi  siyasi-hüquqi  islahatların  reallaşdırıldığı,  sub-

yektlərin fəaliyyətinə legitim və  leqal  surətdə  rəqabətə  əsaslanan 

plüralist mühitin yaradıldığı, ictimai-siyasi təsisatlanmanın hüqu-

qi substratlarının formalaşdırıldığı siyasi sistemin bərqərar olun-

ması  işinə  fundamental  töhfələr  bəxş  etdi.  Məhz  bundan  sonra 

hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin 

bərqərar olunması  istiqamətində həyata keçirilən ardıcıl  və siste-

matik  tədbirlər  bəhs  edilən  sahədə  əhəmiyyətli    nailiyyətlərin 

əldə olunmasını şərtləndirdi.  

Hüquqi  dövlətin  təməl  atributlarından  və  əlamətlərindən  biri 

kimi  ilk  növbədə,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının 

təmin  və  müdafiə  olunması  istiqamətində  kompleks  tədbirlər 

görüldü.  Belə  ki,  bəhs  edilən  sahədə  fundamental  institusional 



141 

 

mexanizmlərin  formalaşdırılması  və  mövcud  resurslardan  səmə-



rəli şəkildə istifadə edilməsi insan və vətəndaş hüquq və azadlıq-

larının  müdafiəsi  işinə  birmənalı  şəkildə  mühüm  töhfələr  bəxş 

etdi. Bununla yanaşı, bəhs edilən istiqamətdə Konstitusiyaya mü-

vafiq  surətdə  normativ  hüquqi  aktların  qəbul  edilməsi,  müvafiq 

Sərəncam və  Fərmanların verilməsi, ölkəmizin milli maraqlar və 

dəyərlər  əsasında  beynəlxalq  konvensiyalara  və  müqavilələrə 

qoşulması  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  müdafiəsi 

mexanizminin  səmərəliliyini  təmin  edən  növbəti  strateji  faktor 

kimi  dəyərləndirilməlidir.  Bu  sıraya  Azərbaycanda  insan  və  və-

təndaş  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  müəy-

yən  olunmuş  tədbirlərin  əsaslı  və  məqsədyönlü  şəkildə  həyata 

keçirilməsi məqsədilə Ulu öndər Heydər Əliyevin 18 iyun 1998-

ci  il  tarixli  Sərəncamı  ilə  “İnsan  hüquqlarının  müdafiəsinə  dair 

Dövlət  Proqramı”nın  təsdiq  edilməsini,  məhz  bu  cür  ali  və 

humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham 

Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyunun 

Azərbaycanda  İnsan  hüquqları  günü  elan  edilməsini  və  bundan 

sonra  da  bu  sahədə  əhəmiyyətli  strateji  tədbirlərin  görülməsini, 

24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində keçirilmiş 

ümumxalq səsverməsini – referendumlar nəticəsində insan və və-

təndaş  hüquq  və  azadlıqları  istiqamətində  qanunvericilik  bazası-

nın zənginləşdirilməsini və digərlərini aid etmək olar. 

Bundan  başqa,  siyasi  sistemin  struktur  elementlərinin  təkmil-

ləşdirilməsi  məqsədilə  həyata  keçirilən  siyasi-hüquqi  islahatlar  da 

hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin 

bərqərar olunması işinə fundamental töhfələr bəxş etdi. Belə ki, bu 

sıraya  ictimai-siyasi  institutlaşma  tendensiyasının  əsasının  qoyul-

masını,  təsisatların  leqal  və  legitim  fəaliyyətinə  əlverişli  şəraitin 

yaradılmasını,  hakimiyyətin  hər  üç  müstəqil  qolunun  suveren  və 

leqal substratlarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəli-

lik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmil-

ləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsas-

lanan  leqal  münasibətlər  sisteminin  formalaşdırılmasını  və  s.  aid 



142 

 

etmək olar. 



Beləliklə, bütün bunlar mülki şəxslərin könüllü birləşməsi nəti-

cəsində  yaranan,  özünütənzimləmə  və  özünüidarə  mexanizminə 

malik olan, qeyri-siyasi  səciyyəsi  ilə  sivil  şəxslər və  münasibətlər 

sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş 

cəmiyyətinin də formalaşdırılması üçün xüsusi önəm kəsb edən tə-

məl strateji substratlar oldu. Məhz bütün bu tədbirlər və nailiyyət-

lərin  fonunda  vətəndaş  cəmiyyəti  özünün  spesifik  funksiyaları  ilə 

cəmiyyətdə  üzvi  bütövlük,  ahəngdarlıq  və  ümumi  inkişafı  təmin 

edən mexanizm kimi çıxış etdi. Odur ki, məhz bu cür funksionallı-

ğın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüqu-

qi  münasibətlərdə  olan  subyektlər  qarşılıqlı  surətdə  bir-birilərinin 

sosiallaşmasına təsir etməklə  yanaşı,  yeni  münasibətlər sisteminin 

formalaşmasını  da  şərtləndirdilər.  Bu  isə  ümumi  sosiumun  tərki-

bində  “mərkəzdənqaçma”  meyillərini  neytrallaşdırmaqla  yanaşı, 

sosial, hüquqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları 

arasında qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qis-

mində çıxış etmiş oldu. 

Məhz  bütün  bu  nailiyyətlərin  önəminə  toxunan  Prezident 

İlham Əliyev qeyd etmişdir: “Biz müasir dövlət qururuq. Döv-

lət  quruculuğu  Azərbaycanda,  əslində,  1993-cü  ildən  sonra 

başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycan-

da hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli ad-

dımlar  atılmışdır,  islahatlar  aparılmışdır.  Bu  gün  bu  isla-

hatlar  davam  etdirilir.  İstər  siyasi  sahədə,  istərsə  də  iqtisadi 

sahədə  islahatların  davam  etdirilməsi  hər  bir  cəmiyyət  üçün 

inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişa-

fa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş 

etdirir...  Ancaq  əldə  edilmiş  uğurlar,  sadəcə,  bizim  üçün 

gələcək  addımların  atılması  üzrə  bir  stimul  olmalıdır.  Həyat 

yerində  durmur,  ölkə  qarşısında  yeni  vəzifələr  çıxır,  yeni 

çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Bunu etmək üçün 

güclü  iqtisadiyyat  və  güclü  siyasi  sistem  olmalıdır...  Azər-

baycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə