Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə166/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   162   163   164   165   166   167   168   169   ...   211

Vikkers üsulu  

 

326 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Vikkers  üsulu ilə bərkliyi  təyinetmə cihazı 

 

(alm. die  Härteprüfung  nach Vickersl,  ingl.  Vickers 



hardness test) 

 

Vildhaber-Novikov  ilişməsi    evolvent  növlü 

ilişməyə  alternativ  dişli  çarx  ilişməsidir  (şəkil 

1).  Çarxların  dişlərinin  profili  yan  kəsikdə 

çevrəyə  malikdir.    İlişmə  zamanı  dişlərin  bir-

biri ilə təmasa girmələri evolvent dişlərində  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

Şəkil 1. Vildhaber-Novikov ilişməsi 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  2.  Vildhaber-Novikov  ilişməsinin  sxematik 

təsviri 

a-  təzyiqin  nəzəri paylanması, b-  dişin  səthinin pro-

fili,  c-  hərəsi  iki  çevrə  qövsündən  alınan  simmetrik 

profil 


 

olduğu  kimi  dişin  profili  üzrə  deyil,  onun 

boyunca  baş  verir.  Ilişmədə  təzyiq  bucağı  və 

sürüşmə  sürəti  dəyişmir.  Dişlərin  işçi  səthləri 

qabarıq  və  çökük  çevrə  seqmentlərindən  iba-

rətdir. Bir dişli çarxın qabarıq dişi digər çökük 

formaya  malik  olan  çarxın  dişləri  ilə  təmasa



Vildhaber-Novikov ilişməsi 

 

327 


 

 

girir.  İlkin  toxunma  nöqtə  üzrədir.  Təmas, 



çarxlar yükləndikdə səth üzrə baş verir. Təmas 

nöqtəsi  dişin  hündürlüyü  boyunca  yox,  çarxın 

oxu  boyunca  hərəkət  edir,  yəni  ilişmənin  oxu 

çarxın oxuna paraleldir.

 

Dişlər çarxlar üzərində 



çəpinə  açılır.  Hərəkət  toxunma  nöqtəsinin  ox-

boyu istiqamətdə sürüşməsi sayəsində ötürülür.  

Şəkil  2-dən  göründüyü  kimi  təmas  xətti  uc 

hissələrdə  ani  təmasdan  ibarətdir.  Hərəkət 

ötürülməsi  üçün  vacib  olan  örtmə  sıçrayış  ört-

məsidir.  Dişlərin hazırlanma  xətalarının  ilişmə 

dəqiqliyinə  təsirini  aradan  qaldırmaq  üçün 

dişlərin  yan  səthlərinin  radiusları  müxtəlif  ha-

zırlanır.  Vildhaber-Novikov  ilişməsinin  emalı 

üçün  asimmetrik  profilə  malik  olaraq  tamasa-

dişli  çarx  ilişməli  müxtəlif  alətlər  hazırlanır 

(şəkil  2b).  Simmetrik  profillərdə  eyni  sonsuz 

vint  frezindən  istifadə  etmək  olur.  Bu  yolla 

hazırlanmış  eyni  maillik  bucaqlı  dişli  çarxlar 

“cüt dişli çarxlar” xassəsinə malikdirlər.   

Dişlərin  qabarıq-çökük  səthlər  üzrə  yağlan-

ması  evolvent  profilli  dişli  çarxalara  nisbətən 

1,5 dəfə çox yükgötürmə imkanı yaradır. Onun 

dişinin  dibində  mövcud  olan  möhkəmlik  isə 

30%  aşağı  olur,  çünki  dişdə  yaranan  normal 

qüvvə  lokal  cəmlənərək  ötürülür  (yerli  gər-

ginliklərin pikləri yaranır). 

 Dişli  ilişmənin  səlis  işləməsi  üçün  işçi 

səthlərin  xətləri,  oxlar  arsındakı  məsafələr  və 

paralellikdən  meyillənmələr  üçün  müsahidələr 

kiçik  seçilməlidir,  əks  halda  iş  zamanı  səslər 

yaranır. 

 

(alm. die Wildhaber-Nowikov-Verzahnung,  ingl. 



Wildhaber-Novikov gearing)

    


 

Viniplast  polivinilxloridin  əsasında  əldə  olu-

nan  plastik  kütlədir.  Polivinilxloriddən  əlavə 

onun    tərkibinə    istismar  zamanı  dağılmanın 

qarşısını  alan  stabilləşdiricilər  və  emalı  asan-

laşdıran  yağlayıcı  maddələr  əlavə  olunur.  Bə-

zən  viniplastın  tərkibinə  rəngləyicilər,  doldu-

rucular  və  fiziki-mexaniki  xassələri  dəyişmək 

üçün modifikatorlar da əlavə edilir.  

Viniplastlar təşkiledicilərin köməyi ilə hazır-

lanırlar.  Emal  zamanı  qarışıq  ya    ilkin  olaraq  

qranulatlar şəklində hazırlanır, ya da o bir başa  

kütləyə  preslənir.    Alınacaq  məhsulun  forma-

sından  asılı  olaraq    müxtəlif  emal  üsulları  tət-

biq  olunur:  hamar  lövhələr  presləmə  ilə, 

lentlşəkilli  viniplast  yayma  ilə,  kiçik  ölçülü 

profilli  məmullar  təzyiq  altında  tökməklə, 

boru,  profilli  və  dalğalı  təbəqələr  qranulatları  

presləməklə   əldə olunur.   

Viniplast rəngsiz materialdır, o yanmır və hər 

hansı  iyə  malik  deyil,  yaxşı  mexaniki  emal 

oluna  bilir.  Asanlıqla  qaynaq  olunabilməsi 

viniplastdan  olan  hissələr  əlverişli  birləşdirilə 

bilir.  Viniplast  beton,  metal  və ağac  səthlərinə 

asanlıqla  yapışdırıla  bilir,  20÷80°С  arasında 

izoləedici  material  kimi  istifadə  etmək  müm-

kündür. Viniplastın sıxlığı 1,2÷1,40  g/cm

ara-


sında,  dartmada  möhkəmliyi  40÷60,  sıxmada 

isə 80÷160 MPa

 

arasında meyillənir. Elastiklik 



modulu  1000÷3500  MPa-dır.  Nisbi  uzanması 

10÷25%-i təşkil edir. 

 

(alm.  das  Polyvinylchlorid-PVC,  ingl.  Polyvinyl 



chloride

 

Vint maşınqayırmada ən geniş yayılmış birləş-

dirici element sayılır. Vint bir tərəfdən başlığa, 

digər tərəfdən  yivə malik gövdədən ibarətdir.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1 Metal lövhələrin bərkidilməsi üçün vintlər 

 

Başlıqlar  birləşdirilən  hissələrin  bir-birinə 

sıxılmasına  və  həmçinin  onların  açarla  və  ya 

burucu ilə bağlanmasına imkan yaradırlar. Çox 

istifadə olunan altı tilli, kvadrat, sferik formalı 

və  burucu  üçün  yarığa  malik  olan  başlıqlardır.




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə