Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə178/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   174   175   176   177   178   179   180   181   ...   211

Yayma  

 

350 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Yayma üsullarının təsnifatı 

 



Yayma 

 

351 


 

 

onlar  təkcə  yaxşı  emal  olunabilmə    qabiliy-



yətinə  yox,  həm  də  yeyilməyə  davamlı  xarici 

təbəqəyə və kifayət qədər özlü daxili struktura 

malik olmalıdırlar. Bu məqsədlə vallar 

polad 



və  bəzi  hallarda 

çuqundan  hazırlanırlar. 



Polad vallar döyülə və ştamplana  bilir. Çuqun 

vallar laylı və kürəvi qrafit strukturlu, qrafitsiz 

çuqunlardan  hazırlanır.  Böyük  ölçülü  vallar 

kompozit tərkibə malikdirlər. 

Yaymada  yaranan  qüvvə  nəticəsində  vallar 

elastiki  deformasiyaya  uğrayıb  əyilir.  Defor-

masiya  nəticəsində  yayma  zonasının  eni  bo-

yunca alınan qatın qalınlığı sabit olmur. Bunun 

üçün  işçi  vallara  digər  vallarla  dayaq  verilir 

(şəkil  3).  Digər  tədbir  kimi,  mexaniki  və  ter-

miki  təsirləri    aradan  qaldırmaq  üçün  vallar 

əvvəlcədən  çəlləkvari  pardaqlanır.  Sonuncu 

tədbir  nazik  təbəqələrin  soyuq  halda  yayılma-

sında istifadə olunur.  

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 3. Bəzi yayma qəfəslərinin  sxematik təsviri 

a-üç  vallı,  b-dörd  vallı,  c-20  vallı  qəfəs,  d-planetar 

quruluşlu   

 

Yaymanın  tətbiq  sahələrinə  aid  misallar: 



Yastı  uzununa  yayma  maşınqayırmada  geniş 

tətbiq olunan  üsuldur. Metal blok və ya çubuq 

əvvəlcə 

düzləndiricidə və sonra bir neçə pil-



lədə  isti  halda  lazımı  formaya  salınır.  Bir  çox 

hallarda  bu  əməliyyat  soyuq  halda  emalla 

tamamlanır və pəstah 

termiki emala uğradı- 



lır. 

Profil  yaymaya  məftil,  boru,  həmçinin  bir 

neçə  pillədə  emal  olunan  mürəkkəb  profilli 

hissələr  hazırlanır.  Maşın  hissələrin  emalında 

dişli  profillərin  soyuq  halda  emalı,  eləcə  də 

uzuna  istiqamətdə  en  kəsiyi  dəyişən  hissələr 

üçün  döymə  pəstahlarının  hazırlanmasında 

yayma texnologiyasından istifadə olunur.   

 

Eninə  yayma  maşın hissələrinin  səthlərinin 



möhkəmliyini,  təmizliyini  və  dəqiqliyini  ar-

tırmağa xidmət edir. O, yivlərin eninə yayma 

ilə  açılması,  üzüklərin  genişləndirilməsi  və 

silindrik səthlərin profilləndirilməsində uğur-

la tətbiq olunur. 

 

Çəpinə  yaymanın  tətbiq  sahəsi  axın  isteh-



salında  tikişsiz  boruların  istehsalını  əhatə 

edir.  Vintvari  səthə  malik  kalibrlər,  kürələr 

və diyircəklər çubuq materialından  bu üsulla 

hazırlana  bilir.  Uzununa  yivli  hissələr  (şpin-

dellər)  çəpinə  yayma  üsulu  ilə  bir  gedişdə 

emal olunur.  

 

(alm. das Walzen, ingl. Rolling



 

Yayma  dəzgahı  metal  hissələrin  fırlanan  val-

lar arasında təzyiqlə emal edilməsi üçün tətbiq 

olunan  maşındır  (şəkil  1).  Müasir  yayma  dəz-

gahlarında  bu  əməliyyata  əlavə  əməliyyatlar 

(nəqliyyat,  tillərin  hazırlanması,  doğrama,  ni-

şanlama,  düzləndirmə,  qablaşdırma  və  s.)  da 

inteqrasiya  olunaraq  avtomatk  sistem  və  ya 

dəzgahlar axın xətti şəklində tətbiq olunurlar.   

 

 

    



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. İki vallı yayma qəfəsi 


Yayma  dəzgahı  

 

352 


 

Yayma  dəzgahlarının  səciyyəvi  göstəricisi 

əsasən  emal  olunan  məhsulun  və  ya  aparılan 

prosesin  növündən  asılıdır.  Məhsulun  növünə 

görə yayma dəzgahları blok, təbəqə, lent, həm-

çinin çəlləkvari, məftil formalı hissələri yayma 

və  boru  yayma  dəzgahlarına  bölünürlər.   Tex-

noloji  prosesə  görə  tökmə-yayma  dəzgahları, 

sıxıcı,  fasiləsiz,  soyuqyayma,  tandem,  çox  qə-

fəsli, bir qəfəsli dəzgahlar fərqlənirlər.  Təbəqə 

və  zolaqların  yayılması  üçün  dəzgahlar  valın 

uzunluğu  ilə,  çeşidli  pəstahlar  üçün  valın  dia-

metri  ilə,  boruyaymada  isə  borunun  diameteri 

ilə xarakterizə olunur.  

Proses  zamanı  metalın  deformasiyasını  icra 

edən  vallar  əsas,  digər  əməliyyatlar  üçün  isti-

fadə olunanlar isə köməkçi vallar adlanır. Əsas 

avadanlıq  bir  və  ya  bir  neçə  əsas  xəttdən  iba-

rətdir.  Bu  xəttlərdə  aşağıdakı  qurğular  yerləş-

dirilir:  

 

Üzərində yastıqlı vallarda oturdulmuş işçi 



qəfəslər  (şəkil 1), 

 

Çatı, 



 

Yerləşdirmə mexanizmi, 

 

Elektrik mühərriki, 



 

Ötürmə mexanizmi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2. Yayma dəzgahı qəfəslərində valların yerləş-

mə sxemi 

 

Ən  geniş  yayılmış  üfüqi  yayma  dəzgahıdır 



(şəkil 2): iki vallı (a) (duo), üçvallı (b) (trio),  

 

 



dördvallı  (c)  (kvadro),  altıvallı  (d)  və  çoxvallı 

(e).  Emal  zamanı  pəstahı  yan  tərəfdən  tutan 

vallardan ibarət olan qurğu edjer adlanır.  

İkivallı  dəzgahlar  öz növbəsində reversiv  və 

qeyri-reversiv  olaraq  fərqlənirlər.  Reversiv 

dəzgahların  valları  hər  iki  istiqamətdə  fırlanır. 

Pəstah  bir  istiqamətdə  yayıldıqdan  sonra  val 

geriyə  fırlanaraq  pəstahı  digər  istiqamətə 

dartır. 

Qeyri-reversiv  ikivallı  dəzgahlar  pəstahı 

yalnız  bir  istiqamətdə  yaymağa  imkan  verir. 

Belə  fasiləsiz  yayma  dəzgahlarında  nazik 

təbəqələr istehsal  olunur.   Üçvallı  dəzgahlarda 

eyni  zamanda  iki  pəstahı  yaymaq  olur.  Alt  və 

orta  val  arasında  pəstah  bir  istiqamətdə 

yayıldığı  halda,  üst  val  ilə  orta  val  arasında 

pəstah əks istiqamətdə emal olunur.  

Dördvallı  dəzgahlarda  müxtəlif  diametrli 

vallar  yerləşdirilir.  Xarici  iri  diametrli  vallar 

daxili işçi vallar üçün dayaq rolunu oynayaraq 

onun  əyilməsinin  qarşısını  alır  və  beləliklə 

dəzgahın sərtliyini artırır. 



 

Çoxvallı  dəzgahlar  daha  yüksək  sərtliyə 

malikdirlər. Korputların yayılb lazımı formaya 

salınması  üçün  çox  vaxt  onları  qızdırmaq 

lazım  gəlir.  Bu  məqsədlə  yayma  xətlərində 

xüsusi  qızdırıcı  qurğular  nəzərdə  tutulur.  Bu 

halda pəstah yayma zonasına qızdırılmış halda 

daxil olur.  

Üfüqi  valların  yaxınlığında  şaquli  vallar 

quraşdırılmış  dəzgahlara  universal  dəzgahlar 

deyilir.  Bu  dəzgahlar    enli  lentlərin  və  ikili 

tavrların  yayılmasında  tətbiq  tapırlar.  Vint-

yayma  dəzgahlarında  işçi  vallar  qəfəsdə  veriş 

istiqamətinin  çəpinə  oturdulur.  Yivyama  dəz-

gahlarında  borular,  oxlar,  və  s.  hissələr  emal 

olunur.  İşçi  qəfəslərin  sayı  və  quruluşu  dəzga-

hın  təyinatından  asılıdır.  Metala  profilin 

verilməsi üçün onun  vallar arasından bir neçə 

dəfə  keçməsi  böyük  rol  oynayır  (şəkil  2).  Bir 

işçi  qəfəs  pəstahı  tam  emal  etməyə  kifayət 

etmədikdə  və  ya  daha  yüksək  məhsuldarlıq 

tələb  olunduqda  dəzgahda  bir  neçə  qəfəsdən 

istifadə  olunur  (şəkil  3).  Ən  mükəmməl  çox 

qəfəsli  yayma  dəzgahı  hesab  olunur.  Bu 

dəzgahlarda metal eyni zamanda bir neçə qəfəs 

arasında  yayılır. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə