HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə44/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   40   41   42   43   44   45   46   47   ...   145

137 

 

Beləliklə,  hüquqi  dövlət  dedikdə,  ilk  növbədə,  qanunların 



aliliyi, hüquqi norma və qaydaların üstünlüyünün təsbit olunduğu, 

mütəmadi  siyasi-hüquqi  islahatların  reallaşdırıldığı,  subyektlərin 

fəaliyyətinə  legitim  və  leqal  surətdə  rəqabətə  əsaslanan  plüralist 

mühitin yaradıldığı, ictimai-siyasi təsisatlanmanın hüquqi substrat-

larının  formalaşdırıldığı  ali  sosial-siyasi  təsisat  nəzərdə  tutulur. 

Məhz bu cür dövlətin idarəetmə sistemi və fəaliyyət mexanizminin 

əsasını hüquqi normalar, qaydalar və substratlar təşkil edir. 

 

5.2. Vətəndaş cəmiyyəti: ideya əsasları 



       və səciyyəvi xüsusiyyətləri 

 

Siyasi-hüquqi leksikonda ən çox istifadə və istinad edilən növ-

bəti anlayışlardan biri də vətəndaş cəmiyyəti məfhumudur. Vətən-

daş cəmiyyəti anlayışı elmi ədəbiyyatda müxtəlif təriflərlə səciyyə-

ləndirilsə də, ən müxtəlif yanaşmalarda mahiyyət etibarilə eyni nə-

ticə  və  qənaətlər  əldə  edilməkdədir.  Bir  çox  mənbələrdə  vətəndaş 

cəmiyyəti  sosial  ideal  və  real  ictimai  vəziyyət  arasındakı  nisbəti 

ifadə  edən  anlayış  kimi  səciyyələndirilir.  Ümumiyyətlə,  vətəndaş 

cəmiyyəti siyasi sistemin struktur elementi olsa da, qeyri-siyasi tə-

mayülü və xarakteri ilə fərqlənir. Belə ki, vətəndaş cəmiyyəti döv-

lətdən  asılı  olmayan,  amma  dövlətlə  əlaqəsi  olan,  inzibati  deyil, 

könüllü  qaydada  yaradılan  sosial  birlikdir.  Başqa  sözlə,  vətəndaş 

cəmiyyəti mülki  şəxslərin könüllü birləşməsi  nəticəsində  yaranan, 

özünütənzimləmə  və  özünüidarə  mexanizminə  malik  olan,  qeyri-

siyasi  səciyyəsi  ilə  sivil  şəxslər  və  münasibətlər  sistemini  ehtiva 

edən ictimai birlik kimi səciyyələndirilir. 

Jan Jak Russo qeyd edir ki, insanın başlıca sosial tələbatların-

dan  biri  də  birlikdə  yaşamaqdır.  Məhz  buna  görə  sosial  varlıq  ol-

maq etibarilə insan daim yeni birliklərə can atır. J.J.Russonun qə-

naətincə, cəmiyyət təkmilləşdikcə insanlar yeni sosial birlik forma-

sında yaşayırlar. Məhz bu cür sosial birliyi Russo vətəndaş cəmiy-

yəti adlandırır. 




138 

 

Q.F.Slesarov isə qeyd edir ki, vətəndaş cəmiyyəti hüquqi döv-



lətdə formalaşan sosial birlikdir. O, vətəndaş cəmiyyətini məhz bu 

cür  təsvir  edir:  “Vətəndaş  cəmiyyəti  sosiumun  nümayəndələri-



nin  könüllü  surətdə  birləşdiyi,  münasibətləri  ümumi  şəkildə 

qəbul  edilən  norma  və  dəyərlərlə  tənzimlənən  və  qeyri-siyasi 

səciyyəsi ilə fərqlənən ümumi ictimai birlikdir”. 

Q.F.Slesarov bildirir ki, vətəndaş cəmiyyəti cəmiyyət həyatının 

bütün sahələrində könüllü yaranan qeyri-dövlət strukturlarını (bir-

liklər, ictimai təşkilatlar, assosiasiyalar və s.) özündə ifadə etməklə 

yanaşı, bir çox istiqamətləri (sosial, mədəni, iqtisadi, hüquqi) ehti-

va edən münasibətlər məcmusu kimi dəyərləndirilməlidir. 

Y.İ.Averyanovun  elmi  redaktorluğu  ilə  nəşr  edilən  politologi-

yaya dair ensiklopedik lüğətdə isə qeyd olunur ki, vətəndaş cəmiy-

yəti dövlətdən asılı  olmayan, inzibati  qayda və  normalarla tənzim 

və idarə edilməyən, fəaliyyət mexanizmini sivil qarşılıqlı maraqlar 

əsasında formalaşdıran, üzvləri arasında iqtisadi, mədəni, sosial və 

hüquqi münasibətlərin mərkəzi qismində çıxış edən ictimai təsisat-

dır. 

Vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyət-



də üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexa-

nizm kimi çıxış edir. Bunu təsdiq etmək üçün vətəndaş cəmiyyəti-

nin bir neçə funksiyasına nəzər yetirmək məqsədəmüvafiqdir: 

–  Sosiallaş(dır)ma  funksiyası:  vətəndaş  cəmiyyəti  könüllü  nü-

mayəndələri özündə birləşdirən birlik olduğundan həm üzvlərinin, 

həm  də  münasibətdə  olduğu  subyektlərin  sosiallaşma  səviyyəsinə 

müsbət təsir edən sosium qismində çıxış edir. Belə ki, eyni təsisat 

daxilində  mədəni,  iqtisadi,  sosial  və  hüquqi  münasibətlərdə  olan 

subyektlər  qarşılıqlı  surətdə  bir-birilərinin  sosiallaşmasına  təsir 

etməklə  yanaşı,  yeni  münasibətlər  sisteminin  formalaşmasını  da 

şərtləndirirlər. Məhz bunun nəticəsi kimi, subyektlərin iştirakçılıq 

səviyyəsi artır və münasibətlərin əhatə dairəsi genişlənir

– Kommunikativ (əlaqələndirici) funksiya: vətəndaş cəmiyyəti-



139 

 

nin  nümayəndələri  arasındakı  sosial,  iqtisadi,  hüquqi  və  mədəni 



münasibətlər  sisteminin  formalaşdırılması  və  inkişaf  etdirilməsi 

üçün xüsusi önəm kəsb edir

– İnteqrasiya funksiyası: bu, ümumi sosiumun tərkibində “mər-

kəzdənqaçma”  meyillərini  neytrallaşdırmaqla  yanaşı,  sosial,  hü-

quqi,  mədəni  və iqtisadi münasibətlər  sisteminin  aktorları  arasın-

da qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində 

çıxış  edir.  İnteqrativ  funksiya  münasibətlər  sistemini  tənzimləyən 

və  ahəngdarlığı  təmin  edən  mühüm  vasitə  kimi  də  dəyərləndirilə 

bilər; 

Beləliklə, yuxarıda sadalanan funksiyalar da deməyə əsas verir 

ki, vətəndaş cəmiyyəti öz funksionallığı etibarilə sosiumda inteqra-

siya,  kommunikasiya,  həmrəylik,  bütövlük  və  ahəngdarlığı  təmin 

edən mexanizm kimi dəyərləndirilə bilər. Bu baxımdan, qeyri-for-

mal milli dövlət və modern cəmiyyət quruculuğunun mühüm stra-

teji istiqamətlərindən biri olmaq etibarilə vətəndaş cəmiyyəti quru-

culuğu hər bir demokratik və hüquqi dövlətin qarşısında duran fun-

damental vəzifələrdən biri hesab edilir. 

 

5.3. Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş 



       cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması: 

       mərhələləri, spesifikası və nəticəsi 

 

Qeyd etdiyimiz kimi, müstəqillik əldə etdikdən sonra Azərbay-

canın  qarşısında  duran  təməl  strateji  vəzifələrdən  biri  və  birincisi 

qeyri-formal milli dövlət və modern cəmiyyət  quruculuğu prosesi-

nin əsasının qoyulması və onun davamlılığının təmin edilməsi idi. 

Bunun üçünsə siyasi, iqtisadi, hüquqi və digər sahələrdə sabitləşdi-

rici mexanizmlər yaradılmalı və bunun ardınca bəhs edilən istiqa-

mətlərdə  fundamental  struktur  islahatları  həyata  keçirilməli  idi. 

Amma müstəqilliyin ilk iki ilində (1991-1993-cü illər) ölkəyə rəh-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə