Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə187/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   183   184   185   186   187   188   189   190   ...   211

Yiv bərkitmə üsulu  

 

370 


 

ucunun  qaykadan  kənara  çıxmasını  tələb  edir 

ki, o burada tutula bilsin. Burada tətbiq olunan 

hidravlik  sıxma  qüvvəsi  birləşmədə  yaranan 

geriyə  itələmə  və  oturma  qüvvələrindən  çox 

olmalıdır.  

Bucaq  ölçmə  üsulu  ilə  bərkitmə  qaykanın 

bolta nəzərən  dönməsini  ölçməklə  yerinə  yeti-

rilir.  Bunun  üçün  əvvəlcədən  verilmiş  sıxma 

qüvvəsini  yaratmaq  üçün  lazım  olan  yivin 

uzunluğu  və  uyğun  olaraq  qaykanın  dönməsi 

təyin  edilməlidir.  Hesabatda  yiv  gövdəsinin 

möhkəmlik  həddindən  istifadə  etmək  məq-

sədəuyğundur.  Dönmə  bucağının  başlanğıc 

qiymətini  tapmaq  üçün  əvvəlcə  yiv  buraxı-

labilən yükləmənin 35%-i qədər moment açarı 

ilə dartılır. Bundan sonra qayka lazım olan bu-

caq qədər döndərilir.  



 

(alm. das Schrauben-Anziehverfahren, ingl. Screws 



attraction procedures

 

Yiv  birləşməsi  başqa  birləşmə  elementlərinə 

nisbətən  daha  geniş  yayılmış  və  müxtəlif  pro-

fillərə  malik  olan,  maşınqayırmada  ən  çox 

tətbiq  olunan  birləşdirmə  üsuludur.  Bu  birləş-

mədə iki və daha artıq hissələr daxili və ya xa-

rici  yivlərin  köməyi  ilə  söküləbilən  birləş-

dirilir.  Yivli  birləşməyə  bolt,  vint  və  sancaq 

birləşməsi daxildir (şəkil 1).  

Yivli  birləşmələrin  başqa  birləşmə  növlərinə 

nisbətən  üstün  cəhəti  onların  yüksək  texno-

lojiliyə,  qarşılıqlı  əvəzolunmaya,  universallığa 

və  etibarlığa  malik  olmasıdır.  Çatışmayan 

cəhətləri  iş  zamanı  öz-özünə  açılma,  birləşmə 

üçün  açılmış  deşiklərdə  gərginlik  konsentra-

siyası yaranmasından ibarətdir. 

 

 



 

 

 



 

 

 



 

           

 a) bolt                       b) vint                  c) sancaq 

Şəkil 1. Yiv birləşməsinin prinsipial təsviri   

 

Tətbiq  sahəsindən  asılı  olaraq    yivli  birləş-



məni təşkil edən elementlər fərqlənirlər:  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2. Yivlərin əsas profilləri 

a)  metrik  yiv,  b)  metrik  incə  yiv,  c)  Vitvort  yivi,  d) 

trapesiya yivi, e) mişar yivi, f) dairəvi yiv 

 

 



Bərkidici  vintlər  və  boltlarla  hissələrin 

söküləbilən birləşməsi,   

 

 Hərəkət  vintləri  fırlanma  hərəkətini  düz-



xətli  hərəkətə  çevirmək  və  ya  da  böyük 

qüvvə  yaratmaq  (məsələn:  vint  ötürməsi, 

ventillər, vint presləri, məngənə), 

 

Kipləşdirici  vintlər  vasitəsi  ilə  boşluqların 



bağlanması  (məsələn:  sürətlər  qutusu,  yağ 

çənləri, armaturlar),  

 

Tənzimləyici  vintlər  cihaz  və  alətlərin 



müəyyən  vəziyyətə  gətirilməsi  üçün  tətbiq 

olunurlar.  

Bu  birləşmənin  əsası  olan  yiv  silindrik  və 

ya  konusvari  səthlər  üzərində  vint  xətti  üzrə 

açılmış, bərabər  en kəsiyinə malik olan çıxıntı  

və  çökəkliklərdir.  Profilin  həndəsi  formasına 

görə  yivlər  üçbucaq,  trapesiya,  düzbucaq  və 

dairəvi  profilli,  vint  xəttinin  istiqamətinə  görə 

isə  sağ  və  ya  sol  yivlərə  bölünürlər.  Yivlərin 

profilləri standartlaşdırılmışdır (şəkil 2).  

Yivli  hissələri  bərkitmək  üçün  tətbiq  edilən 

sıxma  qüvvəsi  (F

sıx

)  başlıq  və  ya  qaykanın 



hissə  ilə  təmasda  olduğu  hissəsinə  və  yivin 

vidələrinə  ötürülür  (şəkil  3).  İş  prosesində 

səthlərdə  baş  verən  əzilmə  nəticəsində  yivli 

birləşmələrdə yaradılan ilkin sıxma qüvvəsi öz 

qiymətini  itirə  bilir.    Nəticədə  birləşmənin 



Yiv birləşməsi  

 

371 


 

 

funksiyası  pozulur.  Buna  görə  də,  yivli  birləş-



məni  layihələndirən  zaman  onun  möhkəmlik 

hesabatı aparılır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkli 3. İş zamanı  yivə təsir edən qüvvələr 

 

Yivə düşən qüvvələr nisbəti əvvəlcə yastı yiv 



üçün  tapılır  və  sonra  başqalarına  tətbiq  edilir. 

Burada yiv müəyyən mailliyə - yoxuş bucağına 

(φ)  malik  müstəvi  və  onun  üzərində  qaykanın 

hərəkəti istiqamətində sürüşən kiçik yük (cism) 

kimi təsvir edilir. Yivə təsir edən qüvvələr nis-

bəti oxboyu (F

ox

 ),  toxunan (F



t

) və normal (F

n



qüvvələr  ilə  sürtünmə  (F



s

)  qüvvələrinin  əvəz-

ləyicisi kimi bu cismə gətirilmiş qüvvə (F

g

)  ilə 



təsvir edilir.   

Yivdə (şəkil 3b) yük yuxarıya qalxan zamanı  

F

t

 = F



ox

·tan(φ+ρ), aşağıya düşən zaman isə F



F



ox

·tan(φ-ρ)  qüvvələri  yaranır.  φ<ρ  (sürtünmə 

bucağı)  olduqda  φ-ρ  qiyməti  və  uyğun  olaraq 

F

t



-nin  qiyməti  mənfi  olur  ki,  bu  da  yivin  öz-

özünə  əyləclənməsinə  səbəb  olur.    Yuxarıdakı 

düsturlardan  göründüyü  kimi  yivə  təsir  edən 

qüvvələr  nisbəti  yivin  profilindən  asılıdır. 

Metrik 

yivlərdə 



maillik 

bucağı 


böyük 

olduğundan burada daha çox sürtünmə yaranır. 

Ona  görə  də,  belə  yivlərə  daha  çox  bərkitmə 

yivləri  deyilir.  Mişar  və  trapesiya  formalı 

yivlərdə isə əksinə olaraq sürtünmə aşağı oldu-

ğundan  bunlara hərəkət yivləri deyilir.  

Yivi bərkitmək üçün lazım olan moment F

t

 –



yə əsasən hesablanır: 

)

tan(



2

2

2



2

ρ

ϕ +



=



=

d



F

d

F

M

s

t

yiv

 

 burada: F



sıx

  = F


t

 , d


2

 isə yivin orta diametridir.  

Bolt  birləşmələrində  yivi  etibarlı  bərkitmək 

üçün  əlavə  olaraq  bolt  və  qayka  ilə  birləşən 

hissələr arasında  yaranan  sürtünmə momentini 

nəzərə almaq lazımdır. 

 

(alm.  die  Schraubenverbindung,  ingl.  Screw 



connection

 

Y



iv  burğusu  əvvəlcədən  açılmış  deşiklərdə 

vintvari  yivin  kəsilməsi  üçün  tətbiq  edilir.  Bu 

alətlərin  adi  burğulardan  fərqi  ondadır  ki, 

onların  işlək hissəsi  bir  və  ya  bir neçə  düzünə 

və  ya  spiralvari  qanovlar  açılmış  vintə  bən-

zəyir  (şəkil  1).  Proses  zamanı  yiv  burğusunun 

dişləri  bir-birinin  ardınca  deşiyə  daxil  olaraq 

material  götürürlər  və  deşiyin  profili  onun 

formasına  uyğunlaşdırılır.  Yiv  burğularının 

əsas  növləri  aşağıdakılardır:  əl;  qayka  –  bir 

gedişdə  açıq  deşiklərdə  yivin  kəsilməsi  üçün; 

maşın  –  yuvalarda  yivkəsmə,  avtomat  və 

aqreqat  dəzgahlarda    yivkəsmə;  qanovsuz  - 

açıq  deşiklərdə  yivkəsmə  ;  avtomat  –  qay-

kakəsən  avtomatlarda  yivlərin  kəsilməsi; 



plaşka  və  ana-  dairəvi  plaşkalarda  daxili 

yivlərin  kobud  və  təmiz  emalı  üçün  tətbiq 

edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Yiv burğusu 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə