Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə194/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   190   191   192   193   194   195   196   197   ...   211

Yönəldici   

 

384 


 

Yönəldici  dəzgahlarda  və  ya  ölçmə  maşınla-

rında  hərəkətli  hissələr  (stol,  support  və  s.)  

üçün  dayaq  rolunu  oynayaraq,  onların  qovuş-

ma  xətləri  ilə  təmasa  girir  və  onların  verilmiş 

trayektoriya üzrə hərəkətini təmin edir (

şəkil 1


).  

Yönəldicilər sürtünmə və ya sürüşmə prinsipi 

ilə işləyirlər. Onlar dəqiq profilə malik olmalı, 

titrəməyə və  yeyilməyə qarşı yüksək davamlıq 

göstərməlidirlər.  Yönəldicilərin  üzünömürlüyü 

işçi  səthlərin  aşağı  kələkötürlüyə  və  yüksək 

bərkliyə  malik  olması,  yağlama  intensivliyi  və 

istismar  müddətində  düzgün  qulluq  edilməsi 

ilə  təmin  edilir.  Yönəldicilər  adətən  araboşlu-

ğunu  daimi  tənzimləyən mexanizmlərlə təchiz 

olunurlar  ki,  bununla  da  yeyilməni  kompen-

sasiya etmək olur.   

 

  

 



Şəkil 1. Dəzgahda tətbiq olunan yönəldici 

 

(alm. die Führung, ingl. Guideway



 

Yönəldici  arabacığı  maşın  və  ya  mexanizm 

düyümü olub, üzərində bir neçə hissəni yönəl-

dici  boyunca  aparır.  Metalkəsən  dəzgahlarda 

arabacıqlar supportun aşağı hissəsinə bərkidilir 

və  yönəldicilər  boyunca  hərəkət  edir.  Karusel 

və yonma dəzgahlarında arabacıqlar eninə tirdə 

yerləşir  və  ya  konsol  üzərində  stolun  hissəsi 

olub,  onun  yönəldicilər  boyunca hərəkətini  tə-

min edir. Toxuma dəzgahlarında, yazı maşınla-

rında və velosipedlərdə də bu arabacıqların tət-

biqinə rast gəlinir.   

Dəzgahlarda tətbiq olunan arabacıqların daxi-

lində  xüsusi  sürüşən  diyircəkli  sistem  yerləş-

dirilir.  Hərəkət  zamanı  yastıq  kürəcikləri  uy-

ğun  daxili  yuva  üzrə  diyirlənərək  sürtünməni 

azaldır və hərəkətin səlisliyini artırır  (şəkil 1). 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Yastıqlı arabacıq 

 

(alm. die Führungswagen, ingl. G



uide carriage

 ) 


 

Yönəldici mexanizmlər bir nöqtəsi çevrə üzrə 

hərəkət  etdikdə  digər  nöqtəsi  düzxətt  üzrə  hə-

rəkət  edən  →mexanizmdir.  Bu  mexanizmlərin 

işlənməsi  Vatt  tərəfindən  gündəmə  gətirilmiş-

dir.  O,  porşen  qolunun    düzxətli  hərəkətini 

çarxda  bərkidilmiş,  çevrə  üzrə  hərəkət  edən 

koromıselə  ötürmək  üçün    belə  bir  mexanizm 

üzərində  düşünmüşdür.  Yönəldici  mexanizm-

lər →maşınqayırmanın sonrakı inkişaf dövrün-

də  önəmli  rol  oynamışdırlar.  Yönəldici  mexa-

nizmlər dəqiq və təxmini olaraq iki növə bölü-

nürlər. Dəqiq mexanizmlər nəzəri cəhətdən də-

qiq  düzxətli  hərəkət  icra  etməlidirlər.  Aşağı-

dakı  dəqiq  mexanizmlər  mövcuddur:  Qarp 

antiparaleloqramı, 

Poselye  –Lipkin  mexa-



nizmi, Brikar mexanizmi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Çebışev mexanizmi 


Yönəldici mexanizmlər 

 

385 


 

 

Təxmini  mexanizmlərin  bir  nöqtəsi  çevrə 



üzrə döndükdə onun başqa bir nöqtəsi təxmini 

düz  xətt  üzrə  yerdəyişmə  icra  edir.  Bu  meyil-

lənmə  o  qədər  azdır  ki,  praktikada  çox  vaxt 

təxmini yönəldici mexanizmlərdən istifadə edi-

lir.  Çünki,  bu  mexanizmlərin  hazırlanması  

asan başa gələndir. 

Şəkil  1-də  Çebışev  mexanizmi  göstərilmiş-

dir.  Mexanizmin  A nöqtəsi  çevrə  üzrə hərəkət 

etdikdə,  B  nöqtəsi  düzxətli  hərəkəti  icra  edir.  

Bunun  üçün    əsas  şərt  kimi  qolların  aşağıdakı 

nisbəti vacibdir: OC=AC=64, OD=25, AD=11. 

ACB bəndi düzdür və C nöqtəsində əyilmir. O 

və D oynaqları tərpənməz yerləşirlər. 

 

(alm. das Lenkgetriebe, ingl. 



Guiding mechanismus)

  

 



Yuma  maşın  hissələrini  yığmadan  öncə  metal 

tozları,  kiçik  yonqar  qırıqları,  sürtmə  ma-

teriallarının  qalıqları,  abraziv  toz  və  bu  kimi 

qalıqlardan  təmizlənməsi  üçün  tətbiq  olunur. 

Onların  bu  yolla  hissənin  deşiklərinə  və  ya 

kanallarına  düşməsinin  və  maşınların istismarı 

zamanı  hissələrin  vaxtından  əvvəl  yeyilməsi-

nin qarşısı alınır.   Maşın hissələrinin yuyulma-

sı  çox  əməktutumlu  prosesdir  və  hazırlamaya 

sərf olunan vaxtın 10%-ni təşkil edir. 

Yumaq üçün əsasən aşağıdakı üsullardan isti-

fadə olunur: 

 

Kimyəvi  (hissəni mayedə  batırma  və  üzvi 



məhlulların köməyi ilə şırnaqla yuma), 

 

Elektrokimyəvi (elektrolitdə sakit halda və 



ya məcburi həyacanlandırma ilə), 

 

Ültrasəs.  



Maşın  hissələrinin  səthində  olan  rəng  və 

antikorroziya  yağlarının  qalıqlarının  və  digər 

bərk  çirklər    mexaniki  olaraq  əllə  fırçanın kö-

məyi  ilə  kənarlaşdırılır,  yuyulur  və  sonda 

sıxılmış  hava  ilə  təmizlənir.  Dəqiq  birləş-

mələrin  yığılmasında  hissələrin  yuyulması  hər 

düyümün yığılmasından öncə aparılır. Bununla 

bərabər  bu  hissələrin  və  yığılmış  düyümlərin 

xüsusi  yuma  yerlərinə  aparılması  çətindir. 

Buna  görə  də,  bir  çox  zavodlarda  bu  və  ya 

digər  düyümlərin  yuyulması  üçün  nəzərdə 

tutulmuş yuma dolabları yığma sahəsinə yaxın 

yerləşdirilir.  Belə  bir  dolab  şəkil  1-də 

göstərilmişdir.  Mexaniki  açılıb-örtülən  qapağa 

(1) malik bu dolab iki yönəldiciyə (2) malikdir.  

Bu  yönəldicilərə  yığma  düyümünə  sazlana 

bilən  kassetlər  yerləşdirilir.  Kassetlər  uyğun 

ucluqlara  və  kanallara  malikdirlər.  Yuyulan 

yığma  vahidi  kassetdə  oturdulub   dolaba  daxil 

edilir. Yuma maşını işə düşdükdə dolaba yuyu-

cu məhlul daxil olur.

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Şəkil 1.  Universal yuma dolabı 

 

Seriyalı  və  kütləvi  istehsalda  düyümlər  işçi 



personalın  iştirakı  olmadan  xüsusi  yuma  ma-

şınlarında  (birkameralı,  ikikameralı  və  üç-

kameralı)  yuyulur.  Kütləvi  istehsalda  böyük 

sayda  istehsal  olunan  eyni  tipli  yığım  düyüm-

lərinin  yuyulması üçün mexanikləşdirilmiş yu-

ma  maşınlarından  istifadə  edilir.  Şəkil  2-də 

diyirlənmə  yastıqların  yuyulması  üçün  maşın 

təsvir  edilmişdir.  Yastıqlar  ağızlığa  (1)  dol-

durulur  və  oradan  zəncir  üzərində  bərkidilmiş 

tutucu  barmaqlarla  (2)  götürülür.  Zəncir  üzə-

rində hərəkət edən yastıqlar cərgə ilə düzülmüş 

ucluqların  (3)  altından  keçdikdə  onlar  maye 

şırnağı ilə yuyulur. Təzyiq altında verilən məh-

lul  yastığın  xarici  üzüyünü  gah  bir,  gah  da  o 

biri  tətəfə  fırladır.  Yuyulmuş  yastıqlar  yeşiyə 

(4)  atılır.  İstifadə  edilmiş  maye  aşağıdan  çənə 

(5) axaraq süzgəcdən keçir və yenidən dövriy-

yəyə daxil edilir. 

Yuma  prosesini  aşağıdakı  mərhələlər  şək-

lində  təsvir  etmək  olar:  mayenin  mexaniki  tə-

siri, islatma, temperatur təsiri, hopma və yuma. 

Yuma  məhlulunun  tərkibi  təmizləmədə  böyük 

rol oynayır. Onlar çirk qatını yumşaldaraq onu 

əriyən  elementə  çevirməli,  səthi  kifayət  qədər 

islatmalı,  məhlulun  səthə  yenidən  çökməsinə 

imkan verməməlidir. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə