Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə198/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   194   195   196   197   198   199   200   201   ...   211

Yüksək məhsuldarlıqlı emal  

 

392 


 

alətə  düşən  yükün  artmasına  gətirib  çıxarır. 

Buna  baxmayaraq,  bu  üsulu  HSC-yə  nisbətən 

xüsusi  hazırlanmış  alətlə  adi  dəzgahlarda  da 

yerinə  yetirmək  mümkündür.  Yüksək  kəsmə 

qüvvəsi  kələkötürlüyün  qiymətinin  artmasına 

səbəb  olur  və  nazik  divarlı  hissələrin  emalına 

imkan vermir. Minimal həddə yağlamaya ehti-

yac yoxdur, çünki kəsmədə yaranan istilik yon-

qarla kənarlaşdırılır. 

 

(alm.  die  Hochleistungszerpanung,  ingl.  High  Per-



formance Cutting) 

 

Yüksək sürətli frezləmə → Yüksək sürətli 

emal 

 

Yüksək sürətli emal (və ya HSC-dəzgahları) 



dəzgahları  ilə  mexaniki  emal  prosesini  adi 

emaldan fərqli olaraq azı 5 dəfə yüksək kəsmə 

sürətlərində  yerinə  yetirmək  mümkündür.  Bu, 

texnoloji sistemin tərkib hissələri olan dəzgah-

alət-pəstah-tərtibatın  bir-biri  ilə  qarşılıqlı  uz-

laşması  nəticəsində  əldə  olunur.  Müxtəlif  tət-

biq sahələri üçün nəzərdə tutulan dəzgah kons-

truksiyasına  yüksək  dinamiklik  və  kinematika 

baxımından  qoyulan  tələblər  yüksək  sürətli 

emal  (YSE)  dəzgahların  modul  tipli  hazırlan-

ması ilə ödənilmişdir. →Yüksək sürətli frezlə-

mə  texnologiyasının həyata keçirdiyi  texnoloji 

tapşırıqlardan  olan,  əlvan  metalların  təyyarə-

qayırmada  emalı  və  ya  ştampların  hazırlan-

masında  tablandırılmış  səthlərin  təmiz  emalı 

YSE-dəzgahlarının  geniş  spektrdə  hazırlanıb 

tətbiq  olunmasına  gətirib  çıxarmışdır.  Bu  dəz-

gahlarda diyirlənmə  yastıqlarına  malik 

yük-


sək  tezlikli  şpindellərin  tətbiqi  özünü  doğrult-

muşdur. Şpindellər  kəsmədə  tələb  olnan  gücü 

təmin  emtəklə  bərabər  satış  qiyməti  baxımın-

dan  da  əlverişlidirlər. Şpindeldə  alətlər  konus 

ucluqlu  tutqacların  köməyi  ilə  bərkidilirlər. 

Gediş  vintinə  malik  veriş  sistemləri  böyük 

sürətlərdə  yaranan  istiliyin  təsirindən  öz 

texniki həddinə tez çatırlar. Ona görə də YSE-

dəzgahların  veriş  sisemi  servo-xətti  mühər-

riklərlə təchiz olunur. Bu ötürmə sistemi böyük 

sürətlərdə (>100 m/dəq)  və 20÷30 m/san

2

  ara-



sında  yerləşən  təcillərdə  köməkçi  hərəkətlərin 

icrasına  imkan  yaradır.  Xətti  mühərriklərin 

tətbiqi  ilə  uzun  kinematik  zəncirə  ehtiyac 

qalmır  və  ötürmənin  qurulmasında  az  sayda 

komponentlərdən  istifadə  etmək    onun  sərtli-

yini  artırır.  Xətti  mühərriklərin  tətbiqi  dəzgah 

konstruksiyasında  uyğun  dəyişiklərin  aparıl-

masını tələb edir.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Yüksək sürətli frezləmə dəzgahı 

 

Dəzgahların  gövdələri,  titrəmələri  adi  çuqun 



gövdələrinə  nisbətən  6÷10  dəfə  çox  söndürən 

mineral töküklərdən  hazırlanır.  Onların  istilik-

keçirməsi polada nisbətən 25 dəfə çoxdur. Bö-

yük  dəzgahlarda  qaynaq  edilmiş  metal  konst-

ruksiyalardan istifadə edilir. Dəzgahların koor-

dinat  oxlarının  konsepti  - X,Y  və  Z  dekart 

koordinat  sisteminə  uyğun  hazırlanır.  O,  mü-

rəkkəb hissələrin emalına şərait yaratmaq üçün 

əlavə  olaraq,  eyni  zamanda  3  və  ya  5  koordi-

natlı emala imkan  verən dönən  stoll  və  başlıq-

larla təchiz olunur. →Paralel kinematikalı dəz-

gahlarda  isə  başqa  koordinat  sistemindən  isti-

fadə edilr. Burada oxların hərəkəti paralel yeri-

nə yetirilir.  

Adi  dəzgahlardan  fərqli  olaraq  paralel  ki-

nematikalı  dəzgahlarda  interpolyasiya  zamanı 

güclü kompyüterlərin və əlverişli alqoritmlərin 

tətbiqi  zəruridir.  Müasir  CNC  idarə  sistem-

lərində  splayn  interpolyasiyanın  və  əksəlaqə 

informasiya  axının  tətbiqi  ilə  sürətli  emalda 

səlis  xətti  hərəkəti  reallaşdırmaq  mümkündür. 

Məsələn  Sinumerik  840D  (Siemens  firması) 

tipli  idarə  sistemi  həmçinin  çevrəvi  hərəkət-

lərdə  kvadrant  keçidlərindəki  xətaları  əvvəl-

cədən  hesablayaraq  korrektə  etmək  imkanına 

malikdir. 




Yüksək sürətli emal dəzgahları 

 

393 


 

 

Proses  yüksək  sürətlərdə  aparıldığından  dəz-



gahda  təhlükəsizlik  texnikasının  tələbləri  də 

yüksəkdir.  Passiv  təhlükəsizlik  tədbiri  kimi 

dəzgahın işçi sahəsi şüşə pəncərəyə malik me-

tal lövhələrlə əhatə olunur. İş zamanı dəzgahın 

işçi  zonasına  daxil  olmaq  qadağan  olunur  və 

buna senzorlarla nəzarət edilir. 



 

(alm. die HSC-maschine, ingl. HSC-machine

 

Yüksək  sürətli  emal  materialların  emalında 

CNC idarə olunan dəzgahlarda yerinə yetirilən 

kəsmə  üsulu  olub,  alətin  yüksək  dövrlər  sa-

yında  və  bir  neçə  dəfə  böyüdülmüş  verişlərdə 

aparılması ilə səciyyələnir. Burada yonqar qatı 

adi  kəsmə  üsullarında  olduğundan  dəfələrlə 

kiçikdir.

 

Son  illərdə  maşınqayırma  texnoloğiyasında 



High  Speed  Cutting  (HSC)  kimi  tanınan 

yüksək  sürətli  emal  kağız  üzərində  mövcud 

olan  nəzəriyyədən  praktikada  geniş  tətbiq 

olunan  bir  texnologiyaya  çevrilmişdir.  Hələ 

keçən əsrin əvvəlində, 1929-ci ildə alman alimi 

Salomon  tərəfindən  Berlin  Texniki  Univer-

sitetində  ixtira  edilmiş  bu  texnologiya  uzun 

müddət bir nəzəriyyə kimi qalmışdır.  

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Laboratoriya  şəraitində  aparılmış  sınaqlar 



nəticəsində Salomon o dövrdə Taylorun kəsmə 

sürəti  ilə  alətin  davamlılığı  arasında  mövcud 

olan  asılılığını  təkzib  edən  başqa  bir  nəticəyə 

gəlmişdir. Taylor nəzəriyyəsinə görə mexaniki 

emal  zamanı  kəsmə  sürəti  artdiqca  kəsmə  za-

manı  yaranan  temperatur  və  qüvvə  də  artır. 

Bunun  nəticəsində  alətin  davamlılığı  aşağı 

düşür. Salomonun sınaqları isə başqa bir nəticə 

vermişdir,  yəni  kəsmə  sürəti  artdiqca  kəsmə 

zamanı  yaranan  temperatur  yalnız  bir  müddət 

artır, və sürətin sonrakı artımı onun azalmasına 

səbəb  olur  (şəkil  1).  Bununla  Taylor  nəzə-

riyyəsinin  yalnız  kiçik  bir  intervalda  düzgün 

olduğu göstərildi. Salomon öz sınaqlarını müx-

təlif  metallar  üzərində  aparmışdır:  polad-440 

m/dəq, brünc-1600 m/dəq, mis -2850 m/dəq və 

aliminium-16500  m/dəq.  Temperatur  ölçmə-

sinin  nəticələri  şəkil  1-də  kəsmə  sürətindən 

asılı olaraq göstərilmişdir. Göründüyü kimi, bu 

interval  materialın  fiziki  mexaniki  xassələ-

rindən asılı olaraq  dəyişir.  

Hər bir material üçün kəsmə sürətinin elə bir 

intervalı  mövcuddur  ki,  həmin  arada  verilmiş 

materialın emalı yüksək kəsmə  temperaturuna 

görə mümkün deyil. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

     emal  



olunmayan 

1600 



1200 

800 


400 

T

k



ə

s.

 °C 



Polad 

B

ə



rk x

ə

lit



ə

: 980°C 


Legirli 

x

ə



lit

ə

l



ə

Çuqun 



Bürünc 

Ə

lvan 



metallar 

Aliminium 

 

emal olunan 



emal  

olunan 


Stellit: 980°C 

Tezk


ə

s

ə



n al

ə



polad

ı

: 650°C 



Karbonlu polad: 

450°C 


39000 m/d

ə



600 

1200 


1800 

2400 


3000 

V

k



ə

s.

 , m/d



ə



Şəkil 1. Yüksək sürətli kəsmədə temperaturun dəyişməsi  




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə