Ventilyator
320
kidilən dirsəkli valdan qayışla fırladılırdısa,
indi ventilyatorlar ayrıca yerləşmiş ötürməyə
malikdir. O, yalnız suyun temperaturu qalx-
dıqda işə düşür. Kiçik mühərriklər ayrıca ele-
ktrik mühərrrikindən işlədilən ventilyatorlarla
təchiz olunurlar. Ancaq o da yalnız lazım ol-
duqda işə düşür.
(alm. der Lüfter, ingl. Ventilator)
Ventil hidropaylayıcı hidravlik sistemdə ma-
ye axınını və bununla sistemin çıxış parametr-
lərini idarə etməyə xidmət edir. Hidropaylayıcı
daxilində
→
plunjer hərəkət edən silindrik göv-
dəyə malikdir (şəkil 1). Gövdənin divarlarında
tətbiq sahəsindən asılı olaraq pəncərələr açılır.
Sadə halda plunjer 3 vəziyyət ala bilir. Orta
vəziyyətdə paylayıcının kanalları bağlıdır və
nasosdan verilən maye hidroslindrin heç bir
boşluğuna daxil olmur. Plunjeri sola hərəkət
etdirdikdə maye hidropaylayıcının gövdə-
sindən keçərək silindrin sol tərəfinə daxil olur
və porşeni itələyir. Plunjeri sağa tərəf hərəkət
etdirdikdə işçi maye hidrosilindrin sağ tərəfinə
axır və onun sol tərəfindəki mayeni sıxışdı-
raraq hidroçənə axmağa məcbur edəcək.
Onu da qeyd etmək lazımdır ki, sol tərəfə
maye verdikdə porşen aşağı sürətlə hərəkət
edir, nəinki, sağ tərəfə maye daxil oduqda. Bu
onunla əlaqədardır ki, sağ tərəfdə porşenin
qolu yerləşdiyindən bu boşluq maye ilə tez
dolur.
İş zamanı idarəetmənin səlisliyini artırmaq
məqsədilə plunjerlərin boyuncuq səthləri maili
hazırlanır (6°÷10°). Bu kanalı açdıqda təzyiqin
tədricən artmasına və beləliklə hidrosilindrin
səlis işə düşməsinə şərait ya- radır.
Ventil hidropaylayıcılardan 32 MPa qədər
işləyən sistemlərdə geniş tətbiq tapır. Bu vetil-
lərin köməyi ilə ekskavator, buldozer, qreyder
və digər maşınlarda istifadə olunan hidro-
mühərriklər idarə olunur.
Üstün cəhətləri ondan ibarətdir ki, paylayıcı
yığcamdır və çəkisi azdır. Onun idarə edilməsi
sadədəir. Plunjerin qolu praktikada əl ilə,
mexaniki, hidravlik, pnevmatik və ya elektrik
hərəkət etdirilə bilir .
Çatışmayan cəhətinə 32 MPa-dan yuxarıda
işləyə bilməməsi, istismar müddəti artdıqca
yaranan yeyilmə sayəsində kipliyinin aşağı
düşməsi və mayenin kənara sızmasıdır.
Şəkil 1. Ventil hidropaylayıcı
Şəkil 2. Praktikada tətbiq olunan hidropaylayıcılar.
(alm. das Wegeventil, ingl. Directional control
valve)
Ventil porşenləri (zolotnik) gövdə daxilində
irəli-geri hərəkət edərək daxil olan maye və ya
qazın müxtəlif işçi sahələrə yönəlməsini
Ventil porşenləri
321
idarəedən qurğudur. Qurğuda porşen müxtəlif
konstruksiyalarda hazırlana bilir.
Qutuformalı ventillər gövdə daxilində ventil
deşikləri üzərindən dartıcı qolla sağa-sola hə-
rəkət etdirlən quruluşa malikdir. Porşenin və-
ziyyətindən asılı olaraq giriş və çıxış pən-
cərələri arasında əlaqə yaradılır (şəkil 1). Bu
ventilin çatışmayan cəhəti onun dayanıqlı
olmamasıdır. Nəticədə sürtünən səthlər yeyilir
və porşenin hərəkəti üçün böyük güc tələb
edir.
Şəkil 1. Qutuformalı ventil
1-gövdə, 2-qol, 3-ventilin işçi səthləri, 4,5-pəncə-
rələr, 6-qapalı sahə, 7-boşluq
Silindrik ventillər də eyni prinsiplə işləyir,
amma daha çox dayanıqlıdırlar. Belə ventillər
pəncərəli oymaq daxilində sürüşən iki porşenə
malikdir (şəkil 2). Yüksək dəqiqlikli hidravlik
idarəetmə zamanı porşenə çox vaxt öz oxu
ətrafında dönmə və irəli-geri hərəkəri verilir.
Bununla sistemin həssaslığı sakit halda sürtün-
məni sürüşmə sürtünməsi ilə əvəz etməklə
artırılmış olur.
Şəkil 2. Silindrik ventil
1,2-porşenlər, 3-qol, 4-oymaq
Kran ventilləri dördkünc porşenin əyilmiş
halıdır (şəkil 3). Əyilmiş porşen pəncərəli oy-
maq daxilində oturdulduqdan sonra öz oxu
ətrafında dönə bilir. Dönmə zamanı o vəziy-
yətindən asılı olaraq müxtəlif pəncərələri bir-
ləşdirir və bununla prosesi idarə edir.
Şəkil 3. Kran ventili
1-gövdə, 2-oymaq, 3, 4-pəncərə. 5-ox, 6,7-kamera-
lar
(alm. das Ventilkolben, ingl.
Valve plunger )
Verilənlərin emalı kompyüterin yaddaşında
və ya digər məlumat daşıyıcılarında olan veri-
lənlərin hesablama, nəzərdən keçirmə və də-
qiqləşdirmə yolu ilə yeni məlumat əldə etmək
məqsədilə sistematik aparılan əməliyyatlar ar-
dıcıllığını əhatə edir. Verilənlər ölçmələrin nə-
ticələrini göstərən rəqəmlər, elmi və ya texniki
faktlar, coğrafi məlumatlardan və s. ibarət ola
bilir. Kompyüterlə icra olunan əsas əməliyyat-
lara riyazi hesablamalar (toplama, çıxma, vur-
ma və bölmə), həmçinin tərtib edilmiş veri-
lənlər əsasında qərarların qəbul edilməsi üçün
məntiqi əməliyyatlar daxildirlər.
(alm. die Datenverarbeitung, ingl. Data handling)
Veriş kəsmə hərəkəti ilə birlikdə yonqar çıxar-
maya imkan verən, pəstah və alət arasında baş
verən nisbi hərəkətdir. O, emal növündən asılı
olaraq fırlanma, çevrəvi, düzxətli və fasiləli ola
bilər. Veriş bir neçə komponentinə parçalana
bilir (şəkil 1).
Veriş nəticəsində baş verən nisbi hərəkət
əmələ gələn yonqar qatının qalınlığına bir başa
təsir edir. Ona görə də, o verilən mexaniki
səthin hazırlanmasında önəmli rol oynayır.
Verişin aşağıdakı növləri vardır:
Gedişə düşən veriş S
g
(mm/gediş), hər
gedişdən sonra alətə nisbətən pəstaha
verilən yerdəyişmədir;
Dişə düşən veriş S
z
(mm/diş), alətin dön-