HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə43/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   39   40   41   42   43   44   45   46   ...   145

133 

 

inkişafın strateji substratlarının formalaşdırılması və onun davam-



lılığının təmin edilməsi üçün özündə milli dəyərlər sistemini ehtiva 

edən inkişaf və transformasiya modelinə istinad etmək zəruridir.  

Bütün bunların fonunda bir daha belə bir nəticəyə gəlmək olur 

ki,  Ulu öndər Heydər Əliyevin  milli  mental  xüsusiyyətlərə  və  də-

yərlərə  müvafiq  surətdə    başlatdığı  demokratik  transformasiyanın 

milli modelinin Prezident  İlham Əliyev tərəfindən dövrün reallıq-

larına  və  qanunauyğunluqlarına  müvafiq  surətdə  yeni  keyfiyyətdə 

davam  etdirilməsi  siyasi  sistemin  təməl  struktur  elementlərinin 

təkmilləşməsinə təkan verməklə yanaşı, hüquqi dövlət və vətəndaş 

cəmiyyətinin  mütləq  komponentlərinin  bərqərar  olunmasını  da 

şərtləndirmiş  oldu.  Nəticə  etibarilə,  milli  demokratiya  modelinin 

fonunda  siyasi  və  iqtisadi  islahatların  paralel  surətdə  effektiv  və 

operativ  şəkildə  aparılması  milli  inkişafın  fundamental  deter-

minantı qismində çıxış etmiş oldu. 




134 

 

 



 

 

 

 

 

 

Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf 

etdiririk.  İnsan  haqlarını  təmin  etmişik.  Azərbaycanda 

mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə 

təmin  olunubdur.  Siyasi  plüralizm  hökm  sürür.  Hər  şey 

demokratik prinsiplər əsasındadır 

Ulu öndər Heydər Əliyev 

 

*** 

 

Azərbaycan  dövləti  müasirliyə,  inkişafa  sadiq  olduğunu 

islahatların  davam  etdirilməsində  nümayiş  etdirir... 

Azərbaycanda  vətəndaş  cəmiyyətinin  formalaşması  pro-

sesi  uğurla  gedir,  xalqla  iqtidar  arasında  birlik  vardır. 

Bütün  təşəbbüslərimiz  xalq  tərəfindən  dəstəklənir,  əks 

təqdirdə biz bu inkişafa nail ola bilməzdik 

Prezident İlham Əliyev 

 


135 

 

V FƏSİL 



 

HÜQUQİ DÖVLƏT VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ 

QURUCULUĞU MİLLİ İNKİŞAF STRATEGİYASININ 

BAŞLICA İSTİQAMƏTİ KİMİ: NƏZƏRİ-EMPİRİK 

MƏSƏLƏLƏR VƏ AZƏRBAYCAN NÜMUNƏSİ 

 

5.1. Hüquqi dövlət anlayışı: tarixi kökləri, təşəkkülü 

       xüsusiyyətləri və modern səciyyəsi 

 

Müasir siyasi-hüquqi leksikonda ən çox istifadə və istinad edi-

lən  anlayışlardan biri də hüquqi dövlət məfhumudur. Təsadüfi de-

yil  ki,  demokratik  transformasiya  nəzəriyyələrində  və  modern  cə-

miyyət quruculuğuna dair sistematik konsepsiyalarda hüquqi döv-

lət  quruculuğu  demokratikləşmə  strategiyası  və  prosesinin  birinci 

dərəcəli struktur elementi kimi səciyyələndirilir. 

Bəs hüquqi dövlət nədir, bu anlayış özündə hansı səciyyəvi xü-

susiyyətləri və struktur elementlərini ehtiva edir? Bir çox nəzəriy-

yəçilər  və  araşdırmaçılar  hüquqi  dövlət  məfhumunu  legitim  haki-

miyyət anlayışı ilə eyniləşdirsələr də, bunlar tamamilə fərqli kate-

qoriyalar  kimi  səciyyələndirilməlidir.  Əslində,  legitim  hakimiyyət 

hüquqi dövlətin bir göstəricisi və ya təməl struktur elementidir. El-

mi ədəbiyyatda  isə hüquqi dövlətə məhz bu cür tərif verilir: “Hü-



quqi dövlət siyasi hakimiyyətin daşıyıcısı və hüququn subyekti 

kimi onun fərdlərlə qarşılıqlı münasibətlərinin təşkili və idarə 

olunmasının qanuni, leqal formasıdır”. 

Ümumiyyətlə,  antik  dövrdən başlayaraq bir çox  siyasi-hüquqi 

təlimlərdə hüquqi dövlətin təməl xüsusiyyətləri və elementləri təs-

vir  edilsə  də,  bu  anlayış  XVIII  əsrin  sonu-XIX  əsrin  əvvəllərində 

meydana gələn müvafiq sistematik konsepsiyalarda  əks olunmuş-

dur. XIX əsrin əvvəllərində nəzəriyyəçi-alimlər K.Velker və R. fon 

Mol  tərəfindən  işlədilən  hüquqi  dövlət  məfhumu  zaman  keçdikcə 

hüququn  aliliyinin  və  qanunların  hökmranlığının  təsbit  olunduğu 

dövlət  forması  kimi  səciyyələndirilməyə  başlandı.  Bu  sahədə  bir 



136 

 

çox nəzəriyyələr və konsepsiyalar yaradıldı və hüquqi dövlət məf-



humu daha çox real olanla ideal  arasındakı aralıq mövqedə qərar-

laşdırıldı.  

İlk əvvəllər hüquqi dövlət forması nəzəri mənbələrdə həddən 

artıq-ifrat  şəkildə  ideal  məfhum  kimi  səciyyələndirilirdi,  amma 

zaman keçdikcə praktik müstəvidə müşahidə edilən reallıqlar hü-

quqi dövlət anlayışına yanaşmanı dəyişdirdi. Artıq hüquqi dövlət 

dedikdə  hüququn  aliliyinin,  qanunların  hökmranlığının  təsbit 

edildiyi, insan və vətəndaş hüquq və azadlıqlarının mütləq surət-

də təmin və müdafiə olunduğu idarəetmə forması nəzərdə tutulur. 

Bunlarla  yanaşı,  hüquqi  dövlətə  xas  olan  spesifik,  səciyyəvi  xü-

susiyyətlər sırasına hakimiyyət bölgüsü (qanunverici, icraedici və 

məhkəmə  hakimiyyəti),  konstitusion  idarəetmə  sistemi,  dövlətlə 

vətəndaşların qarşılıqlı məsuliyyətinə  əsaslanan leqal münasibət-

lər  sistemi  kimi  fundamental  hüquqi  substratlarla  təsbit  edilmiş 

əlamətlər aid edilir. 

Eyni  zamanda,  hüquqi  dövlət  forması  və  məfhumundan  bəhs 

edərkən  “xalq  suverenliyi”  və  “milli  suverenlik”  anlayışları  da 

diqqət  mərkəzinə  çəkilir.  “Xalq  suverenliyi”  dedikdə  mütləq  sub-

strat kimi xalqın iradəsinin təsbit edilməsi nəzərdə tutulur. Amma 

bu  yanaşma özündə mütləq surətdə  reallığa  əsaslanan  elementləri 

ehtiva  etmir.  Çünki  ictimai-siyasi  proseslərin  subyekti  qismində 

bütöv xalq deyil, ayrı-ayrı aktorlar çıxış etdiyindən xalqın iradəsi-

nin mütləq substrat qismində qəbul edilməsi düzgün deyil. Doğru-

dur,  xalqın  iradəsi  hüquqi  dövlətin  mütləq  komponentidir,  amma 

onu vahid substrat qismində səciyyələndirmək real proseslərin, sta-

tik və dinamik durumun məntiqinə müvafiq deyil. Bununla yanaşı, 

“milli  suverenlik”  anlayışı  da  özünün  mahiyyəti  və  əlamətləri  ilə 

hüquqi  dövlət  formasının struktur elementi  kimi  səciyyələndirilir. 

“Milli  suverenlik”  dedikdə,  ilk  növbədə,  milli  iradə  anlayışı  ön 

plana çəkilir və milli münasibətlər sistemində idarəetmə subyektlə-

rinin  iradəsi  təməl  substrat  qismində  qəbul  edilir.  Məhz  bu  faktor 

hüquqi dövlətin fonunda milli iradənin legitim və leqal forması ki-

mi səciyyələndirilir. 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə