Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə168/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   164   165   166   167   168   169   170   171   ...   211

Vintvari diyirlənmə yastığı  

 

330 


 

Vintvari  diyirlənmə  yastığı  fırlanma  hərə-

kətini  düzxətli  hərəkətə  çevirən  vintli  val  – 

qayka  birləşməsində  sürtünməni  diyirlənməyə 

çevirmək  üçün  tətbiq  olunan  yastıq  növüdür. 

Ən  geniş  yayılmış  növü  kürəciklərlə  işlə-

yənidir (şəkil 1).  

 

  



 

 

 

 

 

 

 

 

 

Şəkil  1.  Vintvari  diyirlənmə  yastığında  oturdulmuş 

vintli val- qayka birləşməsi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Diyircəklərdə oturdulmuş vintli val 

1-vintli  val,  2-vintli  qayka,  3-kürələr,  4-diyircək-

lərin əks əlaqə sistemi 

 

Tətbiq  prinsipinə  görə  vintli  val  və  qayka 

vidələrində  kürələrin  dövri  hərəkət  etməsi  xü-

susi  sistem  tələb  edir.  Bu  sistemin  layihə-

ləndirilməsi,  vintin  profilinin  seçilməsi,  valın 

oturdulması  və  qayka  bərkidilməsi,  yastığın 

işləmə  qabiliyyətini,  sistemin  dəqiqliyini  və 

sərtliyini  müəyyən  edir.  Şəkil  2-də  vintli  val, 

kürə  və  qaykanın  quruluşu  verilmişdir.  Qay-

kanın  yivinin  sonuncu  vidədləri  boru  ilə 

birləşdirilir.  Hərəkət  zamanı  diyirlənən  kürə-

ciklər bu borunun köməyi ilə dövri hərəkət et-  

mək  imkanı  qazanırlar.  Bu  konstruksiyalarda 

yivin addımı 0,03÷300 mm arasında, uzunluğu 

isə 700 mm-dən çox olur.  Onlardan avtomobil 

istehsalında, dəzgah ötürmələrində geniş isteh-

sal edilir. 

 

 

(alm. der Kugelgewindetrieb,  ingl. Ball screw) 



 

Virtual  prototipləmə  reallığa yaxın simulya-

siya  modellərinin  kompyüterdə  yaradılması  və 

aparılan  analizlərin  nəticələrinin    layihələndir-

mə  prosesinə  axmasını  əhatə  edən  prosesdir.  

Real prototiplərin sınaq stendlərində tətbiqi ki-

mi  burada  maşının  funksiyası  və  gücü  yox-

lanıla  bilər.  Virtual  prototipləmə  bir  çox  hal-

larda  real  prototipin  yaradılmasından  imtina 

etməyə və beləliklə vaxt və xərcə qənaət etmə-

yə  şərait  yaradır.    →Simulyasiya  texnikasının 

tətbiqi ilə real  sınaqlardan  əldə  olunmuş  bilik-

lər  əsasında  prototipin  yaradılmasının  ilkin 

mərhələsində kompleks asılılıqlar və məmulun 

xassələri qiymətləndirilə və optimallaşdırıla bi-

lir.  Virtual  prototiplər  adətən  →CAD  sistem-

lərində  həcmi  modelləşdrimənin  köməyi  ilə 

əldə olunur. Bu sistemlərdə həndəsi modellərə 

kinematika  və  material  haqqında  məlumatlar 

da  daxil  edilir.  Belə  ki,  xüsusi  funksiyaların 

köməyi ilə prototipin  çəkisi, fırlanma momen-

ti,  ətalət  momenti  və  s.  parametrlər  asanlıqla 

göstərilir.  

CAD  sistemləri  ilə  bərabər  →rəqəmsal  ma-

ket  də  virtual  prototipləmənin  tərkibinə  daxil-

dir  (şəkil  1,  səhv.  331).  O,  ayrı-ayrı  maşın 

hissələrinin  CAD  modellərinin 

müəyyən 

kinematika  üzrə  bir  düyümdə  birləşdirərək 

verilmiş maşının və ya düyümün kompyüterdə 

hərəkətə  qabil  maketini  yaradır.  Bu  maketlərə 

kinematikadan  əlavə  möhkəmlik  və  termiki 

parametrlərin daxil edilməsi ilə virtual prototip 

qurulur. Prototip kompleks məmulun kompyü-

terdaxili reprezentasiyasıdır. 

Belə  yaradılmış  virtual  prototiplər  konstruk-

siyaların  və  funksional  parametrlərin  optimal-

laşdırılmasına imkan verən müxtəlif analizlərin 

aparılmasında tətbiq tapır. Virtual prototiplərin 

yaradılması  az  xərc  tələb  etdiyindən  onun 

təkmilləşdirilməsi  iterasiya  yolu  ilə  həyata 

keçirilir.  

 

(alm.  Virtual  prototyping,  ingl.  Virtual prototyping)




Virtual prototipləmə  

 

331 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

Virtual reallıq (VR) yeni növ insan-maşın-in-

terfeysi  olub,  ətraf  mühitin  üçölçülü  modelini 

yaratmağa və  onun   durumunu  real  zamanda 

dəyişməyə imkan verir. Bu model istifadəçinin 

təsirinə  real  olaraq  reaksiya  verir.   VR-ın  tex-

niki  əsası  sürətləndirilmiş  vizualizasiyanın 

köməyi  ilə  hərəkətlərin  ekranda  realistik  təs-

virinə  imkan  verən  kompyüter  modelləş-

dirilməsi texnologiyası və simulyasiyadan iba-

rətdir.  Texniki  təminatına  yüksək  tezlikli mo-

nitor  və  goystik  daxildir.  Daha  inkişaf  et-

miş  sistemlərdə displeyli şlemlər, stereoskopik 

eynəklər  və  3D  daxiledicilər,  məsələn, fəzada 

idarəolunan  siçanlar  və  ya  istifadəçi  ilə  taktil 

əksəlaqə yaradan rəqəmsal əlcəklərdən istifadə 

edilir.   

 VR  modellərin  əsas  xüsusiyyətləri  istifa-

dəçidə,  onun  kompyüterdə  modelləşdirilmiş 

mühitdə iştirak etməsi haqqında illüziya ya- 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ratmasıdır.  Virtual  dünyada  iştirak  model-



ləşdirilmiş  hisslərin,  kompyüterdə  yaradılmış 

mühitin  reallığını  nə  dərəcədə  əks  etdir-

məsindən  və  VR  modelinin istifadəçinin hərə-

kətlərinə  nə  dərəcədə  reaksiya  verməsindən 

asılıdır.  Bəzi  hallarda istifadəçi  modelin  içə-

risinə  girərək  onu  bir  neçə  tərəfdən  müşaiyət 

edə bilir.      

 Maşınqayırmada virtual reallıq konsepti yeni 

məmulların yaradılmasında geniş tətbiq olunur. 

Məmulun  rəqəmsal  prototipi  virtual  reallıqda 

sınaqdan  keçirilir  və  çatışmamazlıqlar  layihə-

ləndirmə  mərhələsində  aşkara  çıxarılır.  Onun 

köməyi  ilə istehsal  sahələrini,  xüsusən  də  sex-

ləri  tam  şəkildə  virtual  təsvir  etmək  olur. 

Bundan əlavə VR simulyasiyaların nəticələrini 

əyani  təsvir  edir  (məsələn:  avtomobil  əzil-

məsini  modelləşdirdikdə).  Nəticədə  məmulun 

və  istehsal  maşınlarının  rəqəmsal  modellərini



Şəkil 1. Daxili yanma mühərrikinin SolidWorks proqramında yaradılmış virtual prototipi

 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə