Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə170/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   166   167   168   169   170   171   172   173   ...   211

Yağın  köhnəlməsi  

 

334 


 

prosesləri səbəb olur. Çirklənmə rəng və palçıq 

şəklində çökür. Metal və misin katalik təsiri bu 

prosesi  gücləndirir.  Həmçinin  yüksək  tem-

peratur  və  oksigen  qıtlığına  gətirən   kondeslə-

mə  prosesi  də  hidrogenin  azalmasına  səbəb 

olur ki, nəticədə yağlayıcı mayenin qıtlığı kəs-

kin  artır.  Parçalanma  prosesi  nəticəsində  yün-

gül  axıcılığa  malik  hissə  alovlanmanı  və 

özlülüyü  aşağı  salır.    Yüksək  özlülü  yağlarda 

bu  halda  yastıqların  dağılmasına  gətirib  çıxa-

ran yapışqan formalı maddələr yaranır.   

Köhnəlməyə  davamlılıq  dedikdə  mineral 

əsaslı  yağlarda  yuxarıda  qeyd 

olunan  hadisələrə  qarşı  davam-

lılıq  başa  düşülür.    Bu  xassə 

antioksidantlarla  yaxşılaşdırıla 

bilir.  


 

(alm. die Ölalterung,  ingl. Oil 



aging)    

 

Yan səthli dişli ilişmə profil val-mufta ilişmə-

sinə aid edilir və həmçinin profilli qoşulabilən 

mufta  kimi  də  tətbiq  olunur.  Val-mufta 

ilişməsində  tətbiq  olunan  yan  səthli  dişli 

ilişmədə  val  və  mufta  təpə  səthlərində  açılmış 

dişlər  üzrə  birləşirlər  və  oxboyu  vintlə 

bərkidilir.  Yan  səthli  dişli  ilişmə  böyük  fırlan-

ma  momenti  ötürə  və  öz-özünə  mərkəzlənə 

bilir. Əsas tətbiq sahəsi →dirsəkli vallardır. Bu 

ilişmədəki  dişlərin  profili  düz,  üçbucaq  və 

evolvent  ola  bilir.  Ona,  qoşucu  element  kimi 

dəzgahların  dairəvi  stolunun  idarə  olun-

masında rast gəlinir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Yan səthli dişli ilişmə 

 

(alm. die Plankerbverzahnung, ingl. Plan serration)  



  

Yapışdırma ərinti ilə birləşdirmə emal növünə 

aid  olub,  metal  və  qeyri  metal  hissələrin 

yapışqanın köməyi ilə birləşdirilməsi üsuludur. 

Yapışqan  birləşən  səthlərlə  reaksiyaya  girərək 

fiziki  təsir  yaradır.  Bu  fenomen  həm  də  adhe-

ziya (ilişmə) adlanır. Qaynaq və lehimləmədən 

fərqli  olaraq  yapışdırma  istilik  enerjisi  tətbiq 

olunmadan  aparılır.  Eyni  zamanda  hissələr  və 

əlavə  maddə  (yapışqan)  arasında  heç  bir  dif-

fuziya prosesi baş vermir.  

Prosesin  tərkib  hissəsi  birləşən  hissələr  və 

yapışqandan ibarətdir (şəkil 1). 



 

Şəkil 1. Yapışdırmanın parametrləri  

 

Yapışqan  birləşməsi  hissələr  və  onların 



arasına  çəkilmiş  yapışqan  qatından  ibarətdir. 

Yapışdırma  zamanı  optimal  səthi  ilişmə  əldə 

etmək  üçün  yapışqanın  maye  halında  olması 

əlverişlidir.  Çox  vaxt  yapışqan  kimi  süni  qət-

ran  qarışığından  və  kauçukdan  istifadə  olunur.  

Onlar  isti  və  ya  soyuq  halda  səthə  çəkilərək 

polikondensasiya,  polimerləşmə  və  poliartma 

nəticəsində bərkiyirlər. Bərkimə tez və ya uzun 

vaxtda,  həmçinin  otaq  temperaturunda  və  ya 

isti halda aparıla bilər. Yapışdırma üçün səthin 

təmiz  olması  vacibdir.  Bunun  üçün  səthlər 

mövcud  yağlardan,  tozlardan  təmizlənməlidir. 

Hazırlanmış  səth  yapışdırma  zamanı  yüksək 

ilişmə əldə etməyə şərait yaradır.  

Yapışdırmanın  başqa  birləşdirmə  üsullarına 

nisbətən üstün cəhətləri bunlardan ibarətdir:  

 

Birləşmə  zonalarında  gərginliyin  bərabər 



paylanması,  

 

Proses  soyuq  halda  baş  verdiyindən  ma-



terialda deformasiya baş vermir, 

 

Müxtəlif  tərkibli  materiallar  birləşdirilə 



bilərlər,  

 

Başqa  üsullarla  birləşdirilə  bilməyən 



nazik  hissələrin  (qalınlığı  <0,5  mm)  yapış-

dırılması mümkündür,  




Yapışdırma 

 

335 


 

 

 



Yapışqan  elektrikdən  izolyasiya  edir  və 

ondan həm də kipləşdirici maddə kimi istifa-

də  etmək olar. 

Çatışmayan cəhətlərinə bunlar aiddirlər: 

 

Aşağı möhkəmliyə malikdir, 



 

Səthlərin hazırlığı əlavə xərc tələb edir, 

 

Yapışqan korroziyaya davamlı deyil, 



 

Daimi yükün təsiri altında birləşmədə sü-

rüşmə və nəticədə dağılma baş verir. 

Yapışdırma  üsulunun  inkişafı  sayəsində  o, 

→maşınqayırmada,  boruçəkmədə,  avtomobil-

qayırmada və cihazqayırmada geniş tətbiq olu-

nur.  

 

(alm. das Kleben, ingl. Adhesive



 

Yapışqanlı  birləşmənin  hazırlanması  müx-

təlf xassəli materiallardan olan hissələrin təmi-

natlı  birləşməsinin  layihələndirilməsini  və  hə-

yata  keçirilməsini  əhatə  edir.  Hissələrin 

keyfiyyətli  yapışdırılması aşağıdakı tədbirlərin 

həyata  keçirilməsini  tələb  edir.  Birləşən  səth-

lərdə adgeziyanın baş verməsi üçün səthlər ön-

cədən  hazırlanmalıdır,  yəni  onlar  aktivləş-

dirilməlidirlər.  Səthlər  öncə  tozlardan,  paslar-

dan  və  oksid  qatlarından  təmizlənirlər.  Həm-

çinin yağların təmizlənməsi buraya aiddir. Bir-

ləşməyə yüksək tələbat qoyulan sətlər kimyəvi 

məhlullarla  təmizlənir.  Polad  və  digər  ağır 

metalların  kimyəvi  təmizlənməsində    duz  tur-

şusu, nitrat turşusu, xrom turşusu və digər tur-

şulardan istifadə edilir. 

Maye  yapışqanlardan  istfadə  etməklə  birləş-

dirmədə yapışqan səthlərə fırça və ya barmaqla 

çəkilir.  Yapışqanın  böyük  hissəsi  buxarlan-

dıqdan sonra, səthdəki yapışqan əsas materialla 

birləşir. Növbəti addımda yapşqanlı səthlər bir-

birinə  sıxılır  və  koheziya  əsasında  hissələr 

arasında birləşmə baş verir.  

Kiməyəvi reaksiyaya əsaslanan yapışqan his-

sələr  üzərinə  çəkilir  və  onlar  bir-birinə  sıxılır. 

Yapışqanın  qalınlığı  0,1÷-0,3  mm  civarında 

yerləşir.  Yapışqanın  xassəsindən  asılı  olaraq 

proses soyuq və ya isti halda aparılır.  

Metalların  yapışqanla  birləşdirilməsi  zamanı 

onların  lazımi  möhkəmlik  xassələrinə  cavab 

verməsi üçün yapışqanın miqdarı kifayət qədər 

olmalıdır  ki,  birləşmə  dartılma-sıxılma  və 

toxunma gərginliklərinə tab gətirsin (şəkil 1). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Yapışqan birləşməsinin yüklənməsi 

a)

 



dartılma-sxılma, b) kəsilmə, c) qoparma  

 

Yapışqan  birləşməsinin  hesabatında  əsas 



parametr  kimi,  birləşmə  möhkəmliyi  (

τ

M



)  gö-

türülür.  Bu  parametr  üst-üstə  yapışdırılmış 

sınaq hissələrdə təyin edilir: 

 

 



 

 

burada: F



d

  dartma qüvvəsi,  

 

A

y

 yapışdırma sahəsi, 

 

l

ü 

üst-üstə düşən sahənin uzunluğu, 



b yapışan sahələrin enidir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil  2.  Qoparma  yükləməsi  altında  olan  yapışqan 

birləşməsi 

a) və b) dartmaqla qoparma, 

c)  və d) əyməklə qoparma 

 

Birləşmə möhkəmliyi yapışqandan, korroziya 



təsirindən, temperaturdan, yapışqan qatının qa-

b

l

F

A

F

ü

d

Y

d

Y

=



=

τ



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə