Püskürtməklə tökmə maşınları
106
idarəetmə sisteminə malikdir. Maşının işləmə
prinsipi belədir: Maşının silindrinin daxilində
fırlana və şaqulu istiqamətdə hərəkət edəbilən
sonsuzvint plastmas materialını qıfdan gö-
türərək onu tədricən püskürtmə ucluğuna tərəf
hərəkət etdirir. Bu zaman o materialı sıx-
laşdırır, qızdıraraq yumşaldır və ucluğun
önünə təzyiq altında yığır. Material silindrin
qızdırılması ilə yumşaldılır. Sonra material
ucluqdan keçərək hazırlanan hissəyə uyğun
metal formaya 500÷2000 bar təzyiqi altında
püskürdülür (şəkil 1b). Formanın daxili plastik
kütlə ilə dolur və soyuyaraq bərkiyir. Sonra
açma mexanizmi formanı açır və plastik tökük
formadan xaricə atılır. Bu yolla çəkisi 1 q-dan
50 kq-a qədər olan hissələrin tökülməsi
mümkündür. Müasir maşınların formanı bağ-
lama qüvvələri 50÷100000 kN həddində
yerləşir.
Maşının konstruksiyası üsulun icrasında tət-
biq olunan açma və bağlama mexanizmləri ilə
müəyyyən olunur. İşçi mexanizmləri hərəkətə
gətirmək üçün hidravlik silindrdən və elektrik
mühərrikindən istafdə olunur. Birincisi ən ge-
niş yayılmışdır.
Xüsusi konstruksiyaya malik plastik kütlələri
püskürtməklə tökmə maşınları bir neçə kom-
ponentlə işləyir. Bu maşınlarda kompleks his-
sələri müxtəlif xassələrə və rənglərə malik
plastik kütlələrədən hazırlamaq mümkündür.
Püskürtmə ilə plastik kütlələrdən tökmə yolu
ilə qablaşdırmaq üçün nazik divarlı hissələr,
nazik təbəqələr, optik hissələr, dişli çarxlar və
bir çox başqa çeşidli məhsulları yükək keyfiy-
Şəkil 1. Püskürtməklə tökmə maşını
a-ümumi sxemi, b-püskürtmə prosesi, 1-forma, 2-silindr, 3-silindr başlığı,
4-qıf, 5-sonsuzvint valı
Püskürtməklə tökmə maşınları
107
yətdə hazırlamaq mümkündür.
(alm. die Spritzgiessmaschine, ingl. İnjection moul-
ding machine)
Püskürtməklə üfürmə içiboş qabların plastik
materialdan hazırlanmasına xidmət edir. Proses
iki pillədə baş verir: ilkin formanın püskürt-
məklə hazırlanması, üfürməklə formavermə və
hissəni formada tutub soyutmaq. Püskürtməklə
üfürmə üsulunda plastik pəstah əlavə olaraq
içliklə tutulub dartılır (şəkil 1).
Şəkil 1. Püskürtməklə üfürmə prosesinin sxematik
təsviri
Şəkil 2. Püskürtməklə üfürülmüş plastik hissələr
Bu üsul ekstruziya üsuluna nisbətən aşağıdakı
üstün cəhətlərə malikdir:
İçiboş hisssələrin boğaz və dib hissədə
çıxıntısız və təmiz səthli hazırlanması,
Hissənin keçidilərdə, uzunluq və əhatə
üzrə dəqiqliyi yüksəkdir,
Divarın qalınlığı dəqiqidir,
Çəkisinin və həcminin minimal meyil-
lənmə müsahidəsi,
Biaksial dartma nəticəsində hissədə yara-
nan əlverişli mexaniki xassələri.
Bu üstün cəhətlərə baxmayaraq hazır-
lanan hissələrin həndəsi formasının tərtibi
və material seçimi məhduddur.
(alm. das Spritzblasen, ingl.
İnjection blow )
PVD prosesi (ingl.
Physical Vapor Deposi-
tion, azərb.
Fiziki Qaz Çökdürmə) örtükçəkmə
üsulu olub, örtük materialının tozunun va-
kuumda buxarlandırılaraq əsas materialın üzə-
rinə fiziki olaraq çökdürülməsidir. Adi qal-
vanik üsullardan üstünlüyü ondan ibarətdir ki,
bu üsulla çoxlu sayda metaloid və keramik
materiallar istənilən tərkibli maşın hissələrinin
üzərinə çəkilə bilir. Ənənəvi olaraq kəsici
alətlərin yeyilməyə davamlığını artırmaq üçün
lazım olan örtüklərin çəkilməsi məqsədi ilə
işlənmiş bu üsulldan həm də dekorativ
məqsədlər üçün də istifadə olunur. Prosesin
160÷600°C arasında aparılması sayəsində his-
sələr az temperatur təsirinə məruz qalır. Bu
baxımdan örtükçəkmə prosesindən sonra
hissənin möhkəmliyi dəyişməz qalır. Çəkilən
qatın qalınlığı 3÷6 mkm arasında yerləş-
diyindən səthdə yalnız sıxıcı gərginliklər əmə-
lə gəlir.
PVD üsulu buxarlanma, ionlanma və çökmə-
dən ibarət üç mərhələni özündə cəmləşdirir.
Proses zamanı örtük materialının buxar-
landırılması üsuluna görə termiki buxarlanma,
elektrik şüasi ilə buxarlanma, katodun toz-
landırılması və lazer şüası ilə buxarlanma
fərqlənir.
Termiki buxarlanma üsulu (Vakuum buxar-
lanması)
Vakuum buxarlanması zamanı örtük mate-
rialının tozu tigeldə elektrik cərəyanı ilə o
dərəcədə qızdırılır ki, o buxar fazasına keçsin.
Kifayət qədər yüksək təzyiqdə (10
-2
÷10
-6
Pa)
buxar şəklində olan atomlar bir-birləri ilə
birləşmədən düzxətli yolla substratın üzərinə
hərəkət edir və orada kondensasiya edərək qat
əmələ gətirir (şəkil 1). Vakuum altında buxar-