Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə173/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   169   170   171   172   173   174   175   176   ...   211

Yastıq  

 

340 


 

yılmış  düzülüş  iki  yastıqda  oturtmadır,  çünki 

burada  yastığa  düşən  qüvvələr  statik    təyin 

olunur.  Bu  halda  yastıq  gövdədə  sərt  və  ya 

hərəkətli oturdula bilər. Vallarda xarici qüvvə-

lərin təsirindən yaranan deformasiyalar yastıq-

larda  əlavə  olaraq  dönmə  və  başqa  yerdəyiş-

mələr  yaradır  ki,  bu  da  onların  işini  çətinləş-

dirir.  Ona  görə  də,  belə  yerdəyişmələr  yas-

tıqların  layihələndirilməsində  nəzərə  alınmalı, 

imkan  daxilində  onların  yaranması  başqa  kon-

struktiv tədbirlərlə aradan götürülməlidir. Əgər 

valın  yüklənməsi  zamanı  böyük  əyilmə  göz-

lənilirsə,  onda  bir neçə  yastıqlarda  oturtmadan 

istifadə  edilir.  Bu  halda  yastıqlara  düşən 

yükləri statik olaraq təyin etmək mümkün olsa 

da,  onların əsl  qiyməti  praktikada  texnoloji  və 

yığma amilinin təsirindən meyillənir.  

Əlaqəli  işləyən  maşınlarda  hər  maşında  bir 

yastıq  ilkin  yükü  götürməlidir,  halbuki  əlaqə 

boşluğu radial,  oxboyu  və  dönmə  yerdəyişmə-

ləri  nəticəsində  yaranan  əlavə  yükləməni  də 

ötürməlidir.  Bunun  üçün  elastiki  muftalardan 

istifadə  edilir.  Əlaqələndirilmiş  maşınlarda 

yastıqların (və ya düyümlərin) problemsiz işlə-

məsi üçün əsas şərt aparıcı valların dəqiq otur-

dulmasıdır.  

Yastığın  valda  düzgün  yerləşdirilməsi  və 

oturdulması  xüsusi  təcrübə  tələb  edir.  Maşın-

qayırmada yastıqların tətbiqinin imkanı və yas-

tıq  növünün  seçilməsi  umumiyyətlə  maşının 

umumi konstruksiyası, quraşdırılması və hazır-

lanması ilə təyin olunur. Optimal işləmə imka-

nına  malik  yastıq  onların  düzgün  layihələn-

dirilməsi, yağlamanın düzgün seçilməsi, defor-

masiya  olunan  hissələrin  nəzərə  alınması  ilə 

əldə edilə bilir.  

Yastıqlar 

aşağıdakı 

əlamətlərinə  görə 

bölünürlər: 

 

Hərəkət  xarakterinə  görə  sürüşən  və  ya 



diyirlənən (şəkil 1)

 

Ötürülən  yüklərin  təsir  istiqamətinə  görə, 



radial və ya oxboyu

 

Yerləşdirmə üsuluna görə sərt və hərəkətli



 

  Konstruksiyasına  görə  irəli-geri  hərəkərli, 



dayaq, tərpənməz, oynaqlı və s. 

 

Yığma  imkanına  görə  bölünməyən  və  ya 



bölünən, 

 

Özütənzimlənən və tənzimlənməyən, 

 

Cərgələrin  sayına  görə  bir  cərgəli,  iki 



cərgəli və s. 

 

Yağlama  növlərinə  görə  özlü  yağ,  maye 



yağhavasu ilə yağlanan yastıqlar. 

 

Sürüşən  və  diyirlənən  yastıqların  seçilməsi 



onların  tətbiqinin  müsbət  və  mənfi  cəhətlərini 

müqayisə etdikdə aydın olur.  

Sürüşmə  yastıqları  böyük  kontakt  və  yağ-



lama    səthinə  malik  olduğuna  görə  titrəmələr 

və  zərbələrə  qarşı  həssasdır.  Onlar  səssiz  işlə-

yirlər,  çirklənməyə  qarşı  həssas  olmadığından 

heç  bir  kipləşdiriciyə  ehtiyac  qalmır.  Dövrlər 

sayına  məhdudiyyət  qoyulmur,  ayrılan  hissə-

lərdən    yığıldığına  görə  onların  quraşdırılması 

və  sökülməsi  nisbətən  asandır.  Başlıca  çatış-

mayan  cəhəti  işə  salma  zamanı  quru  fırlanma 

nəticəsində yüksək moment tələb etməsi, daimi 

yağlayıcı  maddəyə  ehtiyac  yaratması  və  buna 

nəzarət edilməsini tələb etməsidir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

Şəkil 1. Yastıq növləri 

a) sürüşmə yatığı      b) diyirlənmə yastığı 

 



Diyirlənmə  yastıqları  düzgün  quraşdırıl-



dıqda  diyirlənmə  sürtünməsi  ilə  işləmə  yarat-

dığından  başlanğıc  moment  işçi  momentdən  o 

qədər  də  fərqlənmir.  Yağlayıcı  maddə  məsrəfi 

aşağıdır,  qulluq  edilməsi  asandır,  normativləş-

dirilmiş konstruksiya nəticəsində yüksək qarşı-

lıqlı  əvəz  olunma  təmin  edilir.  Çatışmayan 

cəhətləri  isə  aşağı  dövrlər  sayında  işləmə, 



Yastıq 

 

341 


 

 

zərbələrə qarşı həssas olması, uzunömürlülüyü 



və  dövrlər  sayının  məhdud  olması,  çirklən-

məyə  qarşı  həssas  olması  yastıqların  kipləşdi-

rilməsini tələb etməsidir. 

 

(alm. der Lager, ingl. Bearing



 

Yastıq poladı diyirlənmə və sürüşmə yastıqla-

rında tətbiq olunan, iş zamanı bu hissələrə tsik-

lik təsir verən dartılma-sıxılma yükləməsinə və 

yeyilməyə qarşı davamlı olan xüsusi polad nö-

vüdür.    Yastıq  poladları  bu  tələbləri  ödəmək 

üçün  yüksək  oksid  saflığı  dərəcəsinə  malik 

olmalıdırlar.  Onlardan həmçinin  təzyiq  altında 

yaxşı  soyuq  və    isti,  eyni  zamanda  kəsmə  ilə 

emal  ediləbilən  olmaları  tələb  olunur.    İşçi 

səthlərin  bərkliyi  və  dəqiqliyi  də  poladın  xas-

sələri ilə təmin olunur.  

Yastıq 


poladları 

kimi 


tablandırılabilən 

100Cr6,  və  ya  aşağı  legirli  poladlar,  məsələn: 

17MnCr5  və  ya  16CrNiMo6  tətbiq  olunurlar. 

Poladlar  səthdə  əldə  olunabilən  ən  yüksək 

bərkliyə  qədər  →termiki  emal  olunurlar.  Le-

girli  poladlar  əlavə  olaraq  xarici  səthlərin 

kömürləşdirilməsini  (karbonla  doydurulması-

nı)  tələb  edir,  amma  onun  özəyində  yüksək 

özlülük  qalır.    Böyük  diametrli  yastıq  gövdəsi 

tablandırılan  poladlardan  (məsələn:  43CrMo4) 

hazırlanır  və  səthi  tablandırımış  şəkildə  tətbiq 

olunur.  

Paslanmayan 

yastıqlar 

üçün 

xromlu 


poladlardan  (məsələn:  X45Cr13,  X89CrMo-

V18-1)  istfadə  olunur.    Bu  poladların  tərki-

bində olan karbonun çoxluğu onun korroziyaya 

davamlığını  adi  xromlu  poladlara  nisbətən 

aşağı  salır.  Digər  tərəfdən  onun  səthində  əldə 

olunan  bərklik,  tərkibində  1%  karbon  olan 

tablandırılan poladlardan aşağıdır. 

 

(alm. der Wälzlagerstahl, ingl. Rolling Steel)  



 

Yastıqlara  nəzarət  yastıqlarda  oturdulmuş 

maşın  hissələrinin  səlis  işləməsini  və  bununla 

maşının  etibarlığını  təmin  etmək  məqsədilə 

aparılan  tədbirlərə  aiddir.  Yastıqlara  çəkilən 

xərclər  maşının  ümumi  maya  dəyərində  çox 

cüzi hissə təşkil etsə də, onların nəzarətsiz sıra-

dan  çıxması  yüksək  xərclərə,  bəzi  hallarda 

maşının  ümumilikdə  sıradan  çıxmasına  gətirib 

çıxara  bilər.  Nəzarət  cihazları  ilə  yastıqların 

işləmə qabiliyyətini qiymətləndirib, ilkin təmir 

yolu ilə yarana biləcək xərcləri azaltmaq müm-

kündür. Yastığa nəzarət üçün əsas göstəricilər, 

yastıqda  yaranan    temperatur,  yeyilmə,  yağla-

ma halı,  səs  yaranma  və  titrəmələrlə  müəyyən 

olunur.  Uzun  zaman  kəsiyində  aparılan  ölçmə 

nəticəsində  əsas  göstəricinin  qradiyentinin 

zamandan asılı dəyişməsi əhəmiyyətlidir.  

Sürüşmə yastıqları üçün nəzarət meyyarları: 

 

Hidrodinamik  yağlamada  yağlama  boşlu-



ğunda  yastığın  temperaturunun  ölçülməsi 

təminatlı  üsuldur.  Buraxılabilən  temperatu-

run  qiyməti    sürüşmə  səthindən  1,5

÷

2,0 mm 



aralıda 90

÷

120°C həddində yerləşir. 



 

Yağlayıcı maye-temperatur ölçmə üçün o 

vaxt  yarayır  ki,  temperatur  elementi  mak-

simal yağ temperaturunu ölçə bilsin. Boşluğa 

daxil olan soyuq yağ ölçməni zəiflədir.  

 

Boşluğa  vurulan  yağ  təzyiqi  və  yağın 



temperaturunu  ölçməklə  yastıq-hissə  arasın-

dakı hala nəzarət etmək olar. 

 

Yağ  qatının  qalınlığını  ölçmək  tribosis-



tem  haqqında  daha  dəqiq  məlumat  versə  də, 

bunun  praktikada  dəqiq  reallaşdırılması 

çətindir.  

 

Araboşluğun qiymətinin ölçülməsi dolayı 



yolla məlumat verir. Bu ölçmə sisteminin də-

qiq sazlanmasını tələb edir.  

 

Rezonans  sahəyə  yaxın  yüksək  dövrlər 



sayında  işləyən  yastığın  gövdəsində  yaranan 

titrəmələri ölçmək məqsədəuyğundur. Meyar 

kimi  titrəmə  sürəti  götürülür.  Sərhəd  qiy-

mətləri 20 mm/san “həyacan”, 60 mm/san isə 

“sistemdə işin dayandırılması”üçün siqnaldır. 

    


Diyirlənmə yastıqları üçün nəzarət meyyarları: 

 

Temperaturun  ölçülməsi  ilə  yağlamanın 



vəziyyətini qiymətləndirmək olar. 

 

Titrəmə  və  ya  səsin  ölçülməsi  hərəkətli 



səthlərdə izlərin, qopmaların, dağılmaların və 

çatların üzə çıxarılmasına imkan verir.  

 

Yastıqlara  nəzart  yeyilmənin  ölçülməsi  yolu 



ilə də nəzarət edilə bilər. Bunun üçün yağlama 

sisteminə  inteqrasiya  olunmuş  temperatur 

ölçmə və mayenin tərkibində olan hissəciklərin 

analizi üsuludur. Yağlama dövriyyəsi daxilində 

müxtəlif hissələrin yeyilməsini  radionuklid-öl-

çmə  ilə    aparmaq  olar  (şəkil  1).  Ölçmə 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə