Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə182/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   178   179   180   181   182   183   184   185   ...   211

Yeyilməyə davamlıq  

 

360 


 

yilməyə  davamlığı haqqında məlumat    labora-

toriyada  real  yeyilmə  şəraitini  moddelləş-

dirməyə  imkan  verən  maşınlarında  sınaq  yolu 

ilə əldə olunur. 

 

(alm. die Verschleißfestigkeit, ingl. Wear resistance



 

Yığma  qəfəsi  dedikdə  avtomatik işləyən,  pəs-

tah  və  alət  təminatı  sistemləri  ilə  təchiz  olun-

muş    yığma məntəqəsi nəzərdə  tutulur.  Yerinə 

yetirilən  işin  əsas  məqsədi  bir  düyümü  və  ya 

məmulu tam yığmaqdan ibarətdir. Bütün funk-

siyaların  və  proseslərin  koordinasiya  edilməsi 

mərkəzi  kompyüter  tərəfindən  yerinə  yetirilir 

(şəkil  1).  Şəkildə  göstərilmiş  qəfəsdə  pəstah 

titrəmə  nəqledici  sistemi,  maqazin  və  ya  fır-

lanan boşqabla  verilir. Onlar böyük xərc tələb 

edirlər.  Yığma  qəfəsləri  avtonom  işləyr  və  la-

zım gəldikdə xətti nəql sistemləri ilə əlaqələn-

dirilə bilirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Şəkil 1. Yığma qəfəsi 

 

(alm. die Montagezelle,  ingl. Assembly cell



 

Yığma  maşınları  maşınların  avtomatlaşdırıl-

mış  yığılmasında  tətbiq  olunur.  Onlar  me-

xaniki  proseslərlə  bərabər  taktdan  asılı  olaraq 

əl  işlərini  də  əhatə  edə  bilir.  Yüksək  avtomat-

laşdırma  dərəcəsinə malik  yığma maşınlarında 

əl  işləri  nəzarət,  hissələrin  yüklənməsi  və  s. 

köməkçi    işlərdən  ibarətdir.  Yığma  maşınları 

bir  (→bir  yerli  yığma  maşını)  və  ya  bir  neçə 

yerli (→çox yerli yığma maşını) olurlar (şəklil 

1).  Bundan  əlavə  çox  yerli  yığma  maşınları 

sinxron,  asinxron,  taktlı,  fasiləsiz  olaraq 

sinifləşdirilirlər.  Yığma  maşınları  adətən  bir 

məqsədli maşınlar qrupuna aid edilirlər. Əlavə 

funksiyaları  yerinə  yetirmək  üçün  onlara 

→sənaye  robotları  qoşulur.  Bununla  yığma 

maşınlarının  imkanlarını  sərbəst  proqram-

laşdırmaqla genişləndirmək mümkünləşir.  

Yığma  maşınlarının  tərkib  hissələri  gövdə, 

əsas və köməkçi hissələrə bölünürlər. Gövdəyə  

çatı, lövhələr, üzərində ötürmə sistemini və işçi 

hissələri  götürən  konsol  daxildir.  Bu  hissələr 

hər  şeydən  əvvəl  yüksək  statik  və  dinamik 

sərtliyə  malik  olmalıdırlar.  Əsas   hissələr  pro-

sesin  aparılmasını  mümkün  edən  hərəkət  və 

işçi modullardan (məs. vint düyümü) ibarətdir.  

Əsas  hissənin  quruluşu  maşının  yerinə  yetir-

diyi  tapşırıqdan  asılıdır.  Köməkçi  hissələr 

idarəetmə,  hissənin  verilməsi  və  nəzarətini  öz 

üzərinə götürürlər.

  

 



Şəkil 1. Yığma maşınlarının təsnifatı 

 

(alm. die Montagemaschinen, ingl. Assembly ma-



chines )

 

 

 



 

 

 



  

  

    



  

  

  



  

  

  



  

 

  



  

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

  

  

  

  

  

  

  

  

  

  

  

  

  

  

  

  

  

 

  

 

  

  

  

Yigma masinları

 

Bir yerli 



yigma maşını

 

Çox yerli yıgma



maşını 

  

 



Robotla  

  

yigma yerli 



  

Sinxron 


taktla işləyən 

Asinxron taktla 

işləyən maşınlar 

Sinxron fasiləsiz 

işləyən maşınlar 

Xüsusi  


maşınlar

  

Dairəvi 



taktlı 

Üzükformalı 

stollu maşınlar

Dairəvi stollu  

maşınlar 

Brabanlı 

maşınlar 

Düzxətli 

taktlı 

Xətti taktlı 



maşınlar 

Düzbucaqlı 

takt maşınları 

Yığma 


qəfəsi 

Yığma 


xətti 

Rotor yığma 

maşınları 

Uzununa gedişli 

maşınlar 



Yığma məntəqəsi 

 

361 


 

 

Yığma  məntəqəsi  maşın  istehsalında  yığma 

prosesinin tərkib hissəsi olub, əsasən bir yığma 

yerində  cəmləşir.  Avtomatlaşdırma  dərəcəsin-

dən  asılı  olaraq  əl  ilə,  avtomatlaşdırılmış  və  

çevik  avtomatlaşdırılmış  məntəqə  fərqlənir. 

Sonuncu  üçün  yığma  robotu  və  ya  proqram-

laşdırılabilən 

manipulyator  əsas  təşkiledici 



sayılır.  Bunlar  müəyyən  mənada  işçini  əvəz 

edirlər. 

 

(

alm. die Montagestation ingl.



 

Assembly station

 

Yığma  pressləri  kənd  təsərrüfatı  məhsullarını 

(ot,  saman)  yığmaq,  sıxmaq  və  topada  bir-

ləşdirmək  üçün  tətbiq  olunur.  Onlar  traktorla-

rın  valındakı  çəngələ  qoşularaq  dartılır.  Bu 

maşın  stasionar  maşınların  əsasında  yaradıl-

mışdır.  1870-ci  ildə  amerikalı  Dederik  metal 

çubuq presləmə maşınını ixtira edir (şəkil 1).  

  

 

   



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Dederikin pressləmə maşını 

 

Onun  ideyası  əsasında  yaradılmış  presləmə 



maşınında  yığılmış  hər  bir  yumaq  sonrakı 

qatları  yenidən  sixmaq  üçün  əsas  yaradırdı. 

Dederikin ixtira etdiyi maşın prinsipi o vaxtlar 

otbiçən  maşınla  kombinasiya  olunmuş  şəkildə 

tətbiq  olunmağa  başlayır.  Məqsədi  biçmə 

zamanı  yaranan  saman  çöplərini  fasiləsiz 

olaraq  yumaq  şəklinə  salmaqdan  ibarət  idi. 

Kombaynların  texniki çəhətdən reallaşdırılma-

sı çətinlik yaratdığından onlar geniş tətbiq tapa 

bilmirlər. Bunun əksinə olaraq yırğalanan por-

şenlə sıxma prinsipi daha asan həyata keçirilir.  

Porşenlərdə  2÷3  bar  həddində  məhdudlaşdı-

rılmış  təzyiq    quru  məhsulları  80  kq/m

3

  (sa-



man)  və  100  kq/m

3

  (quru  ot)  sıxlığında  yu-



malaya  bilir.    Presləmədə  əldə  olunan  sıxlığı 

artırmaq  üçün  1960-cı  illərdə    yenidən  sıxma 

üsuluna  qayıdılır.  3÷5  bar  təzyiq  altında  bu 

maşınlarda  saman  çöplərini  120  kq/m

3

  və  ya 



150  kq/m

3

  (quru  otları)  sıxlığında  dördkünc 



şəklində  bağlamaq  olurdu.  Yumaqların  çəkisi 

nəql etmək baxımından 15 kq-a qədər məhdud-

laşdırılır. Bu maşınlardan böyük sayda hazırla-

naraq geniş tətbiq olunmuşdur (şəkil 2).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Yığma presləri iş zamanı 

(alm. die Aufsammelpresse, ingl. Pick-up baler



 

Yığma  prosesində  dəqiqliyə  nəzarət  birləş-

mədə, yığma vahidlərində və maşınlarda icraçı 

səthlərin qarşılıqlı yerləşməsinin və icraçı səth-

lərin  hərəkətinin  texniki  tələbata  uyğun  gəl-

məsini  yoxlamağa  imkan  verir.  Ümumi  halda 

nəzarət  vizual  və  texniki  ölçmə  vasitələrinin 

(universal,  xüsusi,  mexanikləşdirilmiş,  avto-

matlaşdırılmış)  köməyi  ilə  aparılana  bölünür-

lər.  Praktikada  tətbiq  olunan  vasitəsiz  nəzarət 

ölçməsində  səthlərdə  ləkələr  və  araboşluqların 

olması,  səthin  halı  və  s.  vizual  yoxlanılır.  Bu 

üsul göründüyü kimi subyektivdir.   

  Texniki vasitələrdən istifadə etməklə qovuşan 

səthlər  arasındakı məsafəyə  və hissələrin nisbi 

yerləşməsinə  nəzarət  edilir.  Bunun  üçün 

uzunluq  ölçü  vasitələri, 



ştangen-pərgar, 

mikrometrik  alətlər,  lingli-mexaniki,  elektrik 

və  pnevmatik  cihazlar,  həmçinin 

optik  öl-



çmə  sistemlərindən  istifadə  olunur.  Nəzarətin 

dəqiqliyi  bu  halda  ölçmə  cihazının  yoxlanılan 

düyümdə,  məmulda  düzgün  mövqeləşdirilmə-

sindən,  həmçinin  ölçmə  sistemin  sazlan--

masından  və  ölçmənin  yerinə  yetirilmə  dəqiq-

liyindən  asılıdır.  Nəzarətin  hər  mərhələsində 

xətalar  yaranır  ki,  bu  da  sonda  ümumi  də-

qiqliyi aşağıya salır. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə