Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə190/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   186   187   188   189   190   191   192   193   ...   211

Yol maşınları  

 

376 


 

və  s.).  Yol  maşınlarının  quruluşu  onların  ye-

rinə yetirdikləri işlərdən asılı olur. Bu maşınlar 

həm  əsas  işlərin,  həm  də  köməkçi  və  təmir 

işlərinin  yerinə  yetirilməsində  geniş  tətbiq 

olunurlar.    

(alm.  die  Strassenbaumaschinen,  ingl.  Road-buil-

dung machinery

 

Yol  ölçmə  sistemi  rəqəmli  idarə  sisteminə 

(→NC)  malik  dəzgahlarda  hərəkətli  hissələrin 

faktiki  vəziyyətini  müəyyən  edib,  idarə  sis-

teminə  ötürən  elektromexaniki  sistemdir.  Yol 

ölçmə  sistemləri  aşağdakı  kimi  fərqləndiri-

lirlər: 


 

Siqnalın növünə görə: analoq və rəqəmli, 

 

Ölçmə üsuluna görə: mütləq və nisbi, 



 

Ölçmə yerinə görə: birbaşa və dolayı, 

 

Ölçmə  parametrlərinin  qəbuluna  görə: 



xətti və fırlanma. 

Bir  başa  ölçmədə  senzorlar  dəzgahın  irəli-

geri  hərəkət  edən  xizəklərində  bərkidilir. 

Dolayı  ölçmə  isə  daha  çox  fırlanma  hərəkəti 

icra  edən  hissələr  üçün  səciyyəvidir.  Burada 

hərəkətli hissə ilə ölçmə sistemi arasında aralıq 

bənddən (dişli çarx ötürməsi) istifadə edilir. Bu 

bəndin  qeyri-dəqiqliyi  ölçməyə  təsir  etdi-

yindən  bir başa ölçmə daha dəqiqdir. 

Şəkil 1-də mütləq və nisbi ölçmə üsullarının 

fərqi  göstərilmişdir.  Mütləq  ölçmədə  yol  hə-

mişə  əvvəlcədən  müəyyən  edilmiş  nöqtəyə 

əsasən  təyin  edilir.  Konstruksiya  vaxtı  sərt 

qoyulmuş  başlanğıc  nöqtə  -dəzgahın 



sıfır  nöqtəsi  (P0)  həmişə  dəyişməz 

qalır və dəzgah işə salındıqdan dərhal 

sonra  onun  qiyməti  məlum  olur.  

Nisbi ölçmədə isə yerdəyişmə həmişə 

ani  vəziyyətdən  hesablanır  və  buna 

görə  də  müxtəlif  yol  qiymətləri  əldə 

edilə bilir.  

Bu  məqsədlə  tətbiq  edilən  xətkeşin 

bir  tərəfində  yerləşmiş  mənbədən 

verilən  işıq  hərəkət  zamanı  şüşənin 

şəffaf yerindən keçir, qara xətlər olan 

yerdən  isə  keçməz  qalır  (şəkil  2).  Beləliklə, 

hərəkət  zamanı  şüşə-xətkeşin digər tərəfindəki 

fotoelementə  düşən  işıq  şüalları  impulsa 

çevrilərək  dəzgahın  idarə  sisteminə  ötürülr. 

Xətkeş  üzrə  çəkilmiş  qara  xətlər  arasındakı 

məsafə məlum olduğundan  dəzgah- 

 

da  qət  edilən  yolun  uzunluğunu  siqnalların 



sayına  uyğun  hesablamaq  mümkündür.  Təsvir 

olunmuş üsul fırlanmaya da olduğu kimi tətbiq 

edilir.  Fırlanan  hissələrdə  şüşə-xətkeş  dairəvi 

şəkildə hazırlanır. Ölçmə sistemlərinin impuls-

ları  oxuma  sürəti,  dəzgahın  sürətini  məh-

dudlaşdırır. İstilikdən genişlənmə əmsalı polad 

ilə  müqayisə  oluna  biləcək  şüşə  xətkeşlərdən 

istifadə  edilməklə  1  mkm  ölçmə  dəqiqliyini 

əldə etmək mümkündür. Rəqəmli-nisbi sistem-

lər  həm  də  dual  kodlaşdırmanın  (Gray-Code)  

köməyi ilə yol və ya bucaq yerdəyişmələrin bir 

mənalı  olaraq  təyininə  imkan  verir.  Fırlanma-

rəqəmli-nisbi sistemlərə əsasən 

servomühər-



riklərin idarəsində rast gəlinir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Mütləq və nisbi ölçmə 

Şəkil  2.  İşıqlandırma  üsulu  ilə  işləyən  nisbi  ölçmə 

üsulu 

1-işıq mənbəyi. 2-kondensator, 3-miqyas xətkeşi, 4-

istinad  nişanı,  5-  oxuma  toru,    6-oxuma  lövhəsi,  7-

silisium fotoelementi 

 

Hal-hazırda  işləyən  yol  ölçmə  sistemlərinin 



əksəriyyəti rəqəmli-nisbi üsula malikdirlər. Bu


Yol ölçmə sistemi 

 

377 


 

 

üsulun  əsas  mahiyyəti  miqyas  xətkeşlərini 



işıqlandıraraq  ondan  keçən  işıq  siqnallarının  

qarşı  tərəfdəki  qəbuledici  ilə  tutulub  sayılma-

sından ibarətdir (şəkil 2).  

Analoq ölçmə onunla fərqlənir ki, hər ölçmə 

anında parametrə bir ölçmə siqnalı uyğun gəlir. 

Sadə  halda,  elektrik  keçiricisinin  uzunlu-

ğundan  asılı  olaraq  cərəyan  müqavimətinin 

dəyişməsindən ölçmə siqnalının alınması üçün 

istifadə  edilir.  Praktikada  belə  qurğu-poten-

siometr məlumdur. Bu üsulla ölçmənin incəliyi 

aşağı  olduğundan  ona  yalnız  böyük  yerdə-

yişmə addımlarında rast gəlinir.   

Şəkil 3-də xətti-irəli geri hərəkət edən ölçmə 

sisteminin konstruktiv təsviri verilmişdir. Xətti 

hərəkətə  malik  dəzgah  hissələrində  ölçmə  sis-

temlərinin  quraşdırılması  dəqiqlik  baxımından 

və  onun  istehsal  şəraitində  səlis  işləməsi  üçün 

bir  çox  tədbirlərin  görülməsi  vacibdir.  Ölçmə 

sisteminin  yerləşdiyi  yerlər  xüsusi  materialla 

kipləşdirilir  ki,  oraya  maye,  toz  və  yonqar 

qırıntıları düşməsin.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

Şəkil 3. Qapalı fotoelektrik uzunluq ölçmə sistemi 

 

Ölçmə  sisteminin  xətası  kalibrləmə  yolu  ilə 



aradan  qaldırılır.  Dəzgahın  faktiki  qət  etdiyi 

yol kənardan ölçüldükdən sonra, onun qiyməti 

dəzgahın 

yol 


ölçmə 

sisteminin 

verdiyi 

qiymətlə  müqayisə  edilərək  əldə  edilən  fərq 

idarə  sistemi  tərəfindən  avtomatik  kompensa-

siya edilir. 

 

(alm.  das  Wegmessystem,  ingl.  Position  measuring 



system

  

Yonqar emal olunan pəstahdan mexaniki emal 

zamanı ayrılan  material hissəciyidir.  Yonqarın 

əmələgəlməsi  plastiki  proses  olub,    alətin  tili-

nin materiala girməsi ilə baş verir.  Bu prosesin 

gedişi kəsmə rejimi, sərf olunan enerji, ayrılan 

istiliyin  miqdarı  və  alətin  tilinin  qızmasından 

asılıdır.  Kəsmə  nəzəriyyəsinə  görə  yonqarlar 

lay  şəklində  formalaşır.  Alətin  tili  materiala 

daxil  olduqda  o,  qabaq  üzü  ilə  öncə  kəsiləcək 

qatı  sıxır,  əvvəlcə  elastiki,  sonra  isə  plastiki 

deformasiya  edərək  gərgin  hala  gətirir. 

Gərginliyin  qiyməti  daxili  ilişmə  qüvvələrini 

keçdikdə  material  qatı  qopmağa  başlayır  və 

alətin qabaq üzü 

θ

 bucağı altında OA xətti üzrə 



sürüşərək əsas materialdan ayrılır (şəkil 1 a).  

OA  xəttinə  sürüşmə xətti  deyilir, 

θ

  bucağına 



sürüşmə bucağı, sürüşmə xətti ilə kəskinin qa-

baq üzü arasında qalan bucağa isə təsir bucağı 

deyilir.  

Yonqarın əmələgəlməsinə ən güclü təsir edən 

→kəsmə  sürətidir.  Sürət  artdıqca  yonqar  səth-

dən  cəld  ayrılır  və 

deformasiya  vaxtı  kiçik 



olduğundan  tam  deformasiya  olunmamış  yon-

qarlar  əmələ  gəlir.  Nəticədə  yonqar  əmələ-

gəlmə zonasının eni həddsiz dərəcədə kiçilir.    

Yonqarın üç forması məlumdur: 

Qırıq yonqarlar kövrək materiallarını (çuqun, 

bərk tunc və s.) emal edərkən yaranırlar. Yon-

qarlar  əsasən  elastiki  deformasiyanın  təsi-

rindən  kövrək  materialın  qopması,  dağılması 

ilə formalaşır. Nəticədə səth kələkötür alınır. 

-  Pilləvari  yonqarlar,  polad  və  başqa  plastik 

metallardan  kəsmə  bucağı  böyük  olan  alətlə 

aşağı  kəsmə  sürətində  böyük  qat  çıxartdıqda  

yaranır.  

-  Bütöv  yonqarlar  möhkəmliyi  aşağı  olan 

plastik metalları kəsmə bucağı kiçik olan alətlə 

yüksək  kəsmə  sürətində  nazik  pay  çıxararkən 

alınır. 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə