HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə50/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

Bəhmən Əliyev-Ayvazalı
152
susi yer tutan cut becərilir. Bu ölkədə hər il 770 milyon ton çay 
tədarük edilir, məhsulun 200 milyon tonu xaricə ixrac olunur. 
Hindistan  kofe  (200  min  ton)  istehsalına  görə  öndə  gedir, 
məhsulun 80 faizindən çoxu xaricə satılır. İldə təxminən 120 min 
ton ədviyyat, 200 min ton qəhvə hasil olunur. 
Hindistanda yer fındığı (araxis), raps, xardal, küncüt, toxum-
luq kətan və günəbaxan, səkər qamışı, tütün, şəkər çuğunduru, 
kartof, soya, banan, ananas, manqo, limon da becərilir. 
Sual və tapşırıqlar:
1.Hindistanda “yаşıl inqilаb” 
2. Hindistаnın üç əsas əkinçilik bölgəsi. 
3. Müasir dövrdə Hindistanda kənd təsərrüfatının vəziyyəti 
4.Balıqçılıq.
5. Texniki bitkilər.


Hindistan etnoqrafiyası
153
IV FƏSİL
HİNDISTANIN MADDİ MƏDƏNİYYƏTİ VƏ 
SƏNƏTKARLIĞI
M
addi  mədəniyyət  bəşər  tarixinin  ayrılmaz  tər-
kib hissəsi olub, xalqın fiziki əməyinin nəticəsi 
kimi  formalaşmış,  böyük  təkamül  və  inkişaf 
yolu  keçmişdir.  Təbii-coğrafi  şəraitin,  dövrün  sosial-siyasi  xa-
rakterinin və etnik xüsusiyyətlərinin təsiri ilə formalaşan maddi 
mədəniyyət elementləri (yaşayış məskənləri və evlər, geyimlər və 
bəzəklər, yeməklər və içkilər nəqliyyat və rabitə vasitələri, təsər-
rüfat və məişət alətləri, ev peşəsi və sənətkarlıq məhsulları və s.) 
istehsal fəaliyyətinin göstəricisi olmaqla, bu və ya digər xalqın 
sosial-iqtisadi, siyasi, mədəni və ideoloji tarixini, eyni zamanda 
etnogenezini öyrənmək üçün mühüm mənbə rolunu oynayır.
Maddi mədəniyyətin yaradıcısı olan insan öz yaşayışını tə-
min  etmək  üçün  çox  zaman  elə  maddi  istehsalın  özündən  asılı 
olur.  Yəni  insan  yeyib-içmədən,  geyinmədən,  evə-ocağa  sa-
hib  olmadan  hər  hansı  ictimai  faydalı  işlə  məşğul  ola  bilməz. 
Bu  baxımdan,  maddi  mədəniyyətin  öyrənilməsi  xalqın  istehsal 
fəaliyyətinin  öyrənilməsi  deməkdir.  Keçmişin  maddi  və  mənə-
vi irsini öyrənmədən müasir mərhələdə bu sahələrdə baş verən 
keyfiyyət dəyişikliklərini doğru-düzgün anlamaq mümkün deyil. 
Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus spe-
sifik-lokal cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir 
etnosa məxsus mədəniyyəti digər etnosun mədəniyyətindən əsaslı 
şəkildə fərqləndirilir. Bu baxımdan hər bir xalqın empirik təcrü-
bə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi zəngin 
olub, özünün spesifikasını və milli xüsusiyyətlərini maddi mədə-
niyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir.


Bəhmən Əliyev-Ayvazalı
154
4.1. Hindistаnın yaşayış məskənləri və evləri
Hindistanda əhali ölkə üzrə olduqca qeyri-bərabər yerləşmiş-
dir. Dənizsahili ərazilər, məhsuldar ovalıqlar (xüsusilə Hind-Qanq 
ovalığı), çayların vadiləri və deltaları daha çox məskunlaşmışdır. 
İndi ölkənin daxili hissələri (Dekan yaylası) sürətlə mənimsənilir. 
Ölkənin şimalında ucqar dağlıq ərazilər seyrək məskunlaşmışdır, 
hətta insan yaşamayan ərazilər də var.
Müasir dövrdə olduğu kimi qədimdə də Hindistan əhalisinin 
əksəriyyəti kəndlərdə yaşayırdı. Yüzillər ərzində kəndlərin yerləş-
diyi ətraf aləm ciddi surətdə dəyişmişdir. Qədimdə Hindistan əra-
zisinin əksəriyyətini sıx cəngəlliklər təşkil edirdi. Əkin sahələrinin 
genişləndirilməsi,  odun  əldə  edilməsi  üçün  ağacların  qırılması, 
meşələrin seyrəldilməsi ətraf aləmin dəyişməsində əsaslı rol oy-
namışdır. Tipik hind kəndləri düzbucaqlı hasarların və ya barmaq-
lıqların içində yerləşirdi. Hasar qaçaq-quldurlardan, pələng, şir, fil 
və  s.  vəhşi  heyvanlardan  qorunmağa  xidmət  edirdi.  Hasar  boyu 
adətən dörd böyük darvaza, dörd kiçik qapı olurdu. Böyük darva-
zadan arabaların, naxırların girib-çıxması üşün istifadə olunurdu. 
Kənd evləri düz geometrik qaydada düzülürdü. Kənd kiçik 
olduğu təqdirdə isə evlər gölün, bulağın ətrafında, ağacların köl-
gəsində tikilirdi. Evlər sahibinin imkanından asılı olaraq ölçü və 
formalarına görə fərqlənirdi, adətən birmərtəbəli, döşəməsi sıx-
laşdırılmış, döyülmüş qruntdan, divarları əhəng qarışığı olan gil 
palçıqdan ibarət olurdu. Divar əhəng qarışığı, inək peyini ilə su-
vanırdı. Evdə adətən ağac barmaqlıqlarla örtülü bir pəncərə olur-
du. Evin damı bambuk millərlə, yarpaq, qamışla örtülürdü. Damı 
və divarları örtmək üçün bəzən evin kənarında üzüm və s. bitkilər 
əkilirdi. Evin içi bambuk divarlarla (və ya pərdələr) ayrılırdı, bu 
pərdələr dama bərkidilirdi. Adətən evlər şimaldakı yataq otağın-
dan, ümumi otaqdan, anbardan ibarət olurdu. 


Hindistan etnoqrafiyası
155
Tarixi Hindistan ərazisi dünyanın ən qədim insan məskənlə-
rindən biri olduğundan burada ilk yaşayış məskənlərinin tədqiqi 
daim maraq doğurur. Lakin onların tarixi ilə bağlı fərqli yanaşma-
lar ortaya çıxmışdır. Hindistan Respublikası müstəqillik qazan-
dıqdan sonra bu ölkədə aparılan elmi tədqiqatlar, xüsusi ilə arxe-
oloji araşdırmalar bir sıra hallarda ingilis kolonializmi dövründə 
aparılmış elmi işlərlə uyğun gəlmir. Bu bir tərəfdən yeni arxeoloji 
materialların üzə çıxarılması ilə bağlıdırsa, digər tərəfdən, dola-
yısı ilə, ingilis kolonializminə haqq qazandıran “elmi ideologiya-
ların” şübhə altına alınması ilə əlaqədardır. Son illərdə aparılan 
arxeoloji tədqiqatlar Hindistanda qədim yaşayış evləri və yaşayış 
məskənləri ilə bağlı məlumatları daha da zənginləşdirmişdir. 
Əsrin  ilk  illərində  Hindistanın  şimal-şərqində  Khambhat 
(Cambay) körfəzində 40 metr dərinlikdə, 90 dərəcəlik bucaq al-
tında düzbucaqlı tikililər aşkar edilmiş, Hindistan Elm və Texno-
logiya Nazirliyi bölgədə dəniz altında ilkin araşdırma apartmışdır. 
Aparılmış radiokarbon yoxlamaları (analizləri) nəticəsində Surat 
sahilindən 30 mil aralıda, sualtı qoruq sahəsində tarixi 7500-9500 
ilə qədər olan yaşayış məskəni müəyyənləşdirilmişdir. Bu yaşayış 
yeri Hindistan subkontinentindən körfəzə axan böyük bir çayın 
sahilində yerləşmişdir. Bu, Şumer, Misir, Çin sivilizasiyalarından 
daha qədimdir. 
Maraqlıdır ki, “Riq Veda” da Sarasvati adlanan Himalay dağ-
larından indiki Ərəb dənizinə doğru axan böyük bir çay haqqında 
məlumat verilir. XXI əsrin əvvəllərində aparılmış tədqiqatlar təs-
diq edir ki, Himalay dağlarından Cambay körfəzinə böyük bir çay 
axmışdır, bu çayın sahilində isə təxminən 800-1000 şəhər yaşayış 
yeri  olmuşdur.  Hələlik  bu  arxeoloji  tədqiqatların  dünya  hindo-
logiya elmində inqilabi dəyişiklər etməsini gözləmək tezdir. Üç 
yüz ildən çoxdur ki, formalaşmış Avropa hindologiya elmi Hin-
distanda təkcə tarixi proseslərin deyil, eləcə də şəhər mədəniyyə-
tinin formalaşması ilə bağlı müəyyən rəy yaratmışdır.


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə