Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə174/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   170   171   172   173   174   175   176   177   ...   211

Yastıqlara nəzarət  

 

342 


 

yeyilməyə  məruz  qalan  müxtəlif  hissələrin 

səthlərinin  radioaktiv  materiallarla  nişanlan-

masına  əsaslanır.  Yeyilmə  zamanı  yaranan 

hissəciklərin aktivliyi və intensivliyini təyin et-

məklə yeyilmə lokallaşdırıla və qiymətləndirilə 

bilir.  Qeyd  olunan  üsullardan  başqa  yeylməni 

dolayı  yolla  da  ölçmək  mümkündür.  Bunun 

üçün müəyyən vaxt intervalında yağlama döv-

riyyəsindən  yağ  götürülür  və  onun  tərkibi 

kimyəvi və fiziki yolla  yoxlanır.  

 

 



Şəkil 1. Radionuklid üsulla ölçmə 

1-üzük,  2-silindr,  3-detektor 



 

(alm. die Lagerüberwachung, ingl. Bearing Monito-



ring 

 

Yastıqların  düzülüş  qaydası    maşın  hissə-

lərinin yönəldilməsi və dayaqlandırılması üçün 

vacibdir. Sərt və sərbəst yastıq oturtması onlar 

arasında  texnoloji  xətalar,  gövdə  və  valın  ter-

miki  deformasiyası  nəticəsində  yaranan  uzun-

luq  fərqlərini  azaltmaq  üçün  nəzərdə  tutulur. 

Sərt  və  sərbəst  oturdulmuş  yastıqların  üstün 

cəhətləri aşağıdakılardan ibarətdir: 

 

Yastıqlar arasındakı  məsafənin  kiçik  mü-



sahidəyə ehtiyacı olmur. 

 

Oxboyu  yastıqların  gərilməsi  mümkün 



deyil. 

Diyirlənmə  yastıqlarında  düzülüş  zamanı 



bir-birinə əks simmetrik yerləşən iki yastıqdan 

istifadə  olunur.  Əsasən  “O”  və  “X”  strukturlu 

düzülüş  fərqlənir  (şəkil  1).  Onlar  yığma  za-

manı araboşluğunu tənzimləməyə imkan verir. 

“O”  düzülüşündə  kürələrin  toxunma  xətləri 

yastığın  fırlanma  oxuna  nisbətən  daha  maili 

bucaq əmələ gətirir.  Bu düzülüş daha sərt olub 

hər  iki  tərəfdən  yükgötürməyə  imkan  verir. 

Dönmə momenti də qəbul edilə bilir. 

“X”  yerləşdirmədə  kürələrin toxunma  xətləri 

yastıq  oxuna  nisbətən  daha  dik  olur.  Hər  iki 

istiqamətdə  yüklənə  bilir, ancaq  bu  yük  yalnız  

bir  yastıq  tərəfindən  qəbul  edilir.  Sərtliyi  O 

quruluşuna  nisbətən  aşağıdır  və  dönmə  mo-

mentini qəbul edə bilmir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil  1.  Radial  dayaq  yastıqlarının  düzülüş  qay-

daları 

 

Gövdə və val arasında temperatur fərqi yastıq 



araboşluğunun  qiymətinə  təsir  edir.  Bu  dəyiş-

mənin təmayülü cədvəldə verilmişdir. 

 

 

 



 

X düzülüşü 

 

O düzülüşü 



υ

gövdə


  

>

 



υ

val


 

υ

gövdə



  

<

 

υ



val

 

 



Araboşluğu 

böyüyür 


Araboşluğu 

kiçilir 


 

Araboşluğu 

kiçilir 

Araboşluğu 

böyüyür 

 

 



 

(alm.  die    Lageranordnung,  ingl.  Application  of 



bearing)


Yastıqların gərilməli oturdulması 

 

343 


 

 

Yastıqların gərilməli oturdulması yastıqlarda 

mövcud  olan  araboşluqları  azaltmaq  məqsədi 

daşıyır.  Araboşluqlar  xarici  qüvvələrin  təsiri 

altında  yastıqlarda  oxboyu  və  radial  yerdə-

yişmələrə  səbəb  olur.  Nəticədə  yaranan  titrə-

mələr  maşınların  işləmə  qabiliyyətinə  mənfi 

təsir göstərirlər. Bu mənfi halın qarşısını almaq 

üçün  ilkin  gərilmənin  tətbiqi  ilə  yastıqların 

dayaqlarında  sərtlik  əhəmiyyətli  dərəcədə artı-

rıla  bilir.  Adi  halda  tənzimlənmiş  yastıqlarda 

xarici  qüvvənin  təsiri  altında  yaranan  oxboyu 

yerdəyişmə, yastıqda mövcud olan oxboyu ara-

boşluğundan  və  diyircəklərlə  üzüklər  arasın-

dakı təmas səthlərində elastiki yerdəyişmələrin 

cəmindən ibarət olur. 

İş  zamanı  yerləşmə  sxemindən  asılı  olaraq 

yastıq  düyümündə  stabilləşmiş  temperaturda 

əlavə olaraq araboşluqlar yaranır. Bu, yuxarıda 

qeyd  olunmuş  araboşluqların  daha  da  böyü-

məsinə gətirib çıxarır. Maşınların yığılmasında 

yastıqlardakı  oxboyu  və  radial  araboşluqlar 

tənzimlənə bilir. Düyümün konstruksiyasından 

asılı  olaraq  tələb  olunan  araboşluğu  yastığın 

xarici  üzüyünün  daxili  üzüyə  nisbətən  sürüş-

məsi  ilə  əldə  olunur.  Araboşluğunun  optimal 

qiyməti hər konkret düyüm üçün təscrübi yolla 

tapılır.  Əgər  yastıq  böyük  araboşluqla  yığılıb-

sa, onda yük əsasən bir və ya iki kürəyə düşür 

(şəkil  1).  Belə  böyük  araboşluğunda  yastığın 

işləməsi  əlverişli  deyil,  ona  görə  də,  belə 

quruluş  buraxılabilən  deyil.  Araboşluğunun 

azalması yükün diyirlənən hissələr arasında da-

ha  bərabər  paylanmasına  imkan  yaradır,  titrə-

mələri  azaldır,  dayaqlarda  sərtliyi  artırır. 

Adətən  radial-dayaq  yastıqlarını  elə  tənzimlə-

yirlər ki, stabilləşmiş temperatur şəraitində ara-

boşluğu sıfıra yaxın olsun. Bu halda radial yük 

kürələrin bir çoxuna düşür (şəkil 1b). Məsələn, 

dəzgahqayırmada  bir  çox  düyümlərdə  sərtliyi, 

dəqiqliyini  artırmaq  və  titrəmə  xarakteristika-

sını 


yaxşılaşdırmaq 

məqsədilə 

yastıqlar 

gərilmə  ilə  oturdulur.  Bu  halda  yastıqlardakı 

kürələrin çoxu işdə iştirak edir (şəkil 1c).           

İlkin  gərilmənin  mahiyyəti  ondan  ibarətdir 

ki,  yastıqlar  cütü  oxboyu  qüvvələrlə  yüklənir. 

Bu qüvvə nəinki oxboyu araboşluğunu azaldır, 

həmçinin diyirlənmə hissələrinin üzüklə təmas 

yerlərində  ilkin  elastiki  gərilmə  yaradır.  Bun-

dan  sonra  yastıqlar  xarici  yüklə  oxboyu  təsir 

altına  düşdükdə,  onda  yaranan  nisbi  yerdəyiş-

mələr  əvvəlkindən  kiçik  olacaq.  İlkin  gərilmə 

yastıqların  üzünömürlülüyünə  təsir  edir  (şəkil 

2). 

İlkin  gərilmə  ilə  radial,  radial-dayaq  diyir-



cəkli,  konik  diyircəkli  yastıqlar  maşın düyüm-

lərində oturdulurlar.  

 

 

 



 

 

 



 

 

Şəkil 1. Yastıqlarda yükün paylanması 

а  – artırılmış araboşluğunda;  b  –  sıfır  araboşluğun-

da,  c  –  ilkin  gərilmədə  və  ya  oxboyu  qüvvəsinin 

müəyyən qiymətində 

 

 



 

  

 



 

 

 



 

 

 



 

Şəkil 2. Araboşluğunun və gərilmənin yastığın uzun-

ömürlüylüynə (L) təsiri  

 

(alm.  das  Vorspannen  von  Lagern,  ingl.  Pretension 



of bearing

 

Yastıqların seçilməsi hərəkətli maşın hissələri 

arasında  sütünməni azaltmaq, hərəkətin  dəqiq-

liyini  artırmaq  məqsədilə  əlverişli  →yastıq 

növünün tətbiqinə xidmət edir.  

Quru  işləyən  yastıqların  tətbiqi  çox  vaxt  bir 

başa  →sürtünmə  gücünə  təsir  edən  sürüşmə 

sürəti  ilə məhdudlaşır.  Bu növ  yastıqların  sür-

tünmə  əmsalı  sürüşən  səthlərin  mateial  cütün-

dən  kəskin  asılıdır.  Yastığa  düşən  yükün  qiy-

məti,  sürüşmə    və  ya  fırlanma  sürəti    məlum 

olduqda  diyirlənmə,  sürüşmə  yastığının  nö-

vünü  xüsusi  diaqramlardan  seçmək  müm-

kündür (şəkil 1). Belə diaqramlar sınaq yolu ilə 

tərtub  olunub,  praktikada  geniş  tətbiq  tapmış-

dır.



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə