Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə176/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   172   173   174   175   176   177   178   179   ...   211

Yay  

 

346 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Yayların növləri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil  2.  Yayın  xarici  qüvvənin  təsiri  altında  defor-

masiyası 

 

(alm. der Feder, ingl. Spring



 

Yay  materialı  kimi  dəyişən  yükləmələrə  işlə-

yən  yaylar üçün legirli,  paslanmayan 

polad-


lardan (EN  10089:  52CrMo4, 38Si7,  61SiCr7, 

51CrV4)  istifadə  edilir.  Yırğalanan  yükləmə-

lərə  işləyən  yaylarda  isə  əsasən  dartılmış  yay 

məftilləri tətbiq tapır. Bu məftillər də keyfiyyət 

poladlarından  C60,  C75,  55Si7,  paslanmayan 

poladlardan 50CrV4, 71Si7 və s. hazırlanırlar. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Onlar yumşaq halda lazımi formaya salınır və 

sonra 



tablandırma  əməliyyatına  uğradılırlar. 



Yaylarda  tətbiq  edilən  poladların  elstikliyi  adi 

poladlara  nisbətən  təxminən  4  dəfə  çox  olur. 

Bu  onlara  müəyyən  həddə  qədər  elastiki 

deformasiya  və  sonradan  öz  əvvəlki  vəziy-

yətini  bərpa  etməyə  imkan  verir.  Aqressiv 

mühitlərdə  işləyən  yaylarda  bürünc  legir-

lərindən istifadə olunur.  

Titrəmələri  söndürmək  üçün  sıxılma  və 

sürüşməyə  işləyən  (məsələn  mühərriklərin 

oturdulması, elastik ötürmələrdə) yaylar qeyri-

metallarda  təbii  və  süni  rezinlərdən  hazır-

lanırlar.  Rezin  yayların  sərtliyi  onun  kompo-

nentlərinin  nisbəti  ilə  (əsasən  kükürd)  təsir 

edilə bilir. Yaylarda həm də müxtəlif qazlardan 

və  mayelərdən  (amartizatorlar)  istifadə  edilir. 

Az  hallarda  maqnit  təsiri  də  texnikada  yay 

kimi istifadə edilə bilir.   

 

(alm. der Federwerkstoff, ingl. Spring material




Yay poladı 

 

347 


 

 

Yay poladı yüksək elastikliyi ilə fərqlənən po-

lad  növüdür.  Bu  poladlar  çox  böyük  gərginlik 

diapazonunda elastiki yüklənə bilirlər. Yük gö-

türüldükdən  sonra  yay  öz  əvvəlki  vəziyyətinə 

qayıdır.    Yükləmənin  tez-tez  dəyişməsi  yayın 

tsiklik  yüklənməyə  qarşı  uzunömürlülüyünün 

də yüksək olması tələbini qoyur. Yayların izafi 

yükləməyə  qarşı  davam  gətirməsi  üçün  onun 

yaxşı  özlülüyə  malik  olması  vacibdir.  Tətbiq 

sahəsindən  asılı  olaraq  yaylar  soyuq  halda 

emal  olunan  legirsiz  poladlardan  tutmuş, 

tərkibində karbon miqdarı 0,75% -ə qədər olan  

tablandırılabilən    poladlardan  hazırlanır. 



Bundan  əlavə  yaylar  çox  soyuq  və  çox  isti 

hava  şəraiti,  eləcə  də  korroziv  mühit  üçün  də 

düzəldilir.  

Tsiklik  yükləməyə  məruz  qaldığından  yay-

ların  səthlərinin  keyfiyyətinə  xüsusi  fikir  ve-

rilir. 


 

(alm. der Federstahl, ingl. Spring steel)  

 

Yayburan  dəzgah  məftil  və  çubuqlardan  dü-

zəldilən  yaylar,  yay  şaybaları  və  üzüklərin 

hazırlanmasında  tətbiq  olunur.    Bu  dəzgahlar 

avtomatik  və  yarımavtomatik  iş  rejimində 

işləyirlər.  Yayların  (vint,  silindrik,  konik,  fa-

sonlu  və  s.  formalı)    burulması  soyuq  və  isti 

halda  aparılır.  Dəzgahın  əsas  üzvlərini  ötürmə 

(elektrik),  düzgün,  vinltvari,  addımlı  və  kəsici 

mexanzimlər təşkil  edirlər (şəkil  1).   Ən  geniş 

yayılmış  yayburan  avtomatlardır.  Avtomat-

larda  məftil  soyuq  halda,  fasiləli  addımlarla 

2÷3  cüt  diyircək  tərəfindən  əyilir.  Diyircəklər 

dişli  tamasa  və  ya  sürtünmə  muftaları  ilə 

hərəkətə gətirilirlər (→yayburma).  Diyircəklər 

dayandıqda  yay  kəsilir.    Digər  yayburma  üsu-

lunda  yayın  kəsilməsi  proses  zamanı  kəskilər 

tərəfindən  yerinə  yetirilir  ki,  bu  da  məhsul-

darlığı artırır. Əsas təşkiledicilərdən başqa dəz-

gahda  müxtəlif  tərtibatlar  və  nəzarət  cihazları 

da  quraşdırılır.  Yayburan  dəzgahlar  adətən 

seriyalı və kütləvi istehsalda tətbiq olunur. Bir 

avtomat    dəqiqədə  250  yay  və  2200-ə  qədər 

yay şaybası istehsal edə bilir. 

 

(alm. die Federwickelmaschine, ingl. Spring coiling 



machine

 

Yayburma  məftil  və  ya  lentdən  silindrik,  ko-

nik,  müstəvi  və  ya  fasonlu yayların hazırlan- 

 

     



 

 

 



 

 

 



 

 

 



  

 

 



 

 

 



 

 

 



Şəkil 1. Yayburan dəzgah 

 

masına  xidmət  edir  texnoloji  əməliyyatıdır. 



Diametri  0,1÷16  mm  arasında  olan  məftillər 

soyuq  halda  və  diametri  12÷75  mm  arasında 

olan  məftillər  isti  halda  burulur.  Yayburmada 

bir-neçə  üsul  fərqləndirilir.  Silindrik  yaylar 

fırlanan  valın  üzərinə  (isti  və  ya  soyuq  halda) 

burulur.  Bu,    diyircəklər  və  məftili  tərpənməz 

val  ətrafında  əyən  dayaq  çubuğunun  köməyi 

ilə yerinə yetirilir. Digər üsul diyircəklər və iki 

dayaq  çubuğunun  tətbiqinə  əsaslanır.  Sonuncu 

üsul  ən  geniş  yayılmışdır  və  →yayburan 

dəzgahlarda  tətbiq  olunur.  Fiqurlu  yaylar  xü-

susi  vallar,  tərtibatların  köməyi  ilə  yarımav-

tomatlarda əldə edilir. Şəkil 1-də, pəstaha veri-

lən  anda  təsir  edən  pazın  hesabına  yaradılan 

bərabər  addımlarla  və  yayın  oxboyu  verilən  

addım  pəncəsi  ilə  yayın  hazırlanma  sxemi  

göstərilmişdir. Hazır məhsul verişin dayanması 

zamanı  daxili  və  xarici  bıçaqlarla  kəsilir. 

Böyük  diametrli  (<50  mm)  məftillərin  burul-

masında  dayaq çubuqların əvəzinə daha möh-

kəm  qanovlu  diyircəklərdən  istifadə  edilir. 

Dəstəklərin  köməyi  ilə  konik  və  fasonlu  yay-

ların  hazırlanması  mümkündür.  Xarici  çubu-

ğun (və ya diyircəyin) burma müstəvisinə per-

pendikulyar  olaraq  sürüşdürülməsi  nəticəsində 

vidələri  arasında  yüksək  təzyiq  hökm  sürən 

yaylar alınır. 

  



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə