Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə188/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   184   185   186   187   188   189   190   191   ...   211

Yiv burğusu  

 

372 


 

Yiv  burğuları  ilə  diametri  1÷52  mm  olan 

yivləri  açmaq  mümkündür.  Kəsici  hissəsi 

tezkəsən  alət  poladından  hazırlanır.  Yiv  bur-

ğuları  işlək  hissədən,  kəsici  və  kalibrləyici 

hissədən  ibarətdir.  Kəsici  hissədə  1,5÷5  yiv 

vidəsi  olur  ki,  bunlar  da  emalda  əsas  işi 

görürlər.  Kalibrləyici  hissə  aləti  istiqamətlən-

dirməklə bərabər kəsilmiş yivi təmizləyir.  

 

(alm. der Gewindebohrer, ingl. Tap ) 



 

Yivaçma  maşın  hissələrinin  daxili  və  xarici 

səthlərində  silindr,  üçbucaq,  dördbucaq, trapes 

və  yarımdairəvi  profillərdə  yivlərin  açılması 

üçün tətbiq edilən üsuldur. Yivləri emal etmək 

üçün  bir  sıra  üsullar  tətbiq  edilir.  Bu  üsullar 

yivin  emalında  işlədilən  kəsici  alətin  konst-

ruksiyasından  asılı  olaraq  bir  çox  mexaniki 

emal  üsullarını  əhatə  edir.  Buraya  torna  ilə 

yivkəsmə,  yivburğulama,  yivfrezləmə,  plaş-

kalar  ilə  yivaçma  daxildir.  Kiçik  profilə  və 

yüksək  dəqiqliyə  malik  yivlər  bir-başa  pardaq 

dairəsi  ilə  aparılır.  Seriyalı  istehsalda  yiv 

profilini diyirləmə ilə də emal edirlər. 

 

(alm. das Gewindeschneiden, ingl.  Threading



 

Yivfrezləmə  pəstahın  səthində  eyni  zamanda 

həm  çevrəvi,  həm  də  uzununa  verişlə  disk  və 

barmaq  frezlərin,  frez  başlıqlarının  köməyi  ilə 

yivin  kəsilməsi  üçün  tətbiq  edilən  mexaniki 

emal  üsuludur.  Bu  üsulla  böyük  ölçülü,  çox 

girişli  yivləri  və  nahamar  səthlərdəki  yivləri 

emal  etmək  olur.  Disk  frezləri  (

Disk  frezi) 



uzun  və  qısa  boylu,  amma  böyük  addımlı 

trapesiya profilli yivləri hazırlamaq üçün tətbiq 

edilir.  Alət  kəsmə  zamanı  elə  yerləşdirilir  ki, 

onun  oxu  yivin  yoxuş  bucağı  altında  olsun. 

Alətin  dişləri  elə  hazırlanır  ki,  eyni  zamanda 

işdə ikidən artıq diş iştirak edə bilsin. Bu, disk 

frezləri  ilə  yivlərin  bir  qaydada  frezlənməsini 

təmin edir və yiv təmiz alınır. 

Frez  başlıqları  əsasən  kiçik  addımlı  və  kiçik 

yoxuş  bucaqlı  qısa  yivləri  frezləmək  üçün 

tətbiq  edilir.  Başlıq  yanbayan,  bütöv  hazır-

lanmış  bir  qrup  dairəvi  frezlərdən  ibarətdir 

(şəkil  1a).    Bu  frezlərlə  həm  xarici,  həm  də 

daxili  yivləri  frezləmək  mümkündür.  Daxili 

yiv  frezlərinin  diametri  emal  olunan  yivin 

daxili diametrindən iki dəfə kiçik olur. 

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Yivfrezləmə 

a-disk frezi ilə, b- qrupp frezlərlə 

 

Çoxgedişli  yivləri  kəsmək  üçün  sonsuzvint 



yiv  frezlərindən  (

Sonsuzvint  frezi)  istifadə 



edilir.  Bu  əməliyyat  dişfrezləyən  dəzgahda 

aparılır.  Dəzgahda  frezlə  pəstahın  hərəkət  sü-

rətləri əlaqəndirilir.  

 

(alm. das Gewindefräsen,  ingl. Thread Milling ) 

 

Yiv  frezləmə  dəzgahı  çoxtilli  fırlanan  alətlə 

mexaniki  olaraq 

yivkəsmə  üçün  tətbiq 



olunur. Fırlanma və düzxətli veriş hərəkət alət, 

fırlanma verişi isə pəstah tərəfindən icra edilir. 

Yivin  qalxma  bucağını  dəqiq  təmin  etmək 

üçün alətin düzxətli və pəstahın fırlanma hərə-

kətləri  arasında  kinematik  əlaqənin    mövcud-

luğu  vacibdir.  Pəstahın  dönməsi  alət  tutqacını 

yiv  qalxımı  qədər  irəliyə  hərəkət  etdirir.  Bu 

əlaqə  müasir  CNC-dəzgahlarında  mikropro-

sessorlar tərəfindən reallaşdırılır. 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Uzun yivin frezlənməsi 

S-veriş, n

pəs

.-pəstahın dövrlər sayı, 



β

-qalxım bucağı 

 

Yivfrezləmədə  qısa  və  uzun  dəzgahlar 



fərqlənirlər.  Şəkil  1-də  uzun  yivlərin  frezlən-

məsi  prinsipi,  şəkil  2-də  isə  qısa  yivlərin 




Yiv birləşməsi  

 

373 


 

 

kəsilməsini  görmək  olur.  Uzun  yivlər  torna 



dəzgahlarında  həyata  keçirilən  üsula  oxşar 

olaraq emal edilirlər. Bu dəzgahlar gövdə, frez 

şpindelini  özündə  götürən  support  və  dal 

aşıqdan ibarətdir (şəkil 3).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Qısa yivlərin kəsilməsi 

a-pəstah,  b-alət,  V

c

-kəsmə  sürəti,  S



o

-pəstahın  aldığı 

dövrü veriş, S

uz

.-uzununa veriş 



 

Qısa  yivlərin  frezlənməsi  zamanı  pəstah 

yanaşı dişləri olan alətlə kəsilir. 60° dönmədən 

sonra  alət  yivin  lazım  olan  dərinliyi  qədər 

radial  veriş  alır.  Pəstahın  sonrakı  dönməsində 

yiv  tam  hazır  olur.  Yiv  qalxımını  əldə  etmək 

üçün  dəzgah,  üstündə  ya  pəstah,  ya  da  frez 

şpindeli  bərkidilmiş  xizəklə  təchiz  olunur. 

Bunun köməyi  ilə  oxboyu veriş verilir və yiv 

qalxımı təmin edilir.  

 

 

    



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 3. Yivfrezləmə dəzgahı  

 

(alm. die Gewindefräsmaschine, ingl. Thread 



milling

Yivyonma  torna  dəzgahında  fırlanma  oxuna 

paralel  verişlə  vintvari  kəsmə  əməliyyatıdır. 

Verişin  qiyməti  yivin  addımına  bərabər  gö-

türülür.  Yiv  xüsusi  profilə malik  kəski  alətləri 

ilə bir neçə gedişdə açılır. 

Kəsmə  zamanı  açılan  yivin  səthini  zədələ-

məmək  üçün  yiv  ilkin  olaraq  dərin  kəsmə 

dərinliyində  açılır  və  sonrakı  mərhələdə  dəqiq 

profilə  malik  alətlə  nazik  emal  payı  çıxart-

maqla sona çatdırılır.  

Trapesiya  formalı  yivlərin  kəsilməsi  zamanı 

səth  bir-birinin  ardınca  iki  alətlə  emal  edilir. 

Birinci alət yivin əsas formasını yaradır, ikinci 

alət isə profilin yan səthlərini emal edir. 

Yivyonmada  tezkəsən  alət  poladlarından  ha-

zırlanmış  yiv  kəskilərindən  başqa  bərk  xəlitəli 

xüsusi alətlərdən də istifadə edilir.  

Yivdiyirləmə  pəstahda  yiv  profilinin  profil-

yiv  başlığı  ilə  diyirlənərək  açılma  üsuludur. 

Burada diyircəyin  profili  yivin profilində ək-

sini daşıyır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Yivdiyirləmə 

a-yastı alətlə, b- dairəvi alətlə. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə