Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə164/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   160   161   162   163   164   165   166   167   ...   211

Veriş  

 

322 


 

məsi  zamanı  bir  bucaq  addımına  uyğun 

pəstahın aldığı yerdəyişmədir; 

 

Dövri  veriş  S



o

  (dövr/dəq),  alətin  bir  döv-

ründə alətlə pəstah arasında baş verən nisbi 

yerdəyişmədir;  

 

Vaxta düşən veriş  S



m

 (mm/dəq), vahid za-

manda  alət  ilə  pəstah  arasındakı  nisbi  yer-

dəyişmədir. 

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Veriş hərəkətinin bölünməsi 

 

(alm. der Vorschub, ing. Feed



 

Veriş  ötürməsi  enerji  çevrilmələrinin  köməyi 

ilə  dəzgahlarda  pəstahın  alətlə  lazımi  formaya 

salınması  üçün  hərəkətləri  icra  edir.  Burada 

alətin  və  ya  pəstahın hərəkət  etdirilməsi  ikinci 

dərəcəli  məsələ  kimi  baxılır.  Enerji  növünün 

(hidravlik,  elektrik)  mexaniki  enerjiyə  çevril-

məsi veriş ötürüməsinə xüsusi tələblər qoyur: 

 

Adətən dörd kvadrantlı işləmə imkanı, 



 

Böyük moment yaratmaqla böyük  

idarəetmə 

diapazonuna 

malik 

olma, 


 

Yüksək sərtlik, 

 

Dövrlər  sayının  pilləsiz  tənzim-



lənməsi. 

Müasir →CNC dəzgahlarında idarə-

etmənin  xüsussiyətinə  uyğun  elektrik 

veriş  ötürmələrindən  geniş  istifadə 

olunur.  Bu  dəzgahların  adi  dəzgah-

lardan  fərqli  cəhətini  səciyyələndirən 

NC-koordinat  oxları  rəqəmli  idarə 

olunabilən  veriş  ötürməsinin  tətbiqini 

tələb  edir.  NC  veriş  sistemi  üçün  aşağıdakı 

tələblər əhəmiyyətlidir: 

 

Mövqeləşmə  dəqiqliyini  təmin  etməyə 



imkan verən yüksək dinamiklik, 

 

Sürətli hərəkətə tez çatmağa imkan verən 



yüksək təcil, 

 

Dönmə  nöqtələrində  sürəti  tez  kiçiltmək 



üçün yüksək yavaşıma, 

 

Lazım olan nöqtəyə çatdıqda qısa zaman-



da dayanma (<1mkm), 

 

→Xizəklərin  sürətinin  pilləsiz  tənzim 



oluna bilməsi. 

 

NC  koordinat  sisteminin  bütövlükdə  yük-



sək statik və dinamik sərtliyə malik olması. 

Veriş  ötürməsi  üçün  tətbiq  olunan  üç  mexa-

nizm mövcuddur: 

 

Mexaniki, 



 

Hidravlik, 

 

Elektrik.  



Mexaniki  veriş  ötürməsi  klassik  dəzgah   qu-

ruluşunun  tərkib  hissəsi  kimi  ilk  vaxtlardan 

inkişaf  etdirilib  tətbiq  olunmuşdur.    Dəzgahın 

hərəkət  ediləcək  hissəsi  ilə  →vint-qayka,  → 

dişli  çarx-tamasa  və  ya  →dişli  çarx  cütlük-

lərinin  vasitəsilə  əlaqələndirilmiş  ötürmə 

ümumilikdə →elektrik mühərrikləri ilə işlədilir 

(şəkil  1). Elektrik  mühərriki  kimi  burada  sabit 

cərəyanla  işləyən,  sinxor,  asinxron,  →addım,  

və  →servomühərriklər  tətbiq  olunurlar.  Elek-

trik  mühərriklər  ya  bir  başa,  ya  da  aralıq 

elementlərinin  (dişli  çarx  və  qayış  ötürməsi) 

köməyi  ilə  aparıcı  valla  əlaqələndirilir.    Mü-

hərriklərin  seçilməsi  onların    tətbiq  şəraitinə 

uyğun  gəlməsindən  asılı  olaraq  aparılır.  Bura-

da əsas kriteriya kimi kifayət qədər güc, enerji 

məsrəfi, etibarlıq, uzunömürlük və ekoloji təsir 

götürülür.  



Şəkil 1. Mexaniki veriş ötürməsi 

 

Hidravlik ötürmə zamanı güc ötürməsi təzyiq 



altında olan mayedən  (əsasən maye  yağ)  isti-

fadə  edilməklə  aparılır.  Dəzgahlarda  istifadə 

olunan hidravlik ötürmə  hidrostatik hala malik 

olduğundan  kinetik  enerji  burada  heç  bir  rol 




Veriş ötürməsi 

 

323 


 

 

oynamır.    Maye    yalnız  təzyiq  qüvvəsini  ötü-



rür.  Üstün  cəhəti  ötürmədə  veriş  hərəkətinin 

pilləsiz  idarə  oluna  bilməsidir.  Ötürmədə  isti-

fadə  olunan  →hidromühərriklər  sabit  və  ya 

tənzimlənən  maye  həcminə  malikdirlər.  Hid-

ravlik ötürmə →tənzimləyici ventillərin kömə-

yi ilə idarə olunur.  

Dəzgahların  veriş  ötürməsinin  əsas  tərkib 

hissəsi,  enerji  çevrilməsinə  xidmət  edən,    içə-

risində porşen olan maye ilə dolu silindr təşkil 

edir (şəkil 2). 

 

 

 

 

 

   



 

 

 

 

 

 

 

 

Şəkil  2.  Müstəvi  pardaqlama  dəzgahında  hidravlik 

ötürmə  

 

Şəkil  2-də  verilmiş  sxemə  əsasən  dəzgahın 

stolu  hidravlik  silindrə  →hidravlik  mühərrik 

tərəfindən verilən maye yağla irəli-geri hərəkət 

etdirilir.  Hərəkət  istiqaməti  sonluq ayrıcı rolu-

nu  oynayan  dirsəkli-ventil  mexanizminin  kö-

məyi  ilə  dəyişdirilir.  Bu  ötürmə  mayenin  və 

eləcə  də  bütün  sistemin  genişlənməsi  nət-

icəsində aşağı sərtliyə malikdir. Hidravlik ötür-

mə aşağı məxsusi tezliyə malik olduğuna görə  

→HSC dəzgahları üçün yararsızdır. 

Müasir  dəzgahlarda  →xətti  mühərriklə  işlə-

yən tam elektrik veriş ötürmələri getdikcə daha 

çox  tətbiq  tapmaqdadır.  Xətti  mühərriklərin 

yüksək  dinamikliyi  onların  HSC-emalında, 

həmçinin  →paralel  kinematikalı  dəzgahlarda 

tətbiqini zəruri etmişdir.   

 

(alm. der Vorschubantrieb,  ingl. Feed drive)



 

 

Verilənlər bazasının  modeli  konsepsional 

olaraq  verilənlər  bazasında  olan  verilənlərin 

formal  təsviri  və  onlar  arasındakı  münasibətin 

ifadəsi  üçün  tətbiq  olunur.  Verilənlər  modeli 

verilənlərin  yaddaşda  saxlanması  və  emalı 

üsullarını, yəni  onların  təşkilini  göstərir.  Hər 

bir  verilənlər  modeli  üçün  bir  infrastruktur 

mövcuddur.  Baza  daxilində  hər  bir  obyektin 

atributu və onun digərləri ilə əlaqəsi təsvir edi-

lir. Nəticədə tətbiq sahəsindən asılı olmayaraq  

obyekt-əlaqə-modeli  əldə  olunur.  Verilənlər 

bazası  iyerarxiya,  şəbəkə,  relasiya,  obyekt 

relasiyalı  və  obyekt  yönümlü  modellərə  malik 

olaraq fərqlənirlər.   

 İyerarxik  model  valideynlərindən  ovlad-

larına  yönəlmiş  göstəricilərə  malik  obyektlər-

dən təşkil olunur (şəkil 1). Onlar birlikdə infor-

masiyanı daşıyırlar. İyerarxik  bazalar müxtəlif 

səviyyələrdən  ibarət  olan  ağac  kimi  təsvir 

oluna  bilər.  Yuxarı  səviyyədə  bir  obyekt,  on-

dan  aşğıda  iki  və  s.  olaraq  strukturlaşır.  Ob-

yektlər  arasında  uşaq-valideyn  prinispinə  bən-

zər əlaqə  mövcuddur.  Hər  bir  obyekt  özündən 

aşağıda  olan  bir  neçə  obyektlə  əlaqəyə  girə 

bilər.  Çatışmyan  cəhəti  ondan  ibarətdir  ki, 

onlar  yalnız  bir  ağacla  işləyə  bilirlər,  bir  neçə 

ağac arasında əlaqə yaratmaq mümkün deyil. 

Şəbəkə modelində iyerarxiyadan fərqli olaraq 

hər  bir  obyekt  özündən  yuxarıdakı  səviyyədə 

yerləşən   bir  neçə  obyektlə  əlaqədə  ola  bilir, 

yəni  əlaqə  iki  tərəflidir.  Bu  model  daxilində 

məyyən  verilənlər  çoxluğunu  əldə  etmək  üçün 

müxtəlif  axtarış  yolları  təklif  olunur.  Onu 

ümumiləşmiş  iyerarxik  verilən  baza  modeli 

kimi də başa düşmək olar. Bu model müəyyən 

qruplar  şəklində  yığılmış  verilənlər  arasında 

əlaqə yaratmağa imkan verir. 

 

 

 



 

 

 

 

 

 

 

 

Şəkil 1. Verilənlər bazasının iyerarxik modeli  

 

Relasiya  verilənlər  bazası  verilənlərin  elek-

tronik emalına xidmət edir. Relasiya verilənlər 

bazası  modelinin əsas  prinsipi  onun riyazi  ifa-

də  olunmasıdır.  O,  cədvəlin  riyazi  təsvirinə



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə