Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə181/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   177   178   179   180   181   182   183   184   ...   211

Yeyilmə mexanizmi  

 

358 


 

nəticəsində yaranan prosesdir.   Səthdə 

Herts 


gərginlikləri  nəticəsində  yaranan  səthi  defor-

masiyalar  ilə  bərabər  aşağıdakı  əsas  yeyilmə 

mexanizmləri fərqləndirilir (şəkil 1):  

 

Səthi  dağılma:  Kontakt  səthində  yorulma 



və  çatlar  nəticəsində  yaranan  triboloji  qarşı-

lıqlı təsir material ayrılmasına gətirib çıxarır, 

 

Abraziv:  Səthin  cızılması  ilə  müşaiyət 



olunan  material  çıxarılması  (mikrokəsmə, 

mikrosınma), 

 

Tribokimyəvi  reaksiya:  Səthlər  arasında 



kimyəvi  reaksiya  zamanı  triboloji  yükləmə-

nin  təsirindən  reaksiya  məhsulları  şəklində 

materialın çıxarılması, 

 

Adgeziya:  Sərhəd  səthlərində  yapışma 



birləşmələrinin  yaranması  və  kəsilməsi  ilə 

materialın çıxarılması.  

Cədvəl  1–də maşınqayırmada tez-tez rast  gə-

linən yeilmə halları və yaranan yeyilmə mexa-

nizmləri göstərilmişdir. 

Yeyilmə  prosesi  burada  qeyd  olunan  mexa-

nizmlərin ayrılıqda, adrıcıl və ya eyni zamanda 

baş vermələri nəticəsində ümumi triboloji mü-

hit mürəkkəb  şəraitdə  keçir.  Ona  görə  də,  çox 

vaxt  onların  təsirlərinin  bir-birindən  ayrılması 

çətinlik yaradır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil  1.  Əsas  yeyilmə  mexanizmləri  mikroskopik 

təsvirdə  

F

n



-normal  qüvvə,  F

f

-hissələr  əsasında  sürtünmə 



qüvvəsi, 

v nisbi sürət, HV-Vikkers bərkliyi 



Cədvəl  1.  Mühüm  yeyilmə  sistemləri  və  onlarda 

yaranan yeyilmə mexanizmləri 

 

Yeyilmə 


sistemi 

Misal 


Yaranan yeyilmə 

mexanizmi 

Sürüşmə 

sistemi 


Sürüşmə 

yastığı 


Dağılma, Abraziv, 

Adgeziya,  

yeyilmələri 

Porşen/ 


Silindr 

Adgeziya 

Gərilmə 

oturtması 

Tribooksidləşmə 

Diyirlənmə 

sistemi 

Dişli çarx 

Adgeziya, Dağılma 

Diyirlənmə 

yastığı 

Dağılma 


Çarx/rels 

Dağılma 


Kontakt 

sistemi 


İtələyici/ 

dirsək 


Dağılma, Ageziya 

Klapan 


Dağılma 

Abraziv 


hissəciklərə 

malik maye 

axını 

Qarışdıcı 



maşın, 

Süni 


materialların 

emalı 


Abraziv 

Metal-kəsmə 

Torna, 

Frezləmə 



Adgeziya, Abraziv 

Təzyiqlə 

emal 

Ştamplama, 



Çəkmə 

Adgeziya 

Mexaniki 

birləşmə 

Bolt, Pərçim, 

Gərginlikli 

oturtma 

Adgeziya, 

Tribokimyəvi 

 

(alm. die Verschleißmechanismen, ingl. Wear 



mechanisms

 

Yeyilmədən  qoruma  yeyilmə  prosesi  zamanı 

hissələrin  sürtünən  səthlərində  arzuolunmaz 

material və forma dəyişikliklərinin qarşısını al-

maq  üçün  yerinə  yetirilən  tədbirlərdən  iba-

rətdir. Yeyilməni müəyyən səviyyədə azaltmaq 

üçün  əlavə  olaraq  yeyilmədən  qoruma  his-

sələrindən  istifadə  olunur.  Qoruyucu  hissələr 

metallardan  (xüsusi  legirlənmiş  poladlar),  → 

kompozit  materiallar,  →rezin,  →keramika  və 

süni  materiallardan  hazırlanır.  Bundan  əlavə 

yeyilməni kompensasiya edən konstruktiv həl-

lərdən,  sürtünmə  şəraitini  yaxşılaşdırma  üsul-

larından  (yüskək  keyfiyyətli  yağlayıcı  mate-

riallardan  istifadə  etmək,  abraziv  təsirlərdən 

təcrid etmək və s.) da istifadə edilir.  

 

(alm. der Verschleißschutz, ingl. Wear protection)




Yeyilmənin ölçülməsi 

 

359 


 

 

Yeyilmənin  ölçülməsi  yeyilmənin  baş  verdiyi 

triboşəraitdən asılı olaraq hissənin ölçü, forma, 

kütlə  və  səthinin  halını  müxtəlif  üsullarla  ölç-

məklə  qiymətləndirməkdən ibarətdir.   İş  şərai-

tində  mövcud  olan  tribosistemdə  yeyilmənin 

ölçülməsi  üçün  sınaqların  aparılması  çətinlik 

yaratdığından  çox  vaxt  bu  ölçmələr  model-

ləşdirilmiş (hissəyə və yükləməyə oxşar şərait-

də) qurğularda yerinə yetirilir.  Yeyilmənin la-

boratoriya  şəraitində  təyini  üçün  istifadə  olu-

nan nümunə  kimi    çivi-üzük  və  ya  çivi-şayba-

tribometri  (→tribometr)  geniş  yayılmışdır 

(şəkil 1). 

 

 

 



 

 

 



 

 

 

 

 

Şəkil 1. Çivi-üzük quruluşuna aid misal 

 

Eyni  nümunələr  arasında  və  eyni  şəraitdə 



aparılmış sınaqlar nəticəsində müqayisə oluna-

bilən  xüsusi  qiymətlər  alınır  (cədvəl  1).  

Adətən müyəyyən  material  cütü  üçün  yeyilmə 

ölcüsü  nisbi  olaraq  1÷100%  götürülür  və  bu-

nun əsasında digər material cütləri üçün yeyil-

mənin  ölçüsü  müəyyənləşdirilir.  Onu  da  qeyd 

etmək  lazımdır  ki,  yeyilmənin  qiyməti  mate-

riala  aid  olmayıb,  onun  baş  verdiyi  tribosis-

temin göstərcisi kimi anlaşılmalıdır. 

 

Cədvəl 1. Yeyilmə parametrləri üçün misal 

Ölçmə 

parametri 



Baza 

parametri 

Yeyilmə 

parametri 

İşarəsi  Vahidi 

Uzunluq 


Vaxt t 

Yeyilmə 

sürəti 


W

1/t

 

mm/saat 

Həcm V 

Yol s 

Yeyilmə-


yol 

asılılığı 



Wv

/t

 

mm

3

/km 

Kütlə m 

Yol s 

Wm

/t

 

g/km 

 

Mexaniki 



emalda 

alətlərin 

yeyilməsi, 

təzyiqlə  metalların  emalında  istifadə  olunan 

formaların  yeyilməsi  real  tribosistemlərdə 

aparılır.  Çünki,  prosesin  mürəkkəbliyi  tribo-

sistemə təsir edən amilləri modellərlə tam əvəz 

etməyə  imkan  vermir  və  nəticədə  alınan 

nəticələrin  təkrarən  yüksək  etibarlıqla  əldə 

olunması  mümkün  olmur.    Kəsici  alətlərin 

yeyilməsinin  həddi    əsasən  alətin  dal  üzünün 

yeyilməsi  ilə  müəyyən  olunur.  Bu,  emal  olu-

nan  səthin  təmizliyindən  asılı  olaraq  0,2÷0,3 

mm  arasında  yerləşə  bilər  (→alətlərin  yeyil-

məsi).  Abraziv  alətlərdə  yeyilmə  alətin  forma-

sının  dəyişməsi,  bəzi  hallarda  isə  onların 

kəsicilik qabiliyyətinin halı ilə qiymətləndirilir 

(→pardaqlamada yeyilmə mexanizmi).    

Yeyilmənin ölçülməsi zamanı onun gedişinin 

zamandan  asılılığı  böyük  əhəmiyyət  daşıyır.  

Bunun sayəsində yoxlamaq olur ki, nəticə daha 

böyük  zaman  intervalı  üçün  xətti  interpol-

yasiya oluna bilər və ya başqa asılılığın tətbiqi 

gərəkdir.  Ölçməni  qiymətləndirmə  zamanı 

önun ölçüsü ilə bərabər yeyilmənin formasının 

keyfiyyətcə 

qiymətləndirilməsi 

triboloji 

sistemin  halının  öyrənilməsinə  şərait  yaradır. 

Yeyilmə  forması  kimi  səthlərdə  çuxurlar, 

şırımlar,  qopmalar,  sınmalar,  sərhəd  qatlarda 

deformasiya  nəticəsində  rəng  dəyişmələri, 

struktur  dəyişmələri  və  kimyəvi  reaksiyalara   

rast gəlinə bilir.  Bundan əlavə sürtünmə əmsa-

lı,  temperatur,  həmçinin  səs-küy  və  titrəmələr 

sərhəd  səthlərdə  baş  verən  proseslərin  araş-

dırılması üçün meyyar kimi götürülür.  

Yeyilmənin  ölçülməsi  nəticəsində  əldə  olu-

nan  biliklər  aqreqatların  istismar  hallarının 

qiymətləndirilməsində tətbiq oluna bilir və çox 

hallarda  temperatur  və  səsi  ölçməklə  onun 

kritik halını təyin etmək olur.  

 

(alm. die Verschleißmessung, ingl. Wear measure-



ment

 

Yeyilməyə  davamlılıq  materiaların  müəyyən 

sürtünmə  şəraitində,  yeyilmə  sürətinin  əksinə 

bərabər  kəmiyyətlə  qiymətləndirilən,  yeyil-

məyə qarşı göstərdiyi müqavimətdir. Yeyilmə-

yə  davamlılıq  materialın  xassələri,  strukturu, 

başlanğıc  bərkliyi,  səthin  kələkötürlüyü  və 

emal texnologiyasından asılıdır. 

Maşın  hissələrinin  yeyilməyə  qarşı  davam-

lılığı  xüsusi  sınaq  qurğularında  və  ya  da  istis-

mar  şəraitində  yoxlanılan materialların   əvvəl-

cədən  verilmiş  yeyilmə  həddinə  və  ya  da  son 

həddə  qədər  aparılan  uzunmüddətli  işləmə 

şəraitində  qiymətləndirilir.  Materialların  ye- 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə