Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə184/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   180   181   182   183   184   185   186   187   ...   211

Yığma tərtibatları  

 

364 


 

(yaylar,  resorlar,  rezin  üzüklər  və  s.)  düyümə 

daxil  edilməsi,  həmçinin  gərilməli  oturtmanı 

reallaşdırmaq  üçün  onların  ilkin    deforma-

siyasına  imkan  verən  tərtibatlar  da  tətbiq  olu-

nurlar.  Bu  növ  tərtibatlar  işçilərin  əməyini 

yüngülləşdirir,  məhsuldarlığı  artırır.  Adətən 

onlar  gücləndiricilər  (linglə,  vintlə  və  ya  

kombinə olunmuş şəkildə)  və güc mexanizm-

lərindən  (pnevmatik,  elektrik  və  hidro  ötür-

mələr) istifadə etməklə əllə işə salınır. 

Şəkil  1-də  üzüklərin  porşenə  keçirilməsini 

həyata keçirmək üçün tərtibat göstərilmişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Porşen üzüklərini oturtmaq üçün tərtibat  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil  2.  İlişmə  muftasını  yığmaq  üçün    pnevmatik 



tərtibat 

 

Üzüklər  (4)  açarları  aşağı  yönəlmiş  şəkildə, 



yarım  üzüklər  (6)  arasında  oturdulur.  Konus 

tutqacı  (3)  linglə  (1)  üzüyə  daxil  edilir  və 

onları  porşenə  keçməyə  imkan  verən  ölçüyə 

qədər  genişləndirir.  Pedalı  basdıqda  oynaqlı 

sistemin (2) və sürüngəcin (7) vasitəsilə yarım 

üzük  və  üzük  sıxılır,  itələyici  (3)  sola  qayıt-

dıqda  üzük    aralanmış  şəkildə  tutulur.  Porşen 

yerləşdirildikdən  sonra  pedal  buraxılır  və 

üzüklər təyin olunmuş yerə otururlar.  

Pnevmatik  işləyən  tərtibata  nümunə  kimi 

şəkil 2-də avtomobil mühərrikinin ilişmə muf-

tasının  yığılması  üçün  bir  tərtibat  göstəril-

mişdir.  Yığma  zamanı  sıxıcı  disklə  (2)  qabıq 

(3)  arasında  yerləşən  yaylar  ilkin  olaraq  sıxıl-

malıdır. Bu, pnevmatik ötürmə (5) ilə əlaqələn-

dirilmiş  Г-formalı  dörd  tutqacla  (4)  qabığın  

basılması ilə əldə edilir. Sonra qaykalar bağla-

nır.  Tutqaclar  qaldırıldıqdan  sonra  yığılmış 

mufta tərtibatdan götürülür.   

 

(alm. die Montagevorrichtungen, ingl. Mounting de-



vices

 

Yığmada  ilkin  gərilmə  qüvvəsi  bolt-qayka 

birləşməsinin  verilmiş  funksiyaya  uyğun  tə-

minatlı  işləməsi  üçün  əvvəlcədən  xüsusi 

alətlərin  köməyi  ilə  yaradılan  qüvvədir.  Boltu 

əl  və  ya  açarla  nəzarətsiz  bərkitdikdə  tətbiq 

olunan  qüvvə  təbii  olaraq  meyillənir  və  ona 

görə  də,  bu  üsulla  yalnız  ikinci  dərəcəli  bolt 

birləşmələri  bərkidilir.  Təhlükəsizlik  baxı-

mından  böyük  əhəmiyyət  daşıyan  birləşmə-

lərdə nəzarətli bərkitmə çox vacibdir (şəkil 1).   

Nəzarətli  bərkitmə  zamanı  aşağıdakı  üsul-

lardan istifadə edilir:  

 

Fırlanma  momentini  tənzimləməklə  bər-

kitmə,  bu  halda  qüvvə  meyillənməsi  yiv  və 

boltun  baş  hissəsinin  sürtünməsi  tərəfindən 

yaradılır, 

 

Dönmə  bucağını tənzimləməklə  bərkitmə

burada  bolt  birləşməsi  öncə  müəyyən  ilkin 

momentlə  bərkidilir.  Bu  mövqedən  başla-

yaraq  bolt  hesablanmış  bucaq  qədər  döndə-

rilir və elastiki sərhəddən yuxarıda bərkidilir.  

 

Uzanma  sərhədli  bərkitmədə  bərkitmə 

momenti  ilə  bərkitmə  bucağı  arasındakı 

nisbət  daimi  ölçülür  və  qiymətin  kiçilməyə 

başladığı anda çəkmə dayandırılır.  

Bucaq  və  uzanma  sərhədli  bərkitmədə  ya-

ranan  qüvvəyə  əsasən  boltun  materialının 

uzanma həddi və yivdəki sürtünmə təsir edir.



Yığmada  ilkin gərilmə qüvvəsi 

 

365 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Şəkil 1. Bolt bərkidən alətlər 

a-mexaniki, b-elektron nəzarətli  

 

Bərkitmə  qüvvəsinə təsir  edən  əsas parametr 



təcrübi yolla əldə edilmiş çəkmə  faktorudur

 

 



 

 

Ən  kiçik  bərkitmə  qüvvəsinin  (məsələn:  sıxı-



cılarda, 

kipləşdirici 

elementlərin 

bərki-


dilməsində,  sürtünməli  birləşmədə  normal 

qüvvə)  istismar  zamanı  təmin  edilməsi  üçün 

F

gmax


=k

A



F

gmin


  maksimal  gərilmə  qüvvəsini 

tətbiq etmək gərəkdir.   

Minimal  gərilmə  qüvvəsi  aşağıdakı  düsturla 

tapılır: 

 

F

vmin



=F

S

+F



O

+F

İ



(1-


Φ

 



burada: F

S

- tələb olunan sıxıcı qüvvə, 



 

F

O



- oturmada itən qüvvə, 

 

F



İ

- istismar zamanı təsir edən qüvvə, 

Φ

-  yiv  birləşməsində  elastiki  yerdə-



yişmələr  sayəsində  yaranan  qüvvələr 

nisbətini göstərir. 

 

(alm.  die  Montagevorspannkraft,  ingl.  Assembly 



preload force)  

 

Yığmanın  dəqiqliyi  məmulu  yığma  texnoloji 

prosesinin  xarakteristikası və xassələrini əhatə 

edən  göstəricidir.  Yığmanın  dəqiqliyi  mə-

mulun  parametrinin  həqiqi  qiymətlərinin  tex-

niki sənədlərdə verilmiş qiymətlərlə uyğunluğu 

sayəsində  təmin  edilir.  Yığmanın  dəqiqliyi 

aşağıdakı amillərdən asılıdır: 

1.   Ölçü və forma dəqiqliyi, 

2.  Hissələrin  qovuşan  səthlərinin  kələkö-

türlüyü, 

3. Yığmada hissələrin qarşılıqlı vəziyyəti, 

4. Texnoloji vasitələrin texniki vəziyyəti, 

5. Yığma zamanı “avadanlıq-tərtibat-alət-mə-

mul” sisteminin deformasiyası. 

Ölçü  zəncirlərinin  köməyi  ilə  yığmanın 



dəqiqliyini analitik üsulla tapmaq mümkündür. 

Ölçü  zənciri  onun  qiymətlərini  və  müsahi-

dələrini  müəyyən  edən,  qarşılıqlı  əlaqədə  olan 

ölçülərin  qapalı  konturudur.  Ölçü  zənciri 

təşkiledicilərdən,  çıxış  bəndindən  ibarətdir. 

Yığılan maşın üçün əsas sayılan çıxış bəndinin 

dəqiqliyi natamam və ya qrup üzrə 

qarşılıqlı 



əvəzolunma,  çatdırma  və  ya  tənzim  edilməklə 

təmin  edilə  bilir.  Yığmada  dəqiqliyin  təmini 

yolları konkret istehsal şəraitindən asılıdır. 

 Tam və ya natamam 

qarşılıqlı əvəzolunma  



əsasında  yerinə  yetirilən  yığmanın  dəqiqliyi 

kütləvi  və  iri  seriyalı  istehsalda  həyata  keçi-

rilir.  Kiçik  seriyalı  istehsalda  və  fərdi  isteh-

salda  qarşılıqlı  əvəzolunma  prinsipi  iqtisadi 

cəhətdən özünü doğrultmayıb və nadir hallarda 

tətbiq  olunur.  Bu  istehsalda  hissələrin  emalı 

heç  bir  xüsusi  tərtibatdan  istifadə  olunmadan 

universal 

avadanlıqlarda 

yerinə 


yetirilir. 

Nəzarət  isə  heç  də  lazımi  dəqiqliyə  cavab 

verməyən  universal  ölçmə  vasitələrinin  tətbiqi 

ilə  aparılır.  Hissənin  səthlərinin  qarşılıqlı  yer-

ləşmədən 

meyillənməsi 

emal 

prosesində 



buraxılabilən həddi az hallarda keçir.  

Maşınların  və  düyümlərin  yığılmasının  də-

qiqliyini  xarakterizə  edən  parametrlər  adətən

min


max

V

V

A

F

F

k

=



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə