Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə199/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   195   196   197   198   199   200   201   202   ...   211

Yüksək sürətli emal 

 

394 


 

Məsələn,  aliminium  üçün  bu  interval 

100÷400  m/dəq  arasında  dəyişirsə,  bürünc 

üçün 200÷1000 m/dəq arasında yerləşir  (şəkil 

2).  Onu  da  qeyd  etmək  lazımdır  ki,  sınaqlar 

güllə  vasitəsilə  verilmiş  sınaq  materiallarının 

üzərində,  kəsmə  prosesində  alətin  buraxdığı 

izə uyğun bir izin açılması ilə aparılmışdır.

     

Hələ  Salomon  tərəfindən  bu  nəzəriyyə  araş-



dırıldığı vaxtlarda məlum idi ki, yüksək kəsmə 

sürətinin  praktikada  effektiv  tətbiqi  üçün 

verişin proporsional olaraq artırılması lazımdır. 

Yalnız  bu  iki  parametrin  birlikdə  artirilması 

emal vaxtını azaltmağa və bununla məhsuldar-

lığı  artırmağa  imkan  verir.  HSC  texnologiya-

sının  praktikada  tətbiqi  üzərində  geniş  elmi 

tədqiqat işləri, Salomondan sonra, yalnız 50-ci 

illərin  sonunda  başlamışdır.  Əsas  işlər  kəsmə 

prosesinin yüksək sürətlərdə elmi əsaslarını ya-

ratmağa yönəlmişdir. Yüksək sürətlərdə mexa-

niki  emala  imkan  verən  lazımi  texniki  ava-

danlıq  olmadığına  görə  elmi  tədqiqat  işləri 

yalnız  laboratoriya  şəraitində  aparılırdı.  Buna 

misal  olaraq  1965-ci  ildə  Drezden  Texniki 

Universitetində görülmüş işləri göstərmək olar. 

Torna 

əməliyyatında  kəsmə  qüvvəsinin 



müxtəlif  kəsmə  sürətlərində  dəyişməsi  üzrə 

laboratoriya şəraitində alınmış nəticələr  

 

Şəkil 2. Müxtəlif materiallar üçün kəsmə sürətləri 

 

göstərmişdir  ki,  sürətin  artması  ilə  kəsmə 



qüvvəsi  müəyyən  bir  qiymətə  qədər  azalır  və 

sürətin  sonrakı  artımında  demək  olar  ki, 

dəyişməz qalır. 

Fərz  edilir  ki,  kəsmə  sürətinin  böyük  qiy-

mətlərində  yaranan  ani  temperatur  yonqarın 

çıxarılması  prosesini  asanlaşdırır,  ancaq  pəs-

taha  keçməyə  çatmır.  Bu  hal  nəzəri  cəhətdən 

hələ  bu  günə  kimi  bir  mənalı  olaraq  izah  edil-

məyib. 

Yalnız  CNC  idarə  sistemlərinin  yaranması, 



yüksək tezlikli şpindellərin və alətlərin perma-

nent  inkişafı,  həmçinin  dəzgahların  kons-

truksiyalarının  təkmilləşdirilməsi  nəticəsində 

HSC  emalın praktikada  tətbiqi  üçün  geniş  im-

kanlar açılmışdır.  

O  da  qeyd  edilməlidir  ki,  bu  texnologiyanın 

mexaniki  emalın  müxtəlif  növlərində  (əsasən 

torna  əməliyyatında)  sınaqdan  keçirilməsinə 

baxmayaraq  60-cı 

illərin 


sonuna  qədər 

praktikada  tətbiq  oluna  biləcək  səviyyədə  elə 

bir nəticə əldə edilməmişdir. Kəsmənin yüksək 

sürətlərdə aparılması məlum olduğu zamandan, 

bu  texnologiyanın  frezləmə  əməliyyatında 

daha  böyük  səmərə  verə  biləcəyi  məlum  idi. 

Çünki,  frezləmədə,  başqa  emal  üsullarından 

fərqli  olaraq,  kəsmə  sürətinin  artması  verişin 

proporsional  olaraq  artırılması  demək-

dir.  Bu  da  mexaniki  emala  sərf  olunan 

vaxtın  bu  üsulda  daha  kəskin  aşağı 

salınmasına şərait yaradır.   

Bu  səbəbdən  yüksək  sürətli  frezlə-

mənin inkişaf etdirilib, praktikada geniş 

tətbiq olunmasına maraq başqa üsullara 

nisbətən  daha  üstün  idi.  Hal  hazırda 

prosesin 

araşdırılması, 

CAD/ 

CAM/NC-proqramlaşdırması  və  ava-



danlığın  inkişafı  istiqamətlərində  elmi 

tədqiqat  işləri  davam  etdirilir.  Yüksək 

sürətli  frezləmənin  praktikada  tətbiqi 

göstərir  ki,  yüksək  sürətlər  alətin  key-

fiyyəti  ilə  bərabər  yastıqlar  və  idarə-

etmə  sisteminin  parametrlərindən  də 

güclü sürətdə asılıdır. Ona görə də, təd-

qiqat işləri iki istiqamətdə aparılır: pro-

sesin  məhsuldarlığını  artırmağa  imkan 

verən  texnologiyanın  işlənməsi  və 

kəsmə  sürətinin  yüxarı  sərhədlərinin  qaldırıl-

masına imkan verən avadanlığın inkişaf etdiril-

məsı.



Yüksək sürətli emal 

 

395 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil  3.  Radius  frezi  ilə  emalda  kələkötürlüyə  təsir 

edən parametrlər  

 

Yüksək  sürətli  frezləmənin  əyri  səthlərin 



emalında  tətbiqi  iki  məqsəd  daşıyır.  Birincisi 

ondan ibarətdir ki, verişin 5÷10 dəfə artırılması 

nəticəsində  təmiz  emalda  sətirlər  arasındakı 

məsafə azaldılaraq səthin dəqiqliyi artırılır. Bu 

zaman  emala  sərf  olunan  ümumi  vaxt  sabit 

qalır.  İkinci  halda  sətirlər  arasındakı  məsafə 

sabit  qalır,  uzununa  verişin  böyük  qiymətləri 

emal  vaxtının  kəskin  azaldılmasına  gətirib 

çıxarır. Bu və ya başqa strategiyanın seçilməsi 

hissənin  səthinə  qoyulan  tələblərdən  asılıdır. 

Yüksək  sürətli  frezləmədə  radius  frezləri  ilə 

emal  olunmuş  səthin  kələkötürlüyü  əsasən 

sətirlər  arasındakı  məsafədən  (B)  və  alətin 

radiusundan (R) asılıdır (şəkil 3). 



 

(alm. die Hochgeschwindigkeitsbearbeitung, ingl. 

High Speed Cutting (HSC)) 

 

Yüksək sürətli pardaqlama pardaq dairəsinin 

böyük dövrlər sayında  (V

d

>



60 m/s)  və  uyğun  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

olaraq  yüksək  pəstah  sürətlərində  aparılan 

→pardaqlama  üsuldur.  Üsulun  əsas  mahiyyəti 

ondan  ibarətdir  ki,  proporsional  yüksəldilmiş 

alət  və  pəstah  sürətlərində  kəsmə  qüvvəsi, 

həmçinin  kələkötürlük  və  forma  meyillənməsi 

dəyişməz  qalır.  Digər tərəfdən prosesin  böyük 

sürətlərdə  aparılması  vahid  zamanda  çıxarılan 

material  həcmini  artırır  və  bununla  emal 

vaxtını azaldır. Eyni zamanda səthin üz qatında 

istiliyin  təsiri  azalır.  Böyük  kəsmə  sürəti 

nəticəsində  kontakt  zonasında  sürtünmənin 

artması  dairənin  bərkidildiyi  şpindelə  düşən 

gücü də artırır.  

Yüksək  sürətli  pardaqlamanı  böyük  kəsmə 

dərinliyində  apararaq,  dərin  pardaqlamanın 

üstünlüklərindən  istifadə  etməklə  daha  böyük 

məhsuldarlığa nail olmaq olur. 30 mm-ə qədər 

kəsmə  dərinliyində  aparılan  dərin  müstəvi 

pardaqlamada  1000  mm

3

/s  -əyə  qədər  böyük 



həcmdə  material  çıxarılması  realdır.  Bu  üsulu 


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə