Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə185/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   181   182   183   184   185   186   187   188   ...   211

Yığmanın dəqiqliyi  

 

366 


 

yığım  elementlərinin  sərt  olması  nöqteyi 

nəzərindən irəli gələrək təyin edilir. Buna bax-

mayaraq maşınlarda tətbiq olunan hissələrin iş 

zamanı  deformasiyalarının  qarşısı  konstruktiv 

yollarla  alınır.  Çalışılır  ki,  iş  zamanı  yaranan 

deformasiyalar  maşının  işləmə  qabiliyyətinə 

xələl  gətirməsin.  Çünki,  işləyən  maşında  qo-

vuşan  hissələrin  parametrləri  yığmada  verilən 

qiymətdən  fərqlənirlər.  Ona  görə  də,  texniki 

sənədlər  və  tələbatlara  əsasən  yığmada  təmin 

edilən  dəqiqlik  müəyyən  dərəcədə  şərtidir. 

Maşının  yığmadan  sonra  faktiki  dəqiqliyinin 

təyini  üçün 

texniki  diaqnostikadan  istifadə 



edilir.        

Yığmanın  dəqiqliyi  maşınların  keyfiyyətini 

səciyyələndirən ən vacib texniki-iqtisadi göstə-

ricidir. Maşını bütövlükdə, eləcə də onun kons-

truktiv  və  yığma    elementlərini    xarakterizə 

edən  parametrlər  məmulun  xidməti  təyina-

tından  asılı  olaraq  müəyyən  edilirlər.  Hər  bir 

konkret birləşmə üçün optimal yığma dəqiqliyi 

mövcuddur, çünki, ehtiyac olmadan onun həd-

dən  çox  artırılması  maşın  hissələrinin  hazır-

lanmasını mürəkkəbləşdirə və bununla maşının 

maya dəyərinin artmasına gətirib çıxara bilər.       

 

(alm.  die  Genauigkeit  der  Montage,  ingl.  Accuracy 



of the Mounting)   

 

Yırğalanan  döymə  üsulu  diyirlənmə  və  döy-

mə  üsulları  kombinə  edilmiş  şəkildə  həyata 

keçirilən yüksək təzyiq altında icra edilən emal 

üsuludur. Kötük şəkilli emal alətlərinin hər biri 

3  eksentrik  tərəfindən  işlədilir.  Nəticədə 

→pilqer  üsuluna  oxşar  olaraq  pəstah  addım-

addım  yırğalanan  diyirlənmə  ilə  emal  olunur. 

Alət iki hissədən ibarətdir: giriş və çıxış. Giriş 

hissədə alət böyük diametrli diyircək seqmenti 

formasına  malikdir.  Çıxış  hissə  hamarlama 

vəzifəsini icra edir. Emal prosesi 4 pillədə təs-

vir  oluna  bilər  (şəkil  1).  Prosesin  əvvəlində 

alətin  işçi  hissəsi    pəstaha  toxunur  (şəkil  1a). 

İkinci  və  üçüncü  addımda alət  materialı  dalğa 

şəklində  qabağı  ilə  sıxışdırır  (şəkil  1b  və  c). 

Yığılmış  material  sonrakı  mərhələdə  yır-

ğalanan  alətlərlə  diyirlənir  və  hamarlanır. 

Burada  yayılan  material  sərbəst  paylanır. 

Proses  başa  çatdıqdan  sonra  alət  kötükləri 

pəstahdan  aralanır  və  ilkin  mövqeyə  gətirilir 

(şəkil 1d). Sonra proses təkrarlanır.  

Yırğalanma  zamanı  üfüqi  istiqamətdə  baş 

verən hərəkət pəstahda veriş yaradır. Diyirlən-

mə  oxuna  simmetrik  yerləşmiş  4  yırğalanma 

sistemi  ilə  pəstahı  hər  tərəfdən  emal  etmək 

mümkündür.  Burada  2  sistem  bir  müstəvidə 

yerləşdirilir  və  sinxron  işləyir.  Beləliklə  yır-

ğalanan alətlər cüt-cüt iki müstəvidə işləyirlər.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

  

Şəkil 1. Dörd pillədə yırğalanan döymə prosesi    

 

(alm.  das  Schwingschmiedeverfahren,  ingl.



 

Oscli-

lating forging process

Yırğalanan qarışdırıcı iş prinspinə görə →ba-

rabanlı  qarışdırıcı  ilə  oxşar  olub,  yalnız  fır-

lanma oxunun vəziyyətinə görə ondan fərqlənir 

(şəkil 1).  

 

 

 



 

 

 



Şəkil 1. Yırğalanan qarışdırıcı 

Bununla proses zamanı əlavə olaraq uzununa 

istiqamətdə də qarışdırma əldə edilir. Nəticədə 

qarışdırma  vaxtına  qənaət  edilir  və  qarışığın 

keyfiyyəti artır. 

 

(alm. der Taumelmischer, ingl. Tumblers ) 



 

Yırğalanan  patron  rayberlə  emal  zamanı 

alətin  dəqiq  yönəldilməsinə  xidmət  edir. 

Deşiklərin mexaniki emalında 

rayber alətinə 



böyük  radial  və  kiçik  ölçüdə  oxboyu  qüvvələr 

təsir  edirlər.  Ona  görə  də,  rayber  deşiyin 




Yırğalanan patron 

 

367 


 

 

oxluluğunu  tam  təmin  edə  bilmir,  onun  özü 



mövcud  deşiyin  oxuna  uyğunlaşmağa  cəhd 

edir.  Bu  halda  rayberin  oxboyu  hərəkətini 

dəqiq  yönəltmək  üçün  deşiyi  öncədən  incə 

yonurlar.  Rayberin  sərbəst  yerləşməsi  və  ya 

dəqiq  oxboyu  hərəkəti  yırğalanan  patronla 

təmin edilir.   

  Yırğalanan  patron  içərisində  konus  deşiyi 

olan oymaqdan (1) ibarətdir (şəkil 1). Oymaqla  

tutqac  (5)  arasında  yerləşən  kürə  (3)  oynaq 

birləşməsi  yaradır.  Oymaqla  tutqac  çivi  (2)  ilə 

birləşdirilir.  Kürə  pəncəyə  (4)  söykənərək 

rayberə  veriş  hərəkəti  ötürür.  Tutqacla  patron 

arasında  yaranan  araboşluğu  emal  zamanı 

əmələ  gələn  qüvvənin təsirindən tutqacı alətlə 

birlikdə  patronun  daxilində  yırğalanmağa  və 

bununla  düzgün  vəziyyət  almağa  imkan  yara-

dır.  Yırğalanan  patronda  bərkidilmiş  alət  emal 

zamanı  patronun  oxuna  nisbətən  müəyyən 

bucaq  qədər  dönə  bilir.  Dönmə  nəticəsində 

alətin və deşiyin oxları üst-üstə düşür. 

 

 

 



 

 

 



 

 

Şəkil 1. Rayberləmə üçün yırğalanan patron 

 

(alm. schwingende Patrone, ingl. Swaying



 

Yırğalanan  yastıq  maşınqayırmada  valın  fır-

lanma  hərəkətini  onun  üzərində  yerləşmiş 

oymağın  oxboyu  irəli-geri  hərəkətinə  çevirir 

(şəkil  1).  →Planşayba-barmaq  mexanizmi  ilə 

oxşardır.  Valın  üzərində  çıxıntı  hazırlanır.  O, 

yastığın 

daxili 

oymağı  rolunu 



oynayır. 

Çıxıntının  yerləşdiyi  müstəvi  valın  oxuna 

nisbətən  maili  yerləşir.  Yastığın  xarici  üzüyü 

qola malikdir. Qol yalnız  valın oxundan keçən 

müstəvi  üzərində  hərəkət  edə  bilir.  Onun 

sərbəst  ucu  oymağa  keçirilir  və  valın  oxuna 

paralel istiqamətdə  müəyyən  parçada  irəli-geri 

hərəkət  edir.  İrəli-geri  hərəkətin  sayı  valın 

dövrlər sayı ilə mütənasibdir. Həkətin amplitu-

dası  yastığın  maillik  bucağı  və  qolun  uzun-

luğundan  asılıdır.  Yırğalanan  yastıqlar  →əl 

burğulama maşınlarında geniş tətbiq olunurlar. 

Burada  onların  funksiyası  fırlanan  burğu 

alətinə  əlavə  olaraq  irəli-geri  hərəkəti  vermək 

və  bununla  çətin  emal  olunan  materialların 

deşilməsinə şərait yaratmaqdır (şəkil 2). 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Yığalanan yastıq 

 

 



 

Şəkil 2. Əl burğuluma maşını 

 

(alm.  schwingender  Lager,  ingl.  Oscillating  bea-



ring

 

Yırğalanan presləmə zamanı ştempel itələyici 

ilə birlikdə yırğalanma hərəkəti icra edir. Emal 

zamanı →presləmə və diyirləməklə əzmə kom-

binasiya olunmuş şəkildə tətbiq olunur.  

Yırğalanma sayəsində ştampın yuxarı hissəsi 

pəstahla  yalnız  kiçik  bir  sahədə  təmasa  girir 

(şəkil  1).  Alətin  yaratdığı  təzyiq  səth  üzrə 

sabitdir və pəstah materialının axıcılıq həddini 

azca  üstələyir.  Bu  onunla  izah  olunur  ki, 

yırğalanma  nəticəsində  pəstahla  alət  arasında 

sürtünmə  azalır.  Ənənəvi  presləmə  ilə  müqa-

yisədə  işçi  qüvvəsi  5

÷

10  dəfə  az  olur.  Radial 



istiqamətdə  yuxarı  alət  hissəsi  tərəfindən  ya-

radılan  material  axını  ona  gətirib  çıxarır  ki, 

material  formanın  alt  hissəsində  olan  boş-

luqlara asanca axır.  




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə