Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə160/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   156   157   158   159   160   161   162   163   ...   211

Valların möhkəmlik hesabatı 

 

315 


 

 

Alınmış  bərabərliyi  həll  etdikdən  sonra 



nöqtələrdə sistemə təsir edən xarici qüvvələrin 

təsirindən  yaranan  reaksiya  qüvvələri  hesab-

lanır  və    sistemə  təsir  edən  moment  əyrisi 

epyura  şəklində  qrafiki  təsvir  edilir  (şəkil  1). 

Burucu momentin qiymətinin də qrafiki təsviri 

vala düşən yükləmə haqqında ümumi təsəvvür 

yaratmağa  kömək  edir.  Burada  vala təsir  edən 

qüvvələr  iki  müstəvidə  təsir  etdiyindən 

moment  epyurası  da  ayrı-ayrılıqda  verilir. 

Sonra  momentlərin  həndəsi  cəmlənməsi  ilə 

ümumi  əyici  momentin  qiyməti  tapılır. 

Momentin  bu  qiyməti  ilə  yuxarıdakı  düs-

turlardan valın buraxılabilən diamterini tapmaq 

olur. 


 

(alm.  die  Festigkeitsberechnung  von  Wellen,    ingl. 



Stress analysis of shaft) 

 

Valların  yırğalanması  müəyyən  tezliklə  təsir 

edən qüvvələrin təsirindən maşınlarda quraşdı-

rılımış  valların  tarazlıq  halı  ətrafında  rəqs 

etməsini əhatə edir. Vallar çox hallarda kütləsi 

qeyri    bərabər  paylanmış  elastiki  cismdir.  Bu, 

bütün  maşınqayırma  sahələri  üçün  səciy-

yəvidir: 

 

Turbomaşınlar, 



 

Porşenli maşınlar, 

 

Gəmi hərəkət ötürməsi, 



 

Tekstil maşınları, 

 

Çap maşınları, 



 

Dəzgahlar, 

 

Nəqliyyat maşınları, 



 

Avtomobillər və s. 

Maşın  vallarının  yırğalanmasının  formasına 

görə  uzununa  rəqslər,  dönmə  rəqsləri  və 

əyilmə  rəqsləri,  həyacanlandırmanın  xarak-

terinə  görə  öz-özünə  həyacanlanan  və  kə-

nardan həyacanlanan rəqslər   fərqlənirlər.  Ma-

şınların  işləməsi  zamanı  bu  rəqslərin  han-

sılarının  yaranması  bir  çox  təsir  amillərindən 

asılıdır:  maşının  növü  və  istismar  halı, 

bünövrə,  yastıqlarda  yerləşmə  üsulu  və  valın 

dövrlər  sayı  və  məxsusi  tezliyi,  həya-

canlandırma  tezliyi,  həyacanlandırma  mexa-

nizmləri  və  s.  Məsələn,  porşenli  maşınların 

layihələndirilməsində əlverişsiz iş üslubuna və 

nisbətən  aşağı  burulma  sərtliyinə  malik 

olmasına  görə  dönmə  rəqsləri  önə  çəkilirsə,  

turbomaşınlarda  disbalans  sayəsində  yaranan, 

yastıqlar  arasında  məsafə  böyüdükcə  amplitu-

dası 


böyüyən 

əyilmə 


rəqsləri 

nəzərə 


alınmalıdır .     

Hər  bir  maşının  təhlükəsizliyi  onun  kritik  

dövrlər  sayının  yaxınlığında  aşağı  düşür.  Bu-

rada  söhbət əsasən  valın  dövrlər  sayının  kritik 

dövrlər  sayına  yaxınlaşması  ilə  böyük  amp-

litudaya  malik  rezonans  rəqslərinin  yaranma-

sından  gedir.  Bəzi  hallarda  maşınlarda  rəqslər 

kənardan,  dövrlər  sayından  asılı  olmayan 

qüvvələr tərəfindən həyacanlandırılır (məsələn: 

bünövrə tərəfindən).  

Valların yırğalanması dedikdə onun öz-özünə 

rəqs  etməsi  nəzərdə  tutulur.  Bu,  dönmə  rəqs-

lərində  həmişə  yaransa  da,  əyilmədə  həmişə 

olmur. Belə ki, vallarda mövcud olan disbalans 

fırlanma  tezliyindən  asılı  olaraq  valın  əyil-

məsinə  gətirib  çıxarır.  Rəqs  edən  parametr  bu 

halda yastıqlara və maşına  düşən yükdür.  

Hal-hazırda  müasir  simulyasiya  texnikasının 

köməyi  ilə  maşınların  vallarıının,  həmçinin 

bütün  maşının  kompleks  titrəməsi  layihə-

ləndirmə  mərhələsində  təsvir  edilə  və  onların 

zərərli  təsirini  azaltmaq  üçün  tədbirlər  görülə 

bilir.  

 

(alm. die Wellenschwingung, ingl. Shaft vibration



 

Valların  yırğalanmasının  ölçülməsi  maşın-

ların diaqnostikası nəzarət daxilində yastıqların 

nəzarəti  ilə  yanaşı  aparılan  ölçmədir.    Ölçmə 

zamanı valın 

 

Rəqsetmə halı, 



 

Radial yerdəyişməsi, 

 

Kritik yüklənməsi təyin olunur. 



Ölçmə  zamanı  valın  yastıqlara  və  gövdəyə 

nəzərən  radial  vurması  ölçülür.  Ölçmə  para-

metri  kimi  yırğalanma  yolu  götürülür.  Valın 

verilmiş bir müstəvidə tam ölçülməsi üçün bir-

birinə  nəzərən  90°  dönmüş  iki  senzordan 

istifadə  olunur.  Beləliklə,  valın  kinetik  trayek-

toriyası  əldə  edilir.  Bu  trayektoriyanın  analizi 

nəticəsində  rəqslərin  amplitudası  və  tezliyi 

barədə  fikir  yürütmək  mümkündür.  Maşın 

işləyərkən  yaranan təsir  amillərini ayırd  etmək 

üçün  ölçmə  zamanı  valın  dövrlər  sayını  və 

istifadə  olunan  gücün  sinxron  qeyd  olunması 

vacibdir. 



Valların yırğalanmasının ölçülməsi  

 

316 


 

 

 



Şəkil  1.  Üfüqi  və  şaquli  kinetik  dalğa  trayektoriya-

ları  

 

(alm. die Wellenschwingungmessung, ingl. Shaft  



vibration measurement ) 

 

Vallı  əzmə  maşını  daş  və  oxşar  məhsulların 

karxanalarda xırdalanması üçün istifadə olunan 

maşındır.  Əzmə  bir-birinə  yaxın  yerləşdirilmiş 

vallar arasında baş verir (şəkil1).   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Vallı əzmə maşını 

 

Valların  səthi  tətbiq  sahəsindən  asılı  olaraq 



dişli, rifli  və  ya  hamar hazırlanır.  Yükləmənin 

həddən  artıq  olmasının  qarşısını  almaq  üçün 

valın  biri  gövdədə  yaylı  oturdulur.  Xırdalama 

əmsalı  4:1  arasında  yerləşir.  Dövrlər  sayı 

əzmədə  30  dəq

-1

,  yümşaq  və  orta  bərklikli 



daşların  üyüdülməsində  isə  250  dəq

-1

-ə  qədər 



artırıla bilər.  

 

(alm. das Walzenbrecherchen,  ingl. Roll Crusher



 

Vankel  mühərriki  rotor-porşenli  →daxili 

yanma  mühərrikidir.  Bu  mühərrikin  konstruk-

siyası  1957-ci  ildə  alman  mühəndisi  Vankel 

tərəfindən  işlənmişdir.  Mühərrikin  əsas  gös-

təricisi  gövdə  daxilində  yerləşmiş,  →porşenin 

funksiyasını  öz  üzərinə  götürən,  xarici  səthi 

epitroksoid  üzrə  hazırlanmış  rotor  valıdır. 

Rotor  dişli  çarxlarla  tərpənməz  əlaqədə  olur 

(şəkil 1).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Vankel mühərriki 

a-ixracetmə  vəziyyətində,  b-dişli  ilişmə,  1-rotor,  2-

val, 3-su ilə soyutma, 4-gövdə, 5-alışdırıcı, 6, 7-dişli 

çarxlar, 8 – çarx 

 

İş  zamanı  rotor  gövdədə  oturdulmuş  dişli 



çarxlar  ətrafında  dönür.  Bu  zaman  onun tilləri 

epitroksoid əyrisi boyunca  silindrin daxili sət-

hi  üzrə  diyirlənir  və  silindrdə  kameraların 

həcmini dəyişir (şəkil 2). Bu konstruksiya dörd 

taktlı mühərriklərdə iş tsiklinin qazpaylayıcıya  

ehtiyac  olmadan  aparılmasına  şərait  yaradır. 

Kameraların  kipliyi  mərkəzdənqaçma  qüvvəsi, 

qaz təzyiqi və  yaylar tərəfindən silindrin diva-

rına  sıxılan  radial  və  yan  kipləşdirici 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə