Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə186/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   182   183   184   185   186   187   188   189   ...   211

Yırğalanan presləmə  

 

368 


 

Yırğalanan  ştamp  hissəsi  əyilməyə  məruz 

qaldığından,  dərin  konturların  aşağı  ştamp 

hissəsində  yerləşdirilməsi  məqsədəuyğundur. 

Emal  zamanı  yaranan  bir  tərəfli  yükləmədən 

dönmənin  qarşısını  almaq  üçün  onun  hün-

dürlüyü  ilə  diametri  arasında  nisbət  məhdud-

laşdırılır:  h/d  ≤  0,5.  Ona  görə  də,  bu  üsulla 

yastı  və  mürəkkəb  formaya  malik  hissələrin 

hazırlanması əlverişlidir (şəkil 2). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Yırğalanma presinin en kəsiyi 

a-aşağı hissə, b-pəstah, c-itələyici, d-yuxarı hissə, e-

itələyici, f-presləmə çərçivəsi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil  2.  Yırğalanma  presləməsi  ilə  hazırlanmış 

hissələr 

 

(alm. das Taumelpressen, ingl.



 

Orbital forming ) 

Yırğalanan  şaybalı  nasos  mexaniki  enerjini 

hidravlik  enerjiyə  və  əksinə  çevirən  maşındır. 

Nasosun  əsas hissəsini  yırğalanan  şayba  təşkil 

edir.  Porşenlər  yaylar  vasitəsilə  şaybanın  üzə-

rinə  söykənirlər.  Valda  oturdulmuş  şayba 

döndükdə  o,  vəziyyətdən  asılı  olaraq  nasosun 

porşenlərini  ardıcıl  olaraq  irəli-geri  hərəkətə 

gətirir.  Şaybanın  vəziyyəti  dəyişmədiyindən 

nasosun  işçi  həcmi  də  sabit  qalır.  Dinamik 

baxımdan  rezonans  hallarının  qarşısını  almaq 

üçün porşenlərin sayı həmişə tək götürülür. 

  

  



 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Yırğalanan şaybalı nasosun sxematik təsviri 

1- işçi val, 2- yırğalanan şayba, 3-oxboyu  yastıq, 4-

porşen, 5-yay, 6-idarəedici ventil  

 

Nasosun  valı  döndükdə  aşağı  ölü nöqtəsində 



yerləşən  porşen  yuxarıya  hərəkət  edir  və  eyni 

zamanda  nasosun  oxu  boyunca  sürüşür.  Bu 

halda sorma baş verir. Eyni zamanda yuxarıda 

olan  porşen  aşağıya  hərəkət  edərək  silindrin 

kənarlarına  tərəf  irəliləyir.  Mayeni  vurma  baş 

verir.  Vurma icra  edən  porşenlər  öz aralarında 

bir  qanovla  əlaqələndirilirlər  və  birlikdə  yük-

sək təzyiq sahəsi yaradırlar. Bu halda sormada 

iştirak edən porşenlər də öz aralarında qanovla 

birləşərək  aşağı  təzyiq  sahəsini  əmələ  gəti-

rirlər.  Yuxarı  və  aşağı  təzyiq  sahələri  bir-

birindən təcrid olunurlar. Porşen yüksək təzyiq 

sahəsindən  aşağı  təzyiq  sahəsinə  keçdiyi 

nöqtəyə  yuxarı  ölü  nöqtəsi  deyilir,  əks  keçid 

baş verən yer isə aşağı ölü nöqtəsidir

Yırğalanan  şaybalı nasosların  üstün  cəhətləri 

bunlardan ibarətdir: 

 

Yüksək təzyiqdə işləmək qabiliyyəti, 



 

Yüksək dövrlər sayı. 

Çatışmayan cəhətləri isə bunlardır: 

 

Konstruksiyanın  mürəkkəbliyi  əsasında 



etibarlığının aşağı olması, 

 

Baha başa gəlməsi. 




Yırğalanan şaybalı nasos  

 

369 


 

 

(alm. 



die Taumelpumpe

, ingl. 


Wobble  pump

 



Yırğalanan  yayma  üsulu  hissələrin  yırğa-

lanan    diyircəklər  vasitəsilə  emalına  əsaslanır. 

Yırğalanan diyircəyin hər dəfə pəstaha girməsi 

ilə  kiçik  material  həcmi  dalğa  şəklində  yığılır 

(şəkil  1).  Proses  icra  olunan  xüsusi  qurğuda 

işçi diyircək və onun üçün dayaq rolunu oyna-

yan  digər  diyircəklər  yırğalanan  qolda  bərki-

dilirlər.  Qol  bir  eksentriklə  bir  başa,   digər  tə-

rəfdən  isə  ikinci  eksentriklə  dolayı  yolla  əla-

qədə  olur.  Hər  iki  eksentrikin  hərəkəti  yırğa-

lanan qolu müəyyən trayektoriya üzrə hərəkətə 

məcbur  edir.  O,  işçi    diyircəklərin  qabağa  və 

geriyə hərəkətlərini təsvir edir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

Şəkil 1. Yırğalanan yayma  qurğusu 

 

Diyircək  qabağa  hərəkət  etdikdə,  təzyiq  al-



tında deformasiya baş verir. Eksentriklər diyir-

cəklər  bərkidilmiş  qolu  elə  hərəkət  etdirir  ki, 

prosesin  sonunda  çıxışda  işçi  diyircəklər  pəs-

tahın  səthinə  paralel  yerləşirlər.  Bu  yolla  pəs-

tahın səthi işçi diyircəklər tərəfindən sığallanır 

və köməkçi diyircəklər havada qalır. 

 

(alm.  das  Schwingwalzverfahren,  ingl.  Oscillating 



shaping method

Yırğalanan zəncir ötürməsi →poliqon effekti 

və  ya  periodik  olaraq  aparan  və  ya  aparılan 

maşın tərəfindən verilən fırlanma  impulsu  sa-  

yəsində  yaranan  ötürmə  formasıdır.  Bu,  o 

halda  yaranır  ki,  həyacanlandırıcı  impulsun 

tezliyi  sərbəst  halda  olan  zəncirin  məxsusi 

tezliyi  ilə  üst-üstə  düşsün  (şəkil  1).  Bu  halın 

qarşısını  almaq  üçün  zəncir  çox  vaxt  sürüşmə 

kötükləri üzərində oturdulur. 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Zəncir ötürməsində yırğalanma 

 

(alm. die Kettenschwingung,  ingl. Chain drive ) 



 

Yiv 



 Yiv birləşməsi 



 

Yiv  bərkitmə üsulu yığma zamanı yiv birləş-

məsində  lazım  olan  sıxıcı  qüvvəsinin  yara-

dılmasını təmin etmək üçün tətbiq edilir. Sıxıcı 

qüvvə  bərkitmə  zamanı  yivin  uzanmasının, 

başlığın  deformasiyasının  və  ya  bərkitmə  za-

manı  yaranan  momentin  qiymətinin  ölçülməsi 

ilə lazımi qiymətə gətirilə bilər. 

Əl  ilə  bərkitmədə  yaranan  sıxıcı  qüvvənin 

qiyməti  işçinin  hiss  və  təcrübəsindən,  açarın 

növündən  asılıdır.  Moment  açarlarla  bərkit-

mədə  buraxılabilən  dartma  momenti  əvvəlcə-

dən hesablanır və ya da bolt başlığı (qaykanın) 

ilə  hissə  arasındakı  sürtünmə  ədədi  və  lazımi 

sıxıcı  qüvvənin  qiymətindən  asılı  olaraq  nor-

mativ cədvəllərindən seçilir. 

Yivin  uzanmasını  və  ölçmə  ilə  bərkitmədə 

yaradılan  qüvvənin  qiyməti  ölçmə  dəqiq-

liyindən  asılıdır.  Yivin  ilişmə  uzunluğu  böyük 

olduqca xəta az olur. Bu üsul deşikdən bir başa 

keçən  boltlarda  özünü  doğruldur.  Yivli  birləş-

mənin hidravlik  sıxma  ilə  bərkidilməsi,  boltun 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə