Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə163/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   159   160   161   162   163   164   165   166   ...   211

Ventilyator  

 

320 


 

kidilən  dirsəkli  valdan  qayışla  fırladılırdısa,  

indi  ventilyatorlar  ayrıca  yerləşmiş  ötürməyə 

malikdir.  O,  yalnız  suyun  temperaturu  qalx-

dıqda  işə  düşür.  Kiçik  mühərriklər  ayrıca  ele-

ktrik  mühərrrikindən işlədilən    ventilyatorlarla 

təchiz  olunurlar.  Ancaq  o  da  yalnız  lazım  ol-

duqda işə düşür.    

 

(alm. der Lüfter,  ingl. Ventilator)    



 

Ventil  hidropaylayıcı  hidravlik  sistemdə  ma-

ye axınını və bununla sistemin çıxış parametr-

lərini idarə etməyə xidmət edir. Hidropaylayıcı 

daxilində 

plunjer hərəkət edən silindrik göv-



dəyə malikdir (şəkil 1). Gövdənin divarlarında 

tətbiq  sahəsindən asılı  olaraq pəncərələr  açılır. 

Sadə  halda  plunjer  3  vəziyyət  ala  bilir.  Orta 

vəziyyətdə  paylayıcının  kanalları  bağlıdır  və 

nasosdan  verilən  maye  hidroslindrin  heç  bir 

boşluğuna  daxil  olmur.  Plunjeri  sola  hərəkət 

etdirdikdə  maye  hidropaylayıcının  gövdə-

sindən  keçərək  silindrin  sol  tərəfinə  daxil  olur 

və  porşeni  itələyir.  Plunjeri  sağa  tərəf  hərəkət 

etdirdikdə işçi maye hidrosilindrin sağ tərəfinə 

axır  və  onun  sol  tərəfindəki  mayeni  sıxışdı-

raraq hidroçənə axmağa məcbur edəcək.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  sol  tərəfə 

maye  verdikdə  porşen  aşağı  sürətlə  hərəkət 

edir, nəinki, sağ tərəfə maye daxil oduqda. Bu 

onunla  əlaqədardır  ki,  sağ  tərəfdə  porşenin 

qolu  yerləşdiyindən  bu  boşluq  maye  ilə  tez 

dolur.  


 İş  zamanı  idarəetmənin  səlisliyini  artırmaq 

məqsədilə plunjerlərin boyuncuq səthləri maili 

hazırlanır (6°÷10°). Bu kanalı açdıqda təzyiqin 

tədricən  artmasına  və  beləliklə  hidrosilindrin 

səlis işə düşməsinə şərait ya- radır. 

 Ventil  hidropaylayıcılardan  32  MPa  qədər 

işləyən sistemlərdə geniş tətbiq tapır. Bu vetil-

lərin  köməyi  ilə  ekskavator,  buldozer,  qreyder 

və  digər  maşınlarda  istifadə  olunan  hidro-

mühərriklər idarə olunur.  

 Üstün  cəhətləri  ondan  ibarətdir  ki,  paylayıcı 

yığcamdır və çəkisi azdır. Onun idarə edilməsi 

sadədəir.  Plunjerin  qolu  praktikada  əl  ilə, 

mexaniki,  hidravlik,  pnevmatik  və  ya  elektrik 

hərəkət etdirilə bilir . 

 Çatışmayan  cəhətinə  32  MPa-dan  yuxarıda 

işləyə  bilməməsi,  istismar  müddəti  artdıqca 

yaranan  yeyilmə  sayəsində  kipliyinin  aşağı 

düşməsi və mayenin kənara sızmasıdır. 

 

  



  

  

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Ventil hidropaylayıcı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Şəkil 2. Praktikada tətbiq olunan hidropaylayıcılar. 

 

(alm.  das  Wegeventil,  ingl.  Directional  control 



valve

 

Ventil  porşenləri  (zolotnik)   gövdə  daxilində 

irəli-geri hərəkət edərək daxil olan maye və ya 

qazın  müxtəlif  işçi  sahələrə  yönəlməsini 




Ventil porşenləri 

 

321 


 

 

idarəedən  qurğudur.  Qurğuda  porşen  müxtəlif 



konstruksiyalarda hazırlana bilir. 

 Qutuformalı ventillər gövdə daxilində ventil 

deşikləri  üzərindən  dartıcı  qolla  sağa-sola  hə-

rəkət  etdirlən  quruluşa  malikdir.  Porşenin  və-

ziyyətindən  asılı  olaraq  giriş  və  çıxış  pən-

cərələri  arasında  əlaqə  yaradılır  (şəkil  1).  Bu 

ventilin  çatışmayan  cəhəti  onun  dayanıqlı 

olmamasıdır.  Nəticədə  sürtünən  səthlər  yeyilir 

və  porşenin  hərəkəti  üçün  böyük  güc  tələb 

edir. 


  

  

  



 

 

 



 

 

 



 

 

Şəkil 1. Qutuformalı ventil 

1-gövdə,  2-qol,  3-ventilin  işçi  səthləri,  4,5-pəncə-

rələr, 6-qapalı sahə, 7-boşluq 

 

Silindrik  ventillər  də  eyni  prinsiplə  işləyir, 



amma  daha  çox  dayanıqlıdırlar.  Belə  ventillər 

pəncərəli oymaq daxilində sürüşən iki porşenə 

malikdir  (şəkil  2).  Yüksək  dəqiqlikli  hidravlik 

idarəetmə  zamanı  porşenə  çox  vaxt  öz  oxu 

ətrafında  dönmə  və  irəli-geri  hərəkəri  verilir. 

Bununla sistemin həssaslığı sakit halda sürtün-

məni  sürüşmə  sürtünməsi  ilə  əvəz  etməklə 

artırılmış olur.  

 

 

 



  

  

 



 

 

Şəkil 2. Silindrik ventil 

1,2-porşenlər, 3-qol, 4-oymaq 

 

Kran  ventilləri  dördkünc  porşenin  əyilmiş 



halıdır  (şəkil  3).  Əyilmiş  porşen  pəncərəli  oy-

maq  daxilində  oturdulduqdan  sonra  öz  oxu 

ətrafında  dönə  bilir.  Dönmə  zamanı  o  vəziy-

yətindən  asılı  olaraq  müxtəlif  pəncərələri  bir-

ləşdirir və bununla prosesi idarə edir. 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 3. Kran ventili 

1-gövdə,  2-oymaq,  3,  4-pəncərə.  5-ox,  6,7-kamera-

lar 

 

(alm. das Ventilkolben, ingl.



 

Valve plunger ) 

 

Verilənlərin  emalı    kompyüterin  yaddaşında 

və  ya  digər məlumat  daşıyıcılarında  olan  veri-

lənlərin    hesablama,  nəzərdən  keçirmə  və  də-

qiqləşdirmə  yolu  ilə  yeni  məlumat  əldə  etmək 

məqsədilə  sistematik  aparılan  əməliyyatlar  ar-

dıcıllığını əhatə edir. Verilənlər ölçmələrin nə-

ticələrini göstərən rəqəmlər, elmi və ya texniki 

faktlar,  coğrafi  məlumatlardan  və  s.  ibarət  ola 

bilir. Kompyüterlə icra olunan əsas əməliyyat-

lara riyazi hesablamalar  (toplama,  çıxma,  vur-

ma  və  bölmə),  həmçinin  tərtib  edilmiş  veri-

lənlər  əsasında  qərarların  qəbul  edilməsi  üçün 

məntiqi əməliyyatlar daxildirlər. 

   

(alm. die  Datenverarbeitung, ingl. Data handling



 

Veriş kəsmə hərəkəti ilə birlikdə yonqar çıxar-

maya imkan verən, pəstah və alət arasında baş 

verən nisbi hərəkətdir. O, emal növündən asılı 

olaraq fırlanma, çevrəvi, düzxətli və fasiləli ola 

bilər.  Veriş  bir  neçə  komponentinə  parçalana 

bilir (şəkil 1).  

Veriş  nəticəsində  baş  verən  nisbi  hərəkət 

əmələ gələn yonqar qatının qalınlığına bir başa 

təsir  edir.  Ona  görə  də,  o  verilən  mexaniki 

səthin  hazırlanmasında  önəmli  rol  oynayır. 

Verişin aşağıdakı növləri vardır: 

 

Gedişə  düşən  veriş  S



g

  (mm/gediş),  hər 

gedişdən  sonra  alətə  nisbətən  pəstaha 

verilən yerdəyişmədir;  

 

Dişə düşən veriş S



z

 (mm/diş),  alətin  dön- 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə