Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə169/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   165   166   167   168   169   170   171   172   ...   211

Virtual reallıq  

 

332 


 

interaktiv  bir-biri  ilə  birləşdirməklə,  VR  yük-

sək kompleksli istehsal prosesinin gedişini vir-

tual şəkildə araşdırmağa imkan yaradır.  

Son  zamanlar  VR  modellərdən  istifadə  et-

məklə  müəssisələr  öz  müştərilərinin  ixtisas-

artırma  prosesini  optimallaşdırırlar.  Belə  ki, 

kompyüterdə  yaradılmış  dəzgah  və  ya  digər 

maşınlar  artıq  ofis  otağında  gələcək  istifadə-

çilərin öhdəsinə verilərək, onlarda bu maşınlar-

da  işləmək  vərdişləri  yaradılır.  Satılmış  dəz-

gahların  qəbulu  da  öncə  virtual  olaraq  yerinə 

yetirilir.  Burada  dəzgahların  müərəkkəb  hərə-

kətləri  sınanır  və  NC-proqramların  effektivliyi 

yoxlanılır.  Bu,  marketinqə  çəkilən  xərclərin 

kəskin azaldılmasına imkan verir.  

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil  1.  Robotla  yığma  sexinin  virtual  müşahidə 

edilməsi  

 

(alm. die Virtuelle Realität, ingl. Virtual reality  ) 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yaddaşı proqramlaşdırılabilən idarəetmə sistemi 

 

333 


 

 

Yaddaşı  proqramlaşdırılabilən  idarəetmə 



(YPİ)  sistemi  maşın  və  qurğuların  idarə 

olunmasında  tətbiq  olunan  elektronik  sistem-

dir. Bu sistemin yaddaşı tətbiq sahəsindən asılı 

olaraq  proqramlaşdırılıb,  maşınların  öz  funs-

kiyalarını  yerinə  yetirməsi  üçün  işçi  düyüm-

lərinin  müəyyən  olunmuş  proqram  əsasında 

idarəolunmasına  xidmət  edir.  YPİ  sistemi  və 

ona  daxil  olan  periferiya  qurğuları  universal  

konseptə  malik  olur  ki,  bu  onun  istənilən 

proses  şəraitinə  uyğunlaşdırılmasını  asan-

laşdırır. YPİ sistemlərinin tərkibinə daxildir: 

 

Cərəyan mənbəyi, 



 

Prossesor (CPU), 

 

Yaddaş modulları (RAM, EPROM,  



    EEPROM), 

 

Ən azı bir giriş və bir çıxış düyümü. 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

Şəkil  1.  YPİ  sisteminin  daimi  tsikl  rejimində 

işləməsi   

 

Bundan əlavə, YPİ sisteminə qoşulabilən in-

terfeyslər,  kommunikasiya  düyümləri  və  ya 

xüsusi  tapşırıqlar  üçün  əlavə  CPU-lar  kimi  

çoxlu  sayda  elementlər  mövcuddur.  YPİ  sis-

teminin  modul  şəklində  hazırlanmasının  üstün 

cəhəti  ondan  ibarətdir  ki,    onun  funksionallığı 

əlavə  elektronik  elementlərlə  genişləndirilə  və 

yaxud da köhnəlmiş elementlər asanlıqla yenisi 

ilə əvəz oluna bilir.    

YPİ  öz  arxitekturasına  görə  adi  kompyü-

terdən fərqləndiyindən onun proqramlaşdırılma 

ardıcıllığı da  fərqlidir.  YPİ  sisteməri  müəyyən 

tsikl  daxilində  işləyir,  yalnız  tsikl  başa  çat-

dıqdan  sonra  o,  prosesdən  aldığı    informasiya 

əsasında  öz  verilənlərini  dəyişə  bilər.  Tsiklin 

başlanması  tipik  olaraq  giriş  və  çıxış  üçün 

prosesin  vəziyyətini  müəyyən  edir  və  idarə 

üçün  siqnalları  göndərir.  İş  zamanı  sistem 

prosesin  vəziyyəti  haqqında  informasiyaları 

toplasa  da  o,  bunu  yalnız  idarə tsikli  başa  çat-

dıqdan  sonra  aktuallaşdırır  və  növbəti  tsikldə 

nəzərə alır (şəkil 1). 

YPİ  sistemlərində  informasiyalar  binar  və 

söz  şəklində  emal  oluna  bilir.  YPİ  sistem-

lərinin  çevikliyi  onları  iyerarxik  olaraq  avto-

matlaşdırılmış istehsalda mərkəzi və digər ida-

rə  kompyüterlərindən  ibarət  şəbəkəyə  qoşul-

mağa imkan verir. Bu sistemin çatışmayan cə-

həti onun xüsusi infrastrukturaya ehtiyacı, yük-

sək  ixtisaslı  işçilərə  tələbatı,  sadə  qurğular 

üçün  baha  başa  gəlməsi  və  əmrlərin  yalnız 

məhdud  uzunluq  daxilində  işlənməsi  kimi 

amillərdən  ibarətdir.  Belə  sistemlərin  tətbiqinə 

NC  idarə  olunan 



metalkəsən  dəzgahları 

misal göstəmək olar (şəkil 2).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

Şəkil  2.  Metalkəsən  dəzgahı  üçün  YPİ  sistemi 

(SİEMENS SİNUMERİK 840D)  

 

(alm. die Speicherprogrammierbare Steuerung-SPS



ingl. Programmable Logic Controller-PLC

 

Yağın  köhnəlməsi  istismar  müddətində  çirk-

lənmə və ya kimyəvi reaksiya nəticəsində yağ-

layıcı  mayenin  tərkibinin  dəyişməsidir.  Digər 

maye  maddələrlə  qarışma  (məsələn, 

daxili 


yanma  mühərriklərində)  köhnəlmə  kimi  qəbul 

edilmir.  Köhnəlməyə  yüksək  temperaturda 

bakteriyaların  və  polimedritləşmiş  maddələrin 

yaranmasına 

gətirib 

çıxaran 


oksidləşmə


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə