Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə200/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   196   197   198   199   200   201   202   203   ...   211

Yüksək sürətli pardaqlama 

 

396 


 

çox  vaxt  dərin  yüksək  sürətli  pardaqlama  da 

adlandırırlar.     

Prosesin  yüksək  sürətlərdə  aparılması  tətbiq 

olunan  pardaq  dairəsinə  xüsusi  tələbat  qoyur. 

Pardaq  dairəsi  yüksək  dağılma  möhkəmliyi  və 

titrəmələri 

söndürmə 

xassələrinə 

malik 


olmalıdır.   Yüksək proses  təhlükəsizliyi  və  ki-

fayət  qədər  kəsicilik  qabiliyyəti  onun    tətbiq 

olunan  proses  üçün  uyğunluğunu  müəyyən 

edən  şərtlərdəndir.  Ona  görə  də,  bu  prosesdə 

ilk  növbədə,  yüksək  möhkəmlikli  birləşdirici 

əsasında  hazırlanmış,  yüksək  bərkliyə  malik 

abraziv materiallardan istifadə edilir.    

80÷120  m/s  arasında  yerləşən  sürətlərdə 

işlənilən pardaq dairəsinin çevrəvi sınma sürəti 

250  m/s-ə  bərabər  olur.  Birləşdirici  kimi 

keramika  və  bronza,    abraziv  material  kimi 

kubik bor nitrid və almaz geniş tətbiq edilir.  

Adi  pardaqlamada  əldə  edilən  nailiyyətlər 

qətran  əsaslı  korund  pardaq  dairələrinin  120 

m/s-yə  sürətlərdə  tətbiqini  mümkün  etmişdir. 

Bu  dairələrin  üstünlüyü  ucuz  olmaları  və  asan 

profilləşdirilmələridir. 

Dərin  pardaqlamada  olduğu  kimi  burada  da 

güclü  soyuducu  yağlayıcı  maye  sisteminə 

ehtiyac  vardır.  Yüksək  sürətlərdə  adətən  saf 

pardaqlama yağı tətbiq edilir. O, yüksək təzyiq 

(20  bar)  altında  dəqiqədə  100÷500  l  həcmdə 

kəsmə  zonasına  vurulur.  Eyni  zamanda 

dairənin  işçi  səthi  əlavə  olaraq  vurulan  maye 

ilə  yonqarlardan  təmizlənir.  Təzyiqi  20÷100 

bar  olan  soyuducu  yağlayıcı  maye  dairənin 

səthinə 

püskürdülür. 

Məqsəd 

dənəciklər 



arasında  piylənmə  effektini  zəiflətməkdir  ki, 

onun kəsicilik qabiliyyəti aşağı düşməsin. 

 

 

   



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1. Yüksək  sürətli  pardaqlamada  tətbiq  olunan 



soyutma sistemi 

(alm.  das  Hochgeschwindigkeitsschleifen,    ingl. 



Hihg speed grinding

 

Yüksək  tezlikli  (YT)  şpindel  mexaniki  emal 

prosesinin  yüksək  kəsmə  sürətlərində  apa-

rılması  üçün  böyük  dövrlər  sayına  malik 

şpindel mühərrikidir. Baş ötürmənin tərkib his-

səsi  olan  bu  mühərrik  daha  dəqiq  komponent-

lərdən təşkil  olunmuş,  xüsusi alət  bərkitmə  və 

soyuducu-yağlayıcı mayenin verilmə sisteminə 

malikdir (şəkil 1).  

İlk  dəfə  1970-ci  illərdə  Darmstadt  Texniki 

Universitetində  yüksək  sürətli  emal  üçün layi-

hələndirilmiş  elektromaqnit  şpindeli  dəqiqədə 

maksimal  35000  dövrlər  sayına  malik    idi. 

Praktikada  özünü  doğrultduqdan  sonra  o,  

sürətlə  yayılmağa  başlayır.  Hal-hazırda  diyir-

lənmə  və elektromaqnit yastıqlı YT mühərrik-

lərdən istifadə edilir.

      

 

 



 

 

 

 

 

 

Şəkil 1. Yüksək tezlikli şpindel mühərriki 

 

Diyirlənmə  yastıqları  ilə  təchiz  olunmuş 



şpindel  digərlərindən  ucuz  başa  gəlməsi, 

təhlükəsiz və böyük yükgötürmə qabiliyyəti ilə 

fərqlənir.  Çatışmayan  cəhəti  rotorun  diametri-

nin  məhdud  olması  və  bununla  bağlı  aşağı 

sərtlik,  titrəmənin  uzunömürlülüyə  təsiri  və 

məxsusi  tezliyin  zəif    sönməsindən  ibarətdir. 

Bundan  əlavə  YT-şpindellərin  fırlanma  mo-

menti  dövrlər  sayından  kəskin  asılıdır.  Onlar 

lazımi  momenti  yalnız  müəyyən  dövrlər 

sayından sonra alır və heç də tam dövrlər sayı 

diapozunu üzrə sabit saxlamır. Yəni sona yaxın 

momentin qiyməti aşağı  düşür  ki,  bu  da  dövr-

lər  sayının  diapazonundan  tam  səmərəli 

istifadə etməyə imkan vermir.   

Üstün  cəhəti  elektromaqnit  yastıqlı  elektrik 

mühərriklərini  aşağı  sürtünmə  momentinə, 

yüksək dövrlər tezliyi və böyük diametrə malik 

olmasıdir  (şəkil  2).  Bu  şpindellərlə  200000 

dövrlər sayını əldə etmək  mümkündür.  



Yüksək tezlikli şpindel  

 

397 


 

 

.        



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil  2.  YT-şpindelin  moment-dövrlər  say  diaqramı 

(Fişer firması) 

 

Şpindellərdə  təhlükəsizlik  işi  soyutma,  qida-



lanma, dolaqların qızması və yükləmə  senzor-

larla izlənir.  

Şpindelin emal zamanı təmin etdiyi dəqiqlik 

əsasən  alətin  şpindeldə  bağlanması  üsulu  və 

mexanizmin  dəqiqliyindən  asılıdır.  Frezləmə, 

burğulama,  zenkerləmə  kimi  emallarda  tətbiq 

olunan şpindellərdə alətlərin bərkidilməsi şpin-

delin  daxilində,  rotora  inteqrasiya  olunmuş 

sıxıcı  sistemlə  həyata  keçirilir  (şəkil  3).  Bu 

mexanizmlərdə  quyruq  hissəsi  konusvari  olan 

alət  tutqaclarının  bərkidilməsi  yayla,  açılması 

isə  hidravlik  və  ya  pnevmatik  yerinə  yetirilir. 

Yüksək  dövrlər  sayında  yaranan  mərkəzdən-

qaçma qüvvəsinin təsirindən şpindel sisteminin 

təşkiledicilərinin  deformasiyasını  və  radial 

vurmasını  azaltmaq  üçün  onların  həndəsi  for-

maları optimallaşdırılır və sonda tarazlaşdırılır. 

Müasir  YT  şpindellərdə  kəsici  alətərin  emal 

zamanı  daxildən  soyudulması  üçün  deşiklər 

nəzərdə tutulur. 

 

 

 



 

 

 



 

 

 

 

Şəkil  3.  Yüksək  sürətli  frezləmə  şpindelində  tətbiq 

olunan daxili sıxıcı mexanizmi 

(alm. die Hochfrequenzspindel, ingl. High Frequen-



cy Spindle ) 

 

Yüksək sürətli fotoqrafiya tez baş verən pro-

seslərin  (məsələn:  kəsmədə  yonqarın  əmələ-

gəlməsi) fotokamera ilə çəkilib  insan gözü ilə 

reallaşdırıla  bilən  formaya  salmaq  üçün  şəkil-

çəkmə  üsuludur.  Xüsusi  yüksəktezlikli  kame-

ranın  tətbiqi  ilə  proses  çəkilərək  aşağı  şəkil-

dəyişmə  (ŞD)  tezliyində  nümayiş  etdirilir. 

Yüksəksürətli  fotoqrafiya  qurğusu  aşağıdakı 

hissələrdən ibarətdir: 

 

 Obyektiv, 



 

Qapayıcı  mexanizm,  bu  işığın  obyektivə 

daxil olmasını tənzim edir, 

 

 Yaddaş, bu rəqəmli və ya sərt ola bilər, 



 

 Ötürmə mexanizmi. 

Nisbətən aşağı ŞD-ə mexanizmlərinin hərəkəti 

elektromotor mühərriklə yerinə yetirilir.  

Hal-hazırda bu məqsədlə tətbiq olunan kame-

ralar  rəqəmli  yaddaşa  malikdirlər.  Onlar  sa-

niyədə 500÷1000 şəkil çəkə bilirlər (müqayisə 

üçün:  normal  filmçəkmədə  bir  sanyədə  25  şə-

kil çəkilir). Rəqəmli kameralarda CCD (→Ka-

mera  ölçmə  texnologiyası)  və  ya  CMOS 

(“Complementary-symmetry/metal-oxide  semi-



conductor”,  yəni  “Metal  oksidli  tranzistorlu 

yarımkeçiricilərdə  komplementar  məntiq”) 

tipli senzorlardan istifadə olunur. Çəkmə sürəti 

bir başa alınan şəklin və ya filmin keyfiyyətinə 

təsir  edir,  çünki  kameranın  mikroprosessoru 

yalnız müəyyən həcmdə verilənləri yaddaşa ala 

bilir.  Ona  görə  də,  sürət  artdıqca  vahid  za-

manda  əldə  olunan  şəkillərin  sayı  azalır.  Ən 

son  kameraların  şəkil  elementi  2048×2048 

piksel  olsa  da,  sənayedə  1024×768  piksel  ilə 

işləyən  yüksəksürətli  kameralardan  istifadə 

olunur.

 

  



 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1.Yüksək sürətli kamera ilə çəkilmiş şəkil 


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə