Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə189/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   185   186   187   188   189   190   191   192   ...   211

Yivyonma  

 

374 


 

Yiv  açılacaq  səth  doğuranı  üzrə  əvvəlcədən 

yonma  və  ya  təzyiq  altında  dəqiq  hazırlanır. 

Bu  üsulda  müstəvi  və  dairəvi  işçi  səthlərə 

malik  alətlərdən  istifadə  edilərək  uzunluğu 

alətin  enindən  dəfələrlə  böyük  olan  yivləri 

açmaq mümkündür (şəkil 1). 

Yivdiyirləmə  üsulunda  pəstahdan  yonqar  çı-

xarılmır.  Alətin  pillələri  pəstaha  batdıqda 

plastik  deformasiya  nəticəsində  material  təd-

ricən  tillər  arasındakı  boşluğa  yığılır  və  onun 

profilini alır. Proses nəticəsində yiv səthlərində 

material  sıxlaşır,  onun  bərkliyi  çox  vaxt  ilkin 

qiyməti iki dəfə keçir.  

Müstəvi    alətlə  yivdiyirləmə  zamanı  pəstah 

biri  tərpənməz,  digəri  hərəkətli  yerləşdirilmiş 

diyirlənmə  plaşkaları  arasında  diyirlənir  (şəkil 

1a). Müstəvi plaşkalar  elə hazırlanırlar ki, yiv 

hərəkət  zamanı  açılır.  Hərəkətin  sonunda  yiv 

tamam  açılmış  olur.  Plaşkanın  son  hissəsində 

yerləşən  vidələr  yivin  hamarlanması  və 

kalibrlənməsinə  xidmət  edir.  Hərəkətli  plaşka 

nisbətən  uzun  hazrlanır  ki,  hissə  emal 

zonasından  problemsiz  xaric  oluna  bilsin.  Bu 

alətlə diametri 1÷25 mm, uzunluğu 60÷80 mm 

olan  yivləri  hazırlamaq  mümkündür.  Kəsmə 

sürəti  v=40÷70  m/dəq  arasında  yerləşir. 

Diyircəklərlə  yivaçma  üsulunda  iki  eyni 

istiqamətdə  fırlanan  diyircək  emalda  eyni 

zamanda iştirak edir (şəkil 1b). Diyircəyin biri 

(1)  tərpənməz  bərkidildiyi  halda,  ikincisi  (2)  

radial istiqamətdə veriş vermək üçün hidravlik 

mexanizmə malik olur.  

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2. Yivdiyirləmə sxemləri 

a-oxları  paralel  diyirləmə,  b,  c  –  oxları  dönmüş  di-

yirləmə. 

 

Hissə  (3)  emal  zamanı  (4)  dayağın  üzərində 



oturdulur, ya da mərkəzlər arasında bərkidilir.  

Dayaq  üzərində  oturdulan  zaman  hissənin 

mərkəzi  oxu  diyircəklərin  mərkəzi  oxundan 

aşağıda  yerləşdirilir  ki,  proses  zamanı  onun 

aşağıya  basılması  və  bununla  hissənin  möv-

qelənməsinin etibarlığı təmin edilmiş olsun.  

Diyircəklərin  yivinin  addımı  açılacaq  yivin 

addımına  bərabər  olmalıdır.  Onların istiqaməti 

açılan  yivin  əksinə  olur.  Yivdiyirləmə  zamanı 

alət  və  pəstahın  oxlarının  vəziyyətindən  asılı 

olaraq  üç  növ  yivaçma  sxemi  mövcuddur 

(şəkil 2). 

 

(alm. das Gewindedrehen,  ingl. Thread turning



 

Yiv  pardaqlama  dəzgahı  hissənin  fırlanması 

ilə  pardaq  alətinin  uzununa  verişini  kinematik 

əlaqələndirərək  yiv  profilinin  yüksək  dəqiqlik 

və  təmizliklə  incə  emalına  imkan  verir  (şəkil 

1).  Burada 

  yiv  profili  eninə  verişlə  və  ya 



digər  üsullarla  artıq  açılmış  yivin  təmiz  emalı 

ilə  əldə  edilir.  Profilin  növündən  asılı  olaraq 

daxili,  xarici  və  dəqiq  yivli  vallar  və  son-

suzvint  alətlər  üçün  xüsusi  yiv  pardaqlama 

dəzgahları mövcuddur.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Yivli valın pardaqlanması 

 

Yiv  qalxımı  fırlanma  və  xətti  hərəkətlər 



arasında  kinematik  əlaqə  tələb  edir.  Yaxın 

keçmişdə  bu  əlaqə  dişli  çarx  ilişməsindən 

ibarət ötürmə sistemi ilə yaradılsa da, onlar son 

zamanlar mikroprosessorla idarə  olan 

CNC-


dəzgahlarında  tətbiq  olunan  sistemlər  tərəfin-

dən sıxışdırılmışdır. Dəzgahda kinematik əlaqə 

nə  qədər  dəqiq  olarsa  yivin  profili  də  bir  o



Yiv pardaqlama dəzgahı 

 

375 


 

 

qədər  dəqiq  alınır.  Proses  zamanı  yivin  pro-



filinə  nəzarət  sisteminin  tətbiqi  hazırlanan  yiv 

vidələrinin  dəqiqliyini  artırmış  olur.  Bundan 

əlavə  dəqiqlik  üçün  əsas  amil  olan  pardaq 

dairəsinin  səthinin  keyfiyyətini  təmin  etmək 

üçün dəzgahda 

düzləndirici mexanizmlərdən 



istifadə edilir.   

Bu  dəzgahlarda  hazırlanan  yiv  qalxımının 

dəqiqliyi emal uzunluğundan asılıdır. Məsələn, 

25  mm-də  2  mkm,  300  mm-də  6  mkm,  1000 

mm-də 8 mkm, 2000 mm-də 10 mkm xəta ya-

ranır.  Proses  həm  adi  (korund),  həm  də 

proqressiv  (

almaz,  CBN)  abraziv  material-



ların tətbiqi ilə aparılır.  

 

(alm. die Gewindeschleifmaschine  ingl. Thread 



Grinding ) 

 

Yol  diyirləyici  maşını  yeri,  daşları  və  asfaltı  

öz  ağırlığı ilə əzərək,  tədricən  kipləşdirən  ma-

şındır.  Bu  maşınlar  silindrik  diyircəklərdən 

ibarət  işçi  üzvləri  ilə  səciyyələnirlər.  Diyir-

cəklər  statik  və  ya  dinamik  xarakterli  işləmə 

prinsipinə  malikdirlər.  Statik  təsir  diyircəyin 

ağırlığının  onun  eninə  nisbətindən  asılı  olan 

xətti  yüklə  müəyyən  olunur.  Səthi  təzyiqin 

tələb  olunan  qiyməti  diyircək  altında  qalan 

qruntun  bərkiməsindən  asılı  olur.  Yer  bər-

kidikcə  təzyiqin  qiyməti  artır,  çünki  diyircək 

yerə  az  batdığından kontakt  sahəsi  kiçilir.  Yol 

diyirləyici maşınlarından artıq digər maşınlarla 

düzləndirilmiş  sahələrdə  istifadə  edilir.  Diyir-

cəklərdə əlavə elementlərin köməyi ilə yaradı-

lan  yırğalanma  dinamik  işləməni  mümkün-

ləşdirir.  

Yol diyirləyici maşını içərisində bir, iki və ya 

üç  silindrik  diyircək  bərkidilmiş  çərçivədən 

ibarətdir.  Diyircəklərin  yerləşməsindən  asılı 

olaraq  bir  diyircəkli,  tandem  və  üç  diyircəkli 

maşınlar fərqlənirlər. Bir diyircəkli maşınlarda 

diyircək qoşqu kimi dartıcı maşınların arxasına 

qoşularaq çəkilir. 

 Tandem  quruluşlu  maşınlar  isə  özləri 

hərəkət  edə  biləndir  (şəkil  1).  Onun  diyir-

cəkləri  bir  və  ya  iki  mühərrik  tərəfindən idarə 

olunur.  Hərəkət  istiqamətini  dəyişmək  üçün 

çox vaxt tandem maşınların orta hissəsi oynaq-

lı  hazırlanır.    Bu  maşınların  çəkisi  3÷8t  ara-

sında  yerləşir.  Eni  1÷1,4  m  arasında  yerləşən 

silindrik  diyircəklərin  mühərriki  13÷39  kVt 

gücünə malik ola bilirlər.  

Üç diyircəkli maşınların qabaq hissəsində iki 

aparan, arxa hissəsində isə bir aparılan diyircək 

yerləşir.  Maşının  konstruksiya  çəkisi  6÷16t, 

silindrin  eni  1,2÷2m,  gücü  isə  30÷40  kVt 

arasında olur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Tandem tipli yol diyirləyici  maşını 

(alm. die Glattwalze, ingl. Smooth drum road roller

 

Yol maşınları yolların (avtomobil yolu, dəmir 

yolu, təyyarələrin eniş yolu və s.)  tikilməsində 

yerinə  yetirilən  kompleks  işlərin  icrasında 

istifadə  edilən  mexanikləşdirilmiş  vasitələrdir. 

Müasir  yol  maşınları  fərdi  fəaliyyət  göstərən 

aqreqat  şəklində,  həmçinin  asılqan,  qoşulqan 

tipli hazırlana bilir. 

Mövcud  yol  maşınları  gördükləri  işə  görə 

sinifləşdirilirlər:  hazırlıq  işləri  üçün  maşınlar 

(kolkəsən,  eşən,  ağac  kəsən  maşınları  və  s.), 

yer  işləri  üçün  maşınlar  (→ekskavator, 

→skreyper,  →buldozer,  →qreyder,  torpaq-

daşıyan  arabalar  və  s.),  stabilləşdirici  örtük-

lərin  çəkilməsi  üçün  maşınlar  (daşların  və 

birləşdirici  materialların  paylanması  üçün 

maşınlar,  asfalt-beton  qarışığını  bərkidən  ma-

şınlar  və  s.),  asfalt-beton  yolların  çəkilməsi 

üçün  maşınlar  (asfalt-betonları  qarışdıran  və 

çəkən  maşınlar),  sement-beton  örtüyünün  çə-

kilməsi üçün maşınlar (formalar, profilləşdirici 

maşınlar,  beton  dağıdan  maşınlar,  beton  emal 

edən  maşınlar  və  s.),  yollara  qulluq  və  təmir 

maşınları  (qumsəpən  maşınlar,  su  çiləyən 

maşınlar, qartəmizləyən maşın, təmir maşınları




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə