Bəhmən Əliyev-Ayvazalı
46
Yaşayış evləri müxtəlif ölçülərdə tikilmişdir, hətta bəziləri nazik
damlı, 3 mərtəbə hündurlüyündə olmuşdur, bunu pilləkanların
qalıqları da təsdiqləyir. Ehtimal ki, bu varlı təbəqənin evləri imiş.
Hər bir evdə mətbəxin yerləşdiyi təsərrüfat tikililəri, həyət, taxıl
və yağın saxlanması üçün qablar, çörək bişirmək, dulus qabları
hazırlamaq üçün xüsusi sobalar tapılmışdır. Demək olar ki, hər
bir evdə quyu, küçələrdə ümumi su quyusu olmuşdur, kanalizasi-
ya və su şəbəkəsinin tikintisinə xüsusi diqqət yetirilmişdir. Ümu-
miyyətlə, Hind sivilizasiyasının şəhərləri ən yüksək inkişaf etmiş
yaşayış məskənləri kimi məşhurdur.
Mohenco-Daro və Harappa qazıntılarında gümüş, mis və
tunc qabların arasından qızıl, gümüş, mis, bürünc, elektrum (qızıl
və gümüş birləşimi), ləl-cəvahirat, boyunbağılar, üzüklər, bilər-
ziklər, qiymətli daşlar, taxta saplı bürünc güzgülər, gözəllik sür-
mələri, üzqırxan alətləri və s. tapılmışdır. Ən maraqlı tapıntılar-
dan biri yuvarlaq dişli mişardır. Arxeoloji materiallar arasındakı
torlar bölgə əhalisinin balıqçılıqla məşğul olduğunu göstərir. Bir
çox silah və alətin üzərində adları və ya sayları göstərən işarələr
vardır. Füruzə, büllur, əhəng daşı və s. materiallardan hazırlanan
çəki vahidləri tapıntılar arasında üstünlük təşkil etmişdir. Ən ki-
çik çəki 85 qramlıq idi, amma 2, 4, 8, 16, 32, 64, 160, 200, 320,
640, 1600, 6400, 8000, 12800 qramlıq çəki vahidləri də vardır.
Dəqiq çəkilər Mohenco Daro sənətkarları və tacirlərinin dürüst
insanlar olduğunu göstərir. Tərəzinin bir qolu və mistən iki qəfəsi
vardır. Uzunluq ölçüsü 0, 67 sm-dir.
Mohenco- Daro və Harappada yaşayan yerli əhali brahman
hindlilərdən fərqli olaraq, ət yeyirdilər. Tapıntılar zamanı tısbağa,
vəhşi donuz, donuz, keçi və inək sümükləri bu baxımdan diqqəti
çəkir. Yemək zamanı həsirlər üzərində otururdular, eyni zamanda
qazıntılar zamanı stul və masalar da üzə çıxarılmışdır. Bunlarla
yanaşı, Mohenco-Daroda çox sayda maral buynuzu tapılmışdır.
Arxeoloqlara görə, bunlar əczaçılıq sahəsində dərman hazırlan-
Hindistan etnoqrafiyası
47
masında istifadə edilmişdir. Hindistanda və Çində maral buynuzu
indi də bu məqsədlə istifadə olunur.
Siyasi quruluş və sosial strukturuna gəldikdə isə, Harappada
quldarlıq quruluşu mövcud olmuşdur. Qazıntılar zamanı əmlak
bərabərsizliyini təsdiqləyən bir çox materiallar əldə olunmuşdur.
Bu, evlərin tikilişində, qəbirlərdən tapılmış avadanlıqlarda və s.
yerlərdə aydın görünür.
Mohenco-Daroda qruplar şəklində bir çox skelet ortaya çıxa-
rılmışdır, hətta 15 nəfərin skeleti bir salonda tapılmışdır. Küçənin
başqa yerində 6 skelet vardır. Sümüklərin vəziyyəti insanların öz
əcəlləri ilə deyil, bir şiddətli hadisə zamanı öldüklərini göstərir.
Arxeoloqlara görə, Monhenco-Daro və Harappada yaşayanlar
təxminən eyni dönəmdə oradan ayrılmışlar, köçün səbəbi isə bi-
linmir.
Harappa sivilizasiyası şəhərləri quru və su yolu ilə həyata
keçirilən daxili və xarici ticarətin mərkəzləri olmuşdur. Ticarətin
inkişafını arxeoloji materiallar, Yaxın Şərqdəki yazılı mənbələr
təsdiqləyir. Mohenco-Daro yaşayış məntəqəsində gildən hazır-
lanmış iki təkərli araba modeli tapılmışdır. Ehtimal ki, bu araba-
lardan yükdaşıma, daxili ticarət üçün istifadə olunmuşdur. Hind
çayı vadisi şəhərlərinin Cənubi Hindistanla sıx əlaqəsi vardır. Son
illərdə Harappanın Cənubi Türkmənistandakı yaşayış məskənləri
ilə əlaqələri təsdiqlənmişdir. Arxeoloji qazıntılar zamanı Harap-
pa sivilizasiyasının Mesopotamiya və Şumer ölkələri ilə ticarət
əlaqəsi aydın olmuşdur. Məsələn, Lothala Bəhreyn, Mesopotomi-
ya şəhərlərində eyni möhürlər tapılmışdır, bu da ticarət əlaqələ-
rinin mövcudluğunu sübuta yetirir. Şumer, Akkad mənbələrində
hind tacirlərinin dənizlərlə səyahəti barədə məlumat verilir, onla-
rın Dilmun (Bəhreyn), Maqan və Meluka limanlarına ticarət üçün
gəldikləri bildirilir.
Arxeoloji materiallar Harappanın dini barədə təsəvvür ya-
ratmağa imkan verir. Şəhərdəki istehkamlarda və yaşayış məs-
Bəhmən Əliyev-Ayvazalı
48
kənlərində məbəd tikililər vardır. Həmin məbədləri kişi tanrısı ilə
əlaqələndirirlər. Tədqiqatçılar bu məbədlərin tanrı Şiva ilə əlaqə-
dar olması fikrini irəli sürmüşlər.
Tapılmış möhürlərin birində saçı buynuz formasında üçsifətli
ilahi təsvir olunmuşdur. Möhürün hər iki tərəfdən fil, pələng, kər-
gədan və camış kimi heyvan şəkli vardır. Bu möhürdə yoqa şək-
lində oturan, iki buynuzlu təsvirin məhz Paşupati-Mahadevaya
(proto Şiva) aid olduğu bildirilir. C.Marşal da hesab edirdi ki, bu
Paşupati (mal-qaranın himayəçisi) simasında olan Şiva tanrısıdır.
Maraqlıdır ki, ilkin hinduist mətnlərində Şiva haqqında yoqların
başçısı, buynuz formasında saçı olan tanrı kimi bəhs olunmuşdur.
Bu da hinduizmlə Harappa sivilizasiyasının qədim inancları ara-
sında əlaqəni təsdiqləyir və “arilərin Hindistana gəlməsinə” qədər
ilkin hinduizm inanclarının, çox şübhəsiz ki, Veda dini təliminin
yayıldığını göstərir. Veda mətnlərində Hind çayı vadisi ilə, yəni
Harappa sivilizasiyasının mövcud olduğu coğrafi məkan ilə bağlı
çox sayda adlar əksini tapmışdır.
Arxeoloji tədqiqatlar zamanı öküz, pələng və s. heyvan şə-
killəri olan kvadrat, düzbucaqlı möhürlər tapılmışdır. Bu möhür-
lərdən bir çoxunda təkbuynuzlu heyvan təsvir edilmişdir. Qədim
hindlilər təkbuynuzlu heyvanlarla yanaşı, ağaclara, bitkilərə (pi-
apal) sitayış etmiş, şər qüvvələrə qarşı amuletlər, gözmuncuqları
taxmışlar.
Hinduizm dini təliminə görə, tanrılar bir sıra heyvanlar-
la assosiasiya olunur, yəni heyvanlar tanrıların təzahürü sayı-
lır. Məsələn, tanrı Şiva öküz Nandi ilə, onun arvadi Parvati isə
pələnglə assosiasiya edilir. Ehtimal ki, müxtəlif heyvanların təs-
viri totemistik təsəvvürlərin qalıqları idi, ayrı-ayrı heyvanlar isə
müxtəlif tayfaların totemləri ola bilərdilər. Hind şəhərlərində alo-
va, suya, ağaclara sitayiş kök salmışdı. Harappa möhürlərindəki
təsvirlərin detallı şəkildə tədqiqi əhalinin kosmoqrafik və mifo-
loji təsəvvürləri barədə danışmağa imkan verir. Bu təsəvvürlərin
Dostları ilə paylaş: |