Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə156/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   152   153   154   155   156   157   158   159   ...   211

Üfürməklə formavermə 

 

307 


 

 

 



Şəkil 1. Üfürməklə formavermə dəzgahı 

1-ekstruziya  qurğusu,  2-doldurma  qıfı,  3-ekstruziya 

ötrüməsi,  4-ekstruziya  mühərriki,  5-ekstruziyanı 

tənzimləmək  üçün  qurğu,  6-püskürtmə  qurğusu 

üçün  dayaq,  7-püskürtmə  qurğusu,  8-şlanq  başlığı, 

9-kalibrləmə və üfürmə qurğusu 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil  2.  İçiboş  hissələrin  üfürülməsində  hazırlama 

ardıcıllığı 

 

bağlanmasına  imkan  verir.  Bu  dəzgahlarda 



aşağıdakı içiboş hissələr hazırlana bilir: 

 

 



 Qablaşdırma üçün, 

 

 Nəqliyyat üçün, 



 

 Anbarlama üçün. 

Hal-hazırda  bu  dəzgahlar  digər 

materiallardan  olan  texniki  içiboş 

hissələrin 

(avtomobilin 

yanacaq 

çənləri,  mebel,  yığılan  örtük,  oyun-

caqlar)  hazırlanmasında  da  tətbiq 

olunur.  

İçiboş hissələrin üfürülməsində bir 

neçə  emal  üsulları  ardıcıl  yerinə 

yetirilir.  Birinci  addımda  ilkin  for-

ma  material  termoplastik  ərinti  ha-

lına  salınır.  Ekstruziya  forma  baş-

lığında  iki  tərəfi  də  açıq  olan  şlanq  formalı 

pəstah  formanın  daxilinə  basılır  (şəkil  2). 

Sonrakı addımda pəstah forma tərəfindən tutu-

lur  və  qaz  təzyiqi  altında  o,  son  formaya 

salınır.  Proses  mərhələləri  eyni  temperaturda 

aparıla bilir.  

Bir pilləli ekstruziya üfürmə üsulunda, aşağı  

ucu kəsilmə nəticəsində bağlanmış şlanq dartı-

cı  ştempelin  köməyi  ilə  mexaniki  olaraq  üza-

dılır və üfürülür. 

Maşınla hazırlamanın modifikasiya olunması 

zəruridir,  çünki,  hissələrin  hazırlanmasının  ki-

çik  zaman  intervalında  (saniyə)  baş  verməsi 

bunu  tələb  edir.  Bu  halda  ekstruziya  başlığı 

daimi  plastik  materialla  dolu  olur.  Təchizat 

başlığı çox böyük həcmdə süni materialı üzük  

formasında sıxlaşdıra bilir. Bundan dərhal son-

ra formaverici alət ilkin materialı götürüb üfü-

rür və ona lazımi formanı verir.  

Üfürməklə  formavermə  dəzgahı  bir  və  ya 

çoxyerli  dəzgahlar  şəklində  tətbiq  olunurlar. 

Qrup  şəklində  işləyən  dəzgahlarda  püskürtmə 

qurğusu revolver şəklində işləyir.  

 

(alm.  die  Blasformmaschine,  ingl.  Blow  Molding 



Machines

 

Üstyonma  materialların  xarici  və  daxili  üzlə-

rinin   

kəski  alətinin  düzxətli  (irəli-geri)  hə-



rəkəti ilə mexaniki emalı üsuldur. Emal sxem-

lərinə  görə  eninə  və  uzununa  yonma  möv-

cuddur.  Uzununa  üstyonmada  alət  tərpənməz 

bərkidilir,  hisssə  isə  dəzgahın  stolunun  üzə-

rində  bərkidilərək  irəli-geri  hərəkəti  yerinə 

yetirir.  Alət bir istiqamətdə yonqar çıxarır, əks 

istiqamətdə hərəkət zamanı  isə o yuxarıya qal-



Üstyonma  

 

308 


 

xaraq kəsmədə iştirak emir, yəni boş gediş baş 

verir.  Veriş bir cüt gedişdən sonra təkrarlanır. 

Ümumiyyətlə  yonma  digər  kəsmə  ilə  emal 

növlərinə  nisbətən  aşağı  məhsuldarlığa  ma-

likdir. Ona görə də, ondan yankeçilməz hallar-

da istifadə edilir.  

Kəsmə  zamanı  çıxarılan  qatın  həndəsi 

parametrləri şəkil 1-də göstərilmişdir. Prosesdə 

kəsmə  müstəvisi  sabit  qaldığından  kəskinin 

kinematik  bucaqları  statik  bucaqlara  bərabər 

olur.  Yonmada  alətin  tili  zərbələrə  tab  gətir-

məli  olduğundan  onun  qabaq  bucağı  nisbətən 

böyük  götürülür  

γ=10

÷20°.  Maillik  bucağının 



mənfi götürülməsi (

λ

=10°÷15°) alətin təpəsinə 



düşən  yükü  azaldır  və  onun  kəsmə  zonasına 

girişi  zamanı  tədricən  yüklənməsinə  şərait 

yaradır.  Kəskinin  plan  bucaqları  kəsmə 

şəraitindən asılı olaraq 

ϕ

=  20÷70°, 



ϕ

1

=  0÷15° 



arasında seçilir. 

 

 



 

 

 

 

 

Şəkil 1. Yonmada kəsmə elementləri

  

Yonmada kəsmə V sürəti kimi alətin düzxətli 



hərəkət  sürəti  götürülür.  Veriş  (S)  pəstahın 

eninə aldığı yerdəyişmədir. Kəsmə sürəti emal 

şəraitindən  asılı  olaraq  5=18 m/dəq intervalda 

dəyişir.  Polad  və  çuqun  məmulların  kobud 

emalında  veriş  s=0,4÷4,0  mm/cüt  gediş, 

yarımtəmiz yonmada s=0,25÷1,2 mm/cüt gediş 

ola bilər. Kəsmə dərinliyi emal ediləcək səthdə 

saxlanılacaq  əməliyyat  payın  qiymətindən  və 

xarakterindən  asılı  olaraq  mümkün  qədər 

böyük qiymətdə təyin edilir.  

Kəsmə  şəraitinin  zərbələrlə  baş  verməsi 

səbəbindən  yonmada  tezkəsən  alət  poladından 

olan kəskilərin tətbiqinə üstünlük verilir.  

 

 



 

 

a) 


 

 

          b) 



Şəkil 2. Yonmada tətbiq olunan kəskilər 

a-bərk  xəlitəli  lövhəyə  malik;  b-  tezkəsən  alət 

poladına malik 

 

(alm. das Hobeln,  ingl.Planing



 

Üstyonuş

 

dəzgahı  düzxətli  doğurana  malik 

üfüqi, şaquli və maili səthlərin 

kəski ilə me-



xaniki  emalında  tətbiq  olunur  (şəkil  1).  Eninə 

və  uzununa  yonma  dəzgahları  fərqlənirlər. 

Dəzgahda yerinə yetirilən kəsmə düzxətli irəli-

geri  hərəkətdən  ibarətdir.  Eninə  yonma  dəz-

gahında  baş  hərəkət  supporta  bərkidilmiş 

kəski,  uzununa  yonma  dəzgahında  isə  dəzga-

hın  stolu  tərəfindən  icra  edilir.  Kəsmə  bir 

istiqamətdə  baş  verən  işçi  gediş  boyunca  ye-

rinə  yetirilir.  Sonra  boş  gedişdə  alət  əvvəlki 

vəziyyətinə  qayıdaraq  yenidən  verişlə  pəstaha 

daxil olur və bununla bir tsikl başa çatır. Bütün 

yonma  dəzgahlarında  baş  hərəkətin  sürəti 

proses  zamanı  sabit  qalır.  O,  giriş  və  çıxış zo-

nalarında  uyğun  olaraq  artır  və  azalır.  Eninə 

veriş eninə yonma dəzgahlarında dəzgahın sto-

luna  və  onun  üzərinə  bərkidilmiş  pəstaha 

verilir.  

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Yonmada əldə edlən səthlər 

1-şaquli, 2-üfüqi, 3-maili, 4-qanov, 5-pazlar, 6- 

əyrixətli səth 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə