HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə18/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

Hindistan etnoqrafiyası
55
lərdə şimalda “qara pardaxlanmış keramika” dövrü əvəzləmişdir. 
Artıq  bu,  Veda  dövrü  hind-arilərinin  deyil,  Şimali  Hindistanın 
mədəniyyəti idi. Bu mədəniyyət Pəncabdan Qanq çayının aşağı 
axarlarınadək  yayılmışdır. 
Veda dövründə dövlət, hökmdar tayfanın və ya “cana”nın qo-
ruyucusu olmalı idi. Burada hökmdar qeyri-məhdud hakimiyyətə 
malik deyildi, tayfa şurası ilə hesablaşmalı idi. Veda dönəmində 
“sabha”, “samiti”, “vidhata” və “qana” tayfa şuraları idi. Onla-
rın arasında “vidhata” Ağsaqallar Şurası idi. Bu şuralar müəyyən 
məsələlərlə bağlı məsləhətləşir, hərbi, dini məsələlərlə bağlı qərar 
qəbul edirlər. Qadınlar sabha və vidhatanın işində iştirak edirdilər. 
Veda dönəmində “qan” adlanan qeyri-monarx dövlətləri mövcud 
olmuş, onların başçısı “qanapati” və ya “cıeştra” adlanırdı.
E.ə. I minilliyin ortalarında Qanq çayının əsas rayonlarının 
mənimsənilməsi,  hind-arilərin  Şimali  Hindistanda  məskunlaş-
ması başa çatmışdır. Bu dövr Veda dönəminin başa çatması və 
Maqadha-Mauri  dönəminin  başlaması  ilə  əlamətdardır.
Veda cəmiyyəti. Veda tayfaları kiçik möhkəmləşdirilmiş ya-
şayış  məntəqələrində,  yəni  Harappa  sivilizasiyası  şəhərlərini 
müəyyən  qədər  xatırladan  yerlərdə  yaşayırdılar.  “Riq  Veda”da 
“pur” dedikdə, kənd yerləri nəzərdə tutulurdu. Harappa şəhərlə-
rindəki tikinti təcrübəsi Şərqi Hindistanın veda tayfalarına məlum 
idi.  Veda  cəmiyyətində  əmlak  bərabərsizliyi  özünü  göstərirdi, 
Riq Veda kasıb və varlılar haqqında məlumat verirdi. Riq Veda-
da öyüd verən müdrik yer üzündə mal və mülklərin müvəqqəti 
olmasına inanmışdır: “Sahib olan bir kimsə ehtiyac içindəki bir 
kimsəyə qarşı əli açıq olmalıdır və gələcəyi düşünməlidir. Çünki 
zənginlik eynilə təkər kimi dönür və durmadan əl dəyişdirir”.
Veda mətnlərində mal-qaranın sayı, təmtəraqlı qurbanvermə 
ziyafətləri, mal-qaranın kimə məxsusluğu haqqında, damğa, tor-
pağın alınıb-satılması, qullar və s. haqqında məlumatlar vardır. 
Veda tayfaları əvvəlcə qohum tayfalardan ibarət qanalarda, sonra 


Bəhmən Əliyev-Ayvazalı
56
isə sinfi əsaslı kollektivlərdə yaşayırdılar. Veda mətnlərinə görə, 
qadınların ictimai toplantılarda iştirak etmək hüquqları yox idi, 
daxili həyatın bütün məsələləri və idarəetmə “vitatha”, “sabha”, 
“samiti” adlanan toplantılarda həll olunurdu. Əhali “qram” (ic-
malar) və “kula” (patriarxal ailələr) da birləşirdi. 
Qədim  hind  mənbələrinə  görə,  Qanq  vadisində  sülalələr 
Günəş  və  Ay  sülalələri  idi.  Günəş  sülaləsi  ilə  “Ramayana”nın 
qəhrəmanı Rama, Ay sülaləsi ilə isə Kaura tayfası əlaqələndiri-
lirdi. Ənənəyə görə, bu nəslin nümayəndələri Bharata hökmdarı 
olurdu, bu ad “Riq Veda”da əksini tapmışdı. “Riq Veda”ya görə, 
Bharatlar Sarasvati və Yamun çayları arasında yaşayırdılar. Bha-
rata adı ilə qədimdə Şimali Hindistan Bharatavarş-Bharata hökm-
darının nəsilləri (indi Hindistan Respublikası rəsmən Bharat ad-
lanır) adlanırdı. “Mahabharata”nın bir sıra qəhrəmanları Bharata 
nəslindən  sayılırdı,  eposun  özü  isə  Bharata  nəsilləri  arasındakı 
böyük  müharibədən  danışır.
  Hindistanın  dini  haqqında  məlumatları  ari  tayfalarının  Şi-
mal-Qərbi  Hindistana  daxil  olmasından  sonra  başlayan  dövrün 
abidələrindən daha çox toplamaq mümkündür (təxminən e.ə. II 
minilliyin ortası). Hinduizm dini təliminin birinci dövrü sayılan 
Veda  (bilik)  dönəmi  hind-arilərinin  dünyagörüşündə  politeizm 
(çoxtanrıçılıq)  ilə  xarakterikdir.
Ümumiyyətlə,  əvvəllər Veda  dini  naturalistik  idi,  məbədlər 
və idollar yox idi. Mantraların (ilahilər) oxunması ilə ibadət ye-
rinə yetirilir, uşaqlar (“praca”), iribuynuzlu heyvan (“paşu”) və 
var-dövlət üçün (“dhana”) qurban verilir, burada mənəvi rahatlıq 
və ya əzab-əziyyətdən qorunmaq haqda düşünmürdülər.
Vedalar ən qədim himnlərdən, dualardan, qurbanlıq qayda-
larından  və  cadularından  ibarət  olan  4  külliyyatdan  (samhid-
lərdən) – “Riq Veda”, “Yacur Veda”, “Sama Veda” və “Atharva 
Veda”dan  ibarətdir.  Brahmanizm  də  Vedalardan  qidalanmışdır. 
Vedaların e.ə. IX-VIII əsrlərdə tərtib olunmuş geniş şərhləri (tə-


Hindistan etnoqrafiyası
57
bəqələri)  -Brahmanalar (Vedaların mifoloji şərhi), Aranyakilər 
(zahidlərin nəsihəti) və Upanişadlar (gizli-mistik biliklər) vardır. 
Müxtəlif tanrılara ünvanlanan Veda ilahiləri və yalvarışları il-
kin dinin zəngin qaynaqlarıdır. Veda rituallarının bəzisi ilə təbiətə 
tapınma arasında bağ qurulmuşdur. Vedaların ən qədimi olan “Riq 
Veda” tanrıya ibadət üçün yazılmış 1028 ilahidən ibarətdir. Riq 
Vedanın ana tanrıları insanlara rifah verən böyük təbiət güçləri 
idi. “Riq Veda”nın əsas himnlərinin yaranmasını e.ə.II minilliyin 
sоnuna, vahid vedalar məcmuəsinin tərtibatını e.ə. II-I minillik-
lərin hüduduna aid edirlər. İlahilər on kitaba (Mandala) ayrılır. 
Ən uzunu 191 ilahidən ibarət birinci və 43 ilahidən ibarət olan 
onuncudur.  Riq  Vedanın  digərlərindən  fərqi  onun  yüksək  səslə 
oxunması və burada olan şükr, arzu və bəddua tərzindəki duaları 
əhatə etməsidir. Riq Vedada yaradılış haqqında çoxsaylı ilahilər 
vardır: “Ey gecə! Hər şeyin sahibi olan yaradanın əmrlərinə bo-
yun əyərək yer üzünü doldurdun. Göylərdə göy tanrılarının taxt-
larına qədər yayılırsan”. Yaxud, “Əvvəl burada zülmət var idi və 
başlanğıcda hər şey qaranlıqlarla örtülü idi. İşıqsız okean olan 
qaranlıqda toxum qabıqda gizli saxlanılırdı. Birdən təbiət qızğın 
istinin təsiriylə partladı. O zaman, ilk dəfə olaraq, eşq üzə çıx-
dı... Şairlər ürəklərində yaradılmışla yaradılmamış arasında bağ 
olduğunu  anladılar.  Dünya  vardı  və  yox  idi;  yalnız  ruh  idi...”. 
Riq-Vedaya görə, insanlar mükəmməlliyin yüksək dərəcəsi üçün 
tanrılara qurban kəsə bilərlər. Beləcə, tanrıya musiqi, rəqs, soma 
içkisi və sevilən yeməklər (hətta ət) qurban verilir. Riq Veda Sam-
hitada düşmənlərin məhvi və əkinçiliklə bağlı bəzi ilahilər və qur-
banla ilgili dini nəğmələr Aqni və Somaya yönəldilmişdir. 
“Sama Veda” qurban mərasimi əsnasında söylənən ilahiləri 
əhatə edir, melodiyalar vedasıdır, yüksək səslə oxunur. Sama-Ve-
da və Yacur-Veda Samhitaları, litürgiya və ya ritual Samhitalar 
sayılır. Çünkü; nəğmələr, mantralar və müqəddəs ilahilər qurban 
mərasiminə  düzənlənmişdir. 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə